çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

Qəzzada “Azərbaycan sülhməramlıları” məsələsində maraqlı vəziyyət yarandı...

Image


Qəzzada beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsi hazırda aktual müzakirə mövzusudur. Qeyd edək ki, bu məsələ xüsusən ABŞ-ın təklif etdiyi atəşkəs planı çərçivəsində gündəmə gəlib, lakin hələ yekun qərar yoxdur.

Məlumatlar göstərir ki, Azərbaycanın öz sülhməramlı qüvvələrini Qəzzaya göndərməsi ABŞ-ın xüsusi maraq dairəsində yer alır. Bunu Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevin açıqlamaları da təsdiq edir.

Rəsmi Bakı bir daha son günlər Qəzzada beynəlxalq sülhyaratma qüvvəsində iştirakla bağlı Bakının şübhəsini açıq dilə gətirib. Hikmət Hacıyev bir neçə xarici media qurumuna bu haqda danışıb. Yaponiyanın “Nikkei” nəşrinə müsahibəsində H.Hacıyev deyib ki, Bakının belə bir qüvvədə iştirakı çətin olacaq və buna mandatın miqyası ilə bağlı məsələləri əsas gətirib: “Bununla bağlı yekun qərar verilməyib”. Xatırladaq ki, ABŞ-ın vasitəçiliyi ilə əldə olunmuş atəşkəs planında Qəzzada beynəlxalq sülhyaratma qüvvələrinin yerləşdirilməsi nəzərdə tutulub. BMT-nin Təhlükəsizlik Şurası ötən ay bu qüvvənin yaradılması üçün qətnaməni təsdiqləyib. H.Hacıyev isə qətnamənin Qəzzadakı fəaliyyətin spesifik qaydaları, missiyanın mandatının miqyası ilə bağlı məsələlərə cavab vermədiyini deyib. Prezidentin köməkçisi Azərbaycanın 2023-cü ildə Ermənistanla müharibə vəziyyətində olmasına diqqət çəkərək deyib ki, əhalini Qəzzaya qüvvə göndərməyə inandırmaq çətin olacaq. Dekabrın əvvəlində də Azərbaycan rəsmisi Dohada bir neçə media qurumuna oxşar fikirləri söyləmişdi. Adı çəkilməyən həmin rəsmi deyirdi ki, ABŞ hələ Azərbaycanda bu qüvvələrdən nə gözləməsi barədə substantiv söhbət aparmayıb. Müzakirə aparılsa, Vaşinqton görər ki, Bakının da digər ölkələrin beynəlxalq sülhməramlı qüvvələrə qoşulmasını önləyən oxşar şərtləri var. H.Hacıyev “The Media Line” nəşrinə müsahibəsində isə deyib ki, hər hansı sabitləşdirmə qüvvəsi real olmalıdır, simvolik deyil, onu yerli əhali qəbul etməli, beynəlxalq miqyasda isə koordinasiya olunmalıdır: “Azərbaycan özünü yalnız müşahidəçi kimi görmür. Biz regionları birləşdirən, asılılığı azaldan sistemlər qururuq, ortaq maraqlar yaradırıq. Sabitlik belə qurulur”. Prezidentin köməkçisi Azərbaycanın postmüharibə dövründə Qarabağda apardığı bərpa işlərinə toxunub. O xəbərdarlıq edib ki, yalnız təhlükəsizliyə fokuslanan yanaşmalar iflasa məhkumdur: “İnteqrasiyasız bərpa sadəcə növbəti böhranı ertələyir”. Təhlilçilərin fikrincə, Azərbaycanın indiki halda Qəzzaya qüvvə göndərməsi real görünmür, siyasi və logistik baxımdan isə ölkə Türkiyənin təşəbbüslərindən çıxış edə bilər. Bu ssenari isə Ankaranın Suriya və şərqi Aralıq regionunda ambisiyalarından ehtiyat edən İsraili əndişələndirir. Danışıqlardan agah olan mənbələr isə “Middle East Eye” nəşrinə deyiblər ki, İsrailin Qəzzada Türkiyə hərbçilərini görmək istəməməsi Azərbaycan, Pakistan, Səudiyyə Ərəbistanı və İndoneziya kimi tərəfdaşların mövqeyinə təsir edir.

