çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

Azərbaycanın BMT-nin fəaliyyətlərinə töhfələri artır

Image


Birləşmiş Millətlər Təşkilatı (BMT) müasir beynəlxalq münasibətlər sistemində hələ də universal qurum kimi qlobal sülhün, təhlükəsizliyin, inkişafın və insan hüquqlarının təmin olunmasında özünəməxsus mühüm rol oynayır. Bu təşkilatın fəaliyyət mexanizmlərində isə müxtəlif komissiyalar, şuralar və ixtisaslaşmış qurumlar xüsusi yer tutur.

Azərbaycanın BMT komissiyalarında fəal və sistemli şəkildə təmsil olunması ölkəmizin beynəlxalq mövqelərinin möhkəmlənməsi, milli maraqlarının müdafiəsi və qlobal proseslərdə söz sahibi olması baxımından strateji əhəmiyyət daşıyır.

Ölkəmiz BMT-də daha iki komissiyaya üzv oldu

Azərbaycan BMT-yə üzv olduğu 1992-ci ildən etibarən təşkilat çərçivəsində çoxtərəfli diplomatiyaya xüsusi önəm verib. Ölkəmiz müxtəlif illərdə BMT Baş Assambleyasının, İqtisadi və Sosial Şuranın, İnsan Hüquqları Şurasının, eləcə də bir sıra tematik komissiyaların üzvü kimi fəaliyyət göstərib. Bu təmsilçilik Azərbaycanın beynəlxalq hüquqa sadiqliyinin, multilateralizmə verdiyi önəmin və qlobal problemlərin həllinə töhfə vermək niyyətinin göstəricisidir.

Elə bu günlərdə Nyu-York şəhərində BMT-də keçirilmiş seçkilərdə Azərbaycan BMT-nin Əhali və İnkişaf Komissiyasının (CPD) 2026-2030-cu illər üzrə və Sosial İnkişaf Komissiyasının (CsocD) 2025-2029-cu illər üzrə üzvlüyünə seçilib. Xarici İşlər Nazirliyinin məlumatına görə, hər iki komissiya BMT-nin iqtisadi və sosial məsələləri üzrə əsas orqanı olan ECOSOC-un funksional komissiyalarıdır. Hazırda ölkəmiz BMT ECOSOC-un 2025-2027-ci illər üzrə üzvləri arasında yer alır. BMT-nin Əhali və İnkişaf Komissiyası əhali dinamikasının, demoqrafik dəyişikliklərin, miqrasiya və urbanizasiyanın, eləcə də dayanıqlı inkişafla bağlı beynəlxalq müstəvidə yanaşmaların formalaşdırılmasına məsuldur. Sosial İnkişaf Komissiyası isə sosial siyasət, sosial müdafiə sistemləri, həssas qrupların hüquqları və rifahın artırılması kimi istiqamətlər üzrə fəaliyyətlər aparır. Qeyd edilən BMT komissiyalarında təmsilçilik ölkəmizin sosial müdafiə islahatları, dövlət xidmətlərinin innovasiyası, yoxsulluğun aradan qaldırılması üzrə uğurları və əhalinin rifahının yüksəldilməsi sahəsindəki prioritetlərinin beynəlxalq müstəvidə təqdim edilməsinə, eləcə də BMT-nin fəaliyyətlərinə töhfə və əməkdaşlıq imkanlarının gücləndirilməsinə imkan verəcək. BMT komissiyalarında təmsilçilik Azərbaycanın milli maraqlarının beynəlxalq müstəvidə daha effektiv şəkildə müdafiə olunmasına imkan yaradır. Xüsusilə uzun illər Ermənistanın Azərbaycana qarşı işğal siyasəti ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında BMT platformaları mühüm rol oynayıb. Azərbaycan diplomatiyası bu komissiyalar vasitəsilə beynəlxalq hüququn fundamental prinsiplərini – ərazi bütövlüyü, suverenlik və sərhədlərin toxunulmazlığını ardıcıl şəkildə gündəmdə saxlayıb. Nəticədə BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri və digər beynəlxalq sənədlər Azərbaycanın haqlı mövqeyini təsdiqləyib. Azərbaycanın BMT komissiyalarında iştirakı eyni zamanda ölkənin qlobal gündəliyin formalaşmasına verdiyi töhfə ilə də seçilir. İqlim dəyişikliyi, dayanıqlı inkişaf, humanitar məsələlər, gender bərabərliyi, qaçqın və məcburi köçkünlərin hüquqları kimi mövzular üzrə Azərbaycan konstruktiv təşəbbüslərlə çıxış edir. Xüsusilə özünün məcburi köçkün təcrübəsini beynəlxalq platformalarda paylaşaraq, bu sahədə real problemlərin və həll yollarının müzakirəsinə praktiki töhfə verir.

