Bazar günü günü, 08 noyabr 2026
     

Azərbaycan COP29-a ev sahibliyini necə qazandı...

Image


"Bir neçə gün bundan əvvəl yenə də biz növbəti dostluq təzahürünün şahidi olmuşuq. Həm Serbiya, həm Bolqarıstan, həm də Şərqi Avropa Qrupuna daxil olan digər ölkələr Azərbaycanın namizədliyini dəstəkləyərək COP29 konfransının Azərbaycanda, Bakıda keçirilməsinə izn verdilər, öz dəstəyini göstərdilər". Bu fikirləri Prezident İlham Əliyev Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib: "Bu bir daha həm dostluğumuzun nümunəsidir, eyni zamanda onu göstərir ki, baxmayaraq Azərbaycanın zəngin neft və qaz resursları var, biz gələcəyimizi təmiz "yaşıl enerji"nin istehsalında və ixracında görürük. Əminəm ki, gün gələcək və buna oxşar mərasim "yaşıl enerji" layihələri ilə bağlı keçiriləcək". Xatırladaq ki, Şərqi Avropa ölkələri qrupu gələn il keçiriləcək BMT-nin COP29 iqlim konfransına ev sahibliyi etmək üçün Azərbaycanı seçib. Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev də bildirib ki, gələn il COP29 iqlim sammitinə Bakının ev sahibliyi etməsi ilə bağlı ümumi konsensus var. O, Dubayda keçirilən COP28 sammitində deyib: "Mən Azərbaycanın COP29-a ev sahibliyi etmək üçün namizədliyi ilə bağlı ümumi konsensusun olduğunu elan etməkdən məmnunam". Qeyd edək ki, gələn il keçiriləcək sammitə ev sahibliyi edən ölkə Şərqi Avropa regionunda olmalıdır. Ermənistan Azərbaycanın xeyrinə namizədliyini geri çəkərək Bakının ev sahibliyinə dəstəyini ifadə edib. Rusiyanın heç bir Avropa İttifaqı ölkəsinin ev sahibliyini dəstəkləməyəcəyini bəyan etdiyi üçün Bolqarıstan da namizədliyini geri götürüb və Bakıya dəstəyini ifadə edib. Kreml də əslində, tədbirin Azərbaycanda keçirilməsinə etiraz etmir. Bu fonda Azərbaycanın şansları daha da yüksəlir. Hazırda Azərbaycanın BMT-nin gələn il keçiriləcək iqlim sammitinə ev sahibliyi üçün namizədliyi məsələsi nəzərdən keçirilir. Bu, həm də uzun illər düşmənçilik edən Ermənistan və Azərbaycan arasında anlaşma nəticəsində mümkün olub. Diplomatik mənbələr "Reuters" agentliyinə deyiblər ki, Azərbaycanın namizədliyinin başqa ölkələrin dəstəyini qazanacağı gözlənilir. Yuxarıda qeyd edildiyi kimi, bu məsələ hələ də Dubayda keçirilən COP28 iqlim sammitində danışıqlar predmetidir. "Reuters" yazır ki, COP üçün ev sahibliyini Birləşmiş Ərəb Əmirliklərindən kimin qəbul edəcəyi məsələsi misli görünməmiş geosiyasi dalana düşüb. Buna, qeyd edildiyi kimi, Rusiyanın ev sahibliyi üçün Avropa İttifaqından olan hər hansı ölkənin namizədliyinə veto qoyacağını bəyan etməsi səbəb olub. Avropa İttifaqı Ukraynaya qarşı təcavüzünə görə Rusiya üzərinə ağır iqtisadi sanksiyalar qoyub. Azərbaycan dekabrın 7-də bildirib ki, Ermənistanla razılaşma əldə etməsi Bakının COP29 sammitinə ev sahibliyi etmək şanslarını artırıb. İrəvan bu məsələdə Azərbaycanın namizədliyinə veto qoymayacağını bildirib. Ermənistan Azərbaycanın ev sahibliyi namizədliyinə İrəvanın şərqi Avropa qrupunun COP bürosunda üzvlük müqabilində razılıq verib. Bu da qeyd olunur ki, COP konfransına ev sahibliyi üçün BMT-nin Şərqi Avropa regional qrupuna daxil bütün ölkələrin dəstəyi lazımdır. Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə dekabrın 8-də deyib ki, "biz qrupa daxil əksər ölkələrin, o cümlədən Rusiyanın dəstəyini qazanmışıq". 

Diplomatik mənbələr "Reuters" agentliyinə bildiriblər ki, Şərqi Avropa ölkələrinin Bakının namizədliyini dəstəkləyəcəyi gözlənilir, hərçənd Moldova da öz namizədliyini verib və Serbiya da bu niyyətdədir. Xəbərdə bu da vurğulanır ki, neft və qaz ölkəsi olan Azərbaycan OPEC+ qrupunun üzvüdür. "Reuters" yazır ki, COP28 sammitindəki bəzi nümayəndələr dünya iqlim forumunun iki il dalbadal neft hasilatçısı olan ölkədə keçirilməsindən narahatlıq bildiriblər. Ayxan Hacızadə Bakının bu narahatlıqlardan xəbərdar olduğunu deyib: "Azərbaycan zəngin neft və qaz ölkəsi olmasına baxmayaraq, onun strateji hədəfləri enerji mənbələrinin diversifikasiyası, xüsusilə də külək və günəş enerjisindən istifadədir". Bu arada Azərbaycan və Ermənistanın birgə bəyanatında Bakının namizədliyinin başqa Şərqi Avropa ölkələri tərəfindən dəstəklənəcəyinə də ümid ifadə olunur. Bəyanatda qeyd olunur ki, iki ölkə aralarında daha çox qarşılıqlı etimad tədbirləri həyata keçirəcəklər. Serbiyanın məşhur "alo.rs" nəşri qeyd edir ki, Azərbaycan getdikcə əhəmiyyətli qlobal aktor mövqeyini qazanır. Ölkə həm də bərpaolunan enerji üzrə liderdir: "Azərbaycan prezidenti İlham Əliyev Azərbaycandan qazın nəql olunacağı Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində iştirak edib. Nis-Sofiya qaz kəməri kimi tanınan bu mühüm layihə Serbiya və Qərbi Balkanlar regionuna qaz tədarükünün etibarlılığını artırmaq məqsədi daşıyır. Energetika və Dağ Sənayesi Nazirliyinin məlumatına görə, Azərbaycan 2026-cı ilə qədər Serbiyaya hər il 400 milyon kubmetr qaz tədarük edəcək və 2027-ci ildən bu həcmlər üç dəfə arta bilər. Serbiya-Bolqarıstan qaz kəməri layihəsinin dəyəri 24 milyon avrodan çoxdur və onun həyata keçirilməsi üçün 109 kilometrlik yeni boru xətti çəkilib. İlham Əliyev və Aleksandar Vuçiç ötən ilin noyabrında Belqradda görüşüblər, o zaman Strateji Tərəfdaşlıq Şurasının yaradılması haqqında memorandum imzalanıb. Tərəfdaşlıq onların həmin ilin dekabrında Bakıda keçirilən növbəti görüşündə təsdiqlənib. Prezidentlər Aleksandar Vuçiç və İlham Əliyev arasında sobuncu görüş uğurlu əməkdaşlığın dərinləşdiyini təsdiqləyir. Serbiya ilə Azərbaycan arasında əməkdaşlıq müxtəlif sahələri əhatə edir. Azərbaycan getdikcə əhəmiyyətli qlobal oyunçu mövqeyini qazanır. Ölkə həm də bərpaolunan enerji üzrə liderdir, Gürcüstan, Macarıstan və Rumıniya ilə Aİ-nin Yaşıl Enerji Dəhlizi sazişini imzalayıb və bu saziş Xəzər dənizindən Qara dənizin dibi ilə sualtı kabel vasitəsilə Avropaya bərpa olunan elektrik enerjisi gətirəcək. Azərbaycan Xəzər dənizində və regionda ən böyük günəş enerjisi layihəsinə sadiqliyini, eləcə də Dünya Bankı tərəfindən təqribən 157 qiqavat dəyərində qiymətləndirilən nəhəng dəniz külək potensialını vurğulayır. Yaxın gələcəkdə Azərbaycan iqlim dəyişikliyi ilə mübarizənin həlli yollarının tapılmasına yönəlmiş COP29 konfransı və BMT-nin yaşayış məntəqələri üzrə proqramı təşkilatçılığı ilə 2026-cı ildə Ümumdünya Şəhər Forumunun 13-cü sessiyası kimi mühüm qlobal tədbirlərə ev sahibliyi edəcək. Şübhəsiz ki, Azərbaycan iri tədbirlərin təşkili təcrübəsi ilə Serbiyaya 2027-ci il Ümumdünya Sərgisinə hazırlaşmaqda böyük köməklik göstərəcək".

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