çərşənbə axşamı günü, 22 sentyabr 2026
     

ABŞ-da Zelenskiyə “seçki ilə hakimiyyətdən çəkil” təklifi olunub...

Image


Abutalıb Səmədov: “Bu suverenlik yalnız Ukraynanın öz nəzarətində olan torpaqlarına aiddir”

Noyabrın 30-da Floridada ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqlardan sonra ABŞ prezidenti Donald Tramp Ukraynadakı müharibəyə son qoymaq üçün razılaşma perspektivləri ilə bağlı nikbinliyini bildirib.

Floridada ABŞ və Ukrayna rəsmiləri arasında keçirilən görüşdən sonra Donald Tramp Kiyevin “bəzi çətin kiçik problemləri” olduğunu, lakin müharibəyə son qoymaq üçün razılığa gəlmək üçün "yaxşı şans" gördüyünü deyib.

Ağ Ev rəhbəri mətbuata Ukraynanın "bəzi mürəkkəb kiçik problemləri" olduğunu bildirib və Ukraynanın dövlətə məxsus “Energoatom” şirkəti ətrafındakı korrupsiya qalmaqalının ölkəyə "kömək etmədiyini" qeyd edib. Tramp jurnalistin bunun sülh danışıqlarına təsir edib-etməyəcəyi ilə bağlı sualına cavab verməkdən imtina edib, lakin qısa müddət sonra əlavə edib: “Düşünürəm ki, razılaşma əldə etmək üçün yaxşı bir şans var”.

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-da keçirilən danışıqlarda Ukrayna nümayəndə heyətinə rəhbərlik edən Milli Təhlükəsizlik və Müdafiə Şurasının (NSDC) katibi Rüstəm Umerovun hesabatını aldıqdan sonra görüş barədə müsbət fikirlərini bildirib.

“Danışıqların konstruktiv impulslu olması və bütün məsələlərin açıq şəkildə və Ukraynanın suverenliyinin və milli maraqlarının təmin edilməsinə yönəlmiş şəkildə müzakirə edilməsi vacibdir. Müharibəyə son qoymaq üçün addımların müəyyənləşdirilməsinə bu qədər intensiv şəkildə vaxt ayırdıqlarına görə ABŞ-a, Prezident Trampın komandasına və şəxsən özünə minnətdaram. Biz işləməyə davam edəcəyik", - deyə Zelenski sosial mediada yazıb.

Moskva və Kiyev arasında mümkün sülh müqaviləsinin şərtlərini müzakirə etmək üçün ABŞ və Ukrayna nümayəndə heyətləri arasında 30 noyabrda ABŞ Prezidentinin elçisi Stiven Vitkoffa məxsus Floridadakı Shell Bay Qolf Klubunda görüş keçirilib. Müzakirələrə ərazi məsələləri, Ukraynada seçkilərin vaxtı və digər mürəkkəb məsələlər daxil olub. Bu barədə “The Wall Street Journal” məlumat verib.

Danışıqlarda iştirak edən ABŞ Dövlət katibi Marko Rubio nəticələri "çox məhsuldar" adlandırsa da, Rusiyanın Ukraynaya qarşı müharibəsində sülhə nail olmaq üçün daha çox iş görülməli olduğunu və Rusiyanın "tənliyin bir hissəsi" olmalı olduğunu qeyd edib. ABŞ-ın Dövlət katibi deyib: "Biz Ukraynanın daimi təhlükəsizliyə nail olmasına kömək etmək istəyirik. Və eyni dərəcədə vacib olan odur ki, orada əsl rifahın yeni bir dövrünün başlamasını görmək istəyirik".

Umerov öz növbəsində bildirib: “Ləyaqətli bir sülhün irəliləməsində və mövqelərimizin Amerika tərəfi ilə uyğunlaşdırılmasında əhəmiyyətli irəliləyişlər olub".

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası katibinin sözlərinə görə, "ABŞ Kiyevə çox güclü dəstək verib".

