Bazar ertəsi günü, 26 oktyabr 2026
     

“33 il öncə bir gecədə məhv edilən Xocalı bu gün həyatının quruculuq mərhələsini yaşayır” - Vüqar Rəhimzadə

Image


XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımından 33 il keçir. Bu faciə erməni vəhşiliyinin, qəddarlığının ən bariz göstəricisidir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Rusiyanın 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalıya hücum edildi.

O məşum gecədə şəhər yerlə-yeksan edildi. Qarşı şaxtalı qış gecəsində Xocalı şəhərini tərk edən əhali pusquya salındı və Naxçıvanlı, Pircamal kəndləri yaxınlığında erməni terrorçuları tərəfindən ya qətlə yetirildi, ya da əsir və girov götürüldü. Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq və 70 ahıl insan olmaqla 613 nəfər ən vəhşi üsullarla qətlə yetirildi, 1275 sakin girov götürüldü, 8 ailə tamamilə məhv edildi. 150 nəfərin taleyi isə bu günədək naməlum olaraq qalır.

Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız Holokost soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı qırğınla müqayisə oluna bilər. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütövlükdə insanlığa qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Bu fakt da xüsusi vurğulanmalıdır ki, Xocalı 1991-ci ilin oktyabrından blokadada olub. Bütün çətinliklərə baxmayaraq orada yaşayan əhali bir an belə şəhəri tərk etməyi düşünmədi. Bu, xalqımızın yenilməzliyinin, məğrurluğunun, Vətən, torpaq sevgisinin, yurduna sahib çıxmasının göstəricisidir. İllər keçdikdə bu soyqırımının mahiyyəti daha dərindən dərk olunur, təhlil edilir, indiki və gələcək nəsillərə çatdırılır. Başımıza gətirilən faciələri, soyqırımı aktlarını unutmamalı, onların beynəlxalq ictimaiyyətə çatdırılması üçün hər birimiz mövcud imkanlardan maksimum istifadə etməliyik.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Millət vəkili qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra tariximizin hər bir səhifəsinin öyrənilməsinə, onun saxtalaşdırılmasına yol verilməməsinə, həqiqətlərimizin, faciələrimizin əsaslı şəkildə beynəlxalq ictimaiyyətə çatdırılmasına edilən çağırışlar zaman-zaman reallıqda öz əksini tapdı, dünya gücləri Ermənistanın əsl simasını gördü. Dünya güclərinin ikili standartlara əsaslanan siyasəti həqiqətlərin etirafına böyük maneəçilik törətməsinə baxmayaraq, Azərbaycan dövləti və xalqı ruhdan düşmədi əksinə baş verən faciənin beynəlxalq aləmə çatdırılması istiqamətində səylərini daha da gücləndirdi. Bu fakt inkaredilməzdir ki, ermənilər havadarlarının köməyi ilə zaman-zaman türklərə və azərbaycanlılara qarşı deportasiya, soyqırımı siyasəti həyata keçiriblər. Lakin əsassız təbliğatları, saxta tarix yazmaları ilə özlərini dünya ictimaiyyətinə “yazıq, məzlum, əzilən” millət kimi təqdim etməyə çalışıblar və müəyyən dövrlərdə bu yalanlarını həqiqət kimi sırımağa müvəffəq olublar. Düşmənin bütün cəhdlərinə baxmayaraq, Ümummilli Lider Heydər Əliyevin uğurlu və düşünülmüş siyasəti nəticəsində bütün yalanlar ifşa olundu, sübut edildi ki, soyqırımına məruz qalan ermənilər deyil, azərbaycanlılardır.

Vüqar Rəhimzadə vurğulayıb ki, Xocalı soyqırımını bütün bəşəriyyətə qarşı tarixi cinayət kimi dəyərləndirən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis "Xocalı soyqırımı günü haqqında” qərar qəbul etdi. Ümummilli Liderin 25 fevral 1997-ci il tarixli Fərmanı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədilə hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edildi. Hazırda Azərbaycan diplomatiyasının əsas hədəflərindən biri Xocalı soyqırımını dünyaya daha da geniş şəkildə tanıtmaqdır. Atılan addımların uğurlu nəticəsidir ki, Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları tərəfindən Xocalı soyqırımı ilə bağlı müvafiq parlament qətnamələri qəbul edildi. Xocalı soyqırımı ABŞ-ın 20-dən çox ştatının qanunvericilik qurumları səviyyəsində tanınıb. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Xocalı soyqırımını törədənlərin ifşa olunmasını və bununla bağlı beynəlxalq ictimaiyyətin geniş məlumatlandırılmasını Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirir. Eləcə də Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, bu soyqırımına obyektiv qiymət verilməsi məqsədilə davamlı addımlar atılır. Dövlət başçısı İlham Əliyevin 25 fevral 2025-ci il tarixli “Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında” Sərəncamı da Azərbaycan xalqına qarşı törədilmiş soyqırımın beynəlxalq səviyyədə tanıdılması və Xocalı faciəsi qurbanlarının əziz xatirəsinin əbədiləşdirilməsi məqsədini daşıyır. Eyni zamanda, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərir. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə təbliğat işini daha da gücləndirir. Faciə ilə əlaqədar dəhşətli faktlar bu kampaniya çərçivəsində beynəlxalq ictimaiyyətə çatdırılır.

