Bazar günü günü, 23 avqust 2026
     

Prezident İlham Əliyevin və Şavkat Mirziyoyevin iştirakı ilə Xankəndidə tikiş fabrikinin videobağlantı vasitəsi ilə açılışı oldu - FOTO/YENİLƏNDİ

Image


Noyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb.

Şavkat Mirziyoyev COP29-un uğurla keçirilməsi münasibətilə təbriklərini çatdıraraq, bu tədbirin çox yüksək səviyyədə təşkil olunduğu vurğuladı. Qeyd etdi ki, Özbəkistan Azərbaycana dost, qardaş və müttəfiq ölkə olaraq buna sevinir. Ali qonaq dedi ki, Özbəkistanda Azərbaycana xüsusi münasibət var.

İkitərəfli münasibətlərimizin inkişafında tarixi bir dövrün olduğunu vurğulayan Özbəkistan Prezidenti ölkələrimiz arasında bu il imzalanan müttəfiqlik münasibətləri haqqında Müqaviləni qeyd etdi. Şavkat Mirziyoyev nümayəndə heyətlərimizin yaxından işlədiyini, qarşıya qoyulan layihələrin uğurla icra edildiyini dedi.

Prezident İlham Əliyev ölkəmizə səfərə gələrək COP29-da iştirak etdiyinə görə Özbəkistan dövlətinin başçısına təşəkkürünü bildirdi.

İmzalanan sənədlərin önəminə toxunan Azərbaycan Prezidenti dedi ki, yaşıl enerjinin inkişafı və ötürülməsi layihələrinin həyata keçirilməsi əlaqələrimizin mahiyyətini göstərir.

Dövlətimizin başçısı Xankəndi şəhərində tikiş fabrikinin inşası ilə bağlı layihəyə görə minnətdarlığını bildirdi və burada xeyli sayda insanın işlə təmin olunacağının önəmini vurğuladı.

Söhbət zamanı Bakıda Özbəkistan Evi, Özbəkistanda isə Azərbaycan Evi layihələrinin icrasından məmnunluq bildirildi, ölkəmizin Özbəkistanda ticarət nümayəndəliyinin açılması, təhsil, maşınqayırma, inşaat, mədən, əczaçılıq, pambıqçılıq, turizm sahələrində layihələrlə bağlı fikir mübadiləsi aparıldı.

Sonra Azərbaycan və Özbəkistan Prezidentlərinin iştirakı ilə Xankəndi şəhərində tikiş fabrikinin videobağlantı vasitəsilə açılış mərasimi oldu.

Prezident İlham Əliyev: Təbrik edirəm.

Prezident Şavkat Mirziyoyev: Təbrik edirəm. Uğurlu başlanğıcdır.

Prezident İlham Əliyev: Burada həm Azərbaycan dilində, həm də özbək dilində yazılıb. Sözlər eynidir.

Bu fabrik birliyimizin daha bir rəmzidir. Mən qardaşım Şavkat Miromonoviçə minnətdarlığımı bildirirəm ki, bizim özbək dostlarımız qısa müddətdə Xankəndidə minlərlə insanın çalışacağı və təbii ki, mütləq əksəriyyəti qadınlardan ibarət gözəl müəssisənin yaradılmasına kömək göstərdilər. Bu, məşğulluqdur, bu, istehsaldır, bu, Qarabağın inkişafıdır. Özbək qardaşlarımız isə yenə burada birincidirlər. Füzulidə məktəb tikməkdə bizə ilk yardımçı oldular, işğaldan azad edilmiş ərazilərdə belə böyük bir müəssisə yaratmaqda bizə ilk köməyi göstərdilər.

Mən Şavkat Miromonoviçə, bütün özbək dostlarımıza və qardaşlarımıza belə qardaşlıq münasibətinə görə bir daha minnətdarlığımı bildirir və bu müəssisənin açılışı münasibətilə sizi təbrik edirəm.

