Bazar ertəsi günü, 22 iyun 2026
     

Azərbaycan Yaxın Şərqdə və Afrikada daha da güclənir...

Image


Azərbaycanın ərəb dünyasında mövqeyinin güclənməsi son illərdə ölkənin həyata keçirdiyi balanslaşdırılmış, çoxşaxəli və praqmatik xarici siyasətin mühüm nəticələrindən biri kimi qiymətləndirilir.

Yaxın Şərq və Şimali Afrika regionu ilə münasibətlərin dərinləşdirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun artmasına, siyasi, iqtisadi və humanitar sahələrdə yeni əməkdaşlıq imkanlarının yaranmasına şərait yaradır. Bu proses təkcə ikitərəfli əlaqələrin inkişafı ilə məhdudlaşmır, eyni zamanda Azərbaycanın İslam dünyasında etibarlı tərəfdaş kimi qəbul olunmasını möhkəmləndirir.

Azərbaycanın ərəb ölkələri ilə münasibətlərində siyasi dialoqun güclənməsi xüsusi əhəmiyyət daşıyır. Ölkə rəhbərliyinin ərəb dövlətlərinə etdiyi rəsmi səfərlər, yüksək səviyyəli görüşlər və imzalanan əməkdaşlıq sənədləri qarşılıqlı etimadın artmasına xidmət edir. Azərbaycan ərəb dünyasında beynəlxalq hüquqa, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət prinsiplərinə əsaslanan mövqeyi ilə seçilir. Məhz bu prinsipial mövqe bir çox ərəb ölkələri tərəfindən dəstəklənir və Azərbaycanı regionda etibarlı siyasi tərəfdaş kimi ön plana çıxarır. Məsələ ilə bağlı Misirin Mərkəzi Asiya və Qafqaz üzrə eksperti, tədqiqatçı Əhməd Abdah Tarabeyk bildirir ki, Azərbaycanın ərəb dünyası ilə möhkəm tarixi əlaqələri mövcuddur və bu münasibətlər 1991-ci ildə müstəqillik əldə edildikdən sonra daha da inkişaf edib: “Azərbaycan öz əlaqələrini və Şərq-İslam kimliyini bərpa etməyə çalışıb ki, bu da Azərbaycanla ərəb dövlətləri arasında beynəlxalq təşkilatlar, ilk növbədə Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində sıx əməkdaşlığa gətirib çıxarıb. Bu fəal yanaşma Azərbaycanın aparıcı İslam ölkələri tərəfindən etimad qazanmasını təmin edib və onun D-8 qrupuna üzv olmasına zəmin yaradıb”. Ekspert xatırladır ki, prezident İlham Əliyev 2014-cü ilin dekabrında Qahirədə keçirilən D-8 sammitində iştirak edərək üzv dövlətlər olan Banqladeş, Misir, İndoneziya, İran, Malayziya, Nigeriya, Pakistan və Türkiyə arasında iqtisadi və ticarət əməkdaşlığının gücləndirilməsini qarşıya məqsəd qoyub: “Bu da inkişaf etməkdə olan İslam ölkələri arasında qarşılıqlı əlaqə və mübadilə imkanlarının genişlənməsinə xidmət edib. 2020-ci ildə baş vermiş Qarabağ müharibəsindən və öz torpaqlarını işğaldan azad etdikdən sonra Azərbaycan müasir tarixində yeni mərhələyə qədəm qoyub. Dünya Azərbaycanı milli maraqlarını qoruya bilən, Qafqazda sülhün möhkəmlənməsinə töhfə verən və regionda fəal, təsirli rol oynayan güclü dövlət kimi qəbul etməyə başlayıb. Azərbaycan SOCAR kimi nəhəng şirkətin fəaliyyəti sayəsində enerji sektorunda əsas oyunçulardan birinə çevrilib. Şirkət bu gün aparıcı qlobal enerji korporasiyaları ilə rəqabət aparır. SOCAR Qafqaz regionundan kənarda fəaliyyətini genişləndirərək Şərqi Aralıq dənizi qaz şirkəti ilə tərəfdaşlıq və əməkdaşlıq sazişi imzalayıb. Bu saziş SOCAR-ı hasilat və istehlak baxımından dünyanın ən mühüm regionlarından birində qaz sektorunun fəal iştirakçısı kimi mövqeləndirir. Bu da onunla bağlıdır ki, Azərbaycan qlobal enerji bazarında əsas oyunçulardan biridir”. Bununla yanaşı, Əhməd Abdah Tarabeyk bildirir ki, son illər Azərbaycanın Afrikada da rolu nəzərəçarpacaq dərəcədə artıb və bu fəallıq siyasi, iqtisadi, hətta hərbi sahələri əhatə edir: “Azərbaycan Cibuti ilə hərbi istehsal sahəsində hərbi əməkdaşlıq sazişi imzalayıb. Cibuti Şərqi Afrikanın əsas ölkələrindən biridir və bu, ilk növbədə onun Afrika Buynuzunda, Qırmızı dənizlə Hind okeanını birləşdirən Bab-əl-Məndəb boğazı yaxınlığında yerləşməsi ilə bağlıdır. Bu amil Azərbaycanın geosiyasi rolunun təkcə Qafqaz regionu ilə məhdudlaşmadığını, həm Yaxın Şərqdə, həm də Afrikada əhəmiyyətli mövqeyə malik olduğunu göstərir”.

