Bazar günü günü, 08 noyabr 2026
     

ABŞ-ın xarici siyasət konsepsiyasında Rumıniyanın rolu

Image


ABŞ xarici siyasətində mühüm əhəmiyyət daşıyan bir sıra vacib xüsusiyyətlər  vardır ki, ikili münasibətlər də sırf bu xüsusiyyətlər prizmasından təhlil edilərək qurulur. Bunlar, dövlət sistemində demokratik mühit, sülhün, stabilliyin və təhülkəsizliyin təminatı, Qərb dəyərlərinə inteqrasiya və əhalinin rifah şəraitinin artırılmasıdır.  Bu cəhətdən Qara Dəniz hövzəsindəki region dövlətlərinin Qərb dəyərlərinə və ən əsası liberal bazar iqtisadiyyatına inteqrasiya edilməsi, ABŞ xarici siyasətinin əsas prioritetlərindən biridir. Bunun üçün isə ilk öncə keçmiş sovet dövlət sistemindən qalan korrupsiya hallarının qarşısını almaq və əhalinin rifah səviyəsinin qaldırılması üçün səylər göstərilir. Regionda yerləşən dövlətlərdə əhalinin rifah səviyyəsinin qalxması onların Qərb dəyərləri əsasında qurulmuş demokratik rejimlərə qarşı inamını qaldıracaqdır. Qara Dəniz hövzəsində əhəmiyyəti ilə seçilən dünya dövlətlərindən biri də məhz Rumıniyadır. ABŞ və Rumıniya arasındakı əlaqələr geniş və müxtəlifdir. Rumıniyanın ABŞ-ın xarici siyasətindəki rolu ilk növbədə onların NATO çərçivəsində əməkdaşlığı, regional təhlükəsizlik narahatlıqları, Şərqi Avropada demokratiya və sabitliyin təşviqində ortaq maraqları ətrafında kəsişir. 

NATO Tərəfdaşlığı: Rumıniyanın NATO-ya üzvlüyü ABŞ-ın xarici siyasəti kontekstində mühüm əhəmiyyət kəsb edir, çünki NATO Avropadakı müttəfiqlərinin təhlükəsizliyini və müdafiəsini təmin etməkdə ABŞ üçün əsas ittifaqdır. Rumıniyanın hərbi töhfələri, o cümlədən NATO missiyalarında və əməliyyatlarında iştirakı alyansın ümumi gücünə və effektivliyinə töhfə verir. 

Təhlükəsizlik sahəsində əməkdaşlıq: Rumıniya və ABŞ təhlükəsizlik sahəsində əməkdaşlığın müxtəlif formaları ilə məşğul olurlar. Buraya birgə hərbi təlimlər, təlim proqramları və onların silahlı qüvvələri arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi üzrə səylər daxildir. ABŞ Rumıniyanın hərbi imkanlarını modernləşdirməsində də dəstək verib. 

Regional Sabitlik: Rumıniya geosiyasi əhəmiyyəti artan Qara dəniz regionunda sabitliyin təşviqində rol oynayır. ABŞ bu regionda sabitliyin qorunub saxlanmasında maraqlı olduğunu nümayiş etdirib və Rumıniyanın tərəfdaşlığı Rusiyanın Qara dənizdəki hərəkətləri kimi ümumi təhlükəsizlik problemlərinin həllində mühüm əhəmiyyət kəsb edir.

Demokratiyanın Təşviqi: Rumıniyanın Qərb dəyərlərinə və demokratik prinsiplərə uyğunluğu ABŞ-ın demokratiyanı dəstəkləmək və təşviq etməkdə xarici siyasət məqsədlərinə uyğundur. ABŞ və Rumıniya demokratik təsisatların və qanunun aliliyinin gücləndirilməsinə yönəlmiş müxtəlif təşəbbüslər üzərində əməkdaşlıq edirlər. 

İqtisadi əlaqələr: İkitərəfli münasibətlərdə iqtisadi əlaqələr də rol oynayır. ABŞ və Rumıniyanın iqtisadi əlaqələri var və ABŞ regionda iqtisadi inkişafı və ticarəti təşviq edən təşəbbüsləri dəstəkləyir. ABŞ və Rumıniya arasında ticarət və investisiya əməkdaşlığı mövcuddur. İki tərəf müxtəlif sahələrdə iqtisadi əməkdaşlığı artırmağa nail olmuşdur.

Siyasi əlaqələr: ABŞ və Rumıniya NATO üzvüdür və bu çərçivədə birgə təhlükəsizlik və müdafiə üçün əməkdaşlığa sahibdirlər. İki ölkə arasında diplomatik münasibətlər müstəqil və möhkəm bir şəkildə davam etmişdir.

