Tarixi-mənəvi irsə faşist zehniyyəti (kitabları yandırmaq, alimləri qanundan kənar elan etmək və sair) ilə baxanlar Mustafa Kamal Atatürkə uzatdıqları çirkli əllərini indi də daha dərin qatlarda olmayan zir-zibilin axtarışına yönəldiblər...
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
İddia edilir ki, Atatürk sonuncu Osmanlı sultanı və 1922-ci ildə Maltaya mühacirət etmiş Sultan Mehmet Vəhdəddinin qızı Səbiha xanıma müəyyən həssas hisslər bəsləyib və guya Səbihanın başqa bir şəxsi sevməsi üzündən Atatürkün hissləri cavabsız qalıb… Ayıbdır, min dəfə ayıbdır…
Vicdan və namus kimi dəyərlərdən utanmağı bacarmayanlar heç olmasa tarixin həqiqi faktlarından qorxsunlar...
Həqiqəti bilənlər az deyil...
Tahir TAĞIYEV