Bazar günü günü, 11 oktyabr 2026
     

Xocalı soyqırımı və azərbaycanlılara qarşı Ermənistanın törətdiyi digər soyqırımlar beynəlxalq cinayətdir

Image


"Soyqırım" anlayışının hüquqi mənası BMT Baş Assambleyasının 9 dekabr 1948-ci il tarixli 260 A (III) saylı qətnamə ilə qəbul etdiyi "Soyqırım cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında" Konvensiya ilə müəyyən edilmişdir və hər hansı milli, etnik, irqi və ya dini qrupların tam və ya qismən məhv edilməsi niyyəti ilə aşağıdakı hərəkətləri bildirir: belə bir qrupun üzvlərinin qətlə yetirilməsi; belə bir qrupun üzvlərinə ciddi bədən xəsarətləri və əqli pozğunluq yetirilməsi; hər hansı belə bir qrup üçün qəsdən onun tam və ya qismən məhvinə hesablanmış həyat şəraitinin yaradılması; belə bir qrup arasında uşaq doğumunun qarşısının alınmasına hesablanmış tədbirlər; uşaqların zorakılıqla bir insan qrupundan digərinə verilməsi.

Soyqırım cinayəti üçün xüsusi niyyətin olması zəruri element sayılır.

Xocalı soyqırımı törədilənə qədər Ermənistan tərəfindən azərbaycanlılara qarşı bir çox soyqırımlar həyata keçirilmişdi. Ermənistandan göndərilən silahlı dəstələr tərəfindən 1991-ci ilin iyun-dekabr aylarında Qarabağın dağlıq hissəsindəki 30-dan çox yaşayış məntəqəsi, o cümlədən Meşəli, Cəmilli, Tuğ, İmarət-Qərvənd, Sırxavənd, Umudlu, Kərkicahan və s. strateji əhəmiyyətli yaşayış məntəqələri yandırıldı, yüzlərlə azərbaycanlı qətlə yetirildi, yaralandı, əsir götürüldü. 1992-ci ilin yanvar-fevral aylarında Qaradağlı, Qaybalı, Malıbəyli, Aşağı Quşçular, Yuxarı Quşçular kəndləri işğal edildi. 1992-ci il evralın 25-dən 26-na keçən gecə əsrin böyük faciəsi Xocalı soyqırımı baş verdi. Erməni silahlı dəstələrinin Xocalıya hücumunu şəhərin coğrafi mövqeyi şərtləndirirdi. 7000 nəfər əhalisi olan Xocalı Xankəndindən 10 km cənub-şərqdə, Qarabağ dağ silsiləsində və Ağdam-Şuşa, Əsgəran-Xankəndi yollarının üstündə yerləşirdi. Qarabağdakı yeganə hava limanı da Xocalıdaydı. Şəhərin müdafiəsi əsasən milis və yenicə yaranmış Milli Ordu döyüşçülərinin hesabına təşkil olunurdu. Fevralın ikinci yarısından başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən mühasirəyə alınan Xocalı hər gün toplardan, ağır texnikadan atəşlərə, erməni silahlılarının hücumlarına məruz qalırdı. Ermənistan silahlı qüvvələri Xankəndində yerləşən keçmiş SSRİ-nin 4-cü ordusunun 23-cü dviziyasına daxil olan 366-cı motoatıcı alayın 10 tankı, 16 zirehli transpartyoru, 9 PDM ( piyadaların döyüş maşını), 180 hərbi mütəxəssisi və xeyli canlı qüvvəsi ilə Xocalını mühasirə etdi. Xocalı yerlə yeksan edildi. Xocalının işğalı zamanı azərbaycanlı soyqırımında 613 nəfər vəhşicəsinə işgəncələrlə qətlə yetirildi, onlardan 63 nəfəri azyaşlı uşaq, 106 nəfəri müxtəlif yaş hədlərində olan qadın, 70 nəfəri qoca idi. 487 nəfər şikəst edildi. Onlardan 76-ı uşaq idi. 1275 nəfər əsir alındı, 8 ailə məhv edildi, şəhər yandırıldı, 25 uşaq hər iki valideynini, 130 uşaq bir valideynini itirdi. 186 nəfər itkin düşdü, onlardan 31-i uşaq (11 qız), 59-u qadın, 33-ü qoca (20 qadın) idi. İtkin düşmüş həmin 186 nəfərdən 95 nəfərinin ermənilər tərəfindən əsir və girov götürülməsi barədə şahid ifadələri var. Hə¬min 95 nəfərdən 12-si uşaq (2 qız), 23-ü qadın, 11-i qoca (7 qadın) idi.