1877-ci ildə Rumıniya müstəqillik əldə etdi. Bundan sonra 1880-ci il iyunun 14-də Rumıniya ilə ABŞ arasında  diplomatik əlaqələr quruldu. Rumıniyanın ABŞ-a müharibə elan etməsi nəticəsində iki ölkə arasındakı diplomatik əlaqələr 1941-ci il dekabrın 12-də kəsilmişdir. Lakin 1946-cı il fevralın 7-də vəkillik səviyyəsində bərpa edilən diplomatik əlaqələr,1964-cü il iyunun 1-də iki ölkə  arasında  səfirlik səviyyəsinə qaldırılmışdır. Rumıniyada 1948-ci ildə qurulan kommunist idarəçiliyinin 1989-cu ildə başa çatması və  soyuq müharibənin sonlanması nəticəsində ABŞ-Rumıniya münasibətləri yenidən inkişaf mərhələsinə doğru irəliləməyə başladı. Bu mərhələdən sonra  ABŞ-ın xarici siyasətinin həyata keçirilməsində Rumıniya özünəməxsus şəkildə təsir edən əsas ölkələrdən birinə çevrildi. 1993-cü il noyabrın 8-də ABŞ-Rumıniya münasibətlərinin möhkəmləndirilməsi naminə Rumıniyaya Birləşmiş Ştatlar tərəfindən iki ölkə arasında iqtisadi əlaqələri genişləndirmək məqsədi daşıyan "Əlverişli Ölkə" statusu verildi. Hansı ki,1996-ci ildən etibarən iqtisadi sahədə əldə edilən irəliləyişlər nəticəsində ABŞ Konqresi bu statusu daimi etdi. Bu isə gələcəkdə iqtisadi sahədə əməkdaşlığın yüksələn xətlə davam edəcəyini göstərən başlıca nüanslardan biri idi. Bundan başqa iki ölkə arasında 1992-ci ildə ikitərəfli investisiya müqaviləsi imzalandı. Yüksələn xətlə inkişaf edən əməkdaşlığın nəticəsi idi ki, artıq 1994-cü ildə bu müqavilə qüvvəyə mindi. 1997-ci il iyulun 11-də ABŞ prezidenti Bill Klinton Rumıniyaya rəsmi səfəri etdi. Bu səfərin nəticəsi olaraq iki ölkə arasınnda  "İkitərəfli Strateji Tərəfdaşlığın" həyata keçirilməsinə dair sənəd imzalandı. İmzalanan bu sənədin əsas məqsədi  ikitərəfli münasibətlərin gücləndirilməsinə və genişləndiriliməsinə, Rumıniyanın Avro-Atlantik birliyə reinteqrasiyasının dəstəklənməsinə, Rumıniyanın  sabitlik və təhlükəsizlik məsələlərinin həllinə dair  yönəlmiş geniş əməkdaşlıq prosedurasını özündə əks etdirməkdən ibarət idi. Məhz bu sənəd çərçivəsində qurulan ikitərəfli strateji tərəfdaşlıq Rumıniyanın xarici siyasəti üçün çox böyük əhəmiyyət kəsb etməklə yanaşı, iqtisadiyyatı, hərbi və dövlət idarəçiliyini dəstəkləyən mexanizm rolunu oynamışdır. Rumıniya-ABŞ münasibətlərinin inkişafının növbəti mərhələsi kimi 11 sentyabr 2001-ci ildə ABŞ-da baş verən terror aktından sonrakı prosesləri nəzərdən keçirə bilərik. Rumıniyanın terrorizmlə mübarizədə ABŞ-a regionda ən böyük dəstəyi göstərməsi, Əfqanıstan və İraqda Birləşmiş Ştatların başçılıq etdiyi beynəlxalq koalisiyaya əhəmiyyətli töhfə verməsi münasibətləri daha da irəli aparan başlıca nüanslardan biri oldu. Bu dəstək  isə Rumıniyanın  2004-cü ildə möhkəm müttəfiq kimi NATO-ya qoşulması  ilə nəticələndi. 2005-ci ildə Rumıniya dövlət başçısı  Trayan Beseskunun ABŞ-a rəsmi səfəri zamanı ikitərəfli münasibətlərin inkişaf etdirilməsi əsas məqsəd kimi ön plana çəkildi. ABŞ hökümətinin Rumıniya ilə ikitərəfli münasibətləri inkişaf etdirməsinə bir sıra amillər, məsələn Ruminiyanın Qara dəniz hövzəsi regionunda yerləşməsi, həmçinin Cənubi Qafqaz, Orta Şərq və Körfəz regionuna yaxın olmasına görə də stratejik əhəmiyyət daşıması əsaslı təsir göstərən başlıca nüanslardan biridir. İkitərəfli münasibətlərin digər mühüm əlaməti kimi ABŞ-ın Rumıniyadakı hərbi qüvvələri ilə bağlı 2005-ci il dekabrın 6-da imzalanmış və 21 iyul 2006-cı ildə qüvvəyə minmiş sazişini nəzərdən keçirə bilərik. Bu sazişin nəticəsi olaraq  ABŞ 10 il ərzində  Rumıniya ərazisində hərbi baza açmaq imkanını əldə etdi. Bu sazişi ABŞ-ın Qara dənizə açılan qapısı kimi təsvir edə bilərik. Nəticə etibarı ilə,  ABŞ yenədə özünün çoxşaxəli xarici siyasət strategiyasına uyğun olaraq, Qara dəniz hövəzsi regionunda yerləşən ölkələrlə əlaqələrini inkişaf etdirməyi əsas hədəf kimi qarşısına qoymuşdu. 