ABŞ İranın Naxçıvana pilotsuz təyyarələrinin hücumlarını pisləyib. Bu barədə ABŞ-nin Bakıdakı səfirliyinin "X" sosial şəbəkəsindəki paylaşımında məlumat verilib.
"ABŞ 5 mart tarixində İran tərəfindən Naxçıvana qarşı həyata keçirilmiş pilotsuz uçuş aparatları ilə hücumları qətiyyətlə pisləyir və Azərbaycan xalqı ilə tam həmrəy olduğunu bildirir.
ABŞ-nin Azərbaycandakı Səfirliyi vəziyyətin inkişafını diqqətlə izləyir və hücum nəticəsində yaralanan şəxslərə tezliklə sağlamlıqlarını bərpa etməyi arzulayır", - səfirliyin paylaşımında qeyd olunur.