şənbə günü, 08 avqust 2026
     

"Müharibəyə yox, sanki toya gedirdi" - şəhid Hümbət Yaqubovun atası...

Image


Mərhəmət Yaqubov: “Dedi ki, ata, mən heç nədən qorxmuram, Allah qoysa, qayıdacam, yaxşı olacaq hər şey”

Neçə-neçə igidimiz Vətən müharibəsinə könüllü getdi, son damla qanlarına kimi düşmənə qarşı döyüşdülər, şəhidlik şərbəti içdilər. O oğullar özlərindən sonra elə bir iz qoyub getdilər ki, əsrlər keçsə də o izlər silinməyəcək. Çünki o izlər tariximizə və qan yaddaşımıza həkk olunub.

Belə cəsur oğullarımızdan biri də 1998-ci il sentyabrın 4-də Hacıqabul rayonu Meyniman kəndində dünyaya göz açan Yaqubov Hümbət Mərhəmət oğludur.

Hümbət həyatdan nakam köçsə də, canı qədər sevdiyi, canını, qanını əsirgəmədiyi Vətən torpaqlarının düşmən işğalından azad edilməsi yolunda şəhid olub.

Hümbətin atası Mərhəmət Yaqubovla Biləsuvar rayonunda yaradıcılıq ezamiyyətində olarkən tanış olduq, danışdıq, dərdləşdik.

Nəzakət Məmmədovanın rəhbərlik etdiyi Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının ərsəyə gətirdiyi “44 gün-Tarixi zəfər” IV cildliyinin III və IV cildlərinin təqdimat mərasiminə Mərhəmət Yaqubov da gəlmişdi.

“Döyüş yoldaşları ilə birgə Qırmızı Bazar kəndi ətrafında mühasirəyə düşüb və qızğın döyüşlərdə son damla qanına kimi vuruşub”

Mərhəmət ata da başqa şəhid atalarına bənzəyir, sakit, susqun...Danışmağa, bölüşməyə elə də maraq göstərmir. Sanki hər şeydən küsüb və özünə sığınıb.

“Hümbətdən nə danışım, qızım, o da başqa oğullarımız kimi öz arzusuna çatdı”- deyir ata.

M.Yaqubov deyir ki, Hümbət 2005-ci ildə Meyniman kənd tam orta məktəbin birinci sinifə daxil olub, 2016-cı ildə həmin məktəbi bitirib və 2017-ci ildə həqiqi hərbi xidmətə yollanıb. Həqiqi hərbi xidmətini Mingəçevir şəhərində N saylı hərbi hissədə başa vurub.

“Minlərlə igid oğullarımız kimi Hümbət də müharibəyə getdi. Sanki müharibəyə yox, toya gedirdi, yəni cəbhəyə getməyə o qədər can atırdı. Hümbət 2020-ci ilin oktyabrın 9-da Vətən müharibəsinə qatılıb. Füzuli, Cəbrayıl və Xocavənd istiqamətlərində döyüşlərdə pulemyotçu kimi iştirak edib. Döyüş yoldaşları ilə birgə Qırmızı Bazar kəndi ətrafında mühasirəyə düşüb və qızğın döyüşlərdə son damla qanına kimi vuruşub”. 22 yaşlı Hümbət qanlı döyüşlər zamanı - oktyabrın 27-də şəhid olub və noyabrın 30-da Hacıqabul qəbiristanlığında dəfn olunub.

“Çox vətənpərvər və heç nədən qorxmayan oğul idi. Döyüşə oktyabrın 9-da Səfərbərlik tərəfindən çağırıldı. Demək istəyirəm ki, onu yola salanda üzündə kədər, soyuqluq yox idi. Bütün igidlərimiz kimi oğlumun da üzündə təbəssüm var idi. Yenə də deyirəm, elə bil müharibəyə yox, toya gedirdilər. Uşaqlarda elə yüksək əhval-ruhiyyə var idi ki... Onları vətənpərvərlik hissi aparırdı. Burdan onlar getdilər Ağcabədiyə. Oradan da oktyabrın 15-də Füzuliyə gediblər. Füzulidə olanda telefonla danışdıq. Çox şeyləri mən soruşmurdum, o da elə şeylər də var idi ki, hərbi sirr olduğuna görə demirdi”-deyir ata.

