Bazar günü günü, 08 noyabr 2026
     

ABŞ səfirinin müraciətinə azərbaycanlılar belə reaksiya verdilər...

Image


"ABŞ səfirliyi Azərbaycanı 1991-ci ildə müstəqillik əldə etdikdən sonra dəstəkləyib və son 32 il ərzində heyrətamiz dəyişikliklərin şahidi olub". Bunu ABŞ-ın Azərbaycanda yeni fəaliyyətə başlayan səfiri Mark Libbi videomüraciətində deyib.

Səfir müraciətini Azərbaycan dilində edib. "Ümid edirəm ki, burada olduğum müddətdə biz bu regionda davamlı və ləyaqətli sülh üçün birlikdə çalışacağıq. Azərbaycanın daha da inkişaf etdiyini, regionda və dünyada mühüm rol oynamağa davam etdiyini görəcəyik", - deyə səfir bildirib.

Səfir deyib ki, qısa müddət ərzində Bakını gəzib və onun əzəmətli yerlərini görmək şansını əldə edib.

Diplomat Azərbaycan mətbəxinin ləzzətli plovunu və dolmasını dadıb.

"Mən bu yerləri daha yaxından tanımağa, Azərbaycanda daha çox yer görməyə və dad dadmağa ümid edirəm. Azərbaycanı daha yaxından tanımaq üçün təkliflərinizi gözləyirəm", - o deyib.

ABŞ-ın ölkəmizdəki səfiri Mark Libbiyə təklifiniz nə olardı?

Bu sualla QHT və media təmsilçilərinə, elm adamına, kulinariya mütəxəssisinə müraciət etdik. 

Tahir Əmiraslanov: "ABŞ səfiri Azərbaycanın mətbəx mədəniyyəti ilə geniş şəkildə tanış olmaq, yeni dadlar dadmaq istəyirsə..."

Tarix üzrə fəlsəfə doktoru, Əməkdar Mədəniyyət İşçisi Tahir Əmiraslanovun səfir Libbiyə təklifi belə oldu: "ABŞ səfiri Azərbaycanın mətbəx mədəniyyəti ilə geniş şəkildə tanış olmaq, yeni dadlar dadmaq istəyirsə, "Xanədan Etno" restoranına öncədən sifarişini versin, gəlib burada Azərbaycan yeməklərilə tanış olsun. Xanədan restoranında 8 bölgənin yeməkləri təqdim edilir. Bunlar 8 xanlığa məxsus tarixi yeməklərdir. Orada təkcə yeməklərin, bişmişlərin dadına baxmayacaq, eyni zamanda həmin yeməklərin tarixi barədə səfirə məlumat veriləcək. Bu restoranda  təklif edilən yeməklər bərpa olunmuş tarixi yeməklərdir. Orada xanlıqların tarixi, xanlıqlar dövrünə aid xalçalar, xanların arvadlarının geyimləri və sair də təqdim edilir. Səfir Libbi o restoranda Azərbaycan etnoqrafiyası ilə Azərbaycan mətbəxini eyni anda görə biləcək".  

Yadigar Məmmədli: "...Libbi mütərəqqi, konkret mövqe tutsun..."

Tanınmış media eksperti Yadigar Məmmədli "Bakı-Xəbər"ə bildirdi ki, ABŞ-ın ölkəmizə təyin etdiyi səfir Libbini media cameəsi də maraqla izləyir. "Mark Libbinin çox maraqlı açıqlamaları var. Maraqlı məqamlardan biri də onun Azərbaycan dilində müraciət etməsidir. Bu ilk deyil. Ümumiyyətlə, Amerikanın belə bir siyasəti var:  təyin ediləcək şəxslər hər hansı bir ölkəyə səfir getməmişdən əvvəl həmin ölkənin dilini müəyyən səviyyədə öyrənirlər. Dili ən azından  məişət səviyyəsində bilirlər. Bu həm də bir psixoloji məqamdır ki, öz dilində müraciət eşidəndə müraciət edənə inam yaranır. Bunlar siyasi addımlardır. O ki qaldı  onun Azərbaycanı yaxından tanımaq istəyini dilə gətirməsinə, yeni təkliflər gözləməsinə, bu, siyasətçinin sözləridir, bu sahədə fəaliyyət göstərən şəxsin siyasi addımlarıdır. O, Azərbaycanı yaxşı tanıyır, dilini öyrənib, Azərbaycan məsələlərini, regiondakı vəziyyəti, Azərbaycan həqiqətlərini bəlkə də bir çoxlarından yaxşı bilir. Hətta incə məqamları da bilməmiş deyil". 

