çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

907-nin ləğvi indi Azərbaycandan çox ABŞ-ın özünə lazımdır...

Image


Məlum həqiqətdir ki, ABŞ-Azərbaycan münasibətləri qarşısında ən böyük maneələrdən biri “Azadlığa dəstək aktı”na 907-ci düzəlişdir. Lakin cari ilin avqustunda Amerika və Azərbaycan liderlərinin tarixi Vaşinqton görüşündə bu maddənin ləğvi məsələsi də gündəmə gəldi və Donald Tramp 907-ci düzəlişin icrasını bir il dayandırmaqla bağlı sənəd imzaladı.

Xatırladaq ki, iki ölkə arasında əlaqələrin ruhuna uyğun olaraq illərdir onun dayandırılması prosesi hər il yenilənirdi. Lakin Bayden administrasiyası bu maddədən Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etmək məqsədilə onun yenilənməsini dayandırdı. Nəhayət bu ilin sonlarına yaxın ABŞ Nümayəndələr Palatasının üzvü Anna Paulina Luna 907-ci düzəlişi tam ləğv etməyə yönəlmiş qanun layihəsini təqdim edib. Xatırladaq ki, 1992-ci ildə qəbul olunmuş bu düzəliş Azərbaycana ABŞ dövlət yardımının göstərilməsini qadağan edir. Rəsmi Bakı Azərbaycanla-ABŞ arasında münasibətlərin inkişaf perspektivləri, Azərbaycanın geniş regionda artan rolu nəzərə alınaraq, ABŞ tərəfinin bu düzəlişin tamamilə ləğv edilməsi istiqamətində əməli addımlar atacağına ümidvar olduğunu bəyan edib. Məsələ ilə bağlı ukraynalı politoloq Aleksandr Kovalenko bildirir ki, 907-ci düzəlişin ləğvi çox mühüm bir addım olacaq: “Əslində, bu gün biz Bakı ilə Vaşinqton arasında ikitərəfli münasibətlərin inkişafını görürük. Buna görə də, əslində, Azərbaycanın bundan sonra inkişafının hər hansı şəkildə məhdudlaşdırılması yolverilməzdir. Bu, çox güman ki, hüquqi cəhətdən bürokratik səhvdir”. Onun sözlərinə görə, Donald Tramp Bakı ilə münasibətlərə açıqdır: “Son vaxtlar qeyd etdiyimiz kimi, onun Azərbaycan lideri İlham Əliyevlə kifayət qədər yaxşı əlaqəsi var.

Bu baxımdan, əlbəttə ki, bu günə qədər faktiki olaraq köhnəlmiş və artıq sadəcə yersiz olan 907-ci düzəlişin ləğvi çox mühüm bir addım olacaq”. A.Kovalenkonun fikrincə, bu, zamana bağlı məsələdir: “İstənilən Qərb demokratiyası, özünü mütərəqqi və inkişaf etmiş kimi göstərsə də, çox vacib bir mənfi cəhətə malikdir. Bu, bürokratik komponentdir və o, bəzən çox uzun müddətə uzana bilər. Düşünmürəm ki, bu, Azərbaycanın inkişafı, Bakı ilə ABŞ arasında əməkdaşlıq və Ermənistanla indi məhz müsbət istiqamətdə hərəkət edən ikitərəfli münasibətlərin bundan sonra da yaxşılaşması üçün hər hansı bir maneəyə çevriləcək. İrəvanın seçdiyi vektor düzgündür və o, həm Azərbaycanın, həm də Ermənistanın maraqlarına uyğundur. Bu, Mərkəzi Asiya, Avropa və ABŞ arasında regionda daha qlobal inkişaf və müəyyən əsas təsir məsələsidir”.

