şənbə günü, 15 avqust 2026
     

Rusiya və Çin İranda ABŞ-a qarşı hansı formalarda iştirak edir...

Image


Əli Orucov: "ABŞ-İran müharibəsi ətrafında ziddiyyətli açıqlamalar fonunda Tehran yeni taktika seçir, Rusiya və Çin isə prosesdən geosiyasi üstünlük qazanmağa çalışır"

ABŞ prezidenti Donald Trampın İranla müharibənin “praktiki olaraq bitdiyini” və qarşıdurmanın gözləniləndən daha tez başa çata biləcəyini bildirməsi regionda gedən proseslərə yeni siyasi çalar verib. Onun sözlərinə görə, İranın hərbi imkanları ciddi zərbə alıb və əməliyyatlar planlaşdırılandan daha sürətlə irəliləyir. ABŞ tərəfi əvvəllər müharibənin 4-6 həftə davam edə biləcəyini desə də, Trampın açıqlaması Vaşinqtonun artıq nəticənin yaxın olduğunu göstərmək istədiyinə bir işarə sayıla bilər.

Buna qarşılıq olaraq İran tərəfi bu fikirləri qətiyyətlə rədd edir. SEPAH bildirib ki, müharibənin nə vaxt bitəcəyini yalnız İran müəyyən edə bilər və döyüş meydanında vəziyyət hələ də Tehran üçün tam nəzarətdən çıxmayıb. İranın xarici işlər naziri Abbas Əraqçı isə ölkəsinin raket zərbələrini davam etdirəcəyini və ABŞ-la yeni danışıqların gündəmdə olmadığını vurğulayıb. Bu mövqe göstərir ki, Tehran həm hərbi, həm də siyasi baxımdan geri çəkilən tərəf kimi görünmək istəmir.

İranın sərt ritorikasının arxasında bir neçə mühüm faktor dayanır. İlk növbədə bu, daxili siyasi sabitliklə bağlıdır. Müharibə şəraitində hakimiyyətin zəif görünməsi ölkə daxilində narazılığı artıraraq siyasi risklər yarada bilər. Buna görə də Tehran özünü müqavimət göstərən və mübarizəni davam etdirməyə hazır tərəf kimi təqdim etməyə çalışır. Bu, həm də İranın regiondakı tərəfdaşlarına və müttəfiqlərinə mesajdır ki, ölkə təzyiqlərə baxmayaraq geri çəkilmək niyyətində deyil.

Digər tərəfdən, İranın beynəlxalq müstəvidə tam təcrid olunmadığı da aydındır. Tehran uzun illərdir ki, Rusiya və Çin ilə siyasi və iqtisadi əməkdaşlıq edir. Bu ölkələr İran üçün birbaşa hərbi müttəfiq olmasalar da, diplomatik və iqtisadi baxımdan müəyyən dəstək rolunu oynayırlar. Xüsusilə beynəlxalq təşkilatlarda sanksiya və siyasi qərarlar məsələsində Moskva və Pekinin mövqeyi Tehran üçün müəyyən manevr imkanları yaradır.

Bununla belə, bu iki böyük gücün İranı açıq şəkildə müharibəni davam etdirməyə təşviq etdiyi barədə qəti sübutlar yoxdur. Əksinə, həm Rusiya, həm də Çin adətən belə münaqişələrdə regional balansın qorunmasına və gərginliyin nəzarətdən çıxmamasına üstünlük verirlər. Onların əsas marağı enerji bazarlarının sabitliyi, ticarət yollarının təhlükəsizliyi və qlobal geosiyasi balansın qorunmasıdır.

Beləliklə, İranın Trampa qarşı sərt mövqeyi ilk növbədə Tehranın öz strateji hesablamalarının nəticəsi kimi görünür. Çin və Rusiya isə daha çox arxa planda diplomatik və iqtisadi dayaqlar təmin edən aktorlar rolunda çıxış edirlər. Mövcud vəziyyət göstərir ki, münaqişənin taleyi təkcə döyüş meydanından deyil, həm də böyük güclər arasındakı geosiyasi balans və diplomatik proseslərdən asılı olacaq.

Siyasi şərhçi Əli Orucov “Bakı-Xəbər” nəşrinə açıqlamasında bildirib ki, İsrail/ABŞ-İran müharibəsinin bitdiyini söyləmək hələ tezdir. Onun sözlərinə görə, hava hücumları ilə bağlı Donald Tramp komandası daxilində də fikir ayrılıqları qalmaqdadır: "Müdafiə naziri daha ağır zərbələrin endiriləcəyini bildirir. Prezident isə müharibənin planlaşdırılandan daha sürətlə getdiyini qeyd edərək məqsədə çatıldığını və buna görə də qarşıdurmanın praktik olaraq bitdiyini bəyan edir.

