Cümə günü, 06 noyabr 2026
     

Kürdlər Suriya və İraqda iflasa uğradılar - bu dəfə İran ərazisində hərəkətə keçdilər...

Image


İran Kürdüstanındakı beş ən böyük kürd qrupu ölkədəki siyasi qeyri-müəyyənlik fonunda vahid cəbhənin yaradıldığını elan edib. Dərc olunmuş məlumatlara görə, ittifaq İranın qərbindəki kürd bölgələri üçün geniş muxtariyyət əldə etməyi hədəfləyir. Bu, ölkə daxilində mümkün dəyişikliklər qarşısında siyasi və hərbi səylərin əlaqələndirilməsini əhatə edir. Yeni formata əsasən, alyansın strukturlarından olan hərbçilərin Kürd Milli Ordusuna qoşulması gözlənilir. Kürd mənbələrinə görə, bu qüvvə artıq İranın qərb bölgələrində əhəmiyyətli ərazilərə nəzarət edir.

Assosiasiya nümayəndələri iddia edirlər ki, vahid cəbhənin yaradılması kürd hərəkatının möhkəmləndirilməsinə və ölkədə vəziyyətin daha da qeyri-sabitləşməsi halında onun mövqeyinin gücləndirilməsinə yönəlib. Tehrandan hələlik bu məlumatlara rəsmi cavab verilməyib. Ekspertlər qeyd edirlər ki, vahid kürd güc mərkəzinin formalaşması, xüsusən də siyasi böhran dərinləşərsə və ya bölgədə hərbi eskalasiya baş verərsə, İrandakı daxili tarazlığa əhəmiyyətli dərəcədə təsir göstərə bilər. Qruplar əsas məqsədlərinin "İran İslam Respublikasında rejimi devirmək üçün mübarizə" və kürd xalqının öz müqəddəratını təyin etmək hüququnu təmin etmək olduğunu bildirir Onlar həmçinin İran daxilində hökumət əleyhinə etirazları dəstəklədiklərini və ölkə daxilində siyasi partiyalar və vətəndaş cəmiyyəti hərəkatları arasında daha geniş koordinasiyaya çağırdıqlarını bəyan edirlər. Ekspertlər deyirlər ki, İraqın yarımmuxtar Kürdüstan bölgəsində yerləşən, illərdir Tehrana qarşı zəif silahlı mübarizə aparan beş iranlı-kürd müxalifət qrupu məhz İslam Respublikasının indiki zəifliyindən yararlanmağa çalışır. Siyasi təhlilçi Vladimir van Vilqenburq kürd məsələləri üzrə ixtisaslaşıb. O, Azadlıq Radiosuna deyir ki, kürd qrupları müxtəlif ssenarilərə hazırlaşır, onların gözləntisi ABŞ-nin hücum ehtimalıdır. İranın 90 milyonluq əhalisinin təxminən 10 faizini kürdlər təşkil edir, əsasən ölkənin İraqla həmsərhəd qərb bölgələrində yaşayırlar. İran illər boyu kürdlər, digər etnik azlıqlara təzyiq və ayrıseçkilikdə ittiham olunur.

Yeni koalisiyaya Kürdüstan Azadlıq Partiyası (PAK), İran Kürdüstanının Demokratik Partiyası (PDKI), Kürdüstan Azad Həyat Partiyası (PJAK), İran Kürdüstanı İnqilabi Xəbat Təşkilatı və İran Kürdüstanı Zəhmətkeşlərinin İnqilabi Komala Təşkilatı daxildir. Bu qrupların çoxu əvvəllər silahlı olub. Bəziləri İranda muxtariyyət tələb edib, digərləri İslam Respublikasından ayrılmaq uğrunda mübarizə aparıb. Birgə bəyanatda deyilir: "İran Kürdüstanında Siyasi Qüvvələrin Koalisiyası" adlanan ittifaqın əsas məqsədləri İran İslam Respublikasını devirmək, kürdlərin öz müqəddəratını təyinetmə hüququnu gerçəkləşdirməkdir". PDKI-nin lideri Mustafa Hicri bildirib ki, beş qrup təxminən səkkiz ay çəkən danışıqlardan sonra bir araya gəlib, fikir ayrılıqlarını kənara qoya bilib. Dediyinə görə, ittifaqın əsas hədəflərindən biri İslam Respublikası süqut edəcəyi halda, keçid dövründə İran Kürdüstanının idarə olunması üçün ortaq plan hazırlamaqdır. İran Kürdüstanına Kürdüstan, İlam, Kirmanşah vilayətləri və Qərbi Azərbaycan vilayətinin bəzi hissələri daxildir. Həmin ərazilərdə kürdlər çoxluq təşkil edir. Hicri deyib: "Yeni mərkəzi hökumət formalaşandan sonra Kürdüstanın idarəetmə orqanları azad səsvermə yolu ilə seçiləcək, bölgənin idarəsini üzərinə götürəcək". Van Vilqenburqun fikrincə, koalisiya üzvləri arasında ideoloji fərqlər, müxtəlif regional əlaqələr ortaya ciddi çətinliklər çıxaracaq. Məsələn, PJAK-ın Türkiyədə fəaliyyət göstərən Kürdüstan Fəhlə Partiyası (PKK) ilə əlaqələri həssas məqam sayılır. Bu, Ankaranın etirazına səbəb ola, ittifaqın birliyini çətinləşdirə bilər. Abdulla Möhtədinin rəhbərlik etdiyi İran Kürdüstanı Komala Partiyası kimi bəzi nüfuzlu kürd siyasi qüvvələri koalisiyaya daxil olmayıb. Möhtədi X platformasında paylaşımında ittifaqı tənqid edib, aydın yol xəritəsinin və icra mexanizmlərinin olmadığını deyib, müddəalarını həddən artıq ümumi adlandırıb. Amma Möhtədi partiyasının koalisiyaya qarşı çıxmayacağını, gələcək əməkdaşlığa açıq olduğunu da əlavə edib. Hicri isə qeyd edib ki, ittifaq Möhtədinin partiyasını məmnuniyyətlə qəbul edir. O, İranın digər siyasi təşkilatları, müxalif qruplarla dialoqa girəcəyini, mümkün olarsa, geniş və vahid proqram yaratmağa çalışacağını bildirib. Yeni ittifaqın elanı İraqdakı Kürdüstan Regional Hökumətinin kəskin reaksiyasına səbəb olub. Bu qurum İranla sərhədyanı gərginlik istəmir. Daxili İşlər Nazirliyi sərt bəyanat yayaraq bildirib ki, Kürdüstan bölgəsi öz ərazisinin qonşu ölkələrə qarşı istifadə olunmasına icazə verməyəcək. İran illərlə İraq Kürdüstanındakı kürd qruplarına hərbi zərbələr endirib. 2023-cü ildə İran və İraq təhlükəsizlik sazişi imzalayıb, Bağdad müxalif kürd qruplarını İranla sərhəddən uzaqlaşdırıb. Van Vilqenburqun fikrincə, İraq Kürdüstanının rəsmiləri bu təşəbbüsdə heç cür iştirak etmədiklərini göstərmək istəyirlər. Tehran kürd qruplaşmalarını terror təşkilatları kimi tanıyır, qruplar isə onilliklər davam edən silahlı qarşıdurmadan sonra getdikcə daha çox siyasi səfərbərliyə doğru irəlilədiklərini bildirirlər.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