çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

Tramp iki türk dövlətini Putinin əlindən aldı...

Image


ABŞ-ın Mərkəzi Asiya siyasəti Azərbaycanın geosiyasi mövqeyini gücləndirir

ABŞ prezidenti Donald Trampın Qazaxıstan və Özbəkistan liderlərini 2026-cı ilin dekabrında Mayamidə keçiriləcək G20 sammitinə dəvət etməsi sıradan diplomatik addım deyil. Bu addım Mərkəzi Asiya ilə bağlı formalaşmaqda olan yeni geosiyasi xəttin tərkib hissəsi kimi dəyərləndirilir.

G20 üzvü olmayan bu iki ölkənin belə yüksək səviyyəli qlobal platformaya “qonaq” statusunda çağırılması Vaşinqtonun regiona baxışında mühüm dəyişikliklərin baş verdiyini göstərir. ABŞ bu addımla həm Rusiya və Çinin Mərkəzi Asiyadakı dominant mövqeyini balanslaşdırmaq, həm də özünü region üçün alternativ və cəlbedici tərəfdaş kimi təqdim etmək niyyətini açıq şəkildə ortaya qoyur.

Qazaxıstan və Özbəkistan Mərkəzi Asiyanın siyasi, iqtisadi və demoqrafik baxımdan əsas dayaqlarıdır. Qazaxıstanın çoxvektorlu xarici siyasəti, Rusiya ilə dərin əlaqələrə baxmayaraq müstəqil manevr imkanlarını qoruması, Özbəkistanın isə son illərdə daha açıq və praqmatik xarici siyasət kursu seçməsi ABŞ üçün bu ölkələri xüsusi əhəmiyyətli tərəfdaşa çevirir. Tramp administrasiyası onları G20 masasına yaxınlaşdırmaqla. həm beynəlxalq çəkilərini artırır, həm də Qərb yönümlü əməkdaşlığa təşviq edir. Bu yanaşma Trampın selektiv və şərti diplomatiya üslubuna uyğundur: Vaşinqtonla münasibətləri “yaxşı” olan liderlər qlobal platformalarda daha çox yer alır.

Bu proseslərin arxasında Ukrayna müharibəsi kontekstində yaranan yeni reallıqlar da dayanır. Tokayev və Tramp arasında telefon danışığında məhz bu mövzunun müzakirə olunması Qazaxıstanın potensial dialoq və ya neytral platforma kimi qəbul edildiyini göstərir. Rusiya ilə əlaqələrini saxlayan, lakin Ukraynanın ərazi bütövlüyünü formal olaraq tanıyan Qazaxıstan kimi ölkələrin beynəlxalq proseslərə cəlb edilməsi ABŞ üçün diplomatik manevr imkanlarını genişləndirir. Bu yanaşma G20-ni yalnız böyük güclərin deyil, həm də regional aktorların iştirak etdiyi daha çevik siyasi platformaya çevirmək niyyəti ilə üst-üstə düşür.

ABŞ-ın Mərkəzi Asiyaya artan diqqətinin formalaşmasında bu ilin aprel ayında Səmərqənddə keçirilən “Avropa İttifaqı-Mərkəzi Asiya” sammitinin də dolayı, lakin əhəmiyyətli təsiri var. Həmin sammit çərçivəsində Aİ ilə Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan arasında strateji tərəfdaşlıq elan edildi və münasibətlərin dərinləşdirilməsi barədə siyasi qərarlar qəbul olundu. Siyasi dialoq, təhlükəsizlik, nəqliyyat, enerji və iqtisadi sahələr üzrə əməkdaşlığın genişləndirilməsi planlaşdırıldı. Eyni zamanda, Aİ-nin “Global Gateway” (Qlobal Keçid) strategiyası çərçivəsində iri investisiya paketləri və infrastruktur layihələri, xüsusilə nəqliyyat və logistika sahəsində maliyyə dəstəyi ilə bağlı razılaşmalar əldə edildi.