İsrail isə, yaranmış fürsətdən istifadə edərək, İrana daha çox zərbə vurmağın vacib olduğunu düşünür. İran tərəfində də müharibə ilə bağlı sərt mövqe qalmaqdadır. Tehran rejimi hazırda fərqli taktika seçib. Qarşı tərəfə raket və dron hücumlarını müəyyən qədər səngidib və Hörmüz boğazını bağlamaqla dünya iqtisadiyyatına təsir göstərməyi, bununla da ABŞ-a qarşı beynəlxalq etirazları artırmağı hədəfləyir. Məlum olduğu kimi, dünya neft və qaz daşımalarının təxminən 25-30 faizi məhz bu boğazdan keçir. Yapanya, Çin və Hindistan kimi böyük iqtisadiyyatlar enerji ehtiyaclarının əhəmiyyətli hissəsini bu marşrut vasitəsilə təmin edirlər".

Ekspert qeyd edir ki, Rusiya isə yaranmış vəziyyətdən öz məqsədləri üçün istifadə etməyə, sanksiyaların yumşaldılmasına və neft ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasına çalışır: "Vladimir Putin artıq belə bir təşəbbüslə çıxış edib. Çinin də müharibə uzanacağı və ya ABŞ tam qalib gələcəyi halda yanacaq problemləri ilə üzləşməsi istisna olunmur. Buna görə Pekin və Moskva ABŞ-ın İranda daha çox ilişib qalmasını öz maraqlarına uyğun hesab edə bilər. Belə bir vəziyyətdə Çinin Tayvan məsələsində, Rusiyanın isə Ukrayna üzərində mövqeyi daha da güclənə bilər".

Politoloqun fikrincə, aydındır ki, İran raket və dronlarının hədəfləri aşkar edib yüksək dəqiqliklə vurmasında hər iki dövlətin müəyyən rolu ola bilər. Çin və Rusiyanın bu müharibədə birbaşa deyil, daha çox hibrid şəkildə iştirak etməsi gözlənilən idi. Məhz bu cür dəstək sayəsində İran ABŞ-İsrail koalisiyasının ən müasir müdafiə və hava hücum sistemləri qarşısında müəyyən müqavimət göstərə bilir və bəzi hallarda effektiv cavab zərbələri endirir.

Doğrudur, İran ağır itkilərə məruz qalıb, lakin onun müqavimətinin tam sındırıldığını demək hələ tezdir. Əksinə, Donald Trampın müharibədə uzun müddət ilişib qalması onun ABŞ siyasətində mövqelərini zəiflədə bilər. Onsuz da noyabrda keçiriləcək aralıq seçkilərdə Respublikaçıların müəyyən sayda yerlər itirəcəyi bir çox təhlilçilər tərəfindən proqnozlaşdırılır. Bu isə Tramp üçün ciddi siyasi itki demək ola bilər".

Akif NƏSİRLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

15.08.2026 / 08:15
FAZ müxbirinə Rusiyada cinayət işi açıldı - “Milli zəmində düşmənçilik çağırışı…”

15.08.2026 / 07:50
Türkiyə Rusiya limanlarından neft alışını azaldır - dronlar üzündən…

15.08.2026 / 06:55
Yaponiya Müdafiə naziri militarizm simvolu məbədi ziyarət etdi

15.08.2026 / 06:44
Lavrovdan Serbiya prezidentinə mesaj - “AB onu lağa qoyur…”

15.08.2026 / 06:33
Ardıcıl istefalar İYİ Partiya liderini özündən çıxardı - “siyasi şərəfsizlik bataqlığında boğulacaqsınız…”

15.08.2026 / 06:18
Lavrov ABŞ-dan cavab gözləyir - sərt ritorika da öz yerində…

15.08.2026 / 06:11
Rusiya Avropa ilə müharibəyə hazırlaşır: “ Gəmiləri hədəf alacağıq”…

15.08.2026 / 05:56
Tramp Hörmüz boğazını ABŞ ərazisi elan edəcək - müharibə bitdikdən sonra…

15.08.2026 / 05:47
Dünyanın ilk ən böyük elektrik təyyarəsi uçuşda - 27 dəqiqəyə 5 dollarlıq yanacaq…

14.08.2026 / 22:54
Türkiyənin BƏƏ ilə S-400 danışıqları dalana dirəndi… ABŞ-dan qəti mesaj - S-400-dən qurtulmadan F-35 olmayacaq…

14.08.2026 / 22:10
Londonla Təl-Əviv arasında gərginlik artır - Netanyahu Britaniyanı "Britaniya İslam Respublikası" adlandırdı...

14.08.2026 / 21:26
Zəngəzur dəhlizinə görə İran Ermənistana hərbi zərbələr endirəcək...

