Bazar ertəsi günü, 26 oktyabr 2026
     

Tramp Zelenskidən Hanter Baydenə görə qisas alır...

Image


ABŞ prezidenti Donald Tramp son günlərdə Ukrayna lideri Volodimir Zelenskiyə qarşı tənqidlərini gücləndirərək onu seçkisiz diktator adlandırıb və davam edən Rusiya işğalına görə Ukraynanın məsuliyyət daşıdığını iddia edib.

Sərt xətt tutan mühafizəkar respublikaçı senatorlar prezidentin bu açıqlamalarının, Kiyevə dəstəyi dayandırmaq siqnalının Rusiya prezidenti Vladimir Putini cəsarətləndirəcəyindən narahatlıq ifadə edirlər. Trampın Zelenskiyə qarşı mənfi fikirləri Ukraynanı Rusiya təcavüzünün qurbanı kimi görən Senatdakı bir çox respublikaçıların mövqeyi ilə açıq ziddiyyət təşkil edir. Amma bütün bunlar Trampın mövqeyini dəyişdirmir.

Ekspertlər hesab edir ki, məsələnin kökü əslində bir neçə il əvvələ dayanır. O səbəbdən burada tarixə ekskursiya etməyə ehtiyac yaranır. Hələ 2014-cü ildə ABŞ-ın o zaman vitse-prezidenti olan Co Bayden Ukraynada Rusiya təcavüzünün qarşısını almağa və korrupsiyanın kökünü kəsməyə çalışan zəif demokratik hökuməti dəstəkləmək üçün Amerikanın diplomatik səylərinin önündə idi. Buna görə də Baydenin oğlu Hanterin Ukraynanın qaz şirkəti tərəfindən işə götürülməsi təəccuüblə qarşılanmışdı. O zaman keçmiş prezident Barak Obamanın hakimiyyəti altında Ağ Ev Hanter Baydenin özəl şəxs olduğu üçün burada maraqların toqquşmasına yol verilmədiyini bəyan etmişdi. Lakin Donald Tramp birinici prezidentliyi dövründə Ukrayna prezidentini Co Baydenlə əlaqədar hər hansı korrupsiya halını araşdırmağa kömək etməyə çağırış etdi. Trampın şəxsi vəkili Rudi Culiani də Ukrayna rəsmilərini Baydenlərlə bağlı təhqiqat aparmağa çağırdı. Amma istənilən nəticə olmdı. Qeyd edək ki, Hanter Bayden 2014-cü ildə “Burisma” holdinqin idarə heyətinin üzvü elan edilib. Şirkətin təsisçisi 2014-cü ildə kütləvi nümayişlər nəticəsində hakimiyyətdən devrilmiş Rusiya tərəfdarı prezident Viktor Yanukoviçin siyasi müttəfiqi olub.

Yanukoviçin hakimiyyətdən devrilməsi Obama administrasiyasını tez zamanda Ukraynanın yeni hökuməti ilə əlaqələri möhkəmlətməyə vadar etdi. Co Bayden bu səylərdə aparıcı rol oynayaraq, Ukraynaya səfər edib və ölkənin Qərbə dost münasibət bəsləyən prezidenti ilə tez-tez danışıqlar aparıb. Amma bu fonda onun oğlu Hanterin Ukraynada iş adamı kimi rolu korrupsiya əleyhdarı fəallar arasında “Burisma” şirkətinin Obama administrasiyasına nüfuz göstərmək istədiyi ilə bağlı narahatlıqlara yol açmışdı. Həmin vaxt şirkət Yanukoviçin hakimiyyətdən devrilməsindən sonra Rusiya tərəfindən işğal edilmiş Krım yarımadasında təbii qaz hasilatı ilə bağlı əməliyyatlar aparırdı. Hanter Bayden 2019-cu ilə qədər enerji məsələlərinə dair konfranslarda “Burisma” holdinqin maraqlarını təmsil edərək, şirkətin idarə heyətinin üzvü olaraq qalıb. O vaxt Co Bayden bildirirdi ki, o, oğlu ilə xarici ölkələrdə biznes məsələlərini müzakirə etmir. Bununla belə, məsələ Tramp və onun müttəfiqlərinin diqqət mərkəzində idi. Onlar Baydenin 2016-cı ilin mart ayında “Burisma” şirkətinin sahibi ilə bağlı təhqiqat aparan prokuror Viktor Şokinin vəzifədən çıxarılması üçün Ukrayna hökumətinə təzyiq göstərməsini xüsusi qeyd edirdi. Bayden həmin vaxt ABŞ hokumətinin rəsmi mövqeyini təmsil edirdi. Bu mövqe digər Qərb hökumətləri və Ukraynada Şokini korrupsiya məsələlərində zəif mövqe göstərməkdə ittiham edən bir çoxları tərəfindən dəstəklənirdi.