Səmərqənd sammitinin yaratdığı regional siyasi dinamika və Aİ ilə Mərkəzi Asiya ölkələri arasında əlaqələrin güclənməsi ABŞ-ın da regiona baxışını yenidən qiymətləndirməsinə səbəb olub. Vaşinqton üçün Cənubi Qafqazdan Orta Asiyaya qədər uzanan geniş coğrafiyada balanslaşdırılmış siyasət aparmaq getdikcə daha vacib xarakter alır. Aİ ilə region ölkələri arasında münasibətlərin yeni mərhələyə keçməsi ABŞ-a açıq mesaj verir ki, Mərkəzi Asiya artıq təkcə Rusiya və Çinin təsir dairəsi deyil, eyni zamanda Avropa və bütövlükdə Qərb üçün prioritet geosiyasi məkan kimi formalaşır. Bu reallıq Tramp administrasiyasının Qazaxıstan və Özbəkistanı G20 sammitinə dəvət etməsində və regionla bağlı daha fəal siyasi xətt seçməsində mühüm rol oynaya bilər.

Bu geosiyasi proseslərdə Azərbaycan birbaşa dəvət olunan tərəf olmasa da, yaranan dinamikanın mühüm dolayı benefisiarlarından biridir. ABŞ-ın Mərkəzi Asiyaya artan marağı avtomatik olaraq Qazaxıstan və Özbəkistanı Qərb bazarlarına bağlayan əsas marşrut olan Orta Dəhlizin əhəmiyyətini artırır. Çin-Mərkəzi Asiya-Xəzər-Azərbaycan-Gürcüstan-Avropa xəttini əhatə edən bu dəhlizin mərkəzində isə Azərbaycan dayanır. Vaşinqtonun Rusiya marşrutlarına alternativ axtarışları Bakı üçün həm siyasi, həm də iqtisadi baxımdan əlavə imkanlar yaradır.

Eyni zamanda, ABŞ-ın region strategiyasında Azərbaycan sabit və praqmatik dayaq nöqtəsi kimi görünür. Enerji təhlükəsizliyi sahəsində Avropanın əsas tərəfdaşlarından biri olan, NATO ilə əməkdaşlıq edən, lakin Rusiya ilə açıq qarşıdurmadan yayınan Bakı çoxvektorlu siyasətini qoruyur. Ukrayna müharibəsi fonunda Azərbaycanın balanslı mövqeyi - ərazi bütövlüyü prinsipinə sadiqlik, lakin regional reallıqları nəzərə alan rasional yanaşma onu Qərb üçün qəbulolunan və etibarlı tərəfdaş kimi təqdim edir. Bu yanaşma gələcəkdə Azərbaycanın regional təhlükəsizlik, enerji və humanitar mövzularda qeyri-rəsmi dialoq platforması rolunu daha da gücləndirə bilər.

Bununla yanaşı, ABŞ-ın Mərkəzi Asiyada aktivləşməsi müəyyən risqlər də yaradır. Vaşinqtonun təsirinin artması Rusiyanın region ölkələrinə təzyiq mexanizmlərini gücləndirməsi ehtimalını artırır və bu, dolayısı ilə Azərbaycana da təsir göstərə bilər. Lakin Bakı indiyə qədər bu kimi mürəkkəb balansları qorumaqda təcrübə nümayiş etdirib və emosional deyil, praqmatik siyasət yürütməsi ilə seçilib.

Nəticə etibarilə, Trampın Qazaxıstan və Özbəkistanı G20 sammitinə dəvət etməsi ABŞ-ın Mərkəzi Asiya strategiyasında yeni mərhələnin göstəricisidir. Bu addım regionda geosiyasi balansı dəyişir və Azərbaycan üçün də yeni imkanlar açır. Bakı bu proseslərdə birbaşa oyunçu olmasa da, Mərkəzi Asiya ilə Qərb arasında strateji əlaqələndirici aktor kimi mövqeyini möhkəmləndirir və Orta Dəhliz üzərindən regional əhəmiyyətini daha da artırmaq şansı qazanır.

Akif NƏSİRLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