Y.Məmmədli hesab edir ki, səfir doğrudan da Azərbaycanın problemləri ilə yaxından maraqlanmaq, hər hansısa işdə köməklik göstərmək istəyirsə, 2020-ci ildən, yəni Vətən  müharibəsindən sonra ölkəmizin yaratdığı və nəinki Azərbaycanı, bütövlükdə Cənubi Qafqazı inkişafa aparan reallıqları dəstəkləməli, həqiqətin yanında yer almalıdır. "O, həqiqətin yanında olardı"-deyə Y.Məmmədli vurğuladı. Y.Məmmədli qeyd etdi ki, ABŞ super gücdür və ona uyğun hərəkət etməlidir. "Təbii ki, Amerikanın burada maraqları var və o maraqların təmin olunması ilə bağlı fəaliyyəti olmalıdır. Amma hər halda o, Azərbaycan reallığına uyğun hərəkət etməlidir. Azərbaycan reallığı budur ki, 30 ilə yaxın bir müddətdə BMT-nin, ATƏT-in missiyasının görmədiyi işləri həyata keçirdi, beynəlxalq hüquqa söykənən fəaliyyət göstərdi və işğalda olan torpaqları azad etdi. Bu gün də Azərbaycanın regionun inkişafı ilə bağlı təklifləri var. Orada Libbi mütərəqqi, konkret mövqe tutsun və  daha çox real olsun. Onda, fikrimcə, ABŞ-Azərbaycan münasibətləri də zamana uyğun bəzən ziqzaqlı yollarla yox, düz və və inkişaf edən xətlə irəliləyər, dayanıqlı olar"-deyə Y.Məmmədli qeyd etdi.  

Elyar İslamoğlu: "Səfir Azərbaycan yallıları ilə tanış olsun və görsün bizim necə unikal rəqslərimiz var" 

Filologiya üzrə fəlsəfə doktoru, dosent Elyar İslamoğlu "Bakı-Xəbər"ə  "təklif edərdim ki, səfir Libbi Azərbaycan tarixi haqda məlumatlar əldə etsin. O bunu həm tarix kitablarından, həm bədii əsərlərdən və bədii filmlərdən öyrənə bilər. O, bizim başımıza gətirilən faciələr, soyqırımlar barədə də öyrənməlidir, bilməlidir ki, bu qədər zülmün qarşısında əyilməməişik, sınmamışıq, qürurumuzu qoruyub saxlamışıq. Bizim mətbəximizlə və milli geyimlərimizlə bağlı məlumatlar toplasın. Çünki Azərbaycan mətbəxi dünyanın ən zəngin mətbəxidir. Geyimlərimiz də öz gözəlliyi ilə seçilir. Səfir Azərbaycan yallıları ilə tanış olsun və görsün bizim necə unikal rəqslərimiz var. Azərbaycanın tarixi abidələrini ziyarət etsin, turistik bölgələrə baş çəksin, bu halda Azərbaycan tarixi və Azərbaycan xalqı haqda daha ətraflı məlumat əldə edə biləcək. Bakıda isə ilk növbədə ziyarət etməli yer Şəhidlər Xiyabanı və Hərbi Qənimətlər Parkı olmalıdır. Şəhidlər Xiyabanı bizim qəhrəmanlarımızın uyuduğu məkandır, orada canını Vətən yolunda qurban verənlərin məzarını görəcək, Hərbi Qənimətlər Parkında isə Azərbaycana uzanan əllərin necə kəsildiyinin, işğalçı ordunun silah-sursatının orada olduğunun şahidi olacaq. Təbii, səfirə təklif edərdim ki, imkanı olanda 30 il blokada şəraitində qalan Naxçıvana gəlsin və naxçıvanlıların blokada şəraitində necə yaşadıqlarını görsün. Bizim orada da çox zəngin tarixi abidələrimiz, mineral sullarımız var, Naxçıvan mətbəxi də zəngindir. Deyim ki, Naxçıvan həm də üç ölkə ilə həmsərhədir. Naxçıvanı ziyarət etmək də cənab səfir üçün faydalı və maraqlı olardı "-deyə bildirdi.

Samir Adıgözəlli: "Təklif edərdim ki, cənab Libbi Əshabi-Kəhfə getsin" 

İSBAM sədri Samir Adıgözəlli "Bakı-Xəbər"ə bildirdi ki, səfirin Azərbaycan dilində təklif gözlədiyini deməsi xoş haldır. "Təklif edərdim ki, cənab Libbi Əshabi-Kəhfə getsin. Bu ziyarətgahın dünyanın ən qədim inanc ocağı olduğunu və insanlığın burada yaratdığı mədəniyyəti müşahidə etsin, görsün ki,  Azərbaycan dünyanın ən qədim inanc ocaqlarına sahib bir ölkədir. Ölkəmizin multikultural, tolerant dəyərlərə sahib olduğunu yaxından müşahidə etmək üçün bölgələrə səfər edə bilər. Bir təklifim də var ki, cənab səfir bu gün İran adlanan ölkədə molla rejimi tərəfindən milli-mədəni haqları tapdanan, səsi boğulan, həbs olunan, edam  edilən Cənubi azərbaycanlı soydaşlarımızın, azərbaycanlıların harayını öz ölkəsində ən yüksək səviyyədə qaldırmağa çalışsın. 40 milyon soydaşımızın haqqı tapdanır, amma ABŞ başda olmaqla dünya dövlətləri susur. Soydaşlarımızın tapdanan haqlarının müdafiəsinə dəstək olsunlar"-deyə S.Adıgözəlli qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