Ukrayna tərəfi “bəzi mütərəqqi dəyişikliklər var” deyir. Rubio deyir ki, təkcə müharibəni başa çatdırmaq yox, məsələnin Ukraynanın həm də suveren dövlət kimi inkişafına şərait yaradan bir formada yekunlamasını istəyirik. O, burada suverenlik sözünü işlədir. Tramp da bildirir ki, Ukraynada əsas məsələləri həll etmişik, amma Ukrayna üçün “bəzi kiçik və çətin problemlər var”. Kiçiklik hara, çətinlik hara? Burada çox ziddiyyətli məqamlar var. O fikir də işlədilir ki, biz hələ uzun müddət onun üstündə işləyəcəyik. Burada bir məsələ də var, diqqət çəkən iddialardan biri odur ki, Florida görüşündə Zelenskiyə seçki nəticəsində hakimiyyətdən çəkilmək təklif olunub.

Yəni orada Ukraynada seçkilər və ərazi məsələsi də müzakirə olunub.

Bu halda ola bilərmi, Zelenskiyə təklif olunsun ki, seçki keçirilsin və Zelenski seçki nəticəsində məğlub olub siyasi səhnəni tərk etsin? Amerika tərəfindən Zelenskiyə təklif edilibmi ki, seçki keçirilsin və seçki nəticəsində o, siyasi səhnədən getsin, biz Ukrayna məsələsini özümüz bildiyimiz kimi həll edək? Belə bir təklif ola bilərmi? Orada "seçki məsələsi də müzakirə olunub" fikri nəyə işarədir?

“Zelenski bu sənəd imzalanandan sonra Ukraynada yenidən seçkiyə getmək şansını itirir”

"Alyans" Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov "Bakı-Xəbər"ə şərhində bildirdi ki, Tramp 28 bəndlik layihəni təqdim etdi və bilərəkdən bunu mətbuata sızdırdılar. “Rusiya, yoxsa ABŞ sızdırdı, bilinmir, amma hər halda belə bir addım atıldı. ABŞ-ın Rusiya və Ukrayna arasında imzalana biləcək sülh sazişinə münasibəti məlum oldu. O da məlum oldu ki, Trampın sülhə münasibəti ilə Putinin sülhə münasibəti arasında heç bir ciddi fərq yoxdur. Təsadüfi deyil ki, Rusiya prezidenti Təhlükəsizlik Şurasının iclasında bu yanaşmanı qəbul etdiyini söylədi. Yəni bu təkliflər toplusunun Rusiyanı qane etdiyini dedi. Təbiidir ki, bu, Ukraynanı qane edə bilməzdi, Avropanı da qətiyyən qane etməyib. Bir neçə görüş keçirildi. Əvvəlcə həm Ukrayna və Avropa ölkələri arasında danışıqlar getdi, həm birlikdə ABŞ nümayəndələri ilə Cenevrədə görüşdülər, sonra təkcə Ukrayna nümayəndə heyəti ilə Floridada bir raund görüşlər keçirildi. İndi ümidli bəyanatlar verirlər. Ancaq hadisələri, prosesi müşahidə edən ekspertlərə aydındır ki, vəziyyət ümidverici deyil. Əgər irəliləyiş varsa, bu, prinsipial olmayan məsələlərlə bağlı ola bilər, amma prinsipial məsələlərdə heç bir irəliləyiş yoxdur. Birinci məsələ Ukraynanın işğal olunmuş ərazilərinin de-fakto Rusiyanın nəzarətində olmasının qəbul edilməsidir. Layihədə belə bir bənd var və hətta Donbasın bütünlüklə Rusiyanın ərazisi kimi tanınması öhdəliyi də mövcuddur. Yəni o əraziləri ki hələ Rusiya işğal etməyib, Trampın təqdim etdiyi layihəyə görə, Ukrayna o ərazini boşaldıb Rusiyaya verməlidir. Əvəzində Rusiya Zaporojye və Xersonla bağlı əvvəlki iddialarından imtina edir. Yəni bu iki vilayəti inzibati sərhədləri ilə deyil, real vəziyyətlə qəbul edir. Təmas xətti hardadırsa orada dayanmağa razılıq verir. Bu, Rusiyanın güzəştidir. Tramp Rusiyanın digər güzəşti ilə bağlı da qeyd edir ki, Rusiyanın güzəşti ondan ibarətdir ki, Rusiya müharibəni dayandırmaq öhdəliyi götürür. Yəni Ukrayna torpaqlarını işğal etmir. Rusiya tərəfindən çox “alicənab” addımdır. Ukraynanın qətiyyən qəbul edə bilməyəcəyi və Avropanın da qəbul etmədiyi növbəti tələb Ukrayna ordusunun sayının 600 minə endirilməsidir. Əslinə qalsa, 600 min rəqəmi də kifayət qədər böyük rəqəmdir və onu maliyyələşdirmək Ukraynanın imkanları xaricindədir. Ancaq Rusiyanın Ukrayna ordusunun sayını müəyyənləşdirməsi, təbii ki, qəbuledilməzdir. Bu səbəbdən Avropa 800 min olmasını tələb edir. Ancaq bunu necə maliyyələşdirəcəklər? Ukraynaya elə ciddi bir yardım da göstərə bilmirlər. Bu da başqa bir məsələdir”.