Onu da bildirir ki, Hümbət uşaqlıqdan sözəbaxan, heç kimi incitməyən, zəhmətkeş, qorxmaz bir uşaq olub. “Əsgər yoldaşlarının dediyinə görə, bir dəfə güllə yağışı altında, qorxmadan gedib əsgər yoldaşlarına içmək üçün su gətirib. Mənim oğlum ana-ata qədri bilən, sakit, sözəbaxan uşaq olub. Əsgər getdi-gəldi, qismətində müharibəyə getmək də oldu. Axırıncı dəfə mənimlə danışdı. Dedi ki, ata, mən heç nədən qorxmuram, Allah qoysa, qayıdacam, yaxşı olacaq hər şey. Heç vaxt heç nədən qorxmayıb. Uşaqlıqdan hər bir əziyyəti də görüb, çətinliklə böyüyüb. İdmançı olub. İdmanla məşğul olardı, elə bil müharibəyə hazırlaşırdı. Qollarına güc yığırdı. Döyüşdə Zöhrab adlı dost, qardaş tapmışdı özünə. Döyüşdə su lazım olub, qorxmadan gedib gətiriblər. Bacısına deyib ki, atama de, qurbanlıq alsın. Sağ-salamat gəlim, öz adımdan, əsgərlər adından qurban kəsərik. O qurbanlığı aldım, amma mənim uşağıma qismət olmadı”.

Hümbət oktyabrın 25-də ailəsi ilə sonuncu dəfə əlaqə saxlayıb və qələbə inamı hissi ilə atasından xahiş edib ki, qalib olduğumuzda qurban kəsin. “Noyabrın 10-u qələbə xəbəri gəlsə də, Hümbətdən xəbər gəlmədi. Sonra Hümbətin Qırmızı Bazar uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olduğunu öyrəndik. Oğlumun nəşinin kimliyi təsdiqləndikdən sonra bizə təhvil verildi. Meyniman kəndində torpağa tapşırdıq. Mən oğlumun vəsiyyətini yerinə yetirdim və qələbə qazandığımız üçün qurban kəsdim...”

Ata deyir ki, beş övlad böyüdüb, iki oğlan, üç qız. “Hər il bayram günlərində bacılarını təbrik edirdi, amma sonra... Balalarım bir-biri ilə çox mehriban idilər. Hümbətin xasiyyəti çox yaxşı idi. Təmiz ürəyi var idi. Orda olanda bacısına deyib ki, Əfsanə neynirsən? O da “nar yığıram sənin üçün”-deyib.

“Mənim üçün də saxlayın, hamısını yeməyin” deyərək bacısı ilə zarafat edib.

Hümbət əsgərlikdən qayıtdıqdan sonra ailəsinə hərbidə xidmətini davam etdirmək üçün sənəd verdiyini deyib. “Şəhid olandan sonra cüməsi idi. Cüməsində məktub gəlmişdi ki, hərbiyə qəbul olub. Qismət olmadı. Fəxr edirəm şəhid oğlumla”.

Ata deyir oğlunun ən böyük arzusu hərbçi olmaq və vətənin keşiyində dayanmaq idi. “O bir əsgər kimi Vətənin müdafiəsinə getdi, hərbiçi ola bilməsə də, qəhrəmancasına döyüşərək şəhid oldu”.

Hümbət Birinci Qarabağ müharibəsi iştirakçısı olan əmisi Sahibxan Hümbətova deyib ki, əmi, siz getdiniz döyüşdünüz, amma biz gedib həmin torpaqları düşmən tapdağından azad edəcəyik, öz torpaqlarımızı qaytaracağıq, sizin işinizi, çəkdiyiniz əməyi yerə vurmayacağıq, biz alacağıq torpaqları. “Nəyin bahasına olur-olsun, vuruşa-vuruşa torpaqları geri alacağıq”-deyib Hümbət.

Əsgər Hümmət Yaqubov ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Hacıqabulun Meyniman kənd məzarlığında bir cəsur oğul uyuyur, canı qədər sevdiyi, qanı bahasına qoruduğu, özünü fəda etdiyi Vətən torpağını qucaqlayıb uyuyur. Əbədiyyət yolçusu-igid Hümbət, əbədi yuxun mübarək!

