ABŞ Ukraynadan istədiyi təbii sərvətlərlə bağlı müqavilənin şərtlərini sərtləşdirərək, ölkənin bütün gəlirlərinin ABŞ-ın nəzarətində olan fonda ötürülməsini tələb edən yeni təklif irəli sürüb.
“The New York Times” və Ukraynanın “NV” qəzeti yazır ki, fevralın 21-də Kiyevə göndərilmiş sazişin yenidən işlənmiş mətnində Ukraynanın təbii ehtiyatlardan, neft və qaz gəlirlərindən əldə etdiyi gəlirin yarısını ABŞ-a köçürməsi nəzərdə tutulur. Yeni layihədə bu gəlirlərin hamısının bütövlükdə ABŞ-a məxsus olan fonda ötürülməsi, Ukraynanın bu ödəməni 500 milyard dollara çatana qədər davam etdirməsi nəzərdə tutulur.
“NV”ə görə, Ukrayna mədən gəlirlərinin üçdə ikisini, ABŞ isə əvvəlki hərbi yardımları fonda töhfə kimi hesablayacaq.
Qeyd edilir ki, Kiyev administrasiyası isə fondun həcminə yenidən baxılmasını və resursların Ukrayna daxilində investisiyalar üçün istifadə olunmasının zəmanət altına alınmasını tələb edir.
TAHİR