Məlumatlara görə, İran Ekspertlər Məclisi ABŞ və İsrail hücumlarında öldürülən Əli Xameneinin yerinə yeni dini lideri seçib, ancaq onun adını hədəf olmaması üçün açıqlamır. ABŞ prezidenti Tramp seçilmiş liderin "uzun müddət davam etməyəcəyini" iddia edir.
Xameneinin xələfinin ABŞ-ın təsdiqinə ehtiyacı olduğunu iddia edən Tramp bildirib ki, əgər o, ABŞ-ın təsdiqini almasa, uzun müddət davam etməyəcək: “Hər 10 ildən bir geri qayıtmaq istəmirik".
Tramp sözünə davam edərək deyib: "İnsanların beş il sonra eyni şeyi təkrar etmələrini və ya daha pisi, İrana nüvə silahına sahib olmağa icazə vermələrini istəmirəm."
İranın "bütün Yaxın Şərqi ələ keçirməyi planlaşdırdığını" iddia edən Tramp, ABŞ-ın bunun qarşısını aldığını iddia edib: "Onlar kağız pələnglərdir. Sizə deyim ki, bir həftə əvvəl onlar kağız pələnglər deyildilər və bütün Yaxın Şərqə hücum edəcəkdilər."
İranın zənginləşdirilmiş uranın ələ keçirilməsi üçün xüsusi qüvvələr göndərməyi düşünüb-düşünmədiyi sualına isə Tramp "Hər şey masadadır" cavabını verib.
TAHİR