Özbəkistan da Avrasiya İqtisadi Birliyinə (AİB) qoşulur. Rusiyanın Özbəkistandakı ticarət nümayəndəsi Konstantin Zlıqostev bildirib ki, respublikanın AİB-ə tam qoşulması bütün Orta Asiya regionunda inteqrasiya üçün yeni perspektivlər açacaq.
AİB-ə üzvlük Özbəkistan mallarının (tekstil, kənd təsərrüfatı məhsulları, kimyəvi maddələr və qida məhsulları) bürokratik maneələr olmadan Qazaxıstan və Qırğızıstan ərazisindən sərbəst hərəkət etməsinə imkan verəcək və təxminən 180 milyon nəfərlik ortaq bazara çıxış təmin edəcək. Zlıqostevin sözlərinə görə, tariflərin endirilməsi, standartların unifikasiyası və investisiyaların artırılması gözlənilir. Özbəkistanın iştirakı Rusiya üçün də faydalıdır, çünki bu, yanacaq, metal, taxta, avadanlıqların tədarükünü gücləndirəcək və logistikanı sadələşdirəcək.
TAHİR