A.Səmədovun sözlərinə görə, təhlükəsizlik məsələsi ilə bağlı problemlər var və Ukrayna sənəddə təhlükəsizliyinin təminatı ilə bağlı məsələnin olmasını da tələb edir, ABŞ isə “bu barədə qərar sülh sazişi imzalanandan sonra veriləcək” deyir. O qeyd etdi ki, bu barədə müzakirələr sülh sazişi imzalanandan sonra başalayacaq. “Burada seçkilərlə bağlı da müəyyən məsələlər var. Birincisi, Rusiya sənədi Zelenskinin imzalamasını qəbul etmir, “Zelenski legitim deyil” deyir və tələb edir ki, bu sənədi başqa bir adam imzalasın. Yəni “Ukrayna parlamentinin sədri imzalaya bilər”-iddiası var. Məlum olduğu kimi, Zelenskinin prezidentlik müddəti təqribən bir ildən çoxdur ki, başa çatıb və konstitusiyada o müddətin artırılması proseduru yoxdur. Parlamentin müddətinin artırılması proseduru mövcuddur. Bu səbəbdən Rusiya tələb edir ki, sənədi Zelenski yox, parlamentin rəhbərliyi imzalasın. Təqdim olunan həmin layihədə imzalanmadan 100 gün sonra Ukraynada prezident seçkilərinin keçirilməsi tələbi var. Aydındır ki, Zelenski bu sənəd imzalanandan sonra Ukraynada yenidən seçkiyə getmək şansını itirir. Çünki daha əlverişli şərtlərlə təqdim olunan sülh razılaşmalarını, müavilələri qəbul etməyən və Ukraynanı bu duruma salan bir adamın, təbiidir ki, bundan sonra Ukraynada prezident olmaq şansı yoxdur. Üstəlik, korrupsiyada da onun əli olduğu hamıya məlumdur. Artıq ən yaxın ətrafı korrupsiyada ifşa olunub. Söhbət onun yaxın dostlarından biri olan Timur Mindiçdən, eyni zamanda Prezident Administrasiyasının rəhbəri Andrey Yermakdan gedir. Yermak artıq istefa verib, Zelenski də bu istefanı qəbul edib. Ancaq şübhəsiz ki, korrupsiya ilə bağlı proseslərin başında Zelenskinin özü dayanır. Bundan da ABŞ ona qarşı təzyiq vasitəsi kimi istifadə edir. Əsas prinsipial məsələlər barədə heç bir razılıq yoxdur. Ukraynanın buna razı olmaq imkanı da mövcud deyil, buna heç kim razılıq verə bilməz. Ukraynanı məcbur etmək istəyirlər və çox təəssüf ki, əsas arqumentlərdən biri də Rusiyanın Ukrayna ərazilərini işğal etməkdə davam etməsidir. İkincisi də Zelenskinin korrupsiyaya bulaşmasıdır. Çox təəssüf ki, bu da var...”