Korrupsiya Ukraynada yayılmağa davam edirdi. Həmin dönəmdə ölkənin yeni prezidenti Volodimir Zelenski siyasi təcrübəsi olmasa da, hakimiyyətə korrupsiya əməllərinə son qoymaq vədləri ilə gəldi. Elə o vaxt Rudi Culiani “Burisma” holdinq və Hanter Baydenin şirkətdə rolu ilə əlaqədar hökumət tərəfindən təhqiqatın aparılmasına təzyiq göstərmək məqsədilə Zelenski və onun müşavirlərinə müraciət etməyə başladı. Lakin Zelenski bunlara məhəl qoymadı, Tramı bu fonda çətin duruma saldı. İndi Tramp bütün bunlara görə də Zelenskidən qisas alır. Onu da xatırladaq ki, Donald Tramp andiçmə mərasimindən dərhal sonra Baydenin rəhbərlik etdiyi administrasiyada auditin keçirilməsi barədə göstəriş verdi və müəyyən olundu ki, ukraynalı əsgərlərin reabilitasiyası proqramına ayrılan 144 milyon dollar mənimsənilib. ABŞ auditorları onu da müəyyən ediblər ki, həmin proqrama ayrılan əlavə 18 milyon dollar da ünvana çatmayıb. Proqram yalnız kağız üzərində olub və reallıqda həyata keçirilməyib.Ötən ilin oktyabr ayında ABŞ-da populyar olan “Fox News” kanalı Bayden ailəsinin korrupsiyaya qurşanması haqqında geniş reportaj hazırlamışdı. Reportajda deyilirdi ki, Bayden administrasiyası Federal Təhqiqatlar Bürosuna prezidentin oğlu Hanter Baydenin korrupsiyasını araşdırmağa imkan vermir. Qeyd olunurdu ki, Ukraynaya yardım adı altında Hanter Bayden milyonlarla dolları mənimsəyir. “The New York Times” qəzetində çıxan müvafiq məqalədən sonra Baydenin oğlu barəsində Vaşinqtonda cinayət işi başladı. Məqalədə qeyd olunurdu ki, atasının vəzifəsindən istifadə edən Hanter Ukraynanın “Burisma” qaz hasilatı ilə məşğul olan şirkətdən ildə 1 milyon dollar vəsait alıb. Nəzərə çatdırılırdı ki, Hanterə ümumilikdə 10 milyon dollar pul verilib. ABŞ-ın Ukraynaya silah verməsi müqabilində də Hanterə “otkat” olaraq 15-17 milyon dollar verilib. Qəzetə müsahibə verən Pentaqonun keçmiş müşaviri Devid Payn prezidentinin oğlunun Ukraynada korrupsiyaya qurşanmasına münasibət bildirərək bildirib ki, “Ağ Evin Ukraynaya külli miqdarda silah sursat verməsinin səbəbi bəlli oldu”. Keçmiş müşavir prezidentin də oğlu ilə birlikdə bu korrupsiya əməliyyatında iştirakını istisna etməyib. ABŞ prezidentinin ailəsinin korrupsiya əməlləri törətməsi barədə mətbuatda çoxsaylı yazılar və faktlar dərc olunduqdan sonra ABŞ-ın Delaver ştatının federal məhkəməsi cinayət işi qaldıraraq araşdırmaya başladı. Hanter tez-tez məhkəməyə çağırılır və ondan ifadələr alınırdı. Araşdırmadan sonra məhkəmə Hanter Baydedin günahkar olduğunu bəyan etdi və 12 gündən sonra onun barəsində qətnamə qəbul ediləcəyini bildirdi. Cənubi Texasda fəaliyyət göstərən hüquq kollecinin professoru Dryu Stivenson bildirdi ki, Hanterə qarşı olduqca ağır ittihamlar irəli sürülüