Bazar ertəsi günü, 17 avqust 2026
     

Media azadlığının inkişafına zəruri iqtisadi dəstək verildi...

Image


Azərbaycan mediasının inkişafına dəstək dövlətin əsas prioritetlərindən biridir. Müxtəlif illərdə media subyektlərinin iqtisadi cəhətdən inkişaf etməsi, söz və məlumat azadlığı yolunda uğurla irəliləməsi üçün dövlət öz dəstəyini əsirgəməyib. Bu istiqamətdə atılan mühüm addımlardan biri

Azərbaycanda media subyektlərinə vergi güzəştlərinin tətbiq olunmasıdır. Bu amil medianın iqtisadi cəhətdən inkişafına böyük stimul verir.

Qeyd edək ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 7 mart 2023-cü il tarixli Qanunla media subyektlərinə bir sıra vergi güzəşt və azadolmaları verildi. Adı çəkilən qanunun qüvvəyə minməsi ilə Prezident İlham Əliyev 1 aprel 2023-cü il tarixində tarixində müvafiq Fərman imzaladı. Sənədə əsasən, 2023-cü il yanvarın 1-dən media subyektlərinin məhz media ilə bağlı fəaliyyətdən əldə etdikləri gəlirləri, o cümlədən reklam gəlirləri, habelə media subyektlərinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən maddi yardımlar gəlir (mənfəət) və sadələşdirilmiş vergilərdən 3 il müddətinə azad edildi. Qeyd olunurdu ki, həmçinin, rəqabətə davamlı milli media məhsullarının istehsalının stimullaşdırılması məqsədilə media subyektləri tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi də həmin tarixdən 3 il müddətinə əlavə dəyər vergisindən azad edildi.

Qeyd olunan güzəşt və azadolmaların audiovizual media subyektlərinə, yəni televiziya və radio yayımının, o cümlədən sifarişli yayım xidmətinin müxtəlif texniki üsul və vasitələrlə audio və vizual formada istifadəçiyə təqdim edilməsini həyata keçirən media subyektlərinə verilməsi istisna olunub.

Məlumatda qeyd olunurdu ki, əsasən stimullaşdırıcı xarakter daşıyan bu dəyişikliklər gələcəkdə media subyektlərini daha çevik və iqtisadi fəallığa uyğun biznes qurmağa, bu sahədə rəqabət mühitini təmin etməklə bütövlükdə medianın inkişafını təşviq etməyə şərait yaradacaq.

Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti artırılır. Məsələ “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihədə bildirilib ki, media subyektləri üçün 2029-cu il yanvarın 1-dək vergi güzəşti tətbiq ediləcək.

Media subyektlərinə vergi güzəştlərinin müddətinin uzadılmasının medianın inkişafının təmin edilməsi baxımından nə kimi əhəmiyyəti var?

“Novoye vremya” qəzetinin baş redaktoru Şakir Ağayev “Bakı-Xəbər”ə bildirdi ki, sözsüz, media subyektlərinin vergidən azad olunmasının müddətinin yenidən uzadılması müsbət hadisədir: “Bu, media subyektləri üçün çox önəmli bir faktordur. İlk növbədə bu təşəbbüslə çıxış edən Medianın İnkişafı Agentliyinə, İqtisadiyyat Nazirliyinə, Dövlət Vergi Xidmətinə, ən əsası isə Prezident İlham Əliyevə təşəkkür etmək lazımdır. Çünki media sübyektləri üçün vergi güzəştlərinin müddətinin artırılması çətin durumda olan mətbuata çox böyük dəstəkdir. Növbəti üç il müddətində də media subyektləri gələn gəlirlərə, eyni zamanda daxil olan vəsaitlərə görə vergidən azad olunacaq. Bu vəsaitlər media subyektləri tərəfindən daxili məsələlərin həllinə, qonorar verilməsinə, əməkhaqqının artırılmasına, çap mediasının keyfiyyətinin yüksəldilməsinə, saytlar, portallar üçün daha geniş imkanların açılmasına dəstək baxımından çox böyük əhəmiyyət daşıyır. Heş kimə sirr deyil ki, hazırda çap mediasının iqtisadi durumu ağırdır, demək olar ki, reklam bazarı yoxdur. Belə bir vəziyyətdə sözsüz ki, bu prosesin üç il də uzadılması mediaya dövlətimizin qayğısını, onun inkişafında maraqlı olduğunu, medianın iqtisadi durumunun daha da yaxşılaşmasına xidmət etdiyini göstərir”.

Bu üç il müddətində tətbiq olunan vergi güşətlərinin müsbət nəticələrini gördüklərini deyən Ş.Ağayevin sözlərinə görə, bu böyük effekt verdi, faydalı oldu: “İndən sonra da bu müsbət proseslər davam edəcək. Vergilərdən azad olunma medianın işinin keyfiyyətini yüksəltməsinə kömək edəcək”.