Həmin gecə Xocalı sakinləri ilə bərabər, 1988-ci ildə Ermənistandan qaçqın düşərək Xocalıya pənah gətirmiş insanlar, Ermənistan silahlı qüvvələrinin Xankəndi şəhərini işğal edən zaman məcburi köçkün olmuş insanlar və 1989-cu ildə Fərqanə (Özbəkistan) hadisələri zamanı Azərbaycana sığınmış Axıska türkləri (onlar 54 ailə idi) də bu dəhşətli soyqırımın qurbanı oldular. Xocalıya hücumda 366-cı alayın milliyyətcə erməni olan zabiti mayor Oqanyan Seyran Muşeqoviçin komandanlığı al¬tında olmuş 2-ci taboru, Yevgeni Nabokixinin komandanlığı altında 3-cü taboru, 1-ci taborun qərargah rəisi Çitçyan Valeriy İsayeviç və alayda xidmət edən 50-dən artıq erməni zabit və giziri iştirak etmişdilər. Xocalıda insanlar xüsusi qəddarlıqla qətlə yetirildilər. Ağdamda 181 meyitin üzərində aparılan məhkəmə-tibb ekspertizasının nəticəsinə görə qəlpə təsirindən 20, güllə təsirindən 151, küt alət təsirindən 10 nəfər ölmüşdü. Ekspertizada olanların 13 nəfəri azyaşlılar olmuşdur.

Rusiyanın “Memorial” hüquq-müdafiə mərkəzinin məlumatına görə diri adamın baş dərisinin soyulması faktı qeydə alınmışdır. Parisdə çıxan “Le Monde” qəzeti 1992-ci il 14 mart tarixdə yazırdı: “...Ağdamda olan xarici jurnalistlər Xocalıda öldürülmüş uşaq və qadınlar arasında üçünün baş dərisinin soyulduğunu, dırnaqlarının qopardıldığını görmüşlər. Bunlar Azərbaycan təbliğatı deyil, reallıqdır...” Moskvada çıxan “İzvestiya”, Parisdə çıxan “Krua L`Evo-ne¬man” jur¬nalı, Londonda çıxan “Tayms” qəzeti, “Sandi Tayms” qəzeti, “Feyneşnl Tayms” qəzeti, Parisdə çıxan “Valer Aktyuel” jurnalı Xocalıda ermənilərin törətdikləri qəddar qətllərdən bəhs edirdilər.

Rusiyanın “Novaya qazeta” nəşrinin Qarabağ müharibəsini izləmək üçün bölgəyə ezam edilən, erməni qüvvələrinin nəzarəti altında olan ərazilərdə fəaliyyət göstərən əməkdaşı, jurnalist Viktoriya İvleva məqaləsində xatırlayır: “1992-ci il fevralın 26-da Xankəndi yaxınlığında erməni əsgərlərinin əhatəsində müharibədən reportaj hazırlayarkən duman və çovğunun arasından erməni silahlılarının müşayiəti altında bizə tərəf hərəkət edən, çoxu ayaqyalın, başı açıq olan dəstəni gördüm. Onların arasında bir qadın da dayanmışdı, yanında iki azyaşlı uşağı var idi. Qadının qucağında təxminən yaş yarımlıq, başından və ayağından qəlpə yarası almış oğlan uşağı, bir də təzə doğulmuş körpə gördüm. Onların necə əsir götürüldüyünün şahidi olmamışdım, çünki mən cəbhənin ikinci eşelonunda, həkimlərlə bir sırada idim. Erməni əsgərlərinin hamısının qollarında bir-bi¬rini tanımaq üçün ağ sarğı var idi, mənim də qoluma belə sarğı bağlamışdılar ki, tanısınlar və atəş açmasınlar. Ancaq həmin gün sarğı haradasa itmişdi, əsirləri gətirən erməni əsgərlərindən biri gözlənilmədən avtomatın qundağı ilə kürəyimə iki zərbə endirib, anlamadığım dildə nəsə dedi. Bu zərbələrin ağrısını bütün həyatım boyu hiss edəcəyəm. Sivilizasiyanın yoxa çıxdığı bir vaxtda əsgər çəkmələrinin tozunda mən heç kimə çevrilmişdim. Yanımda bir də təzə doğulmuş körpə var idi və mən onu qorumalı idim”. Yeni doğulan körpə Xocalıda məskunlaşan Axıska türklərindən olan Günay xəsarət alıb epilepsiya xəstəsi oldu, sonra danışıq qabiliyyətini itirdi və 19 yaşında vəfat etdi.

