çərşənbə axşamı günü, 27 oktyabr 2026
     

Ermənipərəstlər AŞPA-da tam sürətli hücumda - Azərbaycan Azərbaycansız müzakirə olunur...

Image


Xəyal Bəşirov: " AŞPA-dakı qərəzli deputatlar öz əsassız və absurd iddialarından əl çəkməli və Azərbaycan nümayəndə heyətinin etimadnaməsi bərpa edilməlidir"

Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası keçirilir. Deputatlar bir neçə məsələni - Belarusdakı prezident seçkilərini, Gürcüstanda parlament seçkilərini, o cümlədən də bir il əvvəl AŞPA-da səsvermə hüququ dondurulmuş Azərbaycan nümayəndə heyətinin taleyini müzakirə edəcək. 

Yəni AŞPA-da Azərbaycan nümayəndə heyətinin mandatı ilə bağlı məsələnin müzakirəsi də gözlənilir. AŞPA-nın qış sessiyasında Azərbaycan nümayəndə heyətinin mandatına baxılması məsələsi bizim üçün əsas məsələdir.

AŞPA niyə belə edir? Bu qadağa hansı hallarda götürülə bilər?

Azərbaycan nümayəndə heyətinin taleyinin müzakirəsi keçiriləcək, gözləntilər nədir? AŞPA verdiyi bədnam qərarı ləğv edə bilərmi?

"Azərbaycana münasibətdə qərəzli və ədalətsiz mövqe tutan AŞPA-nın rəhbər şəxsləri bu bir ilin daha çox kimin üçün itkilərə səbəb olduğunu anlayacaqlar"

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov bu məsələ ilə bağlı "Bakı-Xəbər"ə şərhində "Avropa Şurası Parlament Assambleyasında dar çərçivədə bəzi qüvvələrin maraqlarına xidmət edən insanların təsirləri altında qərarların qəbul edilməsi bizə bəllidir. Frank Şvabe kimi bəzi parlamentarilər mövqelərində qərəzli, ədalətsiz, eyni zamanda müəyyən maraqlara xidmət etdiklərini dəfələrlə göstərdilər. Ötən ilin yanvarında Avropa Şurası Parlament Assambleyasında Azərbaycanın nümayəndə heyətinin etimadnaməsinin dondurulması, qəbul edilməməməsi və Azərbaycan nümayəndə heyətinin AŞPA-nın iclasını etiraz əlaməti olaraq tərk etməsi, təbii ki, bizim münasibətlərimizdə çox ciddi qarşıdurma, problemlər yaradıb. Təbii ki, Avropa Şurası Parlament Assambleyası bu qərarını hansısa məqamlarla əsaslandırmağa çalışır. Amma təbii, Azərbaycanın da bu məsələ ilə bağlı mövqeyi, şərtləri var. Təkcə bu hadisədən sonra deyil, Azərbaycan bundan bundan əvvəl də bütün beynəlxalq təsisatlara, ayrı-ayrı dövlətlərə, beynəlxalq hüququn digər subyektlərinə çağırışlar edib ki, Azərbaycanla yalnız və yalnız bərabərhüquqlu əməkdaşlıq platformasında iştirak edə bilərlər. Azərbaycan belə əməkdaşlığa, belə münasibətlərə, bu siyasətə üstünlük verir. Azərbaycanla diqtə dilində, şərt dilində danışmaq, özü də birtərəfli qaydada şərtlər irəli sürmək, təbii ki, bizim tərəfimizdən qəbuledilməzdir. AŞPA ilə münasibətdə də eyni prosesin tərəfdarıyıq. Biz İkinci Qarabağ müharibəsindən sonra öz ərazi bütövlüyümüzü təmin etdikdən sonra, çox təəssüflər olsun ki, bir sıra beynəlxalq təsisatlardan, o cümlədən də AŞPA-da olan qüvvələrdən qərəzli münasibət görmüşük. Bizim qələbəmizə, Cənubi Qafqazda formalaşdırdığımız yeni reallığa qəbuledilməz yanaşma tərzinin şahidi olmuşuq. Təbii, bu bizə əsas verir ki, həmin qüvvələrin Azərbaycanın uğurlarına sevinmədiklərini, ermənipərəst siyasət yürütdüklərini, ən azı, ermənipərəst siyasət olmasa da belə, antiazərbaycan mövqeyində olduqlarını dilə gətirək. Bu proseslərin məntiqi nəticəsidir ki, bizim bu gün AŞPA ilə münasibətlərimiz gərginləşib və bu səviyyəyə gəlib çatıb"-deyə bildirdi.