Ş.Ağayev qeyd etdi ki, üç il əvvəl Medianın İnkişafı Agentliyi bu təşəbbüslə əlaqədar qurumlara, İqtisadiyyat Nazirliyinə müraciət etdi və bu səmərəli iş həyata keçirildi, bunun yenidən üç il də davam etməsi sevindiricidir.

“Demokrat.az” xəbər portalının rəhbəri, “Ekoloji Dayanıqlılıq və Təbiətin Qorunması” İctimai Birliyinin sədri Vasif Həsənli də “Bakı-Xəbər”ə açıqlamasında media subyektlərinə növbəti dəfə vergi güzəştlərinin tətbiq edilməsinin böyük əhəmiyyət daşıdığını bildirdi: “Bildiyiniz kimi, Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. Bununla bağlı məsələ “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb. Çünki media subyektləri üçün 3 illik vergi güzəştinin müddəti 2026-cı il yanvarın 1-də başa çatırdı.

Şübhəsiz ki, bu qərar Azərbaycan mediası tərəfindən təqdir olunur. Azərbaycanda media subyektlərinə tətbiq olunan bu cür vergi güzəştləri dövlətin media sektorunun inkişafına və dayanıqlılığına verdiyi strateji əhəmiyyətin bariz göstəricisidir. Bu qərar media orqanlarının maliyyə dayanıqlığını daha da gücləndirir. Bilirsiz ki, medianın yeganə gəlir mənbələri olan reklam, abunə, sponsorluq və s. çox vaxt məhdud olur. Vergi güzəştləri isə onların xərclərini azaldaraq, əldə etdikləri gəlirin daha böyük hissəsini texnoloji modernləşmə, kadr hazırlığı və məzmun keyfiyyətinin artırılmasına yönəltməyə imkan verir. Bu, xüsusilə kiçik və regional media qurumları üçün həyati əhəmiyyət daşıyır”.

V.Həsənlinin fikrincə, bu güzəştlər yalnız iqtisadi dəstək kimi deyil, həm də medianın cəmiyyətin maariflənməsi, ictimai rəyin formalaşdırılması və informasiya təhlükəsizliyinin təmin olunmasındakı roluna verilən dəyərin təzahürü kimi qiymətləndirilir.

“Dövlətin bu istiqamətdə atdığı addımlar media orqanlarının maliyyə yükünü azaldır, onların daha sərbəst fəaliyyət göstərməsinə, peşəkarlıq səviyyəsini artırmasına və keyfiyyətli informasiya məhsulları istehsal etməsinə şərait yaradır. Bununla yanaşı, bu cür güzəştlər media sektorunda şəffaflığın və rəqabət qabiliyyətinin yüksəlməsinə də müsbət təsir göstərir.

Hesab edirəm ki, vergi güzəştləri həm də dövlət–media münasibətlərində etimadın güclənməsi, media mühitinin sağlam və davamlı inkişafının təmin olunması baxımından mühüm mexanizm olacaq”-deyə V.Həsənli qeyd etdi.

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

16.08.2026 / 19:10
İrana ABŞ əsgərlərinin başına 30 min dollar pul qoydu – qadınlar ikiqat çox alacaq…

16.08.2026 / 18:32
Azərbaycan elminin Scopus, Webof Science, Süni intellekt və nəsillərarası əlaqə problemləri…

16.08.2026 / 18:24
Hindistanın 80 ili: Transformasiya, tərəfdaşlıq və sivilizasiya özünəinamı yolu

16.08.2026 / 16:02
Zelenski avropalı tərəfdaşlarından silah istədi - antibalistik raketləri anbarlarda saxlamayın…

16.08.2026 / 15:38
İran Bəhreyndəki ABŞ bazasını darmadağın etdi – hərbi dəniz bazası Dieqo Qarsiyaya köçürüldü...

16.08.2026 / 15:23
Belçika tarixində ən dəhşətli yanğın – alovlar sürətlə yaşayış məntəqələrinə yaxınlaşır…

16.08.2026 / 15:06
Ukraynanın üçüncü prezidenti Yuşşenko Bakıya gəldi…

16.08.2026 / 14:19
İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 51-ə çatdı…

16.08.2026 / 13:40
Rusiya Kiyevdə "Flamingo" raket istehsalı müəssisələrini bombaladı…

16.08.2026 / 13:26
General Abbasəli Novruzov vəfat etdi

16.08.2026 / 12:53
Polşa Ukrayna veteranlarının iştirakı ilə Avropa Legionu yaratmağı təklif edir - NATO-ya alternativ olmayacaq...

16.08.2026 / 12:25
Ukrayna da Avropa Birliyinin İrana qarşı sanksiyalarına qoşuldu…

16.08.2026 / 12:09
Beyləqanda qadın kanalda batdı...