Bundan əvvəl İordaniya kralı Abdulla bildirib ki, ölkəsi Qəzzaya hərbçi göndərməyəcək. Türkiyə rəsmiləri “Middle East Eye” nəşrinə anonimlik şərti ilə deyiblər ki, Türkiyənin iştirakı ilə bağlı yekun qərar yoxdur, gələn həftə İsrailin baş naziri Benyamin Netanyahu ilə ABŞ prezidenti Donald Trampın görüşündə bu məsələyə aydınlıq gələcəyini gözləyirlər. belə bir vaxtda ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mayk Uolts sə qeyd edir ki, Azərbaycan Qəzza sektorunda yaradılması nəzərdə tutulan beynəlxalq sabitləşdirici qüvvələrin tərkibində iştirak etməyə razılıq verən ölkələr sırasındadır. “The Hugh Hewitt Show” radiosuna müsahibəsində Uolts qeyd edib: “ABŞ prezidenti Donald Trampın irəli sürdüyü sülh planı çərçivəsində Qəzzada beynəlxalq sabitləşdirici qüvvələrin formalaşdırılması nəzərdə tutulur”. ABŞ rəsmisi vurğulayıb ki, Vaşinqton bu kontingentdə Amerika hərbçilərinin yer almasını istəmir. Onun fikrincə, İsrail ordusunun Qəzzaya qayıdışı genişmiqyaslı müharibə və normallaşma prosesinin tam iflası demək olardı. Bu səbəbdən beynəlxalq formatda qüvvələrin yaradılması planlaşdırılır və Uoltsun iddiasına görə, İndoneziya, Azərbaycan və bir sıra digər ölkələr artıq iştirak etməyə razılıq veriblər. Bundan əvvəl adı açıqlanmayan ABŞ rəsmisi “The Jerusalem Post”a bildirib ki, ilk beynəlxalq stabilləşdirmə qüvvələri qoşunları 2026-cı ilin əvvəlində Qəzza zolağına gələcək. BMT Təhlükəsizlik Şurası ABŞ prezidenti Donald Trampın İsrail və HƏMAS arasındakı münaqişənin həlli planını təsdiq edən qətnaməni səsə qoyduqdan sonra, Ağ Ev rəsmi Vaşinqtonda sülhməramlı missiyanın yaradılması prosesini sürətləndirib. Bu qüvvə mandatına uyğun olaraq Qəzza zolağında atəşkəsə nəzarət edəcək və HƏMAS-ın silah arsenallarını ləğv edəcək. Beynəlxalq stabilləşdirmə qüvvələri BMT strukturlarına tabe olan kontingent olmayacaq. Gələcək qüvvəyə piyada, mühəndis, kəşfiyyat və polis bölmələrinin daxil olacağı gözlənilir. Tramp administrasiyası layihəni müharibədən sonrakı Qəzza strukturunun əsas elementi kimi qiymətləndirir, bu, hazırda təyin olunmuş sarı xəttə köçürülən və anklavın təxminən 53%-nə nəzarət edən İsrail qoşunlarının qismən çıxarılmasına imkan verir. Beynəlxalq stabilləşdirmə qüvvələri plana görə, əsas sahələrin təhlükəsizliyini təmin etmək, Fələstin silahlı qruplaşmalarının dirçəlişinin qarşısını almaq və Trampın planına görə, beynəlxalq vasitəçilərin köməyi ilə qurulacaq mülki idarəçiliyin effektiv bərpasına cavabdehdir. Bununla belə, “i24” nəşrinin mənbələrinin qeyd etdiyi kimi, beynəlxalq stabilləşdirmə qüvvələri layihəsi hələ başlanğıc mərhələsindədir. Təlim proqramı hələ hazırlanmayıb. Bundan əlavə, bu strukturun sabit maliyyələşdirilməsini təmin etmək üçün mühüm işlər görülməlidir. “i24”ün mənbələri vurğulayırlar ki, gələcək missiya maddi-texniki təminat məsələlərlə yanaşı, özünün hərbi obyektləri və qərargahlarının da ciddi nəzərdən keçirilməsini tələb edəcək.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