İqtisadi əməkdaşlıq Azərbaycanın həm Yaxın Şərqdə, həm də Afrikada mövqeyinin möhkəmlənməsində əsas amillərdən biridir. Enerji sahəsində əməkdaşlıq, investisiya layihələri, ticarət dövriyyəsinin artırılması və birgə biznes təşəbbüsləri qarşılıqlı maraqlara əsaslanan əlaqələri dərinləşdirir. Azərbaycan artıq ərəb ölkələrinin investisiya fondları üçün cəlbedici bazar kimi çıxış edir, eyni zamanda özü də ərəb ölkələrinin iqtisadi potensialından faydalanmağa çalışır. Xüsusilə bərpa olunan enerji, logistika, kənd təsərrüfatı və turizm sahələrində əməkdaşlıq yeni imkanlar açır. Qeyd olunduğu kimi 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın artan siyasi çəkisi Yaxın Şərqdə da aydın şəkildə hiss olunur. Bir çox Yaxın Şərq ölkələrinin Azərbaycanın ərazi bütövlüyünü açıq şəkildə dəstəkləməsi, postmünaqişə dövründə bərpa və yenidənqurma proseslərinə maraq göstərməsi Bakının regional və qlobal nüfuzunun göstəricisidir. Azad olunmuş ərazilərdə həyata keçirilən abadlıq-quruculuq layihələri və “Böyük Qayıdış” Proqramı Yaxın Şərq ölkələri üçün də maraqlı təcrübə kimi dəyərləndirilir. Azərbaycanın Yaxın Şərqdə mövqeyinin möhkəmlənməsində enerji diplomatiyası xüsusi yer tutur. Neft və qaz ixracı sahəsində etibarlı tərəfdaş kimi tanınan Azərbaycan enerji təhlükəsizliyi məsələlərində məsuliyyətli mövqeyi ilə seçilir. Eyni zamanda, “yaşıl enerji” təşəbbüsləri Azərbaycanın Yaxın Şərq ölkələri ilə gələcək əməkdaşlığını daha da genişləndirir. Bu sahədə birgə layihələr regionlararası iqtisadi əlaqələri gücləndirir.

Samirə SƏFƏROVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Müəllimlərin geyim forması ilə bağlı yeni standartlar bəzən yanlış başa düşülür...

"Trampla İranın gizli razılaşdıqları başqa bir mətn var" - İddia...

Tramp dünyanı yenə heyrətləndirdi...