A.Səmədovun bildirdiyinə görə, dekabrın 2-də Trampın nümayəndəsi Moskvaya gəlib, əsas danışıqlar Rusiya ilə aparılacaq, Rusiya əvvəlki layihədə göstərilən müddəaların qalmasını tələb edir, həm ərazilərlə, həm Ukrayna ordusunun, hərbçilərinin, texnikanın sayı və sairlə bağlı tələblərinin layihəyə salınmasını istəyir. ABŞ nümayəndəsinin Moskva səfərində təhlükəsizlik məsələsinin də müzakirə edildiyini ehtimal edən A.Səmədovun sözlərinə görə, bir məsələ aydındır, Ukrayna və Avropa Moskvada əldə olunan razılıqları qəbul etməyəcək, proses hələ uzanacaq. “Bu prosesin uzanması həm Zelenskinin, həm də Avropanın maraqlarına cavab verir. Eləcə də digər ölkələrin maraqlarına cavab verir ki, Rusiyanın başı hələ Ukraynada qarışsın, bu bir Ukraynanın maraqlarına cavab vermir, onun əraziləri işğal olunur. Ancaq rəhbər yerində olmayanda hər bir dövlət bu cür faciələr yaşaya bilər. Yalnız bir məsələni xüsusi vurğulamaq istərdim ki, 2022-ci il martın 27-də jurnalistlərlə söhbətində Zelenski etiraf etdi ki, müharibə ərəfəsində bizdən yalnız neytral olmağımız tələb olunurdu, biz onda qəbul etmədik, ancaq indi qəbul etməyə hazırıq. Ukrayna qarşısında yalnız Ukraynanın neytrallığı tələbi qoyulmuşdu, Ukrayna da bunu qəbul etmədi. İndi də neytrallıq tələbi var və o da tələb olunur ki, həm Ukrayna konstitusiyasında, həm də NATO sənədlərində bu öz əksini tapsın. Zelenski neytrallığı qəbul etmədi, amma indi onsuz da qəbul etmək məcburiyyətindədir. Başda ABŞ olmaqla, NATO ölkələrinin bir çoxu Ukraynanın NATO üzvü olmasını istəmir...”-deyə A.Səmədov qeyd etdi.

“Ukraynanın suverenliyi məsələsi müzakirələrdə öz əksini tapıb. Ancaq bu suverenlik yalnız Ukraynanın öz nəzarətində olan torpaqlarına aiddir, Rusiyanın işğal etdiyi torpaqlara Ukraynanın suverenliyi aid ola bilməz. Həmin sənədlərdə də, təklif olunan layihədə də digər ərazilərin faktiki Rusiyanın olduğunun tanınması tələbi var. İlk növbədə ABŞ bu ərazilərin de-fakto Rusiyanın olmasını qəbul etmək öhdəliyi götürür, Ukrayna çıxılmaz vəziyyətdədir, Avropa da yalnız özünü düşünüb müharibənin davam etməsini istəyir. Onu da anlayır ki, davam edən müharibə Ukraynanın yeni ərazilərinin işğal olunmasına gətirib çıxaracaq. Son nəticədə Ukrayna təslim aktına bənzəyən sülh sazişini imzalamaq məcburiyyətində qalacaq”-deyə A.Səmədov vurğuladı.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

SON XƏBƏRLƏR

22.09.2026 / 16:08
Putin Duma seçkisindən sonra ümumi səfərbərlik edəcək – Avropada panika...

22.09.2026 / 15:45
Ərdoğan BMT TŞ-də veto hüququnun ləğvini istədi – Rusiya qarşı çıxdı...

22.09.2026 / 15:37
Kənan Musayev: “Tələbimiz odur ki, alternativ namizdələrin iştirakı ilə seçki yenidən keçirilsin”

22.09.2026 / 15:35
ABŞ Lavrovun müavininə viza verməkdən imtina etdi...

22.09.2026 / 15:12
Maarif Məhərrəmbəyli: “Seçkinin nəticələri ləğv olunmalıdır”

22.09.2026 / 14:38
DİN müsabiqə elan edir

22.09.2026 / 14:30
“AzerGold” 2030-cu ilədək illik dövriyyəsini 1 milyard manata çatdırmağı hədəfləyir

22.09.2026 / 14:03
"Dağ-mədən sənayesinin son məhsula qədər tam zənciri yaradılmalıdır" - Prezident

22.09.2026 / 14:01
Prezident İlham Əliyev Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxundu

22.09.2026 / 13:57
Prezident: "Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür"

22.09.2026 / 13:55
"Yeni proqram regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir" - Prezident

22.09.2026 / 13:49
IV Bakı Təhlükəsizlik Forumu işə başlayıb

22.09.2026 / 13:35
Bakıda daha bir estetik klinikada "ÇP" çıxdı - ali təhsili olmayan "kosmetoloq" əməliyyat aparır...

