çərşənbə axşamı günü, 27 oktyabr 2026
     

Gürcüstan Davosu itirdi, 6 milyard üçün Dubaya yönəldi...

Image


Qərb dövlətlərinin Gürcüstan hökumətini "Avropa yolu" ilə getməyə inandırmaq üçün sanksiyalardan istifadə etmək cəhdləri ölkənin getdikcə Şərqə meyllənməsinə səbəb olur. Tiflis ilk dəfə Davosda keçirilən iqtisadi forumdan kənarda qalıb, lakin nəqliyyat infrastrukturunun inkişafı üçün ərəb şeyxlərindən milyardlarla dollar cəlb edir. Gürcüstanın logistik imkanları respublikaya kimin nəzarət etməsindən asılı olmayaraq cəlbedici olaraq qalır.

Gürcüstanın baş naziri İrakli Kobaxidzenin rəhbərlik etdiyi nümayəndə heyəti infrastrukturun inkişafı üçün Tiflisə 6 milyard dollar birbaşa investisiya cəlb etmək məqsədilə Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) uçub. O cümlədən, Kobaxidze Əmirliyin prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan və tolerantlıq naziri Şeyx Nəhyan bin Mübarək Əl Nəhyan ilə danışıqlar aparıb. Bundan əlavə, o, əməkdaşlıq memorandumu imzaladığı EMAAR inkişaf şirkətinin rəhbərliyi ilə görüşüb. Gürcüstan hökuməti bildirib: "Diqqət Gürcüstanın əlverişli investisiya mühiti, hökumətin biznesə dəstək proqramları, özəl sektorun rəqabət qabiliyyətinin artırılmasına yönəlmiş layihələr və artan ixrac potensialına yönəldilib". Xatırladaq ki, dövlətləri artıq hərtərəfli iqtisadi əməkdaşlıq haqqında saziş biri-birinə bağlayır. Bunun sayəsində hər iki ölkənin ixrac məhsullarının 95 faizi vergidən azad edilib. BƏƏ də öz bazarını Gürcüstanda istehsal olunan mal və quzu əti, bal, qoz-fındıq, mineral su, meyvə-tərəvəz konservləri, sərinləşdirici içkilər, azot gübrələri və tekstil məhsullarına açıb. "Abu Dhabi Ports Group" Tiflisdən 6 km aralıda Quru Liman tikintisi layihəsində 60% paya malikdir. O, 2025-ci ildə açılacaq və Asiya və Avropa bazarlarını birləşdirən Orta Dəhlizinin mühüm hissəsinə çevrilməlidir. Ancaq Şərqdə "Gürcü Arzusu" hökuməti ümumilikdə yaxşı işləyirsə, o zaman Qərblə ortaq dil tapa bilmir. Xüsusilə, respublikanın hakimiyyət orqanları tarixdə ilk dəfə Davosda keçirilən Dünya İqtisadi Forumuna qatılmayıb. İqtisadi İnkişaf Nazirliyinin rəhbəri Levan Davitaşvili bununla bağlı qeyd edib: "Hər dəfə iştirak etdikdə bu, öz qərarımız idi və forumda iştirak edirdik. Bu il o qədər də məhsuldar olmaya bilərdi, ona görə də mövcud vəziyyətə əsaslanan başqa prioritetlərimiz ola bilər". Bundan əlavə, yanvarın 27-də Avropa İttifaqının Xarici İşlər Nazirləri Şurası Gürcüstanın diplomatik pasportlarının sahibləri üçün viza rejiminin dayandırılması barədə qərarı təsdiqləyib, həmçinin Gürcüstan hökumətinə dəstək üçün ayrılan vəsaitin qeyri-hökumət təşkilatlarına köçürülməsi barədə razılığa gəlib. Gürcüstanın baş naziri İrakli Kobaxidze bununla bağlı qeyd edib: "Avropa İttifaqı Şurasının Gürcüstanın diplomatik pasport sahibləri üçün vizasız rejimin dayandırılması barədə qərarı simvolik xarakter daşıyan texniki məsələdir". Onun sözlərinə görə, Gürcüstan hakimiyyəti üçün ən vacib olan odur ki, ölkədə sülhə təhlükə yoxdur və diplomatik pasportlarla Avropaya səfərlər sadəcə texniki məsələdir: "Biz Avropa İttifaqına viza ilə və ya vizasız gedə bilərik, fərqi yoxdur. Yeganə vacib olan odur ki, biz ölkəmizdə sülhü və xalqımızın fundamental maraqlarını qorumağa davam etməliyik". Litvanın xarici işlər naziri Bayba Brazenin izah etdiyi kimi, bu, "Gürcü Arzusu"nun xalqın iradəsinə hörmət etməməsi ilə bağlıdır: "Biz bunu Avropanın gələcəyi və Tiflis küçələrində baş verən nümayişlər baxımından görürük".  Öz növbəsində Fransa və Hollandiyanın xarici işlər nazirləri Gürcüstan hakimiyyətini etirazları yatırmaqda göstərdikləri davranışa görə qınayıblar.

