Bazar günü günü, 11 oktyabr 2026
     

4 il müharibədə kim nə qazandı - Rusiya, ya Türkiyə...

Image


Rəşad Bayramov: “Müharibə Rusiyanın müxtəlif regionlardakı təsir imkanlarının məhdudlaşmasına gətirib çıxarıb”

Rusiya-Ukrayna müharibəsinin başlanmasından 4 il ötdü. Rusiya prezidenti Vladimir Putin müharibə başlayanda 3 günə Kiyevi alardıq deyirdi, amma bu müddət ərzində qarşısına qoyduğu məqsədinə nail ola bilmədi və s.

Dörd il əvvəl heç kimin xəyalına gəlməzdi ki, müharibə bu qədər uzanar və Rusiya Ukraynada bataqlığa düşər.

Dörd illik prosesin əsas geosiyasi nəticələri nələrdir? Bu müddət ərzində Rusiyanın qazandıqlarını itirdikləri ilə müqayisə etmək olarmı? Dörd ildən sonra bu müharibədə real strateji üstünlük hansı tərəfdədir? Rusiyanın Türkiyədən asılılığı artdımı?

Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən AMİP Ali Məclisinin sədri Rəşad Bayramov hesab edir ki, Rusiya-Ukrayna müharibəsinin başlanmasından keçən dörd il həm geosiyasi, həm hərbi və həm də iqtisadi baxımdan çoxsaylı nəticələr doğurub: “Kiyevi 3 günə alacağını bəyan edən rəsmi Moskva bütün cəhdlərinə baxmayaraq sürətli zəfəri əldə edə bilmədi. Şübhəsiz ki, bu, həm Ukraynanın müqaviməti, həm də Qərb dövlətlərinin hərbi-texniki dəstəyi ilə bağlıdır və münaqişənin uzunmüddətli, çoxölçülü geosiyasi nəticələrini formalaşdırıb. Düşünürəm ki, dörd illik prosesin ən əhəmiyyətli nəticəsi Qərb koalisiyasının möhkəmlənməsi ilə bağlıdır. ABŞ-ın bir sıra addımlarına baxmayaraq müharibə NATO-nun həmrəylik və müdafiə strategiyasını gücləndirib. Şimali Atlantik Alyansı Avropadakı mövcudluğunu artırıb və NATO ölkələri öz hərbi potensiallarını daha da artırmaq üçün bir sıra əhəhmiyyətli addımlar atıblar. Avropa ölkələrinin hərbi xərclərini artıraraq kollektiv müdafiə və silah təminatı sahəsində yeni normativlər müəyyən etməsi bunun bariz nümunəsidir. Ukraynanın müqaviməti və Qərb dəstəyi Moskvanın sürətli hərbi zəfər planlarını puça çıxarıb və Rusiyanı daha uzunmüddətli və resurs tələb edən müharibəyə cəlb edib”.

R.Bayramovun fikrincə, digər vacib nəticə Rusiya üçün iqtisadi və diplomatik təzyiqlərin artmasıdır: “Sanksiyalar, enerji mənbələrinə məhdudiyyətlər və beynəlxalq izolyasiya Moskvanın iqtisadi manevr imkanlarını azaldıb. Bununla yanaşı, Rusiya bəzi regional və qlobal partnyorlarla iqtisadi münasibətləri qorumağa çalışsa da, Avropa bazarlarından uzaqlaşmaq məcburiyyətində qalıb. Qaz və neft ixracından əldə olunan gəlirlər hələ də müəyyən həcmdə təmin olunsa da, Avropa üçün alternativ enerji mənbələrinin inkişafı Rusiya qazının strateji üstünlüyünü zəiflədib. Ölkə faktiki təcrid durumuna düşüb, bir sıra istehsal sahələri bağlanıb, işsizlik artıb və s. Eyni şəkildə Ukrayna müharibəsi Rusiyanın müxtəlif regionlardakı təsir imkanlarının məhdudlaşmasına gətirib çıxarıb. Ən əsası isə müharibənin başlama səbəblərindən biri olan məsələ, yəni NATO-nun Şərqə doğru genişlənməsinin qarşısını da almaq mümkün olmayıb. Finlandiyanın və İsveçin NATO üzvlüyü ilə hərbi alyansın Rusiya ilə sərhədləri iki dəfədən artıq böyüyüb. Bu baxımdan, qazandıqlarını itirdikləri ilə müqayisə etsək görərik ki, hərbi əməliyyatlarda bəzi lokal uğurlar əldə olunsa da, beynəlxalq, siyasi və iqtisadi sahədə ciddi məğlubiyyətlər yaşanıb. Strateji üstünlüyün tərəflər üzrə paylanmasına gəldikdə, indiki mərhələdə Ukrayna, əsasən Qərb dəstəyi ilə, taktiki və strateji sahədə daha əlverişli vəziyyətdədir. Hərbi əməliyyatlarda Moskva bəzi irəliləyişlər əldə etsə də, uzunmüddətli məqsədlərinə çatmaqda ciddi çətinliklərlə üzləşir. Ukraynanın müqaviməti və beynəlxalq dəstək onun strateji mövqeyini gücləndirir, həmçinin Rusiya üçün resurs və manevr məhdudiyyətləri yaradır. Dörd illik müharibə bu və ya digər şəkildə Rusiya-Türkiyə münasibətlərinə də təsirsiz ötüşməyib. Moskva enerji tranziti, buğda ixracı və regional balans məsələlərində Ankara ilə əməkdaşlıq etmək məcburiyyətində qalıb. Xüsusilə Qara dəniz marşrutları və Türkiyənin vasitəçilik rolunun artması Rusiya üçün strateji asılılıq yaratmağa başlayıb. Belə ki, Türkiyə həm hərbi balansı, həm də ticarət kanallarını müəyyən edir və Moskva bu kontekstdə Ankara ilə əlaqələri gücləndirməli olur. Ümumiləşdirərək deyim ki, dörd il ərzində müharibə Rusiyanın planlaşdırdığı sürətli zəfəri puça çıxarmaqla yanaşı Qərb koalisiyasının möhkəmlənməsinə, Ukraynanın strateji mövqeyinin güclənməsinə və Moskvanın regional və qlobal asılılıqlarla üz-üzə qalmasına səbəb olub. Rusiya bəzi taktiki və lokal qələbələr əldə etsə də, strateji üstünlük və beynəlxalq təsir baxımından daha çox itirən tərəf kimi görünür”.

Vidadi ORDAHALLI




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