Bazar günü günü, 08 noyabr 2026
     

Vaşinqtonda Qarabağ görüşündən sonrakı iki variant – ya sülh fəallaşması davam edəcək, ya da Ermənistan müharibəni qaçılmaz edəcək…

Image


Azərbaycan ərazi bütövlüyünün bərpası ilə bağlı proseslərin dinc müstəvidə həllində maraqlı olsa da, işğalçı Ermənistan hələ də bunun üçün müvafiq addımlar atmağa tələsmir. Aydındır ki, belə vəziyyət sonsuza qədər davam edə bilməz və rəsmi Bakı, nəticəsiz danışıqların davamına cəhd olunacağı halda, məsələni hərbi müstəvidə çözmək məcburiyyətində qalacağını dəfələrlə bəyan edib.

Rusiyalı ekspert Vladimir Yevseyev bu fonda qeyd edir ki, proseslərin inkişaf axarı Vaşinqtonda keçirilməsi nəzərdə tutulan Məmmədyarov-Mnatsakanyan görüşündən sonra daha dəqiq şəkildə bəlli ola bilər. O, danışıqlardan asılı olaraq məsələnin sülh müstəvisində çözümü ilə bağlı fəallığın qorunub saxlana biləcəyini, əks təqdirdə savaş ehtimalının artacağını qeyd edib: “Dağlıq Qarabağ münaqişəsi üzrə aparılan danışıqlar prosesinin hazırkı fəallığı daha bir neçə ay davam edə bilər. Ehtimal ki, nazirlər görüşəcək, əlaqələri ən yüksək səviyyədə davam etdirəcəklər. Lakin tərəflər güzəştlərə hazır olmadığına görə bu ciddi nəticələrə gətirib çıxarmasa, savaş ehtimalı sürətlə yüksələcək”.

Rusiyalı ekspert bildirib ki, danışıqlar prosesindəki bu fəallıq daha bir neçə ay davam etsə belə, müharibənin bərpası təhlükəsinin istisna olmadığını indi daha çox Ermənistanın nəzərə alması vacibdir: “Vasitəçilərin heç biri müstəqil nizamlama proqramına malik olmadığından, bu və ya digər mərhələdə vasitəçidən biri digər vasitəçilərin razılığı ilə təşəbbüs göstərdiyi üçün tərəflərin harda görüşdüyü vacib deyil. Beləliklə, Moskva və ya Vaşinqton olması da vacib deyil. Vasitəçilər üçün danışıqların hazırkı intensivliyinin davam etdirilməsi vacibdir. Amma Ermənistan ərazilərin azad olunması üçün addımlar atmasa, savaş qaçılmazdır". Brüsseldəki Avropa Siyasəti Mərkəzinin eksperti Amanda Pol da məsələyə eyni prizmadan yanaşır. Onun sözlərinə görə, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri, eləcə də liderləri arasında keçirilən görüşlər müsbət addımdır və Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində "yeni nikbinlik" üçün əsas olub: "Buna dinamikanın dəyişməsi kimi baxıla bilər. Ancaq biz hələ də danışıqların erkən mərhələsindəyik. Danışıqlar prosesinin gedişi Ermənistanın yeni lideri Nikol Paşinyanın bu məsələyə yanaşmasını dəyişmək niyyətində olub-olmamasından asılıdır". Hesab edilir ki, Paşinyan məsələnin həlli üçün konstruktiv addım atmasa, savaşın başlanması artıq an məsələsinə çevriləcək. 

