Bazar günü günü, 08 noyabr 2026
     

Prezident İlham Əliyev Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində iştirak edib - FOTO/YENİLƏNDİ

Image


Dekabrın 10-da Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev mərasimdə iştirak ediblər.

Əvvəlcə Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun texniki göstəricilərindən və layihənin əhəmiyyətindən bəhs edən videoçarx nümayiş etdirildi.

Mərasim iştirakçılarını salamlayan Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç dedi:

- Əziz Prezident Əliyev, hörmətli Prezident Radev, mən bu gün çıxış edə bilməyəcəyəm. Bizim ölkədə qəribə qanunlar qəbul olunub ki, sən öz ölkəndə nə isə etmisənsə, seçkilərdən bir ay öncə artıq bu layihələri tərifləyə və ölkəni daha da inkişaf etdirmək üçün danışa bilməzsən.

Sizə "Xoş gəlmisiniz" deyirəm və Serbiyada olduğunuz üçün sonsuz təşəkkürümü bildirirəm. Mən bizim enerji nazirimizdən xahiş edəcəyəm ki, o çıxış etsin. O, bizim partiyanın üzvü deyil və seçkilərdə, siyahılarda adı yoxdur. Bizim avropalı qonaqlar bu günlük bağışlasınlar. Mən bütün həmin qanunlara hörmət edəcəyəm. Narahat olmayın, həmin qanunlara baxmayaraq, biz qələbə qazanacağıq. Bu, böyük qələbə olacaq və bizim hamımızın birgə qələbəsi olacaq. Buna görə çox sağ olun.

X X X

Sonra layihə barədə məlumat verən Serbiyanın mədən və energetika naziri xanım Dubravka Djedoviç Handanoviç dedi:

-Bu layihə uzun illər bundan əvvəl planlaşdırılırdı. Onun həyata keçirilməsi çox uzun çəkdi və biz cəmi bir ildə işi tamamlamağa müvəffəq olduq. Biz qaz nəqli ilə bağlı Azərbaycandan olan dostlarımızla qısa zamanda razılığa gəldik. Əməkdaşlığa görə Azərbaycana, ilk növbədə, minnətdarlığımı bildirmək istəyirəm.

Mən, eyni zamanda, Prezident Əliyevə, Azərbaycandan olan həmkarlarımıza və bizimlə birgə gərgin çalışmış hər kəsə minnətdarlığımı bildirmək istərdim.

Mən qonşularımızla, eləcə də Azərbaycanla daha yaxşı əlaqələrin qurulması istiqamətində göstərdiyi səylərə görə Serbiya Prezidentinə minnətdarlığımı bildirirəm. Azərbaycan sərhəd baxımından bizim qonşumuz olmasa da, sözsüz ki, o, bizim qəlbimizdə xüsusi yeri olan dostumuzdur.

X X X

Dövlətimizin başçısı mərasimdə çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

- Hörmətli cənab Prezident Vuçiç, hörmətli cənab Prezident Radev, hörmətli xanım nazir, xanımlar və cənablar!

İlk növbədə, dəvətə və qonaqpərvərliyə görə dostum Aleksandara təşəkkürümü bildirmək istəyirəm. Yenidən gözəl ölkənizdə olmağımdan çox məmnunam. Bildirməliyəm ki, mən keçən il Serbiyaya rəsmi səfər etmişdim. Ondan bir ay sonra Prezident Vuçiç Azərbaycana səfər etmişdir. Bu gün yenə də sizin gözəl ölkənizdəyəm. Bu, bir daha onu göstərir ki, Serbiya-Azərbaycan əlaqələri sürətlə və dinamik şəkildə inkişaf edir. Biz strateji tərəfdaşıq, çünki strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanmışdır və sözdə, sənəddə və əməldə bu yüksək statusa sadiqliyimizi göstəririk.

Əfsuslar olsun ki, Prezident Vuçiçə bu gün rəsmi tədbirdə çıxış etmək üçün müəyyən məhdudiyyətlər tətbiq edilib, onun qeyd etdiyi kimi, qəbul edilmiş qanuna görə. Ancaq buna baxmayaraq, bizim söhbət etmək üçün imkanımız olacaq. Sadəcə olaraq, onu bildirmək istəyirəm ki, bizim Aleksandarla şəxsi dostluq münasibətlərimiz böyük dərəcədə Serbiya-Azərbaycan əlaqələrinin inkişafına xidmət etmişdir. O, ölkəsi üçün çox böyük işlər görür. Onun liderliyi ilə Serbiya uğurla inkişaf edir, müstəqil siyasət aparır. O siyasət ki, Serbiya xalqının və dövlətinin maraqlarına cavab verir. Biz də dostları kimi onun uğurlarına həmişə sevinirik və əməli addımlarla, konkret işlərlə ikitərəfli gündəliyimizi genişləndiririk.