SON XƏBƏRLƏR

22.06.2026 / 11:03
Tramp öz şərtlərini diqtə edir - yumruqlu təhdid sülh deyil..

22.06.2026 / 08:16
Qarabağın dağıdılmış məzarlıqlarının bərpasına yeni konseptual yanaşma: Anıt-türbə modeli

22.06.2026 / 08:03
İran İsveçrə razılaşmasının təfərrüatlarını açdı

22.06.2026 / 07:01
Netanyahu müharibənin nəticəsindən məmnundur - “…rejim dəyişikliyi üçün şərait yaratmışıq”…

22.06.2026 / 06:17
Kerç boğazının bombalanması Krımı çətin duruma saldı - yarımada blokada vəziyyətində…

21.06.2026 / 22:58
Kılıçdaroğlunun məlum müsahibəsinə daha bir baxış - “…sualların ağırlığı altında əzilən bir siyasətçi gördüm”…

21.06.2026 / 22:13
İran nümayəndə heyəti Trampın təhdidləri üzündən danışıqları yarımçıq tərk etdi

21.06.2026 / 21:25
Ünlü rəssam CHP qərargahına bağışladığı Atatürk rəsmlərini geri aldı -Klıcdaroğlunun yanında dura bilmərəm...

21.06.2026 / 20:38
Starmer istefa verir? – Trampdan ŞOK İDDİA…

21.06.2026 / 20:10
ABŞ-İran danışıqlarının 80 dəqiqəlik ilk mərhələsi başa çatdı – DETALLR ORTAYA ÇIXDI…

21.06.2026 / 19:25
Masazırda motosiklet sürücülərinə qarşı reyd - 45 nəfər saxlandı....

21.06.2026 / 18:59
Tramp Pezeşkianı təhdid etdi - danışığına fikir versə yaxşı olar, yoxsa…

21.06.2026 / 18:30
İran heyəti İsveçrədə ABŞ nümayəndələri ilə şəkil çəkdirməkdən imtina etdi…

21.06.2026 / 18:09
Milli dəyərləri rəmzləşdirən orden-medalları əcnəbi dövlət xadimlərinə verəndə, axırı elə bu cür urvatsız olur...

21.06.2026 / 17:46
Dübəndi sahilində neft sızması aşkarlandı - sualtı kəmərlə neft nəqli dayandırıldı...

21.06.2026 / 17:13
Məşhur yazar Səbahəddin Onkibar Kılıçdaroğlunun 2,5 saatlıq çıxışını yerlə bir etdi

21.06.2026 / 16:26
İsveçrədə ABŞ-İran anışıqları başladı – Tehrandan Vaşinqtona Hörmüz şərti...

21.06.2026 / 16:06
İranın Qətərdə saxlanılan 6 milyardı geri qaytarılır...

21.06.2026 / 16:05
Yaponyada “Azərbaycan adlı strategiya” kitabının təqdimatı keçirilib

21.06.2026 / 15:45
"Məbədlərin divarlarındakı qədim alban dilində olan kitabələr və relyeflər qaşınaraq məhv edilib" -Rizvan Qarabağlı

21.06.2026 / 15:31
"Azərbaycanda istənilən alimlə Urartu mövzusunu müzakirə etməyə hazıram..." -Ramin Əlizadə

21.06.2026 / 15:17
Birbank ödəniş sistemi bu gün sübh tezdən çöküb...

21.06.2026 / 14:27
Məktəblilərin Respublika İdman Olimpiadasında velosiped idmanı üzrə ilk qaliblər müəyyənləşib

21.06.2026 / 13:33
İran və İsveçrə XİN rəhbərləri görüşüblər

21.06.2026 / 13:22
Azərbaycan Ermənistana 1000 tona yaxın dizel göndərdi...