İradə SARIYEVA
Biləsuvar-Bakı



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Təhsil Nazirliyini iki yeni münaqişə gözləyir...

Ermənistan “rus ayısının pəncəsində” - Avropanın gözü qarşısında “param-parça” edilir...

Cənubi Qafqazın 3 ölkəsinin xarici ticarəti bir-birindən inanılmaz fərqli imiş...

SON XƏBƏRLƏR

07.08.2026 / 22:37
Rusiya XİN vətəndaşları uzunmüddətli müharibəyə hazır olmağa çağırdı - Avropa sülhə imkan vermir…

07.08.2026 / 22:14
Yeni tədris modelli orta məktəblər repetitorluğun alternativi ola bilməz(ər) - mübahisə və şübhələr var...

07.08.2026 / 21:57
Rusiya Cənubi Koreyadan 30 min ton neft məhsulları aldı…

07.08.2026 / 21:45
Zelenskidən ABŞ-a ittihamçı eyham - raketlərin tükənməsi Ukraynanı kapitulyasiyaya məcbur etmək taktikasıdır...

07.08.2026 / 21:21
Əliyev-Tramp-Paşinyan sənədinin imzalanmasından 1 il ötdü... TƏHLİL...

07.08.2026 / 21:06
Azərbaycandan Ukraynaya qaz ixracı yenidən gündəmdə...

07.08.2026 / 20:48
Dünyanı Bakıya tökdülər, separatçı ermənilər barədə hökmü zərrə qədər dəyişə bilmədilər...

07.08.2026 / 20:34
Ukraynada Rusiyaya qarşı 72 ölkədən 16 min əcnəbi döyüşür…

07.08.2026 / 20:21
Qarşıdakı 4 ildə Bakıda 9 yeni metro stansiyası?...

07.08.2026 / 20:03
Elmi müdafiələrdə “ədəbiyyat tarixi mütəxəssisi opponent ola bilməz (?!)...Niyə?

07.08.2026 / 19:47
Rusiya Ermənistana göndərilən 220 min dolları müsadirə etdi...

07.08.2026 / 19:40
17 yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundu

07.08.2026 / 19:37
Bankomatlardan 7 təqaüdçünün pulunu talayan şəxs qandallandı

07.08.2026 / 19:23
Yaxın Şərqdə tarazlığı dəyişəcək yeni hərbi ittifaq... Türkiyə, Səudiyyə və Pakistan müdafiə paktı imzaladı - “İslam NATO-su”na doğru ilk addım atıldı...

07.08.2026 / 19:13
Faiq Ələkbərlinin “Türk xalqları fəlsəfəsi tarixi (qədim dövr)” kitabı nəşr olunub

07.08.2026 / 19:10
Ermənistan hakimiyyəti müxalifətin bütün biznesini ələ keçirir...

07.08.2026 / 18:54
2 mindən çox sayta müdaxilə edib ələ keçirdilər... kiberpolisdən əməliyyat - 2 haker yaxalandı - VİDEO

07.08.2026 / 18:48
Ukraynanın “Patriot” dalanı: Rusiya Qərbin də səbrini sınayır

07.08.2026 / 18:32
8 avqustdan sonra ilk 1 il, Əliyevlə Trampın doldurduğu boşluq, Putin 9 noyabr sənədini niyə yeniləmədi? - Aydın QULİYEV yazır...

07.08.2026 / 18:17
ATƏT bu dəfə Xəzər regionunda faydalı qurum olduğunu sübut etmək istəyir

07.08.2026 / 17:54
Yanmış, güllələnmiş və yaralanmış Rusiya əsgərləri cəbhə xəttinə geri göndərilir...(?)

07.08.2026 / 17:39
Azərbaycanın Ukrayna və Rusiya ilə münasibətləri Ermənistan üçün böyük dərd olub

07.08.2026 / 17:04
Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər məhkəmə qarşısına çıxarılır...

07.08.2026 / 16:49
ABŞ-la Azərbaycanın ən məzmunlu sənədləri Trampla Əliyevin arasında inzalanıb...