X.Bəşirovun sözlərinə görə, Azərbaycan tərəfi bununla bağlı bütün səviyyələrdə öz mövqeyini bildirib, Azərbaycan AŞPA-da həmin o qüvvələrin, hansılar ki, qərarların qəbul edilməsində əsas rol oynayırlar, onların özlərinin əsassız, absurd ittihamlarından əl çəkmələrini istəyir: "Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin bərpa edilməsini gözləyir. AŞPA-dakı qərəzli deputatlar öz əsassız və absurd iddialarından əl çəkməli və Azərbaycan nümayəndə heyətinin etimadnaməsi bərpa edilməlidir. Orda Gürcüstanda və Belarusda seçkilərin keçirilməsi ilə bağlı müzakirələr aparılacaq. Deyə bilərik ki, AŞPA Cənubi Qafqazda təkcə Azərbaycana qarşı deyil, eyni zamanda Gürcüstana münasibətdə ədalətsiz mövqe tutub, Gürcüstanın daxili işlərinə qarışmaq bahasına olsa belə, orda hakimiyyət dəyişikliyinə nail olmağa çalışırlar. Bu da ondan xəbər verir ki, həmin o təsisatlar Cənubi Qafqazla bağlı siyasətlərini hər üç dövlətə münasibətdə fərqli həyata keçirməyə çalışırlar. Azərbaycana təzyiqlər nəticə vermədikdə bu prosesi Gürcüstan vasitəsilə həyata keçirirməyə cəhd göstərirlər".

X.Bəşirov qeyd etdi ki, həmin təsisatlar Ermənistana münasibətdə fərqli siyasət yürüdürlər. Ekspertin sözlərinə görə, təəssüflər olsun ki, üç Cənubi Qafqaz dövlətindən, Azərbaycan və Gürcüstandan fərqli olaraq, Ermənistan o qüvvələrin çaldığı havaya oynamağa həvəs göstərir və bu prosesi davam etdirir. "Amma bütün hallarda onlar gözəl anlayırlar ki, Cənubi Qafqazda Azərbaycan və Gürcüstan olmadan Ermənistanın hər hansı bir rolu yoxdur, çünki Ermənistan Cənubi Qafqazdan kənara çıxışı olan bir dövlət deyil. Bu ölkəyə daxil olmaq üçün mütləq şəkildə ya Azərbaycandan, ya Gürcüstandan istifadə edilməlidir. Ona görə də onları daha çox Gürücstan və Azərbaycan maraqlandırır. Məhz buna görə də, onlar Azərbaycana və Gürcüstana münasibətdə təzyiqlərini davam etdirməyə çalışırlar. Təbii ki, biz müstəqil siyasət yürüdürük. Müstəqil siyasət yürüdən dövlətlə bu şəkildə, bu tonda şərtlərlə danışan tərəfin şərtlərini qəbul etməyəcəyik, etmirik də. Bizim gözləntimiz ondan ibarətdir ki, keçən ilin yanvar ayından bu ilin yanvar ayına qədər  Azərbaycana münasibətdə qərəzli və ədalətsiz mövqe tutan AŞPA-nın rəhbər şəxsləri bu bir ilin daha çox kimin üçün itkilərə səbəb olduğunu anlayacaqlar, qarşılıqlı münasibətlərin normallaşması istiqamətində addımlar atacaqlar. Əks təqdirdə, əlbəttə, bizim şərtlərimiz, mövqeyimiz bəllidir, öz mövqeyimizdən geri çəkilmək niyyətində deyilik"-deyə X.Bəşirov bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

27.10.2026 / 16:45
Tramp İrana qarşı yeni əməliyyatlar qərarını heç cür verə bilmir...

