çərşənbə axşamı günü, 10 noyabr 2026
     

“Qafqaz İslam Ordusunun böyük bir Məqsədi - Turan Məqsədi vardı” - MÜSAHİBƏ

Image


Azərbaycan daha bir şanlı tarixin astanasındadır. Söhbət 100 il əvvəl Bakının bolşevik-daşnak birləşmələrindən azad edilməsindən gedir. 1918-ci il, 15 sentyabr tarixində Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsinin 100 ili tamam olur. Bəs görəsən, bu günün tarixi əhəmiyyəti barədə cəmiyyətimiz nə dərəcədə məlumatlıdır?

Ümumiyyətlə, Qafqaz İslam Ordusu Bakını işğaldan azad etməsəydi, bugünkü Azərbaycanın taleyi necə olardı? Bu və digər suallarla yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuzla söhbətləşdik.

-Yunus bəy, bu günlərdə Bakının işğaldan azad edilməsinin 100 ili tamam olur. Bu günün tarixi əhəmiyyətini necə xarakterizə edərdiniz?

-Bu günün əhəmiyyətini 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusunun Bakıya daxil olması günü kimi qeyd etmək lazımdır. Çünki Qafqaz İslam Ordusu və onun tərkibində yenicə yaranan Azərbaycan Ordusunun əsgərləri Gəncədən başlayan savaşla Bakıya girməsəydilər bu gün Azərbaycanda azərbaycanlı deyilən bir millət olmayacaqdı. Daşnak-erməni və bolşevik birləşmələri faktiki olaraq Azərbaycanın bütün bölgələrində soyqırımlar törədir, insanlarımızı məhv edir, öz ev-eşiklərindən didərgin salırdı. Yəni Azərbaycanda elə bir coğrafi yer yox idi ki, daşnak-bolşevik birləşmələri qətliam törətməsin. İyunun 4-də Batumda Osmanlı ilə Azərbaycan Milli Şurası arasında müqavilə bağlanandan dərhal sonra hərbi yardım istənildi və bundan sonra iyunun 9-u və 15-i tarixlərində Gəncəyə ilk hərbi hissələr gəlməyə başladı.  Əslində bu, qırğınların, talanların, insanların öz evlərindən didərgin düşməsinin qarşısının alınması demək idi. Beləliklə, Əliağa Şixlinskinin də fəaliyyətini danmadan o vaxtkı Azərbaycan Ordusunun əsgərlərinin iştirakı və Qafqaz İslam Ordusunun dəstəyi nəticəsində Bakıda Milli Hökumət faktiki fəaliyyətə başladı. Yəni sözdə Azərbaycan Xalq Cümhuriyyəti yaranmışdı. Lakin Qafqaz İslam Ordusunun gəlişi ilə Azərbaycan Milli Hökumətinin qurulması başlanıldı. Gəncədən başlayaraq üzü Qazaxa, eləcə də Bakıya doğru irəliləyərək Qafqaz İslam Ordusu Azərbaycan Hökumətinin strukturlarını yarada-yarada gəldi. Beləliklə, dekabr ayında onun ilk parlamentinin iclası keçirildi. Qafqaz İslam Ordusu təkcə Azərbaycan üçün əhəmiyyətli deyildi. Qafqaz İslam Ordusunun böyük bir Məqsədi, Turan Məqsədi vardı və  noyabr ayının 16-da Mahaçqala fəth edildi. Həm Dağıstanı fəth etdi, Şimali Qafqazı azad etdi. Digər tərəfdən Qafqaz İslam Ordusu Ənzəliyə çıxmaq istəyirdi. Əgər Birinci Dünya Müharibəsi 5-6 ay gec qurtarsaydı Qafqaz İslam Ordusu Azərbaycan əsgərlərinin də köməyi ilə bəlkə Güney Azərbaycanı da azad etmişdi. Bütün bunlarla yanaşı Qafqaz İslam Ordusunun böyük bir xidməti ondan ibarət oldu ki, Milli Hökumətimizin fəaliyyətinə imkan yaratdı. Milli Hökumətin yaranması isə bizim milli kimliyimizi ortalığa qoydu. Düşünürəm ki, Qafqaz İslam Ordusu o zaman Azərbaycana girməsəydi, Azərbaycanda azərbaycanlılar qalmayacaqdı. Azərbaycan talan olunacaq, insanları qətlə yetiriləcək, bir çoxları isə qul kimi işlədiləcəkdi. Azərbaycanda yalnız ermənilər, bolşeviklərdən ibarət ruslar, eləcə də digər xalqların nümayəndələri olacaqdı. Bir tək azərbaycanlılardan başqa. Bu Qafqaz İslam Ordusunun ən böyük xidmətidir ki, bu gün Azərbaycan dövlətində azərbaycanlılar daha çoxluq təşkil edir və dövlətin aparıcı simalarıdırlar.