07.08.2026 / 16:25
Tramp hələ prezident seçilməzdən öncə İlham Əliyevlə əlaqələrin möhkəm əsasları yaradılmışdı...

07.08.2026 / 16:10
Trampın naziri ilə müavini bir-birini qırdı - "raketlər tükənib" qalmaqalı böyüyür...

07.08.2026 / 15:45
Azərbaycanın Ukrayna ilə "strateji tərəfdaşlığı" Kremli qıcıqlandırdı - Bakıya "dəyişiklik eyhamı"...

07.08.2026 / 15:21
Qafanda Rusiya konsulluğunun açılması gündəmə qaytarıldı - hədəf "dəhlizdir"...

07.08.2026 / 15:05
10 ölkə NATO-nun alternativini yarada bilər - Kiyevdən "NATO köhnəlib" ideyası...

07.08.2026 / 14:47
ABŞ kəşfiyyatından dünyanı silkələyən İDDİA - Rusiya NATO-ya hücum edəcək...

07.08.2026 / 14:21
Doğumla ABŞ-da vətəndaşlıq almaq istəyənlərə pis xəbər – Tramp "doğum turizmi"ni ləğv etdi...

07.08.2026 / 14:06
Husilərdən Səudiyyəyə ağır zərbə - 58 nəfər öldürüldü, onlarla insan yaralandı...

07.08.2026 / 13:50
XƏBƏRDARLIQ - sabah temperatur 39 dərəcəyədək yüksələcək...

07.08.2026 / 13:24
Xəzər Fərhadov Azərbaycan Malayziyadakı səfiri təyin edildi

07.08.2026 / 13:22
Bakıda keçiriləcək Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsi yaradıldı

07.08.2026 / 13:17
İrfan Davudov Azərbaycanın Pakistandakı səfiri təyin edildi

07.08.2026 / 13:15
Azərbaycan Estoniyaya yeni səfir təyin etdi

07.08.2026 / 13:10
Azərbaycan və Tacikistan arasında illik təhsil kvotalarının qarşılıqlı ayrılması haqqında saziş təsdiqləndi

07.08.2026 / 12:58
Media və Yayım Şurasının strukturu təsdiqləndi

07.08.2026 / 12:42
Neft Fondu Perunun ən böyük enerji şirkətinə investisiya yatırdı

07.08.2026 / 12:34
Türkiyənin UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edilən unikal tarixi abidəsi - Kadıkalesi

07.08.2026 / 12:20
"TRIPP vasitəsilə Azərbaycan və Ermənistanla münasibətlərimizi yenidən başlatdıq" - ABŞ rəsmisi

07.08.2026 / 12:12
Bakının mərkəzində obyekt yanır - insanlar təxliyə edildi

07.08.2026 / 11:56
Zərdabda qəsdən yanğın törədən şəxs saxlandı

07.08.2026 / 11:31
Tərtərdə ər-arvadı evdə yandırıb pullarını oğurladı, ancaq çox uzağa gedə bilmədi...

07.08.2026 / 11:27
Ermənistan Aİİ-nin büdcəsinə 319 milyon köçürdüklərini xatırlatdı və baryerlərin qaldırılmasını istədi

07.08.2026 / 11:10
Yetmiş min manatlıq elektrik naqilləri oğurlayan şəxs yaxalandı

07.08.2026 / 10:48
"Müqavilə olmasa da, müəllif qonorarı ödənilməlidir" - Ali Məhkəmə

07.08.2026 / 10:09
Moskva İrəvana sərt xəbərdarlıq etdi - Ermənistana rus turistlərin axını dayandırıla bilər...

07.08.2026 / 09:52
Rusiya Azərbaycan üzərindən Ermənistana buğda və daş kömür göndərəcək

07.08.2026 / 09:25
Paşinyanın milyardlarla dollar tələbi Moskvanı qəzəbləndirdi – bizi şantaj etməyə çalışırlar...

07.08.2026 / 07:56
Mossad iki yüksək rütbəli məmurunu işdən çıxardı - İranda uğursuz çevriliş planı üzündən…

07.08.2026 / 06:14
Tramp etiraz etdi - “külli miqdarda sursatımız var…”

07.08.2026 / 05:57
Rusiya kəşfiyyatı Almaniyanın dron istehsalçısının izində - sui-qəsd cəhdi alınmadı

07.08.2026 / 00:55
İran Hörmüzün açılması üçün təzə şərtlər qoydu...

