çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

Rusiya bu dəfə NATO-nu hərb sınağına çəkir - savaşın məkanı da bəllidir...

Image


NATO-nun baş katibi Mark Rutte bu yaxınlarda bir çıxışında “Rusiyanın növbəti hədəfi bizik” deyə xəbərdarlıq edib. 2025-ci ildə Avropanın aparıcı rəsmiləri, kəşfiyyat qurumları da Rusiya ilə birbaşa münaqişə ilə bağlı xəbərdarlıqlar səsləndiriblər.

Fevralda Danimarka kəşfiyyatı, iyunda Almaniyanın aparıcı generalı, noyabrda onun polşalı həmkarı Rusiyanın özünü Qərblə münaqişə içində görməsi, NATO-ya qarşı müharibəyə hazırlaşması barədə açıqlamalar dilə gətiriblər. Rutte isə bu haqda daha tez-tez danışıb. O, yanvarda NATO üzvlərini müdafiə xərclərini artırmağa, ya da rus dili kurslarına yazılmağa çağırırdı. İyunda isə deyirdi ki, hücum Çinin Tayvana həmləsi ilə koordinasiya oluna bilər. Britaniyanın Moskva və Kiyevdə keçmiş attaşesi Con Formen bildirib: “Bu haqda çox düşünmüşəm, çünki Rusiyanın NATO-ya hücum edə biləcəyi, yaxud bunu istəməsinə dəlil yoxdur. Məncə, bir çox siyasətçilər və hərbçilər Rusiya təhdidi spektrindən daha prozaik səbəblər üçün yararlanırlar: Rutte NATO üzvlərini xərcləmə öhdəliklərinə əməl etməyə həvəsləndirmək istəyir. Polşalılar öz ərazilərində daha çox NATO qüvvəsi istəyirlər”. Digər skeptiklər isə Rusiyanın dörd ilə yaxındır gedən müharibədə Ukraynanı zəbt edə bilmədiyini deyirlər. Finlandiya Beynəlxalq Məsələlər İnstitutundan Teemu Tammikko qeyd edir: “Rusiya indiki məqamda NATO-ya hücum niyyətində, yaxud bunu bacaracaq gücdə deyil. Vladimir Putinin hakimiyyətdə qalması xarici təhdiddən asılıdır, bu isə o deməkdir ki, uzunmüddətli perspektivdə hansısa birbaşa hərbi provokasiya da mümkündür, xüsusilə əgər Ukraynada müharibə dondurularsa”. Bəziləri isə bunun artıq baş verməkdə olduğunu deyirlər, Rusiyanın NATO-nin hava məkanına dron müdaxilələrini göstərirlər. Beynəlxalq məsələlər üzrə ekspert Rey Förlonq builki xəbərdarlıqların daha qaranlıq ssenarilərə işarə etdiyini bildirir. Avropa Xarici Əlaqələr Şurasının dekabrın 18-də yaydığı hesabatda Estoniyaya birbaşa hücum sarıdan qorxulardan söz açılır. Bunun ABŞ və NATO-nun digər müttəfiqlərinin savaş hazırlığının sınağı ola biləcəyi deyilir. Hesabata görə, Avropada narahatdırlar ki, yerli siyasətə başı qarışan Amerika hökuməti tezliklə Avropanın müdafiəsində iştirakını azalda, yaxud şərtlər irəli sürə bilər. Estoniya isə kiçik, düzənlik, müdafiəsiz ölkə kimi təsvir olunur. 2016-cı ildə keçirilmiş bir hərbi təlim Rusiyanın bu ölkənin paytaxtını 60 saat ərzində tuta biləcəyini proqnozlaşdırmışdı. Amma o da qeyd olunur ki, Ukraynada müharibə bitəndən sonra Rusiyaya 5-10 il lazım olacaq ki, belə bir hücuma hazırlaşsın, yenidən silahlansın. Avropanın xəbərdarlıqlarını ABŞ rəsmilərinin təkrarlamaması da diqqət çəkir.

