Rusiyanın enerji sektoruna kütləvi zərbələri fonunda Bakı Kiyevə enerji avadanlığı göndərib. Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev Facebook-da məlumat verib.
"Bu dəfə generatorlar və elektrik avadanlıqları xilasedicilərimizə və bölgələrə göndərilir ki, bu da elektrik enerjisinin sürətli və səmərəli təchizatı üçün vacibdir"- səfirin paylaşımında deyilir.
Qusevin sözlərinə görə, Bakı Ukraynaya 17 müxtəlif enerji generatoru, dörd portativ enerji sistemi və üç istilik silahı göndərib. O, həmçinin Azərbaycan rəhbərliyinə dəstəyə və humanitar yardıma görə minnətdarlığını bildirərək, soyuq qış günlərində Azərbaycanın enerji avadanlığı yardımını yüksək qiymətləndirib.
Daha öncə Ukrayna fevralın 3-nə keçən gecə Rusiyanın hərbi hücumunu ilin əvvəlindən bəri ən böyük hücum adlandırmışdı. Bu məlumatı ukraynalı jurnalist Andrey Tsaplienko təsdiqləyib. Hücum nəticəsində Kiyev və ətraf bölgədəki enerji obyektlərinə ciddi ziyan dəyib, bir neçə istilik elektrik stansiyası vurulub. Ümumilikdə Ukraynanın altı bölgəsinə hücum edilib.
SAMİRƏ