Prezident İlham Əliyev İranın müdafiə naziri Əziz Nəsirzadə ilə görüşdə bildirib ki, Azərbaycan İran ətrafındakı gərginliyin həllinə kömək etməyə hazırdır.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan regiondakı mövcud vəziyyətdən narahatdır və İran ətrafındakı gərginliyin həllini dəstəkləməyə hazırdır.
Söhbət zamanı ölkələr arasında ikitərəfli münasibətlərin inkişafı vurğulanıb və müdafiə sahəsində əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Azərbaycan Prezidenti həmçinin bildirib ki, "Azərbaycanın təşəbbüsü ilə Cənubi Qafqazda sülh bərqərar olub". O, bunun həm Azərbaycan, həm də Ermənistanla həmsərhəd olan İran üçün böyük əhəmiyyət kəsb etdiyinə əminliyini bildirib.
SAMİRƏ