27.10.2026 / 16:01
Oktay Saral Azərbaycana qarşı hicab iddialarından hələ imtina etməyibmiş...

27.10.2026 / 15:41
Tramp bütün hərbi bazalarını "90 günlük müharibəyə" hazırlayır - hədəf kimdir?

27.10.2026 / 14:05
800 kq Hizbullah partlayıcısı - ələ keçirilən arsenalın taleyinə Livan qərar verir

27.10.2026 / 14:00
"Ermənistan Konstitusiyasına dəyişiklik davamlı sülhün əsas şərtlərindən biridir" - Fərid Şəfiyev

27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" - Ozodbek Nazarbekov

27.10.2026 / 13:49
"Mədəniyyətlərarası dialoq sülh və ümumi gələcək naminə davamlı birgə fəaliyyətdir" - Türkmənistanın mədəniyyət naziri

27.10.2026 / 13:36
Çin brendləri Mao Tzedun zarafatı üzündən ünlü futbolçu ilə müqavilələrini ləğv etdi

27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi

27.10.2026 / 13:23
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

27.10.2026 / 12:50
Türkiyədə daha bir bələdiyyədə şübhəli əməliyyat – üzvlərin YENİ Partiyaya qoşulmasından saatlar əvvəl həbslər aparıldı...

27.10.2026 / 12:21
Rusiya və Ukrayna Xersonda atəşkəs elan etdi...

27.10.2026 / 12:08
“Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb" -ICESCO-nun Baş direktoru

27.10.2026 / 11:57
"Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib" - İƏT-in Baş katibi

27.10.2026 / 11:49
Ermənistan 30 il sonra?

27.10.2026 / 11:26
Azərbaycan Lana Zəki Nusseibehin BMT Baş katibi vəzifəsinə namizədlik təşəbbüsünü alqışlayır

27.10.2026 / 11:14
Prezident İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"

27.10.2026 / 11:08
Paşinyan katolikosa qarşı onun işlərini araşdıran komissiyanı yaratdı

27.10.2026 / 11:06
Prezident: "Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb"

27.10.2026 / 11:03
"Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür" - Prezident

27.10.2026 / 11:01
Prezident: "Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir"

27.10.2026 / 10:57
Polis Masallıda əməliyyat keçirdi - saxlanan var...

27.10.2026 / 10:53
"Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil" - Prezident

27.10.2026 / 10:49
Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"

27.10.2026 / 10:45
"Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər" - Prezident

27.10.2026 / 10:39
Seçkiyə 1 həftə qalmış Trampa qarşı impiçment hazırlıqları başladı

27.10.2026 / 10:34
Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışdı

27.10.2026 / 10:30
"Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir" - Prezident İlham Əliyev

27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub - işin içində azərbaycanlılar da var…

27.10.2026 / 10:25
Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"

27.10.2026 / 10:19
Bakıda jurnalistlər üçün rəqəmsal bacarıqlar sessiyası keçirilir

27.10.2026 / 10:17
"Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətimizdə olan ahəngdarlıqdır" - Prezident

27.10.2026 / 10:14
Prezident: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"

27.10.2026 / 10:08
"Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini vermişdir" - Prezident

27.10.2026 / 10:05
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - FOTO/VİDEO

27.10.2026 / 09:52
Dünyanın gözü İsraildəki parlament seçkilərində - Netanyahu, ya Eisenkot...

27.10.2026 / 09:34
ABŞ İran ətrafında hərbi gəmilərin sayını artırır…

27.10.2026 / 09:20
Türkiyədə qasırğa fəlakəti... Fəhlələrin qaldığı iki kabinə devrildi, ölənlər var…

27.10.2026 / 09:07
“Ab-Hava” restoranında kütləvi dava pul üstündə olub - YENİ DETALLAR ortaya çıxdı...

