Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan Ermənistanın yaxın gələcəkdə Azərbaycandan şəkər idxal edəcəyi ilə bağlı mediada yayılan məlumatları nə təsdiqləyib, nə də təkzib edib.
Nazir jurnalistlərlə söhbətində, hazırki mərhələdə bu barədə heç bir açıqlama vermək istəmədiyini deyib.
Armenian News-NEWS.am saytının konkret iş adamı Samvel Aleksanyan haqqında sualına da Papoyan eyni cavabı verib: "Hazırki mərhələdə bu barədə şərh verə bilmərəm. Hazırda yalnız bir növ məhsul idxal olunur: benzin".
TAHİR