çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

Yaralı vəziyyətdə döyüşü davam etdirirdi - Neftçala şəhidi Vasif...

Image


Gülhəsən Mehbalıyev:“Tabeliyində olan yaralı əsgərini güllə yağışları altından çıxarmaq istəyib, elə bu zaman düşmən gülləsinə tuş gəlib”

Ayrı-ayrı şəhələrdə, rayonlarda, qəsəbələrdə, kəndlərdə doğulsalar da, hamısının həyat hekayəsi eyni sonluqla bitdi şəhidlərin. Hər birinin ayrıca həyat hekayəsi olsa da, son nəticədə hər biri Vətən, torpaq uğrunda canını fəda etdi.

Canlarından əziz bildilər Vətəni. Anaları bir ömrü boyu onları gözləyə bilər, amma yağıların işğal etdiyi Vətən torpağı oğulların evlərində oturmalarını gözləyə bilməzdi.

Vətən çağırdı getdim,

Torpağımı qaytardım.

Anam gözləsin məni

Bəlkə bir gün qayıtdım.

Şəhid oğullar Vətənin müdafiəsinə gedəndə “ata, ana, mütləq qayıdacağam” deyiblər, amma necə qayıdırlar? Yuxulara, xəyallara...Torpaq aldığı kimi geri qaytarıb ki...

Vətənin səsinə səs verən oğullarımızdan biri də Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) giziri Vasif Gülhəsən oğlu Mehbalıyevdir.

44 günlük Vətən müharibəsində düşmən qarşısında mətanətlə dayanan oğul olub Vasif. 26 yaşı vardı şəhid olanda. 26 bahar görmüşdü igid Vasif.

Vasif Mehbalıyevin atası Gülhəsən Mehbalıyevlə Biləsuvarda yaradıcılıq ezamiyyətində olarkən görüşüb söhbətləşdik. Nəzakət Məmmədovanın rəhbərlik etdiyi Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının ərsəyə “44 Gün-Tarixi zəfər” adlı IV cildliyinin III və IV cidlərinin Biləsuvarda keçirilən təqdimat mərasimində Gülhəsən dayı da iştirak edirdi.

Səsi titrək, qəlbi kövrək ata danışdıqca haldan-hala düşür, “oğlum haqda çox şey danışa bilərəm” deyir, amma duruxur, üzünü kədər bürüyür. Ata bilmir ki, nədən başlasın, oğlu haqda nə desin, nə danışsın. Danışmağa sözü, xatirəsi çoxdur, amma onları ipə-sapa düzmək çətindir ona. Şəhid ataları, şəhid anaları övladları haqda danışmağa həmişə çətinlik çəkirlər nədənsə. Bəlkə onların yoxluğuna inana bilmirlər...

“Vasif altı bacının tək qardaşı, ocağımın çırağını yandıranım idi”

“Vasif altı bacının tək qardaşı, ocağımın çırağını yandıranım idi”

Gülhəsən Mehbalıyev deyir ki, düşmən təxribatlarının qarşısını almaq üçün sentyabrın 27-də bütün cəbhə boyu başlanan əks-hücum əməliyyatında Vasif də silahdaşları ilə birlikdə ön sırada olub: “Oğlum xüsusi təyinatlı idi. Torpaqlarımızın işaldan azad olunması ən böyük arzusu idi. Gün gəlib çatdı, o öz arzusuna çatdı (qəhərlənir)”.

Vasif Mehbalıyev 1994-ci il martın 26-da Neftçala rayonunun Aşağı Surra kəndində anadan olub.

Gülhəsən dayı dedi ki, Neftçala rayonunun Aşağı Surra kəndində yaşasalar da, əslən Lerik rayonunun Livədirqə kəndindəndirlər. “Orta məktəbi bitirəndən sonra sənədlərini ali məktəbə verdi, amma müsabiqədən keçə bilmədi. Həqiqi hərbi xidmətə getdi. Hərbi xidmətdən sonra öz istəyi ilə müddətdən artıq xidməti vəzifəsinə başladı.