Əminəm ki, bugünkü tədbir və açılışdan sonra interkonnektorun fəaliyyəti Serbiyanın sənaye inkişafına böyük töhfə verəcəkdir. Mən bilirəm ki, Prezident Vuçiçin ölkəsinin sənaye potensialının inkişafı ilə bağlı çox genişmiqyaslı planları var. O planların böyük hissəsi həyata keçirilib. Gələcək planların həyata keçirilməsi üçün əlbəttə, enerji resursları lazımdır və şaxələndirilmiş təchizat şəbəkəsi də təbii ki, qurulmalıdır.

Eyni sözləri dostum, Prezident Radev haqqında da deyə bilərəm. Bolqarıstanla da bizi strateji tərəfdaşlıq Sazişi bağlayır. Bu il mən Bolqarıstana və Prezident Radev Azərbaycana səfərlər etmişik. Bu da onu göstərir ki, münasibətlərimiz çox dinamikdir, dostluq və strateji tərəfdaşlıq üzərində qurulub.

Yəni deyə bilərəm ki, bugünkü mərasim dostluq mərasimidir, strateji tərəfdaşlıq mərasimidir. Əlbəttə ki, hər iki prezidenti bugünkü açılış münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Bu, Serbiya və Bolqarıstanın enerji təhlükəsizliyinə böyük töhfə verə biləcək layihədir. Eyni zamanda, Azərbaycan xalqını təbrik etmək istəyirəm. Çünki Azərbaycanın qaz ixracı coğrafiyası daha da genişlənir. Hazırda biz təbii qazımızı səkkiz ölkəyə ixrac edirik, Serbiya doqquzuncu ölkədir. Bu doqquz ölkənin yeddisi Avropa ölkəsidir və təbii ki, bugünkü mərasim - interkonnektorun fəaliyyətə başlaması Avropanın enerji təhlükəsizliyinə də önəmli töhfə verəcəkdir.

Bildirməliyəm ki, keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır və bu memorandum icra edilir. Bu memoranduma görə, Azərbaycan 2027-ci ilə qədər Avropaya göndərilən qazın həcmini iki dəfə artırmalıdır. Artıq rəqəmlər onu göstərir ki, biz inamla bu hədəfə doğru gedirik. 2021-ci ildə bizim Avropa məkanına qaz ixracımız 8 milyard kubmetrdən bir qədər çox olmuşdursa, bu il bu, təxminən 12 milyard kubmetrə çatacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir.

Bizim çox genişmiqyaslı başqa planlarımız var. Azərbaycanın bütövlükdə enerji strategiyası uğurla icra edilir. Bizim tərəfimizdən irəli sürülmüş və icra edilmiş layihələr Avropanın və Asiyanın - Avrasiyanın enerji xəritəsini böyük dərəcədə yenidən tərtib etmişdir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft kəmərləri bu gün Azərbaycan neftini Aralıq dənizinin və Qara dənizin bazarlarına çatdırır. Cənub Qaz Dəhlizi - uzunluğu 3500 kilometr olan nəhəng infrastruktur layihəsi Avropanın enerji təhlükəsizliyinə çox böyük töhfə verir. Təsadüfi deyil ki, Avropa Komissiyası, onun yüksəkvəzifəli şəxsləri Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı kimi dəyərləndirirlər. Onu da bildirməliyəm ki, - bu sözləri əminəm ki, dostum Rumen də təsdiq edə bilər, - bizim Bolqarıstana qaz təchizatımız iki il bundan əvvəl başlamışdır. 2021-ci ildə 270 milyon kubmetr qaz təchiz edilmişdir. Keçən il 500 milyon kubmetrdən bir qədər çox. Bu il isə bu rəqəm 1 milyard kubmetrə yaxın olacaqdır.