Bununla paralel olaraq, Gürcüstan Milli Bankının rəhbəri Şalva Mxatrişvili də istefa verdiyini açıqlayıb. O, 12 il tənzimləyici orqana rəhbərlik edib və indi BVF-də çalışacaq: "Mən Milli Bankın institusional gücləndirilməsinin tərəfdarı olaraq qalıram, bu dəfə uzaqdan Vaşinqtonda Beynəlxalq Valyuta Fondunda yenidən makroiqtisadiyyat istiqamətində işləməyə davam edəcəyəm". Baş verənlərlə bağlı politoloq Nika Çitadze qeyd edir: "Beynəlxalq ticarətdən danışarkən nəzərə almaq lazımdır ki, burada əsas subyektlər dövlətlər deyil, özəl şirkətlərdir. Bəli, hökumətlər tariflər barədə razılaşmalı və təhlükəsizliyi təmin etməlidirlər, lakin işin böyük hissəsini biznes görür. Məsələn, ötən il ABŞ bəzi gürcü siyasətçilərinə qarşı sanksiyalar tətbiq etsə də, ölkələr arasında ticarət dövriyyəsi artıb. Bu həm də Gürcüstana Amerika avtomobillərinin tədarükünün artması və sonradan onların Tiflisin ümumiyyətlə diplomatik əlaqələri olmayan Rusiyaya yenidən satılması ilə bağlı olub. Eyni şey Çin və ABŞ üçün də keçərlidir. Onlar bir tərəfdən geosiyasi rəqiblər, digər tərəfdən isə mühüm ticarət tərəfdaşlarıdır. Bu baxımdan, Aİ ilə "Gürcü Arzusu" hökuməti arasında olan fikir ayrılıqlarına görə Orta Dəhliz çətin ki, zərər görsün". Eyni zamanda ekspertə görə beynəlxalq vəziyyət elə inkişaf edir ki, Gürcüstan Qərb şirkətləri üçün investisiya cəlbediciliyini itirir: "Praktikada bu, yalnız Şərqdən investisiyaların artmasına gətirib çıxaracaq, burada da çoxlu pul var, lakin demokratik inkişaf üçün yüksək tələblər yoxdur. Nəticədə ölkə Avropanın inkişaf yolundan daha da uzaqlaşa bilər".

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

27.10.2026 / 16:45
Tramp İrana qarşı yeni əməliyyatlar qərarını heç cür verə bilmir...

27.10.2026 / 16:01
Oktay Saral Azərbaycana qarşı hicab iddialarından hələ imtina etməyibmiş...

27.10.2026 / 15:41
Tramp bütün hərbi bazalarını "90 günlük müharibəyə" hazırlayır - hədəf kimdir?

27.10.2026 / 14:05
800 kq Hizbullah partlayıcısı - ələ keçirilən arsenalın taleyinə Livan qərar verir

27.10.2026 / 14:00
"Ermənistan Konstitusiyasına dəyişiklik davamlı sülhün əsas şərtlərindən biridir" - Fərid Şəfiyev

27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" - Ozodbek Nazarbekov

27.10.2026 / 13:49
"Mədəniyyətlərarası dialoq sülh və ümumi gələcək naminə davamlı birgə fəaliyyətdir" - Türkmənistanın mədəniyyət naziri

27.10.2026 / 13:36
Çin brendləri Mao Tzedun zarafatı üzündən ünlü futbolçu ilə müqavilələrini ləğv etdi

27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi

27.10.2026 / 13:23
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

27.10.2026 / 12:50
Türkiyədə daha bir bələdiyyədə şübhəli əməliyyat – üzvlərin YENİ Partiyaya qoşulmasından saatlar əvvəl həbslər aparıldı...

27.10.2026 / 12:21
Rusiya və Ukrayna Xersonda atəşkəs elan etdi...

27.10.2026 / 12:08
“Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb" -ICESCO-nun Baş direktoru

27.10.2026 / 11:57
"Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib" - İƏT-in Baş katibi

27.10.2026 / 11:49
Ermənistan 30 il sonra?

27.10.2026 / 11:26
Azərbaycan Lana Zəki Nusseibehin BMT Baş katibi vəzifəsinə namizədlik təşəbbüsünü alqışlayır

27.10.2026 / 11:14
Prezident İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"

27.10.2026 / 11:08
Paşinyan katolikosa qarşı onun işlərini araşdıran komissiyanı yaratdı

27.10.2026 / 11:06
Prezident: "Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb"

27.10.2026 / 11:03
"Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür" - Prezident

27.10.2026 / 11:01
Prezident: "Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir"

27.10.2026 / 10:57
Polis Masallıda əməliyyat keçirdi - saxlanan var...