Yaxınlarda açıqlanmış ABŞ Milli Təhlükəsizlik Strategiyasında deyilir ki, Avropa müttəfiqləri nüvə silahlarını çıxmaqla, demək olar, bütün göstəricilər üzrə Rusiya üzərində hərbi güc üstünlüyünə malikdir. Amma Rusiya ilə Avropa ölkələri arasında münaqişə riskini azaltmaq üçün ABŞ-ın diplomatik fəaliyyətinə ehtiyac da vurğulanırdı. Kreml rəsmiləri isə Avropa liderlərini müharibə qızışdırıcıları, militaristlər adlandırır, hər hansı hücum niyyətində olmadığını deyirlər. 2022-ci ilin fevralında Ukraynanın tammiqyaslı işğalı ərəfəsində də oxşar şərhlər səslənirdi. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirir: “Rusiya ölkəmizə aid edilən hərbi məqsədlər güdmür”. O, bunun hər hansı razılaşmada hüquqi öhdəlik kimi götürməyə hazır olduqlarını da əlavə edib. Di gəl, belə bir öhdəliyi Qərbdə çoxları çətin ki ciddiyə alarlar. Rusiya 1994-cü il Budapeşt Memorandumunu imzalayıb, Ukrayna sərhədlərinə hörmətlə bağlı öhdəlik götürüb. Sonrası bəllidir. Axı həm də hər şey bir şəxsdən asılıdır. RUSI müdafiə və təhlükəsizlik təhlil mərkəzindən Elizabet Brou bildirir: “Bilirik ki, Rusiya demokratik ölkə deyil. Vladimir Putin NATO üzvü olan, yaxud olmayan Avropa ölkəsinə hücum etmək qərarı verə bilər. Ona görə də Avropada hərbi liderlər deyirlər ki, sabah baş verə biləcək şeyə hazırlaşmalıyıq. Beş il, 10 il sonra baş verə bilər, verməyə də bilər, amma yenə də arxayın oturmaq olmaz”. Məsələ ilə Britaniyanın "The Economist" jurnalı Baltik dənizinin Rusiya ilə NATO arasında potensial münaqişə üçün əsas əraziyə çevrildiyini yazıb. Jurnalda burada sualtı infrastrukturun zəifliyi və alyansın onu qorumaqda çətinliklər üzləşdiyini vurğulayır. Regionun əhəmiyyəti enerji və telekommunikasiya qurğularının yüksək konsentrasiyasından irəli gəlir. Finlandiya və Estoniyanı birləşdirən “Balticconnector” və Norveç qazını Polşaya daşıyan “Baltic Pipe” boru kəmərləri dəniz dibi boyunca uzanır. Bölgədə çoxsaylı elektrik və rabitə kabelləri də mövcuddur. Dənizdə on mayeləşdirilmiş təbii qaz terminalı fəaliyyət göstərir, iki yeni terminal isə tikilməkdədir. Danimarka, Almaniya və Polşa sahillərində dəniz külək elektrik stansiyaları sürətlə inkişaf edir. Jurnal yazır ki, NATO Baltik dənizində ənənəvi dəniz gücündə açıq üstünlüyə malik olsa da, Rusiyanın xaos yaratmaq üçün vasitələri var. Bölgədə 2023-2024-cü illər arasında infrastruktura qarşı ən azı 11 şübhəli "təxribat" aktı qeydə alınıb. Bu hadisələrin bəziləri Rusiyanın kölgə donanması ilə əlaqələndirilir. Ən ciddi hadisələr arasında təmiri aylarla çəkən “Balticconnector” təbii qaz boru kəmərindəki zədə və Finlandiya ilə Estoniya arasındakı elektrik kabelindəki zədələr olub. Rusiya istisna olmaqla, Baltik dənizi sahilindəki bütün dövlətlərin NATO üzvü olmasına baxmayaraq, Moskvanın "hibrid hücum" imkanlarını qoruduğu bildirilir. Region ölkələri bu təhlükəyə cavab olaraq təhlükəsizlik tədbirlərini artırırlar. Ötən ay Polşa parlamenti donanmaya hətta ərazi sularından kənarda belə vacib infrastrukturu qorumaq üçün güc tətbiq etməyə icazə verən qanun qəbul etdi. İsveç Əməliyyat Qərargahının rəisi kapitan Marko Petkoviç bu ayın əvvəlində Rusiyanın Baltik dənizindəki hərbi mövcudluğunu gücləndirdiyini bildirib.

Nahid SALAYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