Savaşın başlanmasının isə indiki halda Ermənistan üçün ciddi fəlakətələrə gətirib çıxaracına dair yenidən düşmən ölkədə edilən etirafların sayı artmaqdadır. Xüsusən də Azərbaycan - Türkiyə birgə hərbi təlimləri fonunda bu xüsusda düşmən ölkədə həyəcan təbili çalınması müşahidə edilməkdədir. Xatırladaq ki, mayın əvvəlində Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən “Mustafa Kamal Atatürk-2019” iki ölkənin birgə döyüş atışlı taktiki təlimi keçirilib. Təlimin əsas məqsədi qərargahların müştərək planlarının hazırlanması, şəxsi heyətin döyüş hazırlığı səviyyəsinin artırılması və onların birgə əməliyyatları icra etmək vərdişlərinin inkişaf etdirilməsilə Azərbaycan və Türkiyə hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinin əlaqələndirilməsinə nail olmaq, həmçinin təcrübə mübadiləsi həyata keçirməklə iki ölkənin hərbi qulluqçularının qarşılıqlı münasibətlərini və anlaşmasını yüksək səviyyədə təmin etməkdən ibarət olub. Azərbaycan tərəfdən təlimin rəhbəri, polkovnik İlqar Lətifov bildirib ki, təlimin taktiki mövzusu hər iki dövlətin ordusunun taktiki qruplarının müdafiə olunan düşmənin üzərinə keçərək onun darmadağın edilməsi və düşmən mövqelərinin dərinliklərini, yüksəklikləri, ərazi qismini ələ keçirərək möhkəmlənməkdir. Taktiki təlimlərə Azərbaycan və Türkiyədən 1000-dən çox şəxsi heyət, 60-a yaxın döyüş texnikası, 30 artilleriya qurğusu, 20-yə yaxın döyüş helikopterləri və digər döyüş teknikaları cəlb olunub. Rəhbərlik tərəfindən qoyulan əsas tapşırıqlardan biri iki ölkənin ordularının qarşılıqlı fəaliyyəti, hərtərəfli təminat suallarının və idarəetmənin təşkil olunmasıdır. İki ölkənin birgə təlimləri, yuxarıda qeyd olunduğu kimi, Ermənistanda böyük təşvişə yol açıb. Erməni politoloq Sergey Şakaryants baş verənlərin ölkəsi üçün müsbət heç nə vəd etmədiyini vurğulayıb: “Biz görürük ki, Azərbaycanla Türkiyə arasında birgə döyüş atışlı təlimlər təşkil olunur, onların yanında həm də İsrail dayanır”. Erməni politoloqun sözlərinə görə, sərhəddə gərginlik olduğu şəraitdə mütləq aktivləşmələr baş verəcək: “Bunun baş verməməsi mümkün deyil. Aprel hadisələrinin təkrarlanması da baş verə bilər. Görünür ki, bu dəfə Azərbaycanın yanında Türkiyə də yer alacaq”. Sabiq erməni Ombudsman Larisa Alaverdyan da eyni mövqeni bölüşür. O bildirib ki, Azərbaycan Türkiyə ilə birgə təlimlər keçirməklə Ermənistan baş naziri Nikol Paşinyana cavab verib: “Naxçıvanla Türkiyənin birbaşa əlaqələrinin olduğunu, Türkiyə tərəfindən Naxçıvanın ehtiyat ərazi kimi nəzərdən keçirildiyini dərk etməliyik. Bu təlimlər Azərbaycanın mövqeyinə dair Ermənistana verilən bir siqnaldır”.

Maraqlıdır ki, işğal altında olan Qarabağdakı separatçı rejim də ciddi təlaş içindədir. Qondarma qurum “rəhbərinin müşaviri” Tiqran Abrahamyan hadisələrin erməni tərəfi üçün heç də müsbət məcrada inkişaf etmədyini bildirir: “Ön xətdəki nəzərəçarpan fəaliyyətlər onu deməyə əsas verir ki, yaxın gələcəkdə genişmiqyaslı hərbi əməliyyatlara şahid olacağıq”. Onun sözlərinə görə, cəbhə xəttinin müxtəlif istiqamətlərində aparılan mühəndis işləri bir neçə ay əvvəl başlayıb.  Müxtəlif xarakterli təlimlərin davam etməsindən danışan Abrahamyan ordumuzun fəallığını heç də azaltmadığını qeyd edib: “Azərbaycanın fəallığının artması danışıqlar prosesinin yenidən bərpa edilməməsi ilə əlaqədardır. Görüşlər olsa da, danışıqlar meydanının yaradılmasına nail olmaq mümkün olmayıb. Fəallığın artması gərginliyə səbəb ola bilər. Ön xətdəki nəzərəçarpan fəaliyyətlər onu deməyə əsas verir ki, yaxın gələcəkdə genişmiqyaslı hərbi əməliyyatlara şahid olacağıq. Özü də nəzərə alaq ki, bu dəfə Türkiyə də prosesdə aktiv şəkildə iştirak etmək istəyir”.

