Ukrayna prezidenti Vladimir Zelenski ölkəsində sülhün təmin edilməsi üçün lazım gələrsə, vəzifəsindən istefa verə biləcəyini deyib. Zelenski bəyan edib ki, ölkəsi NATO-ya daxil olarsa, istefa verəcək.
O, ABŞ-a hər hansı böyük borclarının olması ilə bağlı iddiaları da rədd edib. ABŞ prezidenti Trampın Ukraynanın ABŞ-a külli miqdarda borcu olduğuna dair açıqlamalarına cavab verən Zelenski dyib: "Biz heç bir ölkəyə borclu deyilik, xüsusən də Trampın iddia etdiyi qədər. Ukrayna beynəlxalq yardımları öz xalqının təhlükəsizliyi və suverenliyi üçün alıb və bu dəstək qeyd-şərtsiz həmrəyliyin nəticəsidir".
Zelenski bildirib ki, Ukrayna ABŞ-dan 350 milyard dollar yox, 100 milyard dollar yardım alıb.
"Mən (ABŞ-ın keçmiş prezidenti Co) Baydenin bunun (ABŞ yardımının) qrant olması fikri ilə razıyam. Qrant borc deyil. Biz tərəfdaşlarımıza böyük hörmət edirik, lakin 500 milyard dollarlıq borcu qəbul etmirik", - deyə Zelenski bildirib.
TAHİR