13 sentyabr 2011-ci il tarixində  Vaşinqtonda ən yüksək səviyyədə Rumıniya və Amerika Birləşmiş Ştatları arasında 21-ci əsr üçün "Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə" qəbul edilmişdir. Bu bəyannamənin əsasını isə  ABŞ-ın ballistik raketinin Rumıniya ərazisində yerləşdirilməsinə dair saziş təşkil edir. Həmçinin bəyannamədə əməkdaşlığın genişləndirilməsinin  əsas istiqamətləri kimi iki ölkə arasındakı siyasi-hərbi əlaqələrə, hüquq-mühafizə sahəsində əməkdaşlığa, ticarət və investisiya imkanlarına, enerji təhlükəsizliyinə dair məsələlərə diqqət yetirilmişdir. ABŞ ilə münasibətlərin inkişaf etdirilməsi Rumıniyanın xarici siyasətinin əsas tərkib hissəsini təşkil etməklə bərabər,  terrorizmə və mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə əməkdaşlıq etmək, stabilliyin və sabitliyin qorunması məqsədilə əlaqələrin və əməkdaşlığın inkişaf etdirilməsi Ruminiyanın milli təhlükəsizlik strategiyasının həyata keçirilməsində özünəməxsus rol oynamaqdadır. 20 avqust 2019-cu il tarixində Rumıniya prezidenti Klaus Yohannisin ABŞ-a səfəri nəticəsində mülki nüvə enerjisi əməkdaşlığı daxil olmaqla, enerji təhlükəsizliyi sahəsində əməkdaşlığla bağlı birgə bəyanat imzalandı. Həmçinin 2019-ci ilin statistiksında yer alan məlumatlara görə ABŞ-ı Rumıniyada beşinci ən böyük xarici investor kimi yer almışdır. Bu statistikaya əsasən  Rumıniyada ABŞ-ın əsas şirkətləri enerji, istehsal, informasiya texnologiyaları və telekommunikasiya, xidmət və istehlak məhsulları sektorlarında fəaliyyət göstərir. Rumıniyanın ABŞ-a ən çox ixrac etdiyi mallara maşınlar, avtomobil hissələri, polad və metal məmulatlar və gübrələr daxildir. 
 2020-ci ilin oktyabrın 8-də imzalanmış 2020-2030-cu illər üçün "Müdafiə Əməkdaşlığına dair Yol Xəritəsi" ikitərəfli münasibətlərin strateji istiqamətlərini müəyyənləşdirdi. 11 mart 2022-ci il tarixində isə ABŞ-ın vitse-prezidenti Kamala Harris Rumıniyaya səfər edib. Səfər zamanı regiondakı məsələlər, təhlükəsizliyə dair məsələlər də daxil olmaqla iki ölkə arasındakı uzunmüddətli əlaqələrin inkişafına dair müzakirələr həyata keçirilmişdir. Rusiya-Ukrayna müharibəsi çərçivəsində Rumıniya Ukraynaya tərəfdaş ölkə kimi çıxış etmişdir. ABŞ-ın Rumıniyadakı səfiri Ketlin Kavalecin sözlərinə əsasən Rumıniya Avropada Ukrayna taxılının dünya bazarlarına ixracının dəstəklənməsində oynadığı mühüm rola görə seçilir. Əslində, Ukraynanın ixrac etdiyi bütün taxılın yarıdan çoxu Rumıniyadan tranzitlə keçərək bütün dünya üzrə istehlakçılara yollanıb. Rumıniya müharibə başlayandan bəri təxminən 30 milyon ton Ukrayna taxılının Dunay və Konstansa limanı vasitəsilə daşınmasını asanlaşdırıb. Bütün bunlarla yanaşı səfir Ketlin Kavalec ABŞ-ın bu məsələdə Rumıniyanı dəstəkləməkdən məmnunluq hissi keçirdiyini bildirib. Bu proseslərin nəticəsi olaraq qeyd edə bilərik ki, ABŞ-Rumıniya münasibətləri gələcək illər ərzində də yüksələn xətlə davam edəcək.

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Milli Təhlükəsizlik və Siyasi Strategiya  magistrantı Cəlilov Ramil




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