14.08.2026 / 20:53
Azərbaycanın 1-ci Ali hərbi Ordeni “Xətai”nin tarixində acı-şirin faktlar...

14.08.2026 / 20:27
Azərbaycan Rusiyanın ərzaq bazarında Ermənistanın mövqelərini tam ələ keçirdi – rəqəmlər açıqlandı…

14.08.2026 / 20:01
Rusiya 5 il Zəngəzur dəhlizini azı 2 səbəblə gecikdirdi...

14.08.2026 / 19:24
Naxçıvanın üstündən 15 milyon ton yük keçəcək-az qaldı, hədəf bəllidir...

14.08.2026 / 19:06
ABŞ qalmaqala səbəb olan nəhəng təyyarə gəmisini Yaxın Şərqdən geri çəkir…

14.08.2026 / 18:37
Hörmüz boğazında gərginlik yenidən artır - BƏƏ-nin iki tankeri vuruldu…

14.08.2026 / 18:22
İran ABŞ-ın daha bir MQ-9 Reaper pilotsuz təyyarəsini vurdu...

14.08.2026 / 18:10
Ukraynanın taleyi Ermənistan mediasında dərin məyusluq doğurub...

14.08.2026 / 17:55
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərildi

14.08.2026 / 17:42
Tezliklə Azərbaycana Ermənistan məhsulları idxal olunacaq - müxalifət TRİPP-i radikal hədəfə aldı...

14.08.2026 / 17:10
Hörmüz boğazına kimin nəzarət etdiyi bilinmir - Trampla İranın söz davası qızışır...

14.08.2026 / 16:48
Ermənistan və Rusiya kənd təsərrüfatı nazirlərinin görüşü gərgin keçdi...

14.08.2026 / 16:25
Samuxda qarayaraya görə nəzarət postu quruldu

14.08.2026 / 16:11
Xərclərimizin yarıdan çoxu yemək-içməyə gedir - ya çox yeyirik, ya qazanc azdır...

14.08.2026 / 15:57
Paşinyan Rusiyaya satılmış dəmiryolunun heç olmasa bir hissəsini geri alır... Plan...

14.08.2026 / 15:41
TRİPP İrana qarşı silah və qoşun yığmanın ən qısa yoludur - səfirdən sensasiya...

14.08.2026 / 15:24
İran İsrailə qarşı sürətli hücum əməliyyatlarına başlayır...

14.08.2026 / 15:06
Gürcülər İrəvanla Rusiyanın quru əlaqəsinin yenidən qurulmasına 90 milyon sərmayə qoyur...

14.08.2026 / 14:43
DİN vətəndaşlara xəbərdarlıq etdi - Şübhəli mesajlara inanmayın!

14.08.2026 / 14:28
Türkiyədə "PKK açılımına" şübhələr dərinləşir - 2013-də eyni proses cəmi 2 ilə pozulmuşdu...

14.08.2026 / 14:15
Xorvatiya alovlar içində - dünən başlayan yanğın şəhər mərkəzinə çatdı…

14.08.2026 / 14:03
Əfsanədən gerçəkliyə uzanan 5 minillik tarix - Troya

14.08.2026 / 13:55
Türkiyədən ABŞ-a xəbərdarlıq - İsrailə lazımi təzyiq göstərməsəz, biz hərəkətə keçəcəyik…

14.08.2026 / 13:53
“Dövlət auditi” informasiya sistemi yaradıldı

14.08.2026 / 13:49
Hesablama Palatasına yeni səlahiyyətlər verildi

14.08.2026 / 13:07
NATO qırıcıları Latviyanın hava məkanını pozan dronu vurdu…

14.08.2026 / 12:50
Xəyalları ölümsüzlüyə qovuşan şəhid Xəyal...

14.08.2026 / 12:35
"Vətən müharibəsindən sonra mina partlayışları nəticəsində 73 nəfər həlak olub, 363-ü xəsarət alıb" - Baş Prokurorluq

14.08.2026 / 12:22
Naxçıvanda külli miqdarda saxta aksiz markalı alkoqollu içkilər aşkarlandı

14.08.2026 / 11:50
Norveçdən Trampı özündən çıxaracaq açıqlama - İranla müharibə məqsədlərinə çatmadı…

14.08.2026 / 11:33
Trampın Yaxın Şərqə göndərdiyi təyyarə gəmisində baş verənlər ABŞ-ı ayağa qaldırdı – silahlı qarşıdurma, intiharlar… çox sayda ölü, və yaralı var…

14.08.2026 / 10:42
Kəlbəcərdə minaya düşən şəxsin ayağı amputasiya olunub, vəziyyəti orta ağırdır

14.08.2026 / 10:20
Bölgələrdə yanğın törədən 5 nəfər məsuliyyətə cəlb olundu

14.08.2026 / 10:08
Azərbaycan Pakistanı Müstəqillik Günü münasibətilə təbrik etdi