22.09.2026 / 13:22
Daşkəsəndə narkotiklərin satışı ilə məşğul olan şəxs saxlandı

22.09.2026 / 13:15
Qafqaz Albaniyasının möhür və damğaları

22.09.2026 / 13:03
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi

22.09.2026 / 12:48
Prezident: "Süni intellektin bədniyyətli istifadəsi terrorçuluqla mübarizənin səmərəliliyinə ciddi maneələr yaradır"

22.09.2026 / 12:45
"Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir" - Prezident

22.09.2026 / 12:38
Prezident İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayıb

22.09.2026 / 12:37
“Azərbaycan 23 saatlıq antiterror əməliyatı ilə bölgədə separatizm presedentinə birdəfəlik son qoydu”

22.09.2026 / 12:22
Yasamal rayonunda 21 Sentybar-Beynəlxalq Sülh Gününə həsr olunmuş “Ağ göyərçinin izi ilə” adlı rəsm sərgisi keçirilib

22.09.2026 / 12:01
Prezidentin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib - FOTO/YENİLƏNDİ

22.09.2026 / 11:55
"Azərbaycan müdafiə sənayesi imkanlarını genişləndirir" - Nazirlik rəsmisi

22.09.2026 / 11:28
Ukrayna “Rosneft”in Samaradakı neft emalı zavodunu ikinci dəfə bombaladı...

22.09.2026 / 11:11
Bakı Bulvarının bir hissəsinə giriş məhdudlaşdırılır...

22.09.2026 / 10:57
Türkiyədə orta məktəbə silahlı hücum - səkkiz şagird yaralandı...

22.09.2026 / 10:46
ABŞ-ın yeni Hörmüz planı - Körfəz ölkələrindən milyardlarla dollar pul istədi...

22.09.2026 / 10:23
Azərbaycan nefti ucuzlaşdı - 116 dollar...

22.09.2026 / 10:06
Bakı ilə Berlin arasında YENİ MƏRHƏLƏ: Siyasi maneələr aşılacaqmı?

22.09.2026 / 09:51
İrandan ABŞ və İsrailə müharibə xəbərdarlığı - cavabımız dağıdıcı və qəti olacaq...

22.09.2026 / 09:38
Bakıda bəzi məktəblər distant təhsilə keçdi

22.09.2026 / 09:30
QAİ indiki Ermənistan ərazisində Alban irsinin öyrənilməsi üçün işçi qrup yaratdı...

22.09.2026 / 09:04
Nərimanovda mopeddən 490 manatlıq oğurluq edən şəxs saxlandı

22.09.2026 / 08:29
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salındı

22.09.2026 / 08:02
İngiltərənin daha bir şəhəri qaçqınlara qarşı ayağa qalxdı - referendum baş tutsa, əhalinin 90 faizi “yox” deyəcək…

22.09.2026 / 07:17
Burnham Səudiyyəni husilərdən qoruyacaq - Baş nazir Kral Hərbi Hava Qüvvələrini səfərbər edir…

22.09.2026 / 06:59
Tramp özünə tənqidsiz-şərhsiz 24 saatlıq telekanal yaratdı - azad medianı isə “demokratiya üçün təhlükə” adlandırdı

22.09.2026 / 06:50
Şimali Kipr Türk Respublikası Xarici İşlər Nazirliyi bəyanat yaydı

22.09.2026 / 06:40
Atatürk Universiteti məzunlarını Bakıda bir araya gətirir

22.09.2026 / 06:30
Putin G20-lərin sammitində iştirak etməyəcək - Cinə isə gedəcək…

22.09.2026 / 06:01
Pentaqonun Polşada hərbi baza açmaq planı ertələndi

21.09.2026 / 23:08
ABŞ-dan bütün dünyaya İran təhdidi - dollar sistemindən çıxarılacaqsınız…

21.09.2026 / 22:45
Tramp ABŞ ordusuna husilərə hücum əmr verdi, qısa müddət sonra qərarını ləğv etdi...

21.09.2026 / 22:19
Avroittifaq Rusiyaya qarşı sanksiyaları uzadır - milyarderlər siyahıdan çıxarılır…

21.09.2026 / 21:56
Tramp Rusiyanın neft sənayesi üzərində nəzarəti itirdiyini dedi – zavodların çoxu vuulub…

21.09.2026 / 21:40
Paşinyan Rusiyanı Ermənistanda ancaq metro tikintisinə buraxır...

21.09.2026 / 21:22
"Karusel səsverməsi" Putinin də, Dumanın da dadına yetişdi...

21.09.2026 / 21:07
Azərbaycan 2023 - Antiterroru keçirməsəydi... Olacaq hansı dəhşətlərdən yan keçdik...

21.09.2026 / 20:42
Paşinyan Putinə - “qonşu ilə münaqişədə olan Ermənistanla sülh içindəki Ermənistanın fərqini bilin”...