-Artıq bir neçə ildir ki, bu tarix Azərbaycanda geniş şəkildə qeyd edilir. Bakının işğaldan azad edildiyi tarix silsilə tədbirlərlə yadda qalır. Ümumilikdə, cəmiyyətimiz, vətəndaşlarımız bu günün tarixi əhəmiyyətini tam mənada dərk edirlərmi? Yoxsa hələ də insanlarımız arasında maarifləndirici tədbirlərə ehtiyac var?

-Mən deyərdim ki, bu günün əhəmiyyətini az adam bilir. Çünki Sovetlərin zamanında uzun müddət Qafqaz İslam Ordusu pantürkçü adı ilə qələmə verilib və Azərbaycan Xalq Cümhuriyyəti Osmanlının bir əlavəsi kimi təbliğ edilib. Təbii ki, bu sovet-bolşevik ideologiyası idi. Bu arada Leninin Şaumyana ünvanlamış olduğu bir məktubu yada salaq. Həmin məktubda Lenin Şaumyana tapşırırdı ki, Qafqaz İslam Ordusu Bakıya girərsə, o zaman Bakını yandırın. Yəni belə bir plan vardı və Qafqaz İslam Ordusu çox sürətlə hərəkət edərək Bakının yandırılması planının qarşısını aldı və Milli Hökumətin qurulmasında əvəzsiz xidmətlər göstərdi. Sadəcə olaraq, bizim təbliğatımız çox az qurulub. Dünənə qədər, demək olar ki, bu təbliğat heç yox idi. Ancaq son illər təbliğatımız güclənib. Əvvəllər insanlarımız, demək olar ki, Qafqaz İslam Ordusunun nə olduğunu bilmirdilər. Mən Qafqaz İslam Ordusu haqqında uşaqlıqda, Qılman İlkinin “Şimal küləyi” romanını oxuyarkən tanış olmuşam. Amma orda da Qafqaz İslam Ordusu ələ salınır, qurtuluşumuzun şimalda olduğu bildirilirdi. Belə bir təbliğat uzun müddət aparılıb və həmin təbliğata da uyanlar çox olub. Nə Qafqaz İslam Ordusu, nə də Azərbaycan Xalq Cümhuriyyəti haqqında cəmiyyətə heç bir bilgilər verilmirdi.  Yalnız Moskvaya işləyən alimlərə tam məxfi şəkildə bu bilgilər verilirdi. Ona görə də bütün bunları nəzərə alaraq düşünürəm ki, bu istiqamətdə  təbliğat çox güclü olmalıdır. İndiki nəsil Qafqaz İslam Ordusu və onun tərkibində olan Azərbaycan Ordusuna minnətdar olmalıdır ki, Bakını işğaldan, soyqırımdan, qırğınlardan, talandan azad edib. Çünki Qafqaz İslam Ordusu Azərbaycana gələnə qədər ölkəmizin bütün bölgələrində soyqırımlar həyata keçirilirdi. Elə bir bölgə yox idi ki, orada soyqırım həyata keçirilməsin. Bunun da qarşısını məhz Qafqaz İslam Ordusu aldı. 

-Bütün bunlara görə haqlı olaraq Nuru Paşaya Bakıda abidə ucaldılması təşəbbüsü irəli sürülür. Yaxın vaxtlar üçün bu mümkün görünürmü?

-Əlbəttə ki, təbliğat gücləndikcə bu mümkün görünür və düşünürəm ki, elə də olacaq. Nəticə etibarilə Nuru Paşanın adı əbədiləşdiriləcək. Nəinki Azərbaycanda, eləcə də Dağıstanda və digər yerlərdə də Nuru Paşanın adı hökmən əbədiləşdiriləcək.

-Bu arada, 15 sentyabr tarixində Türkiyə prezidentinin Azərbaycana səfər edəcəyi, Bakıda möhtəşəm paradın keçiriləcəyi bildirilir. Bu həm Türkiyə-Azərbaycan dostluq və qardaşlığı, həm də Azərbaycana təhlükə mənbəyi olan işğalçı Ermənistan üçün xəbərdarlıq mesajı sayıla bilərmi?