x x x

Qeyd edək ki, bu tikiş fabrikinin inşası Azərbaycan və Özbəkistan arasında iqtisadi və investisiya əməkdaşlığının dərinləşdirilməsinə dair iki ölkə prezidentlərinin tapşırıqlarına əsasən həyata keçirilib. Layihənin ümumi investisiya dəyəri 11 milyon manat təşkil edir. Fabrikin xammal tədarükü üçün birgə sənaye əməkdaşlığı həyata keçirilir. Müəssisə həm yerli, həm də Özbəkistan xammalı əsasında fəaliyyət göstərəcək. Regionda qeyri-neft ixracının artımına əhəmiyyətli töhfə verəcək fabrikdə istehsal olunacaq məhsulların 80 faizi müxtəlif ölkələrə ixrac ediləcək. Ərazisi 1,2 hektar olan fabrikdə ildə 3-5 milyon ədəd müxtəlif trikotaj məhsulları istehsal ediləcək. Ümumilikdə burada 800 iş yeri yaradılacaq. Layihənin ilkin mərhələsi üzrə peşəkar təlim almış 250 nəfər hazırda işlə təmin olunub. Müəssisədə əsasən işğaldan azad edilmiş ərazilərə qayıdan və ətraf rayonlarda yaşayan vətəndaşların məşğulluğuna xüsusi diqqət yetirilib. Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan tikiş fabriki iki ölkə arasında uğurlu əməkdaşlığın rəmzi olaraq ölkəmizdə yüngül sənayenin inkişafı üçün yeni imkanlar açır və ənənəvi dostluq, iqtisadi tərəfdaşlıq əlaqələrimizi möhkəmləndirir.





DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycan və daha 2 türk dövləti Avrasiyanın "orta gücləri"nə çevrilir...

Suriyada İsrail-Türkiyə savaşı - artıq ilkin addımlar atılıb...

Həkimlərin səhvi bundan sonra məhkəmələrdə necə araşdırılacaq? – Ali Məhkəmənin izahı mübahisələndi...

SON XƏBƏRLƏR

23.08.2026 / 20:54
"Bu gün Özbəkistan böyük beynəlxalq nüfuza malik dövlətdir" - Prezident

23.08.2026 / 20:32
Prezident İlham Əliyev Mirziyoyevi Azərbaycana səfərə dəvət etdi

23.08.2026 / 20:30
"Azərbaycanın və Özbəkistanın irəliləmək üçün dəqiq fəaliyyət planı var" - Prezident

23.08.2026 / 20:27
Prezident İlham Əliyev Qarabağa investisiyaların cəlb olunmasında Özbəkistan Prezidentinin xüsusi rolunu qeyd edib

23.08.2026 / 20:25
"Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli münasibətlər çox möhkəm təməl üzərində qurulub" - Prezident

23.08.2026 / 20:22
Prezident: "Mərkəzi Asiya və Azərbaycan bu gün böyük inkişaf potensialına malik vahid geosiyasi və geoiqtisadi regiondur"

23.08.2026 / 20:19
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO

23.08.2026 / 20:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

23.08.2026 / 20:05
İran BƏƏ-dən bütün ərazisini müharibə təzminatı kimi Tehrana verməsini istədi…

23.08.2026 / 19:30
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının çay masası əsnasında təkbətək görüşü olub - FOTO

23.08.2026 / 19:19
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO/YENİLƏNDİ

23.08.2026 / 19:01
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib - FOTO

23.08.2026 / 18:55
Azərbaycan Prezidentinin şərəfinə Daşkənd səmasında dronların şousu

23.08.2026 / 18:33
Putin Tramp Çində görüşə bilərlər…

23.08.2026 / 18:21
Səudiyyə, Türkiyə və Pakistan İranı da “Məkkə Sazişi”nə qoşulmağa dəvət etdi…

23.08.2026 / 18:16
Prezidentlər İlham Əliyev və Mirziyoyev Azərbaycanın Özbəkistanda həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimində iştirak ediblər - FOTO

23.08.2026 / 18:03
Azərbaycan–Özbəkistan müttəfiqliyinin qarşısında böyük perspektivlər açılır...

23.08.2026 / 17:14
“Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə” imzalandı

23.08.2026 / 17:11
Prezident İlham Əliyev: "Özbəkistan Qarabağın bərpasında ilk praktiki yardım göstərən ölkə olub"

23.08.2026 / 17:08
"Azərbaycan və Özbəkistanın birgə investisiyalarının həcmi 500 milyon dollardan xeyli yüksəkdir" - Prezident

23.08.2026 / 16:39
Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi - FOTO/YENİLƏNDİ

23.08.2026 / 16:30
Daşkənddə Prezident İlham Əliyevin Mirziyoyevlə təkbətək görüşü olub - FOTO

23.08.2026 / 16:07
Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi - SƏRƏNCAM

23.08.2026 / 16:01
Azərbaycan ilə Özbəkistan prezidentləri və birinci xanımlar “Kuksaroy” Dövlət İqamətgahında birgə foto çəkdiriblər

23.08.2026 / 15:57
Füzulidə “Dostluq bağı”, Mirzə Uluqbəy məktəbi - Azərbaycanla Özbəkistanın qardaşlığının hələ çox simvolları olacaq…

23.08.2026 / 15:44
Azərbaycan-Özbəkistan Regionlararası Forumu 4-cü mərhələdən keçir - Arxada nələr qalıb?...