07.08.2026 / 00:25
Rubinyan vəzifədə oturan kimi Türkiyə rəhbərlərini kabab yeməyə dəvət etdi...

07.08.2026 / 00:15
Saakaşvili: “Tiflisdə işığın ümumi kəsilməsi İvanişvilinin biznesi üzündən baş verir"...

06.08.2026 / 23:28
ABŞ Ukraynanın Rusiya ərazisinə zərbələr endirməsinə kömək etdiyini etiraf etdi...

06.08.2026 / 23:11
Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi - Lənkəran üsyanı (iyul 1920 – fevral 1921)

06.08.2026 / 22:46
“Azərbaycan öz milli maraqlarını rəhbər tutaraq müstəqil və prinsipial xarici siyasət yürüdür” - Hikmət Hacıyev

06.08.2026 / 22:35
Rusiya XİN Ermənistan hakimiyyətinin Kiyevlə yaxınlaşmasına münasibət bildirdi - ciddi şübhələr yaradır…

06.08.2026 / 22:17
Ceyhun Bayramov Zelenski ilə görüşdü - FOTO

06.08.2026 / 22:08
Azərbaycan Mədəniyyəti sosial platforması Yayfest-də uğurla çıxış edib...

06.08.2026 / 21:41
İran 8 ildən sonra Xəzərin statusuna münasibətini dəyişdi...

06.08.2026 / 21:24
Rusiya Ukrayna müharibəsinin strategiyasını dəyişir - Parlamentdən müraciət təsadüf deyil...

06.08.2026 / 20:57
Omanla yeni razılaşma regional güc balansını İranın xeyrinə dəyişir...

06.08.2026 / 20:42
Təhsil Nazirliyini iki yeni münaqişə gözləyir...

06.08.2026 / 20:25
Satınalmaların 50 faizi şübhəli icra olunub - məlumat rəsmi mənbələrdən təsdiqlənib...

06.08.2026 / 20:01
Tehrandan ABŞ-a mesaj - Hörmüz İrana qarşı təhdidlər dayandırılana qədər bağlı qalacaq...

06.08.2026 / 19:45
Tramp Zelenski ilə “Patriot” razılaşmasından tam imtina etdi...

06.08.2026 / 19:29
Avropa ölkələri ifrat sağçı partiyaların əlində qalıb - Azərbaycan vaxtında demişdi siyasəti dəyişin...

06.08.2026 / 19:14
Azərbaycanın neçə və hansı ölkələrlə müttəfiqlik müqaviləsi var...

06.08.2026 / 19:00
Zəngəzur dəhlizi ilə bağlı ABŞ və Ermənistan arasında mühüm proses başladı

06.08.2026 / 18:47
ABŞ ŞOKDA… Ordunun raket ehtiyatı tükəndi - Tramp müdafiə nazirdən izahat tələb etdi…

06.08.2026 / 18:33
Yeniyetmələr üçün sosial şəbəkə məhdudiyyətləri ailə məsələlərinə necə təsir edəcək...

06.08.2026 / 18:22
Mobil internetin sürətinə görə Azərbaycan Gürcüstandan da geridə qalır...

06.08.2026 / 17:48
Vətənə ürəkdən bağlanmaq eşqi

06.08.2026 / 17:24
Mərkəzi Bank "Zolotaya Korona" köçürmələrinin dayandırılmasına münasibət bildirdi

06.08.2026 / 17:13
Rusiya Qara dənizdə hərbi yük daşıdığını iddia etdiyi Ukrayna gəmilərini vurdu…

06.08.2026 / 16:50
Rusiya kəşfiyyatı Fransada prezident-2027 seçkisinə qarşı əməliyyata başladı...

06.08.2026 / 16:32
Ceyhun Bayramov İrpen şəhərinə gedib

Yeniyetmələr üçün sosial şəbəkə məhdudiyyətləri ailə məsələlərinə necə təsir edəcək...

XƏBƏR ARXİVİ