16.08.2026 / 11:50
Moskvada Wildberries-in ən böyük anbarı vuruldu - güclü yanğın başladı...

16.08.2026 / 11:36
NATO qırıcısı Rumıniya üzərində naməlum pilotsuz təyyarəni vurdu…

16.08.2026 / 10:51
Ayrı-ayrı yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

16.08.2026 / 10:26
İrandan Trampa təhdid kimi mesaj – “…ərzaq maşınında gizlənməli olacaq”…

16.08.2026 / 10:02
Ərdoğan ABŞ-dan F-35-lərin tədarükünü gözləyir - Tramp vəd verib…

16.08.2026 / 09:30
Moskvaya kütləvi dron hücumu – üç hava limanında uçuşlar dayandı…

16.08.2026 / 09:14
Cənubi Koreya Şimali Koreya qoşunlarına xəbərdarlıq atəşi açdı...

16.08.2026 / 08:55
Urmiya gölü qırmızı rəngə boyandı...

15.08.2026 / 21:44
Tehranda İranın müstəqilliyinə qarşı qəsd hazırlayan iki fransız diplomat saxlandı - Fransaya sərt xəbərdarlıq edildi...

15.08.2026 / 21:15
Moskva ABŞ və Türkiyədən Ukraynaya mümkün silah tədarükü ilə bağlı açıqlama tələb etdi…

15.08.2026 / 20:53
ABŞ Departamenti 907-ci düzəlişlə bağlı Konqresə bildiriş göndərdi...

15.08.2026 / 20:19
Nərimanovda mağaza soyuldu, saxlanan var...

15.08.2026 / 19:40
Abşeronda yarımtikilidən və avtomobildən oğurluq edən şəxs yaxalandı

15.08.2026 / 18:26
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu

15.08.2026 / 17:56
E3 ölkələri Ukrayna ilə bağlı mümkün Tramp-Putin razılaşmasına qarşı hərəkətə keçdi - Avropanın Moskva ilə əlaqə qurmaq cəhdləri alınmır…

15.08.2026 / 17:32
İran iqtisadiyyatı çökür… Pezeşkiandan şok etiraf - gəlirlərimiz azalıb, neft sata bilmirik…

15.08.2026 / 17:17
İrandan müharibə ilə bağlı şok açıqlama - 3 pilotumuz Qətər tərəfindən əsir götürülüb...

15.08.2026 / 16:03
Bakıda narkotiklərin dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

15.08.2026 / 15:37
Rusiya Xəzər vasitəsilə İrana yeni hərbi təchizat marşrutu yaradıb - "Xəzər Ekspresi"...

15.08.2026 / 15:15
Senatorlar Trampdan izahat istədilər - Rusiyaya qarşı müntəzəm sanksiyalar nə vaxt bərpa ediləcək…

15.08.2026 / 14:21
Masallıda 9 kiloqram narkotik vasitə aşkarlandı

15.08.2026 / 14:09
Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı məlumat yaydı

15.08.2026 / 13:54
Saakaşvili həmvətənlərinə çağırış etdi - “Payıza qədər… dayanmaq vaxtı deyil!”

15.08.2026 / 12:51
İmişlidə 10 kiloqramdan artıq narkotik aşkarlandı

15.08.2026 / 12:25
Britaniya Netanyahunun "İslam Respublikası" sözlərinə görə İsraildən izahat istədi…

15.08.2026 / 11:43
Bakıda mağazanın tavanı uçdu, bir nəfər dağıntı altında qaldı - VİDEO

15.08.2026 / 11:35
Tramp Hörmüzü "Amerika ərazisi" elan edəcəyini dedi, İrandan sərt reaksiya gəldi - məğlubiyyətinizi etiraf edin...

15.08.2026 / 11:09
İndoneziyada 7,7 bal gücündə zəlzələ - ölənlərin sayı 20-yə çatdı…

15.08.2026 / 10:53
Rusiya Azərbaycan üzərindən Ermənistana 8 vaqon buğda göndərdi

15.08.2026 / 10:35
Kilsə və monastırları soyan iki erməni saxlandı

15.08.2026 / 10:18
Hörmüzdə daha bir gəmi vuruldu…

15.08.2026 / 08:15
FAZ müxbirinə Rusiyada cinayət işi açıldı - “Milli zəmində düşmənçilik çağırışı…”

15.08.2026 / 07:50
Türkiyə Rusiya limanlarından neft alışını azaldır - dronlar üzündən…

15.08.2026 / 06:55
Yaponiya Müdafiə naziri militarizm simvolu məbədi ziyarət etdi

15.08.2026 / 06:44
Lavrovdan Serbiya prezidentinə mesaj - “AB onu lağa qoyur…”

