Prezident İlham Əliyev mayın 6-da “Rusiya Dəmir Yolları” Açıq Səhmdar Cəmiyyətinin Baş direktoru və idarə heyətinin sədri Oleq Belozyorovu qəbul edib.
Dövlət başçısı Oleq Belozyorovun ölkəmizə səfərinin əlaqələrin perspektivləri ilə bağlı səmərəli müzakirələrin aparılması üçün yaxşı imkan yaratdığını deyib. Rusiyadan Azərbaycan vasitəsilə tranzit yüklərin artdığını qeyd edən dövlət başçısı bu sahədə yeni addımların atılacağına əminliyini ifadə edib.
Azərbaycan Dəmir Yolları ilə uğurlu əməkdaşlığın həyata keçirildiyini deyən “Rusiya Dəmir Yolları” Açıq Səhmdar Cəmiyyətinin Baş direktoru və idarə heyətinin sədri Oleq Belozyorov bu ilin birinci rübündə daşımaların həcminin 25 faiz artmasını bunun çox yaxşı göstəricisi kimi dəyərləndirib.