Milli Məclisin deputatı qeyd edib ki, rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Xocalı şəhidlərinin, ümumilikdə bütün şəhidlərimizin qanı yerdə qalmadı. 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələri 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıqlar yaratdı. Döyüş meydanında Azərbaycan əsgərinin qarşısında aciz qalan düşmən hərbi əməliyyatların getdiyi ərazilərdən uzaqda yerləşən yaşayış məntəqələrimizi raket atəşinə tutdu. Nəticədə aralarında uşaqların, qadınların da olduğu dinc sakinlər həlak oldu. Gəncəyə, Bərdəyə, Tərtərə, Naftalana və digər yaşayış məntəqələrimizə atılan raketlər erməni faşizminin nə qədər təhlükəli olduğunu bir daha göstərdi. 2023-cü ilin sentyabrında Silahlı Qüvvələrimizin həyata keçirdiyi bir günlük lokal antiterror tədbirləri nəticəsində bütün ərazilərimizdə suverenliyimiz tam bərpa olundu. İşğaldan azad olan torpaqlarımızda bu gün hər addımda erməni faşizminin, vandallığının izlərini görürük. Ermənilər işğal etdikləri ərazilərdə bütün yaşayış məntəqələrimizi, tarixi, dini, mədəni abidələrimizi məhv etməklə azərbaycanlıların heç vaxt bu torpaqlara qayıtmayacağını düşünürdülər. Lakin onların bu arzuları da puç oldu. Azərbaycan öz gücü ilə tarixi ədaləti bərpa etdi, işğala son qoyuldu, müharibədən dərhal sonra azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinə başlandı. Artıq bu torpaqlarda həyat yenidən canlanır. 33 il bundan öncə bir gecədə məhv edilən Xocalı şəhəri bu gün həyatının quruculuq mərhələsini yaşayır. Suverenliyimizin tam bərpasından keçən çox qısa müddətdə Xocalı şəhəri ilk sakinlərini qarşıladı. Ötən ilin 28 may tarixində dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı şəhərinə köçən sakinlərlə görüşdülər və onlara yeni mənzillərin açarlarını təqdim etdilər.

Vüqar Rəhimzadə bildirib ki, hazırda azad Qarabağımız və Şərqi Zəngəzurumuz dirçəlir. Soydaşlarımız mərhələ-mərhələ doğma yurd-yuvalarına qayıdır. Fevralın 19-da Prezident İlham Əliyev Xocalı rayonunun Ballıca kəndinə köçən bir qrup sakinlə görüşdü. Həmin görüşdə bir daha bu reallıq diqqətə çatdırıldı ki, bu torpaqları görməyən uşaqlar, gənclər böyük həvəslə qayıdır, işləyir, qurub-yaradırlar. Bu, Azərbaycan xalqının yüksək mənəvi keyfiyyətlərə malik olduğunu nümayiş etdirir.

Millət vəkili qeyd olunanların fonunda bir daha dövlət başçısı İlham Əliyevin “Müharibə başa çatıb. Bəli, biz deyirik ki, sülh olmalıdır. Ancaq heç vaxt erməni vəhşiliyini, erməni faşizmini unutmamalıyıq. Xocalı qurbanlarını unutmamalıyıq. Gəncə qurbanlarını, digər şəhərlərimizin qurbanlarını heç vaxt unutmamalıyıq və unutmayacağıq. Onların müqəddəs ruhu qarşısında baş əyərək bir daha deyirik ki, onların qanı yerdə qalmadı. Onların yaxınları üçün bəlkə də bu, təsəlli ola bilər. Eyni zamanda, deyirik ki, biz müzəffər xalqıq, biz qalib dövlətik. Erməni faşizmini məğlub etdik. Elə etməliyik ki, erməni faşizmi bundan sonra heç vaxt baş qaldırmasın” çağırışını xatırladıb.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı... 114 vəzifəli həbs olundu...

26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...

26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri

26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı - əsaslandırılmış sənəd gətir…

26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - FOTO

26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…

26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı - təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…

26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO

26.10.2026 / 12:04
Oğlu həbs edilən Arzuxan Əlizadə partiya sədrliyindən gedir?... AMİP iddialara cavab verdi

26.10.2026 / 11:54
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək? - AÇIQLANDI...

26.10.2026 / 11:36
Vuçiç məğlubiyyətə görə, ABŞ-ın "dərin dövləti"ni və Aİ-ni günahlandırdı, Moskvaya da mesaj göndərdi – onlar yalan danışırlar…

26.10.2026 / 11:25
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik etdi

26.10.2026 / 11:22
Elm və Təhsil Nazirliyi İran nazirinin ağzından vurdu - öz ölkənizin problemləri ilə məşğul olun...

26.10.2026 / 10:50
Orbanı BMT-nin Baş katibi olan bilər...

26.10.2026 / 10:25
Mətbuat Şurası jurnalistlərin etik qaydalarına süni intellektlə bağlı əlavələr edib

26.10.2026 / 10:09
Tramp Nobel mükafatı qərarına görə Norveçi "tualet ölkəsi" adlandırdı...

26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…

26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi - VİDEO

26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi

26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə... Kimlərə nə qədər ödənilir?

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