23.08.2026 / 15:01
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub - FOTO

23.08.2026 / 14:29
Prezident və birinci xanım Daşkənddə Ümummilli Liderin barelyefi önünə gül dəstələri qoyublar

23.08.2026 / 14:28
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb - VİDEO

23.08.2026 / 14:17
"Azərbaycan-Özbəkistan dostluğu siyasi müstəvidə də əbədi dostluq xarakteri daşıyır" - Hikmət Hacıyev

23.08.2026 / 13:46
Prezident İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib - FOTO

23.08.2026 / 13:17
Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafında prezidentlərin şəxsi münasibətlərinin rolu

23.08.2026 / 13:05
Prezident İlham Əliyevin Özbəkistana səfəri başlayıb - FOTO/VİDEO

23.08.2026 / 12:35
Vuçiç konstitusiyanı dəyişib yenidən prezident olmaq istəyir - Serbiya spikeri hər şeyi açıb tökdü…

23.08.2026 / 11:48
Sidney Marafonu təşkilatçılarının səhvi sosial mediada açıldı - medallara səhvən Münhen stadionunun şəkli vuruldu…

23.08.2026 / 11:20
Tramp: "Kanada ABŞ ştatı olmadan üstünlüklərdən faydalanmaq istəyir"

23.08.2026 / 10:15
Zaxarova alman mediasını hədəf aldı - öz problemlərinizlə məşğul olun…

23.08.2026 / 09:47
Vergi uçotu ilə bağlı 10 min dollarlıq limit bu gündən qüvvəyə mindi

23.08.2026 / 09:22
Bakıda işlədikləri şirkəti soyan şəxslər tutuldu

23.08.2026 / 08:48
Qazaxıstanda Qurultaya seçkilər keçirilir

22.08.2026 / 21:54
“Bakıda Azərbaycan, Özbəkistan və Türkiyə qadınlarını bir araya gətirən Birlik Gecəsi keçirilib

22.08.2026 / 20:33
Berlin yaxınlığında gizli silah anbarı aşkarlandı – Almaniya bir rus agentin izinə düşdü…

22.08.2026 / 20:07
Ukrayna ilk dəfə Rusiyada Ozon logistika mərkəzini vurdu - VİDEO

22.08.2026 / 19:44
Medvedev müharibəyə qarşı çıxan rusları hədəf aldı - Belə alçaqları bağışlamaq olmaz…

22.08.2026 / 19:27
"Azərbaycan-Özbəkistan münasibətləri möhkəm bünövrə üzərində müttəfiqlik səviyyəsinə yüksəlib" - Vüqar Rəhimzadə

22.08.2026 / 19:22
Əhliman Əmiraslanov: “Qərbi Azərbaycana qayıdıș Ulu öndərin formalașdırdığı milli-mənəvi bütövlük siyasətinin tərkib hissəsidir” - MÜSAHİBƏ

22.08.2026 / 18:37
“Dənizçi şəhid ailələri ilə iş” layihəsi çərçivəsində növbəti tədbir keçirilib

22.08.2026 / 18:34
Memar Rizvan Qarabağlının yaradıcılığında vətənpərvərlik motivi...

22.08.2026 / 17:11
İrandan ABŞ-a açıq təhdid - güc yolu ilə onları buna məcbur edəcəyik…

22.08.2026 / 16:36
İsrail Dəməşqdə bir avtomobili vurdu…

22.08.2026 / 16:21
Xalq artisti Şükufə Yusupovanı avtomobil vurdu - vəziyyəti ağırdır...

22.08.2026 / 15:43
Hörmüzün kimin nəzarətində olduğu tam aydın oldu - Trampın dedikləri yalan çıxdı...