Azərbaycan, sözün əsl mənasında, etibarlı tərəfdaşdır, dostluq ənənələrinə həmişə sadiqdir və dostluğu yüksək qiymətləndirir. Məhz dostluq, qarşılıqlı anlaşma, strateji tərəfdaşlıq üzərində qurulmuş əlaqələr bir çox ölkələrin maraqlarını təmin edir və qaz sahəsində əməkdaşlıq, eyni zamanda, genişmiqyaslı regional əməkdaşlığa da güclü zəmin yaradır. Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi, Avropa məkanı və Azərbaycan, Avropa İttifaqı əlaqələri - bütün bu istiqamətlər müsbət məcrada inkişaf edir və bizim gələcək planlarımız da bu istiqamətlərə xidmət göstərəcəkdir.

Gələcək planlarımız, təbii ki, qaz təchizatının coğrafiyasını daha da genişləndirməkdir və gələcəkdə Avropa məkanında yeni yaradılacaq interkonnektorlar vasitəsilə yeni ölkələrin bazarlarına çıxmaqdır. Bizim əsas hədəfimiz bərpaolunan enerji növləri ilə bağlıdır və 10 qiqavat bərpaolunan enerji növlərinin yaradılması üzrə Azərbaycan tərəfindən investorlarla sazişlər və anlaşma memorandumları imzalanmışdır.

Bir neçə gün bundan əvvəl yenə də biz növbəti dostluq təzahürünün şahidi olmuşuq. Həm Serbiya, həm Bolqarıstan, həm Şərqi Avropa qrupuna daxil olan digər ölkələr Azərbaycanın namizədliyini dəstəkləyərək COP29 konfransının Azərbaycanda, Bakıda keçirilməsinə izn verdilər, öz dəstəyini göstərdilər. Bu, bir daha həm dostluğumuzun nümunəsidir, eyni zamanda, onu göstərir ki, baxmayaraq, Azərbaycanın zəngin neft və qaz resursları var, biz gələcəyimizi təmiz yaşıl enerjinin istehsalında və ixracında görürük. Əminəm ki, gün gələcək və buna oxşar mərasim yaşıl enerji layihələri ilə bağlı keçiriləcəkdir.

Bir daha əziz dostum Aleksandara dəvətə görə təşəkkürümü bildirmək istəyirəm və hamımıza uğurlar arzulayıram. Sağ olun.

x x x

Daha sonra Bolqarıstan Prezidenti çıxış etdi.

Prezident Rumen Radevin çıxışı

-Hörmətli Prezident Vuçiç, möhtərəm Prezident Əliyev, xanımlar və cənablar, nazirlər, zati-aliləri, əziz qonaqlar!

Serbiya, Azərbaycan və Bolqarıstan olaraq ölkələrimizin cari ili yola salarkən daha təhlükəsiz və daha yaxşı gələcək naminə öz davamlı işi və bu işə göstərdiyi diqqət ilə nümunəvi olduğunu bildirmək istəyirəm. Fevralın əvvəlində Prezident Vuçiçin Bolqarıstana səfəri zamanı Bolqarıstan-Serbiya interkonnektorunun yaradılmasına start verilib. Yalnız bir neçə ay sonra biz artıq Bolqarıstan və Serbiya arasında interkonnektorun açılış mərasimini keçiririk.

Aprel ayında Prezident Əliyev Sofiyaya səfərə gəlmiş və Solidarity Ring təşəbbüsünü irəli sürmüşdür.

Mən bu dəvətə görə Prezident Vuçiçə səmimi təşəkkürümü bildirirəm və fevral ayında Bolqarıstandakı açılışdan daha xoş əhvali-ruhiyyə ilə bizi qarşıladığına görə minnətdarlığımızı bildiririk.

Biz bu gün yalnız təbii qaz şəbəkələrini birləşdirmirik. Çünki Bolqarıstan–Serbiya interkonnektoru yalnız infrastruktur layihəsi deyil. O, bizim ölkələrimizin artan texnoloji imkanlarının, həmçinin Serbiya-Bolqarıstan, Bolqarıstan-Serbiya-Azərbaycan arasındakı uğurlu və faydalı əməkdaşlığın rəmzidir. Əməkdaşlıq bizim regionda davamlı, dayanıqlı iqtisadi inkişafa və tərəqqiyə gətirir. O, bizim Avropanın gələcəyi üçün quruculuq işləri görmək istəyimizin bir ifadəsidir. O, Avropa İttifaqının təhlükəsiz və etibarlı enerji mənbələri üçün iddialı baxışdır. Mən qəti əminəm ki, interkonnektor sərhəd regionlarda, həmin boruların keçdiyi yerlərdə investisiya maraqlarının artmasına töhfə verəcək.