21.09.2026 / 20:20
Ötən il 1,2 faiz böyüdük - bu il 3,5 faiz arta bilərik?... Müzakirə...

21.09.2026 / 20:03
Azərbaycan güclü alternativ tapacaq - Cənub Qaz Dəhlizinə görə Avropaya mesaj...

21.09.2026 / 19:44
Özbəkistan Naxçıvan vasitəsilə Türkiyə limanlarına çıxışı nəzərdən keçirir

21.09.2026 / 19:27
Nazir Vilayət Eyvazov sıra baxışı keçirdi - FOTO/VİDEO

21.09.2026 / 19:10
Hörmüz boğazında daha bir tanker vuruldu – yaralılar var…

21.09.2026 / 18:29
İrana hücum Trampın neçənci “qələbəsi” sayıldı...

21.09.2026 / 18:15
Husilər Pakistanın, Səudiyyə və Türkiyənin hərbi "Məkkə ittifaqını" dağıda bilər...

21.09.2026 / 18:10
Nazirlər Kabineti dövlət məktəblərində geyim formaları qaydalarına dəyişikliyi təsdiqlədi

21.09.2026 / 18:00
Çin Orta Asiya üzərindən İrana dəmiryolu açdı - Pekin ABŞ-a şok yaşatdı...

21.09.2026 / 17:53
Rusiya ilə Ermənistanın əmlak savaşı hər ikisini siyasi uçuruma aparır...

21.09.2026 / 17:36
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

21.09.2026 / 17:30
Qarabağdakı əməliyyatlarla bağlı dünyanın susduğu daha bir məqam...

21.09.2026 / 17:20
Qafqaz Albaniyasının yazılı irsi: Alban əlifbasının genezisi, məhv edilməsi və tarixi saxtalaşdırma cəhdləri

21.09.2026 / 17:05
Albanlar erməni idilərsə, niyə özlərinə fərqli əlifba yaratdılar...

21.09.2026 / 16:58
Türk Dövlətləri Təşkilatının qlobal rolu artır

21.09.2026 / 16:40
ABŞ Ermənistan ordusunu Rusiya və İrana qarşı hazırlayır - ən sonda Azərbaycan...

21.09.2026 / 16:37
Ermənistanı Avropa İttifaqı ilə bir neçə konkret mərhələli çətinlik gözləyir...

21.09.2026 / 16:31
Azərbaycan U-15 dünya çempionatı ilə bağlı viza qaydalarını asanlaşdırır

21.09.2026 / 16:18
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

21.09.2026 / 16:14
ABŞ-Çin "süni intellekt müharibəsinə" start verildi...

21.09.2026 / 16:08
Həsən Həsənov: “Albaniya ərazisində üç fərqli dinin mövcud olub”

21.09.2026 / 15:58
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir

21.09.2026 / 15:51
Həsən Həsənov: “Çində, uyğurların yaşadığı ərazilərin yaxınlığında alban adlı türkəsilli qruplar yaşayır, Qazaxıstanda da alban adlı tayfalar var”

21.09.2026 / 15:40
Tramp növbəti dəfə Zelenskiyə çağırış etdi – Rusiyanın neft zavodlarına hücumu dayandırın…

21.09.2026 / 15:33
Tarixçi alim dərsliklərdəki nöqsanlarla bağlı nazirliyə müraciət edib

21.09.2026 / 15:26
Ukraynadan Rusiyaya daha bir ağır zərbə - 60 milyon dollarlıq radar stansiyası vuruldu…

21.09.2026 / 15:17
Həsən Həsənov: “Albaniya Atropatenanın törəməsidir”

21.09.2026 / 15:10
Venesuelanın 4 milyardlıq qızıl ehtiyatı da ABŞ-ın əlinə keçdi - 31 ton qızıl Nyu-Yorka aparıldı…

21.09.2026 / 15:05
Tarixçi-alim: Alban irsinin öyrənilməsində toponimlər mühüm mənbədir

21.09.2026 / 14:53
“Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda maarifləndirici seminar təşkil olunub

21.09.2026 / 14:29
Polis Lerikdə əməliyyat keçirdi - bir nəfər 15 kq narkotiklə yaxalandı...

21.09.2026 / 14:17
Tramp Rusiya ilə geniş iqtisadi-ticarət əlaqələrinə başlayır - Ukraynaya zərbə...

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