Türkiyənin enerji strategiyaları və siyasətləri araşdırma Mərkəzinin baş katibi Oğuzxan Akyener isə qeyd edir ki, ABŞ Konqresinin 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə qəbul etdiyi “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin ləğv edilməsi Vaşinqton ilə Bakı arasında daha sıx əməkdaşlığa yol açacaq. ABŞ Azərbaycanla, o cümlədən terrorizmlə mübarizə sahəsində fəal əməkdaşlıq edə biləcək. O, Azərbaycan ilə Ermənistan arasında sülh prosesində Orta Dəhlizin mühüm halqası kimi Cənubi Qafqazın potensialının açılmasına töhfə verən irəliləyişlərə diqqət çəkib: “907-ci düzəlişin ləğv edilməsi uzunmüddətli perspektiv layihələrə yönəlmiş bir çox xarici investorlar üçün də stimul olacaq”. Ekspert ABŞ hakimiyyət nümayəndələrinin Azərbaycan və Ermənistan arasında sülh prosesinə xələl gətirilməsinin yolverilməzliyi ilə bağlı bəyanatlarını da xatırladıb: “Vaşinqtonda sülh prosesinin təşviqində və Cənubi Qafqazda əlaqələrin normallaşdırılmasında maraqlı olduqlarını gizlətmirlər, TRİPP layihəsinin həyata keçirilməsinin əhəmiyyətini vurğulayırlar. Donald Tramp administrasiyası Azərbaycanı ABŞ-ın regionda tərəfdaşına və müttəfiqinə çevirməyə hazır olduğunu nümayiş etdirir ki, bu da təkcə Cənubi Qafqaza və Türkiyəyə deyil, bütün Türk dünyasına fayda vəd edir”. Türkiyənin Azərbaycandakı keçmiş səfiri, Hulusi Kılıç vurğulayır ki, ABŞ Konqresi tərəfindən 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə qəbul edilmiş “Azadlığa Dəstək Aktı”na 907-ci düzəliş, nəhayət, “Tarixin zibilliyi”nə atılmalıdır. Onun sözlərinə görə, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə dialoq və səylər fonunda belə bir düzəlişin olması elementar məntiqə ziddir. O qeyd edib ki, Bakıya münasibətdə qərəzli qərar ABŞ qanunvericiləri tərəfindən Azərbaycan ərazilərinin bir hissəsinin erməni işğalı altında olduğu, yüz minlərlə azərbaycanlının isə qaçqın və məcburi köçkünə çevrildiyi dövrdə qəbul edilib: “Təcavüz və işğalla qarşılaşan ölkəyə qarşı məhdudiyyətlərin tətbiq edilməsinin özü həddindən artıq subyektivliyin və ədalətsizliyin təzahürü oldu”. H.Kılıç Qarabağ münaqişəsinin başa çatması ilə Bakı ilə İrəvan arasında möhkəm sülh üçün imkanların formalaşdığını, bunun isə 907-ci düzəlişin gündəmdə saxlanılmasını absurd etdiyini bildirib.

Ekspert Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşünü xatırladıb. Bildirib ki, bu görüş çərçivəsində Ağ Evdə sülh sazişi paraflanıb və ABŞ Prezidentinin iştirakı ilə dövlət başçıları əlaqələrin normallaşdırılması prosesinə sadiq olduğunu bəyan ediblər. H.Kılıç 907-ci düzəlişi həm Cənubi Qafqazda münasibətlərin normallaşmasına, həm də Azərbaycan ilə ABŞ arasında ikitərəfli əlaqələrə xələl gətirən “keçmişin rudimenti” adlandırıb. “Ağ Evin rəhbəri Donald Trampla Azərbaycan Prezidenti İlham Əliyev arasında dostluq münasibətləri hamıya məlumdur. Yaranmış vəziyyətdə ən doğru qərar Amerika lideri administrasiyası tərəfindən ABŞ Konqresinə 907-ci düzəlişin tam ləğv edilməsi təklifinin göndərilməsi görünür”. O qeyd edib ki, anti-Azərbaycan düzəlişinin mövcudluğu da Cənubi Qafqazda mövqelərinin TRİPP layihəsi vasitəsilə möhkəmləndirilməsinə səy göstərən ABŞ-ın özünün maraqlarına zidddir.

Nahid SALAYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