27.10.2026 / 10:53
"Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil" - Prezident

27.10.2026 / 10:49
Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"

27.10.2026 / 10:45
"Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər" - Prezident

27.10.2026 / 10:39
Seçkiyə 1 həftə qalmış Trampa qarşı impiçment hazırlıqları başladı

27.10.2026 / 10:34
Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışdı

27.10.2026 / 10:30
"Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir" - Prezident İlham Əliyev

27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub - işin içində azərbaycanlılar da var…

27.10.2026 / 10:25
Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"

27.10.2026 / 10:19
Bakıda jurnalistlər üçün rəqəmsal bacarıqlar sessiyası keçirilir

27.10.2026 / 10:17
"Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətimizdə olan ahəngdarlıqdır" - Prezident

27.10.2026 / 10:14
Prezident: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"

27.10.2026 / 10:08
"Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini vermişdir" - Prezident

27.10.2026 / 10:05
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - FOTO/VİDEO

27.10.2026 / 09:52
Dünyanın gözü İsraildəki parlament seçkilərində - Netanyahu, ya Eisenkot...

27.10.2026 / 09:34
ABŞ İran ətrafında hərbi gəmilərin sayını artırır…

27.10.2026 / 09:20
Türkiyədə qasırğa fəlakəti... Fəhlələrin qaldığı iki kabinə devrildi, ölənlər var…

27.10.2026 / 09:07
“Ab-Hava” restoranında kütləvi dava pul üstündə olub - YENİ DETALLAR ortaya çıxdı...

27.10.2026 / 06:37
İsrail BMT-ni cihadçı terrorizmi əsaslandırmaqda ittiham etdi

26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur - qərar verildi…

26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...

26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...

26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur

26.10.2026 / 20:07
Evlənənlərin yarıdan çoxu boşanır - Bu insanlara nə olub?

26.10.2026 / 19:50
Hindistan Ermənistana hərbi dəstəyini dayandırmaq ərəfəsindədir...

26.10.2026 / 19:34
Ermənistanın sərhəd xidmətinə ilk Amerika avtomobilləri və avadanlıqlar gəldi...

26.10.2026 / 19:16
Tramp Ərdoğandan istədiyi hər şeyi ala biləcəyinə əmindir - Niyə?...

26.10.2026 / 19:02
“Ab-Hava” restoranında qətllə bağlı daha iki nəfər həbs edildi...

26.10.2026 / 18:57
ABŞ diplomatlarını Yaxın Şərqdən çıxarır, İranla daha qanlı savaş gözlənilir

26.10.2026 / 18:46
İran müharibəni ABŞ ərazisinə köçürür

26.10.2026 / 18:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib - FOTO

26.10.2026 / 18:23
Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...

26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır

26.10.2026 / 18:05
Şagirdlərin illik təhsil xərcləri müəyyənləşdi - Əli Əsədov qərar imzaladı...

26.10.2026 / 17:50
Baş Prokurorluq "WhatsApp" hesabları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi... İnanaq?

26.10.2026 / 17:24
Sülhün təşviqi və dezinformasiyaya qarşı mübarizə Bakıda müzakirə olundu

26.10.2026 / 17:10
Azərbaycana yapon turistlərin gəlişi daha da artacaq...

26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...

26.10.2026 / 16:47
Prezidentin köməkçisi: "Afrika ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik"

26.10.2026 / 16:42
"Azərbaycan süni intellekt sahəsində beynəlxalq əməkdaşlığa açıqdır" - Prezidentin köməkçisi

26.10.2026 / 16:35
Hikmət Hacıyev: "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha geniş müzakirə üçün növbəti platforma rolunu oynayacaq"

26.10.2026 / 16:30
"Dezinformasiya, stereotiplər və qərəzlə mübarizə aparmaq vacibdir" - Hikmət Hacıyev

26.10.2026 / 16:17
Hikmət Hacıyev: "Dezinformasiya və təşviqat kampaniyalarının qarşısını almaq üçün öz strateji gündəmimizi formalaşdırmışıq"

26.10.2026 / 16:08
"Dezinformasiya cəmiyyətlərə təsir edən daha geniş hibrid strategiyanın bir hissəsinə çevrilir" - Hikmət Hacıyev

26.10.2026 / 15:55
Prezidentin köməkçisi: "Azərbaycan revanş almaq niyyətində deyil"

26.10.2026 / 15:38
"Sülh sazişinin bütün fundamental prinsipləri Azərbaycanda hazırlanıb" - Hikmət Hacıyev

26.10.2026 / 14:44
Azərbaycan QHT-lərindən Pezeşkiana AÇIQ MƏKTUB - İranda yaşayan milyonlarla azərbaycanlının öz ana dilində təhsil amasının vaxtı çatıb...

26.10.2026 / 14:25
Ceyhun Bayramov Ermənistana səsləndi - son nöqtəni qoymağa hazırıq...

26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı... 114 vəzifəli həbs olundu...

26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...

26.10.2026 / 13:55
"!Ermənistan cəmiyyəti dərk etməlidir ki, sülh hər iki xalqın maraqlarına xidmət edir" - Ceyhun Bayramov

26.10.2026 / 13:50
Niderlandın xarici işlər naziri Azərbaycana təşəkkür etdi

26.10.2026 / 13:48
Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib

26.10.2026 / 13:37
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib - FOTO

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