Hərbini çox sevirdi...”

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin giziri olan Vasif Mehbalıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrutun, Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. “Füzulinin kəndlərinin azad edilməsi uğrunda düşmənə sarsıdıcı zərbələr vurub, onların zirehli texnikalarını məhv edib. Qolundan yaralanmasına baxmayaraq, döyüşü davam etdirib. Qətiyyən geri çəkilməyib, döyüşüb”.

Ata bildirir ki, oktyabrın 15-də Füzulinin yaşayış məntəqələri uğrunda gedən qanlı döyüşlərdə Vasif şəhidliyə qovuşub. “Vasif döyüş zamanı tabeliyində olan yaralı əsgərini güllə yağışları altından çıxarmaq istəyib, elə bu zaman düşmən gülləsinə tuş gəlib. Oğlum yaralı əsgərini xilas edərkən canını fəda edib” deyir ata. Gülhəsən dayı bildirir ki, Vasif heç zaman əsgərini elə ağır vəziyyətdə qoymazdı, canı bahasına da olsa onu xilas edərdi, necə ki, onun üçün canını ortaya qoyub.

Ata deyir oğlunun şəhid olmasından əvvəlcə xəbəri olmayıb, bu müsibəti sonra bilib: “Şəhid olduğunu bilmirdim. Oğlumun şəhadətə yüksəldiyini eşidəndə qızlarımdan biri qardaş itkisinə dözə bilməyərək dünyasını dəyişdi.

Altı qızım bir oğlum vardı. Vasif altı bacının tək qardaşı, ocağımın çırağını yandıranım idi...

Bir bacısının da ürəyi partladı. Eşitdi ki, qardaşı şəhid olub. Tabut gəlməmiş uşağın ürəyi partladı öldü. Vasifi gətirəndə yarı yolda gözləyiblər ki, bu tabut çıxsın, o birini gətirsinlər. İki övlad acısını birdən yaşadım”.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Vasif Mehbalıyev ölümündən sonra bir sıra orden və medallarla təltif edilib.

Bunlar “Azərbaycan Bayrağı ordeni”, “Vətən müharibəsi iştirakçısı” medalı, “Kəlbəcərin azad edilməsinə görə” medalı, “Cəbrayılın azad edilməsinə görə” medalı, “Xocavəndin azad edilməsinə görə” medalı, “Füzulinin azad edilməsinə görə” medalı, “Şücaətə görə” medalıdır.

Mehbalıyevlər ailəsində bir gündə iki faciə yaşanıb, bu acını ürəklərə sığışdırmaq doğrudan da çətindir…Çiyinlərinə ağır yük, ürəklərinə bala dağı çəkilib Gülhəsən ata ilə Fəridə ananın. Həm oğul dağı görüblər, həm də qız dağı.

Vasif kimi igid, cəsur, vətənpərvər oğul yetişdirib Vətənə fəda edən qəhrəman ata-anaya böyük alqış düşür. Mehbalıyevlər ailəsinin Vasif adlı çırağı sönsə də, onlar oğullarının xatirəsinin işığında həyatlarını davam etdirirlər. Üzləri gülmür, gözləri ağlayır, ürəkləri qubar bağlayır, amma dözürlər, dözürlər ki, arzuları yarımçıq qalan nakam balalarının izlərini yaşatsınlar. Bu gün Aşağı Surra kəndi Vasif kimi igid oğlu ilə fəxr edir. Vasif bütün xalqımızın qürur yeri olan oğullardandır.

Qorxmadı düşməndən, güllə yağışından, vətən üçün öldü Vətən üçün doğulan Vasif Mehbalıyev…Ata-anası Vasifin toyunu gözlədi, amma vayını tutdular…Təsəlliləri oğullarının qəhrəmancasına şəhid olmasıdır…

Bir oğul böyütdü Fəridə ana

İgidlər içində boyu var idi.

Şəhid çərgəsinə qoşuldu getdi-

Arzusu çox idi igid Vasifin

Hələ çalınmamış toyu var idi…

İradə SARIYEVA
Biləsuvar-Bakı



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