çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

Separatçı ermənilərin Bakı məhkəməsində cinayət tarixi yazılır...

Image


Qarabağ separatçılarının məhkəmə prosesi yekunlaşmaq üzrədir. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən şəxslərin cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclasları davam edir.

Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.

Kəndləri, şəhərləri yandırıb, dinc insanları qətlə yetiriblər

Bu müddət ərzində açıq görünür ki, onlar heç bir təzyiq altında olmayıblar. Halbuki, onlar işğal dönəmində insanlıq əleyhinə böyük cinayətlər törədiblər. Kəndləri, şəhərləri yandırıb, dinc insanları qətlə yetiriblər. Onların öz yaxınları ilə telefon əlaqəsi saxlamasına, məktublaşmasına şərait yaradılıb. Separatçıların saxlanma şəraiti ilə bağlı yayılan görüntülər bir daha sübut etdi ki, Azərbaycan dövlət olaraq beynəlxalq hüquqdan irəli gələn prinsiplərə necə diqqətlə yanaşır. Bunu nəinki Azərbaycan, bütün dünya görür. Halbuki, separatçılar insanlıq əleyhinə cinayətlərdə, terrorçuluqda ittiham olunurlar. Separatçıların saxlanma şəraiti ilə bağlı erməni tərəfinin və onların havadarlarının yaydıqları qərəzli məlumatların heç biri indiyə qədər öz təsdiqini tapmayıb. Bunun özü Azərbaycanın beynəlxalq hüquqdan irəli gələn prinsiplərə necə diqqətlə yanaşdığını bir daha sübut edir.

Mühakimə olunan şəxslərin adi cinayətkarlar olmadığını kim bilmir?

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən yazıçı-publisist, Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalının fikrincə, Ermənistan silahlı qüvvələrinin öz havadarlarının güclü hərbi-siyasi dəstəyi ilə Qarabağı işğalda saxladığı, orada separatçı rejimin “hökm” sürdüyü qaranlıq illərdə baş vermiş dəhşətli müharibə cinayətlərini unutmamışıq: “Həmin canilərin, əliqanlı separatçı rejimin hazırda Bakıda istintaq altında saxlanılan əsas fiqurlarının məhkəmə prosesi yekunlaşmaq üzrədir. Bu prosesin getdiyi il də dərin rəmzi anlamlar daşıyır: “Konstitusiya və Suverenlik İli”, Zəfərin 5 illik yubiley ili! Bəli, bu proses cinayət işinin son mərhələsi olmaqla yanaşı, Azərbaycan dövlətinin hüquqi suverenliyinin, siyasi iradəsinin və beynəlxalq hüquqa sədaqətinin də apaçıq nümayişidir. Məhz buna görə də, proses qarşı tərəfin və havadarlarının güclü informasiya hücumları, təzyiq cəhdləri və siyasi manipulyasiyaları ilə müşayiət olunur. Ancaq faktlar emosiyanı, böhtanı və siyasi sifarişi ard-arda sıradan çıxarır, onlara öz cəfənciyyatlarını davam və inkişaf etdirməyə zaman tanımır.

Hüquqi gerçəklik nə deyir? Deyir ki, ittihamlar ağırmı?-ağır, münasibət isə qanunidir. Məhkəmədə mühakimə olunan şəxslərin adi cinayətkarlar olmadığını kim bilmir? Kim bilmir ki, o yaramazlar terrorçuluqda, insanlıq əleyhinə suçda, müharibə cinayətlərində, etnik təmizləmədə, dövlətin ərazi bütövlüyünə qarşı silahlı qiyamda ittiham olunur? Bəs ittiham olunmasınlarmı? Bəs şahid ifadələri ilə, çoxsaylı təkzibolunmaz faktlarla sübuta yetirilmiş bəlli cinayətlərə görə təpədən-dırnağa, ağızdan-vicdana tamamən çirkaba bulaşanlara “çox sağ olun”mu deməliydik?!. Özü də, bir dəfə deyil, iki dəfə deyil, dəfələrlə edilmiş cinayətlərə təsadüf, tendensiya-filan deyilə bilməz; düşmənin müharibə cinayətləri onlarçün xarakterik, “qanunauyğun” olub…

Bax, bu cinayətlərin hər biri beynəlxalq hüquqda “jus cogens”, yəni pozulması qadağan olunan fundamental normalar kateqoriyasına daxildir. Belə cinayətlərə görə amnistiya tətbiq edilmir, “siyasi motiv” bəhanəsi qəbul olunmur, üstəlik, “müharibə ortamı” əsaslandırma sayılmır”.