22.08.2026 / 15:21
Moskva hava limanlarına genişmiqyaslı hücum planı - Ukrayna müharibə tarixində bir ilkə imza ata bilər…

22.08.2026 / 14:30
Novorossiysk limanında hücuma məruz qalan gəmi heyətini qurtarmağa göndərilən türk gəmisi də vuruldu – ölən və yaralananlar var…

22.08.2026 / 13:58
85 min nəfər ixtisaslı kadra ehtiyac var,6500 avro maaş veriləcək…

22.08.2026 / 13:15
ABŞ-ın BMT-yə borcu 4 milyardı keçdi - Vaşinqton səsvermə hüququnu itirə bilər…

22.08.2026 / 12:32
Tramp Hörmüzü "ABŞ ərazisi" adlandırdı – “qalib gəlib-gəlmədiyimizi bilmirik”…

22.08.2026 / 12:17
Bakıda oğurluq edən 4 şəxs saxlandı

22.08.2026 / 11:52
Ermənistan Rusiya ilə "müttəfiqlikdən" və "strateji tərəfdaşlıqdan" rəsmən imtina etdi - Dövlət proqramı hazırlandı...

22.08.2026 / 11:36
Rusiya Ermənistana buğda və propan göndərdi

22.08.2026 / 11:00
Əməkdar jurnalist Nurani vəfat edib

22.08.2026 / 10:48
Polislər axtarışda olan şəxsləri saxladı, külli miqdarda narkotik ələ keçirdi

22.08.2026 / 10:24
Hacıqabulda avtoxuliqanlıq edən sürücü həbs edildi

22.08.2026 / 09:50
Azərbaycan səfiri etimadnaməsini Kosta Rika Prezidentinə təqdim edib

22.08.2026 / 09:19
Xəzər dənizində zəlzələ oldu

22.08.2026 / 06:49
ABŞ İrana hücumların bərpasını istisna etmir - Tramp açıqladı

22.08.2026 / 06:19
Tramp barəsində impiçment veriləcəyinə əmindir - Demokratlar seçkidə qalib gələrsə…

22.08.2026 / 05:49
Türkiyə Netanyahunu İnterpol axtarışına verir? - Ankara-Təl-Əviv gərginliyi artır…

22.08.2026 / 05:41
Tramp Ağ Evdə bunker tikdirir - məhkəmə qərar verdi

21.08.2026 / 23:16
İran spikeri Tehran və Bağdadı dollardan imtina etməyə çağırdı… - "Amerika dominantlığı bitdi"...

21.08.2026 / 22:46
Rusiyanın Krivoy Roqda ticarət mərkəzinə hücumunda ölən və yaralananların sayı artır... Zelenski söz verdi - Qisas alınacaq… VİDEO

21.08.2026 / 22:10
Tramp İranla "svop əməkdaşlıq" edən ölkələri hədələdi - Azərbaycana da aidiyyatı var...(?)

21.08.2026 / 21:49
Turqut Özalın oğlu atasının ölümündə Türkiyənin indiki iqtidarından şübhələnir...

21.08.2026 / 21:27
Cənubi Koreyadan gözlənilməz mövqe - Tramp Şimali Kireya ilə "dostluğunu" təriflədi..

21.08.2026 / 21:14
"Oğluma işgəncə verib dövlətimizə qarşı böhtan atmağa məcbur edirlər" - Rusiyada həbs olunan Yadulla Rufullayevin anası danışdı

21.08.2026 / 20:49
ABŞ-ın İrana qarşı sanksiyaları gərginliyi artıracaq - Pekin xəbərdarlıq etdi…

21.08.2026 / 20:35
Naxçıvana dəmir yolu çəkilişi Paşinyanı Putinlə yenidən toqquşdura bilər...

21.08.2026 / 20:02
Rusiya Krivoy Roqun ən böyük ticarət mərkəzini vurdu – azı beş ölü, 91 yaralı… FOTO

21.08.2026 / 19:49
Permdə Azərbaycan diasporunun lideri saxlandı…

21.08.2026 / 19:22
Paşinyan Rusiyanı atdı, Türkiyə və Azərbaycanı tutdu...

21.08.2026 / 18:46
Pezeşkian müharibəni artıq bitirməyə çağırdı - Bütün dünya qələbəmizi qəbul edib…

Prezidentin xüsusi nümayəndələrinin daha səmərəli fəaliyyəti üçün zəruri şərt... Bu olarsa...

XƏBƏR ARXİVİ