Mən Prezident Vuçiçi təbrik etmək istəyirəm. Çünki təvazökar olduğu üçün o, özünü tərifləmir. Lakin həm mən, həm də Prezident Əliyev Serbiyaya hər səfərimiz zamanı burada infrastrukturun mühüm inkişafının şahidi oluruq. Mən burada çəkilən zəhməti, Serbiyanın Avropanın modern inkişafına nümunə olduğunu görürəm və bu, məni çox sevindirir. Bolqarıstanın Prezidenti kimi mən sərhəd regionlarda, bolqar milli azlığının yerləşdiyi ərazilərdə infrastrukturun və yol şəbəkələrinin inkişaf etdirilməsinə olan diqqəti görürəm. Mən, həmçinin daha öncə presedenti olmayan bir hadisədən bəhs etmək istəyirəm. Prezident Vuçiç və mən iki dəfə Mitroqradda milli azlıqlarımızla görüşmüş və problemləri birgə müzakirə etmişik. Biz birgə həyat şəraitini yaxşılaşdırmaq üçün layihələr müəyyənləşdirib imkanları müzakirə etmişik. Serbiyada bütün infrastrukturun yaxşılaşdırılması və modernləşdirilməsi Bolqarıstana da birbaşa təsir edir. Çünki biz Avropaya Serbiya vasitəsilə çıxa bilirik.

Bu gün biz Avropanın enerji xəritəsini dəyişirik. Çünki interkonnektor yalnız bizim ölkələr üçün deyil, bütün region üçün şaxələndirməyə və təhlükəsizliyə zəmanət verir. Təsadüfi deyil ki, bu layihə Avropa Komissiyası tərəfindən qarşılıqlı maraq doğuran layihə kimi dəyərləndirilib.

Ukraynadakı müharibə bizim yaxşı qonşuluq və qarşılıqlı kömək, həmrəylik anlayışlarımızı yenidən gözdən keçirməyə səbəb oldu. Biz logistika və enerji sahələrində yalnız yeni resurslar, yeni yollar, yeni səmərəli həll vasitələri tapmalı deyil, həmçinin daha intensiv, daha güclü beynəlxalq xəritə yaratmalıyıq. Həmin coğrafi mövqeyin əhəmiyyətinin dərk edilməsi, fəal enerji siyasəti təkcə həmin ölkələrə deyil, həm də bütün qonşulara, regiondan da daha uzaq məsafədə yerləşən ölkələrə fayda verəcək.

İcazə verin, prezidentlər Vuçiç və Əliyevə bir daha təşəkkürümü bildirim. Onlar oktyabrın 1-də Yunanıstan və Bolqarıstan arasındakı interkonnektorun açılış mərasimində iştirak etmək üçün Sofiyaya gəlmişdilər. Həmin interkonnektor sayəsində Bolqarıstan nəhayət ki, Azərbaycan qazını qəbul edə bildi. Bizim on il öncə anlaşmamız var idi. O vaxt biz nə Avropadan, nə də ki, Azərbaycandan fiziki qaz qəbul edə bilmirdik. Mən Prezident Əliyevə təşəkkürümü bildirmək istəyirəm. O sübut etdi ki, Bakı bütün anlaşma və razılıqlara ciddi yanaşır. Baxmayaraq ki, on il öncə mühüm dəyişikliklər olmuşdu. Mən avropalı həmkarlarla görüşlərimdə hər dəfə bildirirəm ki, Azərbaycan etibarlı tərəfdaşdır. Mən inanıram ki, biz elə bu cür də çalışmağa davam edəcəyik.