15.08.2026 / 06:33
Ardıcıl istefalar İYİ Partiya liderini özündən çıxardı - “siyasi şərəfsizlik bataqlığında boğulacaqsınız…”

15.08.2026 / 06:18
Lavrov ABŞ-dan cavab gözləyir - sərt ritorika da öz yerində…

15.08.2026 / 06:11
Rusiya Avropa ilə müharibəyə hazırlaşır: “ Gəmiləri hədəf alacağıq”…

15.08.2026 / 05:56
Tramp Hörmüz boğazını ABŞ ərazisi elan edəcək - müharibə bitdikdən sonra…

15.08.2026 / 05:47
Dünyanın ilk ən böyük elektrik təyyarəsi uçuşda - 27 dəqiqəyə 5 dollarlıq yanacaq…

14.08.2026 / 22:54
Türkiyənin BƏƏ ilə S-400 danışıqları dalana dirəndi… ABŞ-dan qəti mesaj - S-400-dən qurtulmadan F-35 olmayacaq…

14.08.2026 / 22:10
Londonla Təl-Əviv arasında gərginlik artır - Netanyahu Britaniyanı "Britaniya İslam Respublikası" adlandırdı...

14.08.2026 / 21:26
Zəngəzur dəhlizinə görə İran Ermənistana hərbi zərbələr endirəcək...

14.08.2026 / 20:53
Azərbaycanın 1-ci Ali hərbi Ordeni “Xətai”nin tarixində acı-şirin faktlar...

14.08.2026 / 20:27
Azərbaycan Rusiyanın ərzaq bazarında Ermənistanın mövqelərini tam ələ keçirdi – rəqəmlər açıqlandı…

14.08.2026 / 20:01
Rusiya 5 il Zəngəzur dəhlizini azı 2 səbəblə gecikdirdi...

14.08.2026 / 19:24
Naxçıvanın üstündən 15 milyon ton yük keçəcək-az qaldı, hədəf bəllidir...

14.08.2026 / 19:06
ABŞ qalmaqala səbəb olan nəhəng təyyarə gəmisini Yaxın Şərqdən geri çəkir…

14.08.2026 / 18:37
Hörmüz boğazında gərginlik yenidən artır - BƏƏ-nin iki tankeri vuruldu…

14.08.2026 / 18:22
İran ABŞ-ın daha bir MQ-9 Reaper pilotsuz təyyarəsini vurdu...

14.08.2026 / 18:10
Ukraynanın taleyi Ermənistan mediasında dərin məyusluq doğurub...

14.08.2026 / 17:55
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərildi

14.08.2026 / 17:42
Tezliklə Azərbaycana Ermənistan məhsulları idxal olunacaq - müxalifət TRİPP-i radikal hədəfə aldı...

14.08.2026 / 17:10
Hörmüz boğazına kimin nəzarət etdiyi bilinmir - Trampla İranın söz davası qızışır...

14.08.2026 / 16:48
Ermənistan və Rusiya kənd təsərrüfatı nazirlərinin görüşü gərgin keçdi...

14.08.2026 / 16:25
Samuxda qarayaraya görə nəzarət postu quruldu

14.08.2026 / 16:11
Xərclərimizin yarıdan çoxu yemək-içməyə gedir - ya çox yeyirik, ya qazanc azdır...

14.08.2026 / 15:57
Paşinyan Rusiyaya satılmış dəmiryolunun heç olmasa bir hissəsini geri alır... Plan...

14.08.2026 / 15:41
TRİPP İrana qarşı silah və qoşun yığmanın ən qısa yoludur - səfirdən sensasiya...

14.08.2026 / 15:24
İran İsrailə qarşı sürətli hücum əməliyyatlarına başlayır...

14.08.2026 / 15:06
Gürcülər İrəvanla Rusiyanın quru əlaqəsinin yenidən qurulmasına 90 milyon sərmayə qoyur...

14.08.2026 / 14:43
DİN vətəndaşlara xəbərdarlıq etdi - Şübhəli mesajlara inanmayın!

14.08.2026 / 14:28
Türkiyədə "PKK açılımına" şübhələr dərinləşir - 2013-də eyni proses cəmi 2 ilə pozulmuşdu...

14.08.2026 / 14:15
Xorvatiya alovlar içində - dünən başlayan yanğın şəhər mərkəzinə çatdı…

14.08.2026 / 14:03
Əfsanədən gerçəkliyə uzanan 5 minillik tarix - Troya

14.08.2026 / 13:55
Türkiyədən ABŞ-a xəbərdarlıq - İsrailə lazımi təzyiq göstərməsəz, biz hərəkətə keçəcəyik…

14.08.2026 / 13:53
“Dövlət auditi” informasiya sistemi yaradıldı

14.08.2026 / 13:49
Hesablama Palatasına yeni səlahiyyətlər verildi

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