14.08.2026 / 09:10
Xankəndiyə növbəti köç yola salındı

14.08.2026 / 08:21
Yaponiya Putinə “əks-həmlə” hazırlayır - mövzu Kurildir

14.08.2026 / 08:09
ABŞ İranla müharibədə MQ-9 Reaper dronlarının dörddə birini itirib - The Washington Post

14.08.2026 / 07:54
Moskva və Tokio arasında “Kuril mübahisəsi” yenidən qızışır

14.08.2026 / 07:21
Odessa bölgəsində "Şahed" pilotsuz təyyarəsi 340 sərnişin daşıyan qatara çırpılıb - ölənlər var…

13.08.2026 / 23:22
Rum patiarxının saxta fikirlərini partiya funksioneri yenidən səsləndirdi

13.08.2026 / 22:57
Lazarev Klubu Patriarx Kirill və Papanı bütün ermənilərin katolikosunun müdafiəsinə çağırdı - Paşinyanı “hakimiyyətin qəsbi”ndə suçladı

13.08.2026 / 22:49
Ağ ayını oyatdı, 50 min cərimə ödədi - Norveçdə…

13.08.2026 / 22:41
Macarıstanda Yupiterə həsr olunmuş qurbangah aşkarlandı

13.08.2026 / 22:09
Tahirov Vüsal Mehdi oğlunun orden və medalları

13.08.2026 / 21:44
Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

13.08.2026 / 21:26
Zelenski ABŞ-dan “Patriot” ehtiyatlarının 5 faizini istədi - Onda qışdan sağ çıxarıq...

13.08.2026 / 21:10
Zəngəzur Elektrik Dəhlizi - Metsamor Atom stansiyası mütləq bağlanacaq...

13.08.2026 / 20:31
Tərtər sakini Kəlbəcərdə minaya düşdü...

13.08.2026 / 20:16
Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

13.08.2026 / 19:58
"PKK qanunu" Türkiyə siyasətini parçaladı - beynəlxalq reytinqçilər inamsız yanaşır...

13.08.2026 / 19:41
İrandan Azərbaycana narkotik keçirməyə cəhd göstərən şəxs saxlandı

13.08.2026 / 19:25
İran generalı TRIPP layihəsi ilə bağlı Ermənistanı hədələdi - heç bir razılıq yoxdur...

13.08.2026 / 19:08
Naxçıvanın üzərindən Türkiyəyə və Avropaya elektrik ixrac olunacaq...

13.08.2026 / 18:49
Müharibə aparan ölkələrə "Avroviziya” qadağası - Təşkilatçılar qərar verdi...

13.08.2026 / 18:32
Rusiya Kennedinin qardaşı oğlu barədə qiyabi həbs qərarı çıxardı

13.08.2026 / 18:17
İran Fransanı “utancverici ikiüzlülükdə” ittiham etdi – buna son qoyun...

13.08.2026 / 18:05
Medvedev vətənpərvərlik hisslərini bölüşməyən rus gəncləri təhqir etdi - "axmaqlar"…

13.08.2026 / 17:48
Türkiyəda göyərtəsində 115 nəfərin olduğu gəmi yandı... - VİDEO

13.08.2026 / 17:43
Trampın "ən etibarlı köməkçisi” işdən ayrıldı

13.08.2026 / 17:25
Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

13.08.2026 / 17:09
Ermənistan enerji təhlükəsizliyini Azərbaycana həvalə etməyə hazırdır

13.08.2026 / 16:56
TRIPP ətrafında yeni oyunlar başlanır, amma Azərbaycan israrlıdır...

13.08.2026 / 16:41
APA ilə Çinin CCTV+ Agentliyi arasında əməkdaşlıq sazişi imzalanıb

13.08.2026 / 16:30
Rusiya Azərbaycan üzərindən Ermənistana 20 vaqon buğda göndərdi... - YENİLƏNDİ

13.08.2026 / 16:17
“İran Azərbaycana qarşı qərəzli yanaşmadan imtina etsə, əməkdaşlıq üçün böyük imkanlar açılar”

13.08.2026 / 16:05
"Toxumçuluq haqqında" qanun təsdiqləndi

13.08.2026 / 16:00
Məşhur rejissorların teatr premyeraları və əfsanəvi tamaşaları Bakı Beynəlxalq İncəsənət Festivalında nümayiş olunacaq

13.08.2026 / 15:57
Səhiyyə Nazirliyi və TƏBİB "qarayara" xəstəliyi ilə bağlı birgə məlumat yayıb

13.08.2026 / 15:43
Naxçıvanı, Qarabağ və Zəngəzuru vahid konsepsiyada birləşdirən nələrdir?..

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