Bu il Bolqarıstan anlaşmanı yekunlaşdırdı və həm Elengi terminallarına, həm Yunanıstana, həm də Türkiyəyə çıxış əldə etdi. Bizim, həmçinin onların şəbəkələri vasitəsilə tranzit əməliyyatları keçirmək üçün anlaşmalarımız var. Mart ayında biz Aleksandropolisdəki enerji terminalının açılışını etdik. Bolqarıstan həmin layihədə 20 faiz səhmə sahibdir. Biz aprel ayında strateji əhəmiyyətli, Avropa üçün önəmli olan Solidarity Ring layihəsinin açılışını etdik. Bununla da biz Azərbaycandan Mərkəzi və Şərqi Avropaya qazın ən sürətli və ucuz nəqlinə nail olmaq üçün şəbəkələrimizi birləşdirmə imkanı qazanırıq. Bizim sahibi olduğumuz bu fəal siyasət sayəsində bu gün Serbiyada interkonnektorun açılış mərasimini edirik. Yalnız Serbiya deyil, həmçinin regionun digər ölkələri də Azərbaycandan gələn qaza, həmçinin yeddi terminala, Aralıq dənizindəki Elengi terminalına və təbii ki, Solidarity Ring təşəbbüsünə, Bolqarıstandakı Çidan adlı saxlama yerinə çıxış əldə edib. Biz hazırda Bolqarıstandakı infrastrukturu genişləndiririk və bunun sayəsində Qərbi Avropa qaz ehtiyatlarına da çıxış əldə edəcəyik.

Biz bu gün sübut edirik ki, yalnız birgə səylər nəticəsində, ortaq istəyə əsasən iqtisadi inkişaf əldə edə, daha yaxşı, daha təhlükəsiz gələcəyə nail ola bilərik. Digər önəmli məsələ isə odur ki, biz infrastrukturun inkişafı nəticəsində daha böyük nailiyyətlər əldə edəcəyik. Əvvəlcə bildirdiyim kimi, bu səhər Vuçiçlə keçirilən görüşümüzdə birgə anlaşmalar nəticəsində öz ehtiyacımızı ödəmək üçün qaz təminatını yaxşılaşdıracağıq. Biz bununla da ən yaxşı şərait əldə etmiş olacağıq, həmçinin öz vətəndaşlarımıza ən yaxşı qiymətlər təqdim edib, üçüncü dövlətlərə birgə qaz satacağıq. Burada geniş fürsətlər var və biz yaxşı siyasət, yaxşı səylər nəticəsində mühüm nəticələr əldə edəcəyik.

Mən Avropa Komissiyasına maliyyə dəstəyi göstərdiyinə və həmçinin bütün Avropa üçün mühüm olan bu layihəni təşviq etdiyinə görə minnətdaram. Təbii ki, biz bu uğura görə bütün institutlara və tikinti işçilərinə minnətdarıq. Onlar sübut etdilər ki, bu iki ölkə texnoloji bacarığa malikdir və ən yüksək texnologiyalı yeni nəsil boru xəttini inşa edə bilir. Bundan sonra çalışacaq bütün komandalara təşəkkür edirəm, onlara uğurlar arzulayır, hər kəsə faydalı iş diləyirəm. Çox sağ olun.

X X X

Layihənin əhəmiyyətindən danışan Avropa İttifaqının Serbiyadakı daimi nümayəndəliyinin rəhbəri Emmanuel Jofre enerji təhlükəsizliyinin və enerji dayanıqlılığının gücləndirilməsində mühüm bir mərhələnin qeyd olunduğunu vurğulayaraq dedi:

-Avropa İttifaqı bu layihəyə demək olar ki, 50 milyon avroluq qrant, Avropa İnvestisiya Bankı isə 25 milyon avro məbləğində imtiyazlı kredit ayırıb. Bundan əlavə, biz Bolqarıstan ərazisində interkonnektorun tikintisinə 20 milyon avro ayırmışıq. Bu mühüm mərhələ Serbiya vətəndaşlarının həyat şəraitini yaxşılaşdırmaq məqsədilə Avropa İttifaqının enerji sektorunda bu ölkəyə verdiyi ümumi dəstəyin bir hissəsidir.

Biz Bolqarıstanı Serbiya ilə, Serbiyanı Avropa İttifaqı ilə birləşdiririk. Bu baxımdan bu infrastruktur Serbiya və Avropa İttifaqı üçün strateji əhəmiyyət kəsb edir. Biz həm də ümumi enerji balansında qazın payının artırılmasının mümkünlüyünü qeyd edirik ki, bu da Avropa İttifaqının "yaşıl sazişi"nə uyğun olaraq iqtisadiyyatımızın karbonsuzlaşdırılması istiqamətində bir addım olaraq, kömür kimi daha çox çirkləndirən enerji mənbələrindən təbii qaz kimi daha az çirkləndirən enerji mənbələrinə keçidə şərait yaradır.

X X X

Sonda prezidentlər İlham Əliyev, Aleksandar Vuçiç, Rumen Radev və Aİ-nin daimi nümayəndəliyinin rəhbəri Emmanuel Jofre Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunu işə saldılar.




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