Prezident İlham Əliyev rəsmi sosial şəbəkə hesablarında 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edib.
Paylaşımda deyilir:
"Hörmətli xanımlar!
Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hamınıza cansağlığı, səadət və işlərinizdə müvəffəqiyyətlər arzulayıram".