Ə.Qoşalı hesab edir ki, buna baxmayaraq, Azərbaycan dövləti bu şəxslərə münasibətdə Cenevrə Konvensiyalarına, Avropa İnsan Hüquqları Konvensiyasına, BMT-nin Mülki və Siyasi Hüquqlar Paktına uyğun davranır: “Müharibə meydanında qızıl ləyaqət göstərmiş dövlətimiz onların saxlanma ortamı, tibbi təminatı, hüquqi müdafiə imkanları və ailə üzvləri ilə əlaqə hüququnu da ləyaqətlə – tam şəkildə qoruyur. Yəni bu, hüquqi baxımdan, belə deyək, “məcburi minimum” kimi dəyərləndirilməməli, Azərbaycanın şüurlu siyasi seçimi olaraq qəbul görməlidir. Məhkəmə prosesi dönəmində separatçıların fiziki zorakılığa məruz qalması, psixoloji təzyiq altında saxlanılması, qeyri-insani rəftar görməsi ilə bağlı qondarma iddialar irəli sürülsə də, bu iddiaların heç biri sübut olunmayıb. Zatən sübut oluna bilməz, çünki olmayan şeyi sübut etmə ağlı başında olan adamlar üçün absurddur. Və biz Bakıda məhkəmə qurmuşuq absurd teatrı qurmamışıq; bəlkə kimlərsə hələ də özünü “Dağlarda toy”da hiss edir, kimlərsə Ağdam Dövlət Dram Teatrının dağıdılmasında oynadığı rolu xatırlayır… amma pərdə enib və artıq gerçək sonun bilavasitə sonudur!Budur, yayımlanan videogörüntülər, hüquq-mühafizə orqanlarının açıq bilgiləri, məhkəmə prosedurunun şəffaflığı bütün qondarma iddiaları tam şəkildə ifşa edir. Otuz il boyunca qondarma rejimin əski parçası altında xumarlananlar elə başa düşürlər, yenə qondarmaçılıq eləmək olar… O “qatar” gedib, indi “Bakı - Ağdam” qatarının hərəkəti bərpa olunub və qarabağlıların kamil ifasında “Qatar” oxunduğunu hər yerdə eşitmək mümkündür: Ağdam, Xankəndi, Əsgəran, Ağdərə, Xocalı və başqa yerlərdə…

Mövzumuza davam etsək, burada hüquqi baxımdan çox vacib məqamı da vurğulamalıyıq: iddianı sübut etməyən tərəf böhtançıdır. Ermənistan tərəfi və onun havadarları bu günə qədər bir dənə də olsun hüquqi fakt, bir dənə də olsun müstəqil konstruktiv rəy, bir dənə də olsun beynəlxalq təsdiq ortaya qoya bilməyiblər. Bilmirlər, bilməyəcəklər də! Əslində, çıxış yolu etirafdan keçir – o da nə qədər tez olsa, bir o qədər yaxşıdır – özləri üçün…

Uzun sözün qısası, dünya erməniləri artıq informasiya kirliliyindən, “bulanıq suda balıq tutmaq”dan əl çəkməyi öyrənməlidir, öz təbliğat fiaskolarından dərs almalıdır. Siyasi gerçəklik nə deyir? Deyir, zəiflər qisas alar, güclülər mühakimə edər. Əgər güc haqlının əlindəsə, bu, Tanrıya da xoş gedir. Separatçıların əməlləri onların ən pis ortamda saxlanmasını şərtləndirsə də, onların Ləyaqətli Qalib Azərbaycanın paytaxtında çox humanist ortam içində saxlanılması bəzilərini rahatsız edir. Çünki bu, onların illərdir qurduğu “əzilən”, “təzyiq altında olan” siyasi mifologiyalarını, ayrıca, bizim haqqımızda qondarmağa çalışdıqları “barbar” obrazını darmadağın edir. Azərbaycan bu məhkəmə ilə bir daha göstərir ki, biz intiqam almırıq, linc etmirik, qeyri-qanuni cəza mexanizmi tətbiqinə ehtiyac duymuruq. Hər kəs görür ki, bu, siyasi baxımdan güclü dövlət davranışıdır. Çünki hüquqa arxalanan dövlət beynəlxalq müstəvidə mövqeyini daha da möhkəmləndirir. Azərbaycanın seçdiyi yol təsadüfi deyil – bu yol “Nürnberq məntiqi”nin, yəni “cinayət var – cavabdehlik var” prinsipinin çağdaş tətbiqidir.

Bəlli olduğu kimi, bu məhkəmə prosesi regional miqyasdan çıxaraq beynəlxalq hüquqi presedent yaradır. İlk dəfədir ki, separatçılıq ideologiyasının daşıyıcıları, silahlı qeyri-qanuni rejimin rəhbərləri müstəqil, suveren dövlət tərəfindən tam hüquqi prosedur çərçivəsində mühakimə olunur. Əslində bu, gələcək üçün aydın ismarıcdır. O ismarıcın açması belədir: separatçılıq “öz müqəddəratını təyinetmə” adı altında gizlənə və terror “milli mübarizə” pərdəsi ilə legitimləşdirilə bilməz.

Beləliklə, bu gün müharibə canilərinin, erməni separatçılarının məhkəməsi nəyi göstərir? Bizcə, bu:

-Azərbaycanın ərazi bütövlüyünün hüquqi təsdiqidir;

-işğal dönəmində törədilən cinayətlərin cəzasız qalmayacağının sübutudur;

-dövlətin beynəlxalq hüquqa sayğısının və güvəninin gerçək göstəricisidir.

Qatşı tərəfin və onların havadarlarının yaydığı yalanlar bu məhkəmə zalında sübut divarına çırpılıb çilik-çilik olur. Bəli, Ləyaqətli Qalib Azərbaycan bu dəfə silahla yox, qanunla danışır. Ədalət və qanun danışanda, manipulyasiya susmağa, böhtan ifşa olunmağa məhkumdur”.

Vidadi ORDAHALLI
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