Türkiyə Xarici İşlər Nazirliyi qəddar bir terrorçunun qəhrəman kimi ucaldılmasının terroru təşviq cinayəti olduğunu bəyan edib.
Baki-xeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, XİN 1973-cü ildə Los-Ancelesdə baş konsul olmuş Mehmet Baydarla onun müavini Bahadır Demiri şəhid edən erməni terrorçu Qurgen Yanukinin ABŞ-dakı cəsədinin qalıqlarının İrəvana gətirilərək, hərbi mərasimlə dəfn olunmasına sərt reaksiya verib və bunu terrorizmə təşviq cinayəti adlandırıb.
Qeyd edək ki, erməni terrorçunun Los-Ancelsdəki qəbri açılıb, cəsədin qalıqları mayın 5-də İrəvana gətirilib və hərbi mərasimlə dəfn olunub.