27.10.2026 / 06:37
İsrail BMT-ni cihadçı terrorizmi əsaslandırmaqda ittiham etdi

26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur - qərar verildi…

26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...

26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...

26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur

26.10.2026 / 20:07
Evlənənlərin yarıdan çoxu boşanır - Bu insanlara nə olub?

26.10.2026 / 19:50
Hindistan Ermənistana hərbi dəstəyini dayandırmaq ərəfəsindədir...

26.10.2026 / 19:34
Ermənistanın sərhəd xidmətinə ilk Amerika avtomobilləri və avadanlıqlar gəldi...

26.10.2026 / 19:16
Tramp Ərdoğandan istədiyi hər şeyi ala biləcəyinə əmindir - Niyə?...

26.10.2026 / 19:02
“Ab-Hava” restoranında qətllə bağlı daha iki nəfər həbs edildi...

26.10.2026 / 18:57
ABŞ diplomatlarını Yaxın Şərqdən çıxarır, İranla daha qanlı savaş gözlənilir

26.10.2026 / 18:46
İran müharibəni ABŞ ərazisinə köçürür

26.10.2026 / 18:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib - FOTO

26.10.2026 / 18:23
Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...

26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır

26.10.2026 / 18:05
Şagirdlərin illik təhsil xərcləri müəyyənləşdi - Əli Əsədov qərar imzaladı...

26.10.2026 / 17:50
Baş Prokurorluq "WhatsApp" hesabları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi... İnanaq?

26.10.2026 / 17:24
Sülhün təşviqi və dezinformasiyaya qarşı mübarizə Bakıda müzakirə olundu

26.10.2026 / 17:10
Azərbaycana yapon turistlərin gəlişi daha da artacaq...

26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...

26.10.2026 / 16:47
Prezidentin köməkçisi: "Afrika ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik"

26.10.2026 / 16:42
"Azərbaycan süni intellekt sahəsində beynəlxalq əməkdaşlığa açıqdır" - Prezidentin köməkçisi

26.10.2026 / 16:35
Hikmət Hacıyev: "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha geniş müzakirə üçün növbəti platforma rolunu oynayacaq"

26.10.2026 / 16:30
"Dezinformasiya, stereotiplər və qərəzlə mübarizə aparmaq vacibdir" - Hikmət Hacıyev

26.10.2026 / 16:17
Hikmət Hacıyev: "Dezinformasiya və təşviqat kampaniyalarının qarşısını almaq üçün öz strateji gündəmimizi formalaşdırmışıq"

26.10.2026 / 16:08
"Dezinformasiya cəmiyyətlərə təsir edən daha geniş hibrid strategiyanın bir hissəsinə çevrilir" - Hikmət Hacıyev

26.10.2026 / 15:55
Prezidentin köməkçisi: "Azərbaycan revanş almaq niyyətində deyil"

26.10.2026 / 15:38
"Sülh sazişinin bütün fundamental prinsipləri Azərbaycanda hazırlanıb" - Hikmət Hacıyev

26.10.2026 / 14:44
Azərbaycan QHT-lərindən Pezeşkiana AÇIQ MƏKTUB - İranda yaşayan milyonlarla azərbaycanlının öz ana dilində təhsil amasının vaxtı çatıb...

26.10.2026 / 14:25
Ceyhun Bayramov Ermənistana səsləndi - son nöqtəni qoymağa hazırıq...

26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı... 114 vəzifəli həbs olundu...

26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...

26.10.2026 / 13:55
"!Ermənistan cəmiyyəti dərk etməlidir ki, sülh hər iki xalqın maraqlarına xidmət edir" - Ceyhun Bayramov

26.10.2026 / 13:50
Niderlandın xarici işlər naziri Azərbaycana təşəkkür etdi

26.10.2026 / 13:48
Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib

26.10.2026 / 13:37
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib - FOTO

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