21.06.2026 / 13:08
200 mindən çox suriyalı qaçqın könüllü olaraq geri qayıdıb

21.06.2026 / 13:04
Azərbaycan boksçusu Dünya kubokunda qızıl medal qazanıb

21.06.2026 / 12:45
Kılıçdaroğlu qurultaya getsə, SARAY ona qarşı bir sıra komple-dosyeləri açacaq – Fatih Altaylıdan şok iddialar

21.06.2026 / 12:32
Azərbaycana yay fəsli daxil oldu

21.06.2026 / 11:55
Prezident İlham Əliyev İordaniya Nümayəndələr Palatasının sədrini qəbul etdi - FOTO

21.06.2026 / 10:40
Tramp: "Hörmüz boğazından keçid 60 günlük danışıqlar müddətində pulsuz olaraq qalacaq"

21.06.2026 / 10:38
Canlı yayımda Kılıçdaroğlunun boğazını qurutdular...

21.06.2026 / 10:38
Şəriətmədari: “İran Bəhreyn xalqını hakimiyyətin əlindən xilas etməlidir”

21.06.2026 / 10:37
ABŞ və İran nümayəndələri İsveçrədə bir araya gələcək

21.06.2026 / 10:29
"...Sona qədər gedəcəm"-Gülnarə Dadaşova

21.06.2026 / 07:42
İrandan Vaşinqtona yeni təhdid - “Yaxın Şərqdə enerji axını dayandırılacaq”

21.06.2026 / 07:20
AB Türkiyədən Rusiya qazından imtina tələb etdi

21.06.2026 / 06:12
Britaniya baş nazirinin istefa verəcəyi xəbəri yayıldı

21.06.2026 / 05:56
Meloninin Trampa cavabı sərt oldu - “Sizin işiniz deyil…”

21.06.2026 / 05:40
Tramp Ukraynanı bu dəfə qadınlar prizmasından dəyərləndirdi - “…onlar istisnadır”…

20.06.2026 / 22:43
"Dünyadakı milyonlarla qaçqın və məcburi köçkünlə həmrəy olduğumuzu bildiririk" - Azərbaycan XİN

20.06.2026 / 22:16
Zelenski "Ağ Qartal"ı poçtla Varşavaya göndərdi, Kuçma və Yuşşenko da ordendən imtina etdi – “UPA gərginliyi” artır...

20.06.2026 / 21:29
İki lider İrana görə üz-üzə gəldi - Tramp yenə Melonini hədəf aldı, baş nazirin də cavabı gecikmədi...

20.06.2026 / 20:56
ŞOK... Bakıda gecə klubunda turistə 1270 manat "şot" gəldi...

20.06.2026 / 20:22
İran və ABŞ-dan Hörmüzlə bağlı ziddiyyətli açıqlama – SEPAH gəmilərə xəbərdarlıq etdi...

20.06.2026 / 19:06
Sabah Azərbaycandan Ermənistana 17 vaqon dizel göndəriləcək

20.06.2026 / 18:46
Tarixi “UPA mübahisəsi” Polşa ilə Ukrayna arasında ipləri qopardı – Varşava Kiyevin Aİ-yə üzvlüyünü bloklayacaq...

20.06.2026 / 18:10
Ceyhun Bayramovun özbəkistanlı həmkarı ilə telefon danışığı olub

20.06.2026 / 18:06
İran Hörmüzü yenidən bağlayır…

20.06.2026 / 17:56
Avropada Rusiya ilə Ukrayna danışıqlarına hazırlıqlar başladı - E5 formatı yaradılır...

20.06.2026 / 17:42
Aİ sammitindəki şam yeməyində Rusiya-Ukrayna danışıqları günün mövzusuna çevrilib - Moskva maraqlı görünmür…

20.06.2026 / 17:19
AB-nin 21-ci anti-Rusiya sanksiya paketi Vahid Ələkbərova görə dalana dirəndi...

20.06.2026 / 16:50
DİN-in Hərbi İnstitutunda buraxılışa həsr olunmuş mərasim keçirildi - FOTO

20.06.2026 / 16:11
Zelenski Lukaşenkoya ultimatum verdi - bir həftə vaxtınız var, əks halda...