-Təbii ki, bu da var. Ancaq nəzərdən qaçırmayaq ki, iki Türk dövləti tarixən bir-biri ilə həmişə mübarizə aparıb. Bunun da səbəbləri böyükdür. Əslində nə Qazi Osman Osmanlı dövlətini yaradanda, nə də  həmin ərəfədə Azərbaycanda azərbaycanlı türklərin dövləti yarananda onlar bir-birinə düşmən deyildilər. Düşmənçilik, demək olar ki, XIV əsrin sonları, XV əsrin əvvəllərindən başladı və bu uzun müddət davam etdi. Avropa və digər dövlətlər Osmanlı türkləri ilə burada yaşayan türkləri həmişə üz-üzə qoyurdu. Xalq arasında  belə bir problem yox idi. Ancaq iki dövlət arasında mübarizə özünü göstərirdi. Məsələn, XIX əsrdə Rusiya Şimali Azərbaycanı işğal etdi və burada üzdə olan generallarımız faktiki olaraq Rusiya cəbhəsində vuruşmağa başladı. Qarsda, Vanda, İqdırda qalan azərbaycanlı türklər isə Osmanlı dövlətinin tərkibində vuruşmağa başladı. Bu uzun illər, 300-400 il davam etdi. Tarixdə Şah İsmayılla Sultan Səlimin Çaldıran döyüşü, ondan sonra Şah Abbasla digərlərinin, Ağqoyunlularla Fateh Mehmetin döyüşü və s. misal göstərmək olar. O zaman əsasən dini faktoru ortaya atırdılar və sünni-şiə aspektindən qarşıdurma yaradırdılar. XIX əsrin sonları, XX əsrin əvvəllərindən  etibarən bu, faktiki olaraq aradan qalxdı. Artıq bizim ziyalılarımız, milli düşüncə sahiblərimiz hiss etdilər ki, bunlar bir millətdirlər və bir-biriləri ilə niyə vuruşmalıdırlar. Birinci Dünya müharibəsi zamanı Hacı Zeynalabdin Tağıyev Gəncədə kimsəsiz uşaqlar üçün ev açmışdı və Qars, İqdır, Ərzurumda, eləcə də digər vilayətlərdə kimsəsiz qalan uşaqları gətirib burada kimsəsiz evlərində yerləşdirirdi. Yəni artıq milli şüur formalaşırdı. Burada bir məqamı qeyd edim ki, həmin ərəfədə, Qafqaz İslam Ordusunun Gəncəyə daxil olması zamanı maraqlı bir hadisə yaşanır. Belə ki, Qafqaz İslam Ordusu Gəncəyə daxil olarkən 7-dən 77-yə hər kəs onu alqışlarla, gül-çiçəklə qarşılayır. Bu zaman kimsəsiz evinin sakinləri də Qafqaz İslam Ordusunu qarşılamağa çıxırlar və həmin 9 yaşlı gənc Qafqaz İslam Ordusunun tərkibində atasını görür və “ata” deyə qışqırır.

Qeyd etdiyim kimi, artıq milli şüur formalaşmışdı və bunun formalaşmasında bizim ziyalılarımızın da xidməti vardı. Bu, son nəticədə osmanlılarla Azərbaycan türklərinin qardaş və bir millətə mənsub olduğunu sübut etdi. Düzdür, sonradan Sovetlər birliyi zamanında bu dostluq, qardaşlığı pozmağa çalışdılar. Elə bunun nəticəsi idi ki, 1938-ci ildə bizə azərbaycanlı adı verdilər. Amma 1938-ci ilə qədər pasportlarımızda milliyətimiz türk göstərilirdi. Yəni əsas məqsəd o idi ki, kökümüzü itirək, qardaşımızdan ayrı düşək. Eynilə Orta Asiyada da oxşar proses gedirdi. Ancaq Ermənistan və Gürcüstanda bu proses getmədi. Hər vasitə ilə keçmişimizi unutdurmağa cəhd göstərilirdi. Sovetlərin dağılması ilə yenidən milli kimliyimizin ortaya çıxması Azərbaycanla Türkiyənin strateji müttəfiqliyini möhkəmləndirdi, dostluq, qardaşlığımızı inkişaf etdirdi.

Məhəmməd




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