çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

Ermənistanda Azərbaycanla böyük ticarətə intensiv hazırlıqlar başladı...

Image


Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, rəhbərlik etdiyi hökumət Azərbaycana məhsul ixracına başlamaq üçün lazımi addımlar atmağa hazırdır.Paşinyan İcevan dəmir yolu stansiyasına qədər bərpa işlərinin aparılmasının vacibliyini qeyd edib.

Onun sözlərinə görə, söhbət Arazdəyən və Axurik sahələrindən gedir: bunlar Ermənistanı Azərbaycanın əsas hissəsi - Naxçıvanla - və Türkiyə ilə birləşdirən dəmir yollarıdır.

Baş nazir ümid edir ki, Rusiya tərəfdaşları bu işləri qısa müddətdə yerinə yetirəcəklər: “Bu sahələr Rusiyanın konsessiyasındadır. Hər hansı maneələr və ya digər problemlər yaranarsa, Ermənistan hökuməti bu sahələri konsessiyadan çıxara və bərpanı Ermənistan dövlət büdcəsi hesabına həyata keçirə bilər”. Paşinyan Rusiyanın nəzarəti altında dəmir yollarının tikintisinin dəyəri barədə ətraflı məlumat verməyib. Lakin yayda, Vaşinqton razılaşmaları üzrə danışıqların hələ davam etdiyi bir vaxtda o, Ermənistanın dəmir yolu tikmək üçün pulunun olmadığını və Amerika investisiyalarına ehtiyac olduğunu iddia edib. Müxalifətçi millət vəkili Artur Xaçatryan isə baş nazirin hökumətin dəmir yollarını təmir etmək üçün vəsaiti olduğu barədə açıqlamasından təəccüblənib. O qeyd edib ki, payızda, gələn ilin büdcəsi ilə bağlı müzakirələr zamanı ərazi idarəetmə nazirindən 2026-cı il büdcəsində dəmir yolu infrastrukturu üçün pul ayrılıb-ayrılmadığını soruşub: “O özü cavab verib ki, pul yoxdur. Büdcədə pul yoxdursa, pul ayrılmayıbsa, bu vəsaitlərin hara cəlb olunması mənim üçün bir az aydın deyil. Yeni kredit götürməlidirlərmi, yoxsa “Kaps” su anbarı üçün ayrılan pul bu məqsədə yönəldilməlidirmi? Bu, aydın deyil”. Vaşinqtonda əldə edilən razılaşmalardan sonra Ermənistanda infrastrukturun bərpası və yeni infrastrukturun yaradılması ilə bağlı müzakirələr aktivləşib. Amerika tərəfi Zəngəzur ərazisində 42 kilometrlik dəmir yolu hissəsinin tikintisinə investisiya qoyacaq, bu, Azərbaycanı Naxçıvanla birləşdirən yoldur. TRIPP layihəsinin hansı infrastrukturları əhatə edəcəyi barədə hələlik çox məlumat yoxdur. Paşinyan qeyd edib ki, layihənin tikintisinə praktik olaraq 2026-cı ilin ikinci yarısında başlanacaq. Hesab edilir ki, Ermənistan hökumətinin dəmir yolu məsələsinə belə xüsusi diqqəti təsadüfi deyil. Ölkə indi Azərbaycanla ticarətə xüsusi diqqət edir.

Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan qeyd edir ki, ölkəsi Azərbaycanla iki ölkə sərhədində quru yükdaşımalarının həyata keçirilməsini təklifin irəli sürüb: “Mənim fikrimcə, hazırda Ermənistan və Azərbaycan arasında quru sərhədin açılması üçün çox yaxşı vaxtdır. Belə ki, Ermənistan sərhədinə qədər dəmir yolu ilə gətirilən yüklər multimodal üsulla yük maşınlarına yüklənərək Ermənistan–Azərbaycan quru sərhədindən daşına bilər. Düşünürəm ki, nə Ermənistanda, nə də Azərbaycanda buna mane ola biləcək şərait yoxdur. Mənim təəssüratım belədir ki, biznes mühiti də buna hazırdır”. Onun sözlərinə görə, əvvəllər Azərbaycan–Ermənistan tranzitinin Gürcüstan dəmir yolları vasitəsilə qiyməti nisbətən yüksək və rəqabətədavamsız hesab olunurdu, lakin danışıqlar hələ də davam edir: “Bir tərəfdə Gürcüstan dəmir yolu şirkəti, digər tərəfdə isə taxıl və ya benzin idxal edən şirkətlər var. Təbii ki, onların danışıqlar aparması və ən optimal variantı tapması lazımdır”. Nikol Paşinyan isə Gürcüstan dəmir yolları ilə yük tranziti tarifləri məsələsini şərh edərkən qeyd edib ki, əgər bu məsələ həll olunmasa, təbii olaraq təsərrüfat subyektləri idxal və ixracı təmin etmək üçün alternativ yollar axtarmağa başlayacaqlar. Bunlar fonunda Papoyan Ermənistanın Azərbaycana ixrac edə biləcəyi malların olduğunu da qeyd edib: “Kənd təsərrüfatı məhsulları, alüminium folqa, qızıl zinət əşyaları, ferromolibden, balıq məhsulları”. Xatırladaq ki, Azərbaycan dekabrın 19-da Ermənistana 1300 ton həcmində Aİ-95 benzini tədarük edib. Ermənistandan ölkəmizə mümkün tədarük də bu kontekstdə gündəmə gətirilib. Erməni iqtisadçı Qagik Makaryan da vurğulayır ki, Azərbaycan bazarının ehtiyac duyduğu mallar olmalıdır: “ Düşünürəm ki, məsələn, Ermənistan tikinti materialları sahəsində ixrac həyata keçirə bilər. Ermənistanda tikinti materiallarının istehsalı üçün çox yaxşı Avropa texnologiyalarından istifadə olunur. Qatarla bağlı problem olmasa, böyük həcmdə tikinti materiallar ixrac edilə bilər. İkincisi, Azərbaycan bazarı Ermənistan şərablarının çeşidləri, eləcə də meyvə araqları ilə maraqlana bilər. Üçüncüsü, bu, müəyyən növ konservləşdirilmiş məhsullar ola bilər, azərbaycanlıların çay həvəskarı olduqlarını nəzərə alsaq, mürəbbə satışı da mümkündür. Ermənistanın bəzi Avropa ölkələri üçün istehsal etdiyi tikiş sektorunun bəzi məhsulları da. Müəyyən növ dərman, elektrik və elektron avadanlıqlar haqqında da danışmaq olar. Gələcəkdə münasibətlərdə inkişaf olsa, şirniyyat da sata bilərik. Müxtəlif Ermənistan fabrikləri yaxşı şokolad istehsal edir, bunlar Belçika və bəzi Avropa ölkələrinə də ixrac olunur. Siqaretlərdən də bəhs etməyi zəruri hesab edirəm”. Makaryan Azərbaycanın Ermənistan üçün böyük bazar ola biləcəyini vurğulayıb: “Daimi bazar olsa, həcm artırıla bilər. Azərbaycan böyük bir ölkədir, əhalisi 10-11 milyondur, buna görə də Ermənistan bazarından ən azı üç dəfə böyükdür, niyə də olmasın?!”

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