Postmünaqişə dövründə Azərbaycanın BMT-də fəaliyyəti daha uğurlu xarakter alır

Bu günlərdə diqqət çəkən daha bir mühüm hadisə ölkəmizin BMT yanında Daimi Nümayəndəliyinin təqdim etdiyi məktub və ona əlavə edilmiş bəyannamənin BMT Baş Assambleyasının və BMT Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılması oldu. Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Tofiq Musayev tərəfindən BMT-nin Baş katibinə ünvanlanmış məktubda Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə Bakıda keçirilmiş “İtkin düşmüş şəxslər məsələsinin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın gücləndirilməsi” mövzusunda beynəlxalq konfransda qəbul olunmuş Bəyannamə təqdim edilib.

Qeyd olunan beynəlxalq konfrans 9–11 oktyabr 2025-ci il tarixlərində Bakıda baş tutub və müxtəlif ölkələrdən, eləcə də beynəlxalq təşkilatlardan olan nümayəndələri bir araya gətirib. Tədbir itkin düşmüş şəxslər probleminin beynəlxalq humanitar hüquq və insan hüquqları kontekstində müzakirəsinə həsr olunub. Bəyannamədə silahlı münaqişələr nəticəsində itkin düşmüş şəxslərin sayının artmasından ciddi narahatlıq ifadə olunur, ailələrin yaxınlarının taleyi ilə bağlı həqiqəti bilmək hüququ bir daha təsdiqlənir. Sənəddə dövlətlərin beynəlxalq humanitar hüquqa və insan hüquqları hüququna hörmət etməsinin vacibliyi vurğulanır. Eyni zamanda, tərəflər silahlı münaqişələr zamanı insanların itkin düşməsinin qarşısının alınması üçün mümkün bütün tədbirlərin görülməsinə, itkin düşmüş şəxslərin taleyi ilə bağlı məlumatların təqdim edilməsinə çağırılır. Bəyannamədə mina və partlamamış hərbi sursatların itkin şəxslərin müəyyən edilməsinə maneə yaratdığı da xüsusi qeyd olunur. Sənəddə dövlətlərə, beynəlxalq və qeyri-hökumət təşkilatlarına itkin düşmüş şəxslər probleminin həlli istiqamətində əməkdaşlığın gücləndirilməsi, ən yaxşı təcrübələrin mübadiləsi, eləcə də məhkəmə-tibbi ekspertiza və yeni texnologiyalardan istifadə tövsiyə edilir. Məktub və əlavə olunmuş Bəyannamə BMT Baş Assambleyasının gündəliyində “Silahlı münaqişələrin qarşısının alınması”, “İnsan hüquqlarının təşviqi və müdafiəsi”, “İrqçilik və ayrı-seçkiliyin aradan qaldırılması” və “Hüququn aliliyi” mövzuları üzrə rəsmi sənəd kimi yayılıb. Bütün bunlar həm də o deməkdir ki, postmünaqişə dövründə Azərbaycanın BMT-də fəaliyyəti daha da aktuallaşıb. Azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, mina təhlükəsi, ekoloji fəsadlar və mədəni irsin qorunması kimi məsələlər BMT platformalarında gündəmə gətirilir. Bu, beynəlxalq ictimaiyyətin diqqətini real problemlərə yönəltməklə yanaşı, Azərbaycanın şəffaf və açıq siyasət yürütməsinin göstəricisidir. Azərbaycanın BMT-də onun komissiyalarında təmsilçiliyi sadəcə formal iştirak deyil, düşünülmüş və məqsədyönlü xarici siyasət strategiyasının tərkib hissəsidir. Bu təmsilçilik ölkəmizə beynəlxalq proseslərdə aktiv rol oynamaq, milli maraqlarını qorumaq və qlobal çağırışlara cavab verən məsuliyyətli dövlət kimi çıxış etmək imkanı yaradır. Azərbaycanın artan diplomatik fəallığı göstərir ki, BMT-də, onun komissiyalarında iştirak gələcəkdə də ölkəmizin beynəlxalq mövqelərinin möhkəmlənməsində mühüm rol oynamağa davam edəcək.

Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