20.06.2026 / 15:37
Məhkəmə hakimi anasının yas mərasimini Heydər məscidində verəcək

20.06.2026 / 15:18
Brüsseldən İrəvana "təcili" yardım - Aİ Rusiyanın təzyiqinə qarşı kisənin ağzını açdı...

20.06.2026 / 15:02
Romanın “Casa del Cinema” mərkəzində “Tağıyev: Neft” filminin premyerası keçirilib

20.06.2026 / 14:44
"Şişirdilmiş başlıqlar cəmiyyətdə süni ajiotaj yaratmaq cəhdi kimi qəbuledilməzdir" - MEDİA

20.06.2026 / 14:28
Özünü prokurorluq əməkdaşı kimi təqdim edən dələduz tutuldu...

20.06.2026 / 14:03
Rusiya Azərbaycan vasitəsilə Ermənistana 7 vaqon buğda göndərdi

20.06.2026 / 13:47
Tramp xüsusi nümayəndəsini İranla danışıqlar üçün İsveçrəyə göndərdi...

20.06.2026 / 13:09
Qərbi Azərbaycanda milli-mədəni irsin məhv edilməsi və saxtalaşdırılması faktları araşdırılıb

20.06.2026 / 12:14
Dünya Çempionatını izləmənin ən cazibədar ünvanı - Antiphellos Teatrı…

20.06.2026 / 12:01
Kitabxana işçiləri ilə attestasiya prosesi üzrə ilk məlumatlandırıcı görüş keçirilib

20.06.2026 / 11:59
“Bizim Maqsud müəllim” tamaşası nümayiş olub

20.06.2026 / 11:56
Tramp Süleymaninin öldürülməsinin səbəbini açıqladı

20.06.2026 / 11:54
ABŞ-İran danışıqları: Uitkoff İsveçrəyə səfər edəcək

20.06.2026 / 11:23
Kılıçdaroğlu “Dəmirtaşın həbsinə səs verdiyimə peşman deyiləm” dedi - cavab sərt oldu…

20.06.2026 / 10:43
ABŞ kəşfiyyatından Trampa Netanyahu xəbərdarlığı – bu ehtimal çox yüksəkdir...

20.06.2026 / 10:19
ABŞ Prezidentindən şok İsrail açıqlaması - “…mən nə deyirəmsə onu edirlər”

20.06.2026 / 10:13
Reuters: “Sanksiyaların ləğvi ilə SEPAH-ın biznes imperiyası böyük qazanc əldə edəcək”

20.06.2026 / 10:10
Tramp: “İran razılaşmasa, onları xoşbəxt etməyəcək addımlar atacağıq”

20.06.2026 / 09:58
Tramp Xameneyinin yaralanmasına görə təəssüfləndiyini dedi...

20.06.2026 / 09:20
DYP həftəsonu ilə bağlı sürücülərə müraciət etdi

20.06.2026 / 08:02
Kılıçdaroğlu canlı yayımda təqdimatına etiraz etdi, studiyada gərginlik yaşandı

20.06.2026 / 07:47
“Başladığımız yerə döndük” - Barak Obama

20.06.2026 / 07:35
Ukrayna XİN rəhbəri Polşa Komandir Xaçından imtina etdi - Gərginlik artır…

20.06.2026 / 07:13
Kuba rəhbərini də Maduronun aqibəti gözləyir? - Heqset mümkün sayır…

20.06.2026 / 07:03
Polşa Prezidenti Zelenskini ən yüksək dövlət mükafatından məhrum etdi - Tuskun reaksiyası gündəmdə…

19.06.2026 / 23:12
İran ABŞ-ı açıq təhdid etdi - bu dəfə daha sərt şillə yeyəcəklər...

19.06.2026 / 22:50
Vətənə tuşlanan düşmən gülləsinə sinəsini sipər etdi – Elvin Şahmarlı

Prezidentin aqrar müşavirəsi liberal iqtisadiyyat yolunda yeni mərhələ açır...

XƏBƏR ARXİVİ