Xocalı soyqırımının şahidi olan fransız jurnalist Jan İv Yunet şahidi olduğu mənzərədən təsirlənərək, həmin illərdə gördüklərini belə təsvir edir: “Biz Xocalı faciəsinin şahidləri olduq, həlak olmuş yüzlərlə dinc sakinin – qadınların, uşaqların, qocaların, eləcə də Xocalını müdafiə edənlərin cəsədlərini gördük... Bu, dəhşətli mənzərə idi. Mən müharibələr haqqında, alman faşistlərinin qəddarlığı haqqında çox eşitmişdim. Lakin 5-6 yaşlı uşaqları, dinc əhalini qətlə ye-tirən ermənilər faşistləri də geridə qoymuşdular”.

Fransada qondarma "erməni soyqırımı” barədə arxiv materiallarını araşdıran türk araşdırmaçı Əli Rzaoğlu “Xocalı erməni generallarının xatirələrində” adlı araşdırmasında Xocalı soyqırımında iştirak etmiş 34 erməni hərbçisinin xatirələrini təqdim edir. Kanadada yaşayan erməni Vasili Stardiyan onunla müsahibədə bildirib ki, Xocalıdan və Qarabağdan olan 170 uşağın daxili orqanlarını əməliyyat yolu ilə çıxararaq, Avropaya, ABŞ-a satıb.

Beynəlxalq hüquq sənədləri nəzərə alınaraq, soyqırım cinayət kimi aşağıdakı hüquqi nəticələr çıxarmağa əsas verir: a) Soyqırım cinayəti törətmiş şəxslərin cinayət təqibi və cəzalandırılması qaçılmazdır. b) Cinayət tərkibi təkcə soyqırım aktının törədilməsi deyil, həm də soyqırım törədilməsi məqsədilə sui-qəsd, soyqırım törədilməsində birbaşa və açıq şəkildə təhrikçilik, soyqırım törədilməsinə qəsd və soyqırımda iştirakdır. c) Soyqırım törətmiş şəxslərə universal yurisdiksiyanın prinsipləri tətbiq edilməlidir. d) Soyqırım cinayəti törədilərkən əmrin icrasına istinad etmək məsuliyyətdən azad etmir. e) Rəhbərlər soy¬qırım cinayətinin qarşısını almaq üzrə hərəkətləri həyata keçirmədikləri üçün məsuliyyət daşıyırlar. f) Soyqırım cinayətlərinə cinayət məsuliyyətinin tətbiqinə cəlbetmə müddəti tətbiq edilmir. g) Soyqırım cinayətinə münasibətdə qanunun retroatik tətbiqinə yol verilir. l) Soyqırım cinayəti törətmiş şəxslər cinayət məsuliyyətinə cəlb edilmələri üçün tələb edən ölkəyə verilməlidirlər. Beynəlxalq Məhkəmə Xocalı soyqırımını soyqırımı kimi tanımalıdır.

R.Köçəryan, S.Sarkisyan hökuməti azərbaycanlılara qarşı soyqırımlarını, kütləvi terror aksiyalarını Ermənistanda dövlət səviyyəsində törətmişlər. Xocalı soyqırımında iştirak edən erməni terrorçular Ermənistanda “milli qəhrəman” kimi dövlətdə ali vəzifələrə təyin edildi. Xocalı soyqırımında məsuliyyət Ermənistan prezidenti olmuş R.Köçəryandan, S.Sarkisyandan da yan keçməməlidir.

Ramilə Dadaşova

Siyasi elmlər doktoru, dosent,

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Beynəlxalq münasibətlər və geosiyasət şöbəsinin müdiri




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