Daha bir  erməni hərbi ekspert Taron Hovhannisyan “Sputnik Armenia” agentliyinə müsahibəsində bildirib ki, ümumiyyətlə, son 4-5 il ərzində Azərbaycan və Türkiyə hərbi sahədə əməkdaşlığını fəallaşdırıb.  Onun sözlərinə görə, bu, Azərbaycan üçün NATO dövləti olan Türkiyə Silahlı Qüvvələrində hərbçilərini təkmilləşdirməkdən ötrü yaxşı imkandır: “Türkiyə, birbaşa olmasa da, hər fürsətdə Azərbaycan ordusuna dəstək verir. Silahlanma baxımından yardım edir və ehtimal edilən döyüş əməliyyatları olduğu halda hərbi sursat və silah tədarük edə bilər. Lakin indiki siyasi vəziyyət Türkiyənin Ermənistana qarşı fəal hərbi əməliyyatlara cəlb edilməsinə imkan vermir”.

Digər erməni politoloq Aleksandr İsgəndəryan da məsələ ilə bağlı həyəcanlı durum olduğunu bildirir.  Onun sözlərinə görə, Azərbaycanda keçirilən təlimlər plan üzrə nəzərdə tutulan təlimlərdir, lakin hərbi texnikanın cəlb edilməsi baxımından kifayət qədər irimiqyaslıdır: “Aviasiya texnikası, o cümlədən təyyarələr, artilleriya, tank və sair cəlb edilib. Bu təlimlər 2017-ci ildə baş tutan Azərbaycan və Türkiyə birgə təlimləri ilə müqayisə edilə bilər. Keçən il ərzində bu kimi təlimlər iki dəfə, mart ayında Qarsda, sentyabr ayında isə Azərbaycanda baş tutub”. İsgəndəryan qeyd edir ki, təlimlərin bu formatda keçirilməsi yenilik olmasa da, cəlb edilən türk zabitləri Azərbaycan ordusunun hərbi qulluqçularının hazırlanmasında böyük rol oynayır: “Digər önəmli bir fakt kimi son iki təlimdə Azərbaycan ordusunun Hava Hücumundan Müdafiə vasitələrini sınaqdan keçirməsini qeyd edə bilərəm. Bu, Ermənistanın Su-30 qırıcılarını əldə etməsi ilə əlaqədardır.  Azərbaycan tərəfi vaxtilə Naxçıvan istiqamətindəki müdafiə boşluğunu da aradan qaldırmaq istəyir”.

Erməni ekspert Taron Hovhanisyan da Azərbaycan-Türkyə faktorunun bölgədə güclənməkdə oduğunu etiraf edir: “Tə limlər yolu ilə qoşunların daimi cəmləşməsi adətən həyata keçirilmir. Lakin təcrübə onu göstərir ki, qoşunların irəli çəkilməsi və mövqelərin möhkəmləndirilməsinə cəhdlər edilir”. Azərbaycan-Türkiyə birgə təlimlərinin keçirilməsindən narahatlığını gizlədə bilməyən Hovhannisyan yeni hərbi hissələrin inşa edilməsindən də danışıb: “Təlimlər yolu ilə qoşunların daimi cəmlənməsi adətən həyata keçirilmir. Lakin təcrübə onu göstərir ki, qoşunların irəli çəkilməsi və mövqelərin möhkəmləndirilməsinə cəhdlər edilir. Bunu birdəfəlik yox, yeni hərbi hissələr inşa etməklə, ön xəttə yaxın qüvvələr yerləşdirməklə tədricən həyata keçirirlər. İndiki halda isə yeni hərbi hissələr inşa etdikləri barədə məlumatlar var”. Erməni ekspert, bu hərbi hissələrdən artıq bir neçəsinin istismara verildiyini və həmin hərbi hissələrdə yeni texnikalar yerləşdirildiyini xüsusi narahatlıqla vurğulayıb.

Beləliklə, erməni ekspertlərinin yuxarıda qeyd olunan açıqlamalarından belə bəlli olur ki, Azərbaycan - Türkiyə birgə təlimləri Ermənistanda kifayət qədər qorxu yaradıb. Məhz bu şəraitdə Qarabağ münaqişəsinin hərbi həlli halında Ermənistanın daha böyük zərbələrə tuş gəlməsi qaçılmaz sayılır. Bundan qurtulmağın əsas yolu isə məhz danışıqlar yolu ilə münaqişənin çözümünə nail olmaqdır. Əks təqdirdə Ermənistanı sərt hərbi zərbələr gözləyir. Hər halda, hadisələrin məhz bu səpkidə inkişaf edə biləcəyini Ermənistanda da yaxşı bilirlər. İndilikdə Bakı münaqişənin dinc həlli üçün Ermənistana hələ də müəyyən şanslar verməkdədir. Sadəcə, əsas məsələ İrəvanın bu şansdan nə dərəcədə effektiv şəkildə istifadə edəcəyindən asılıdır.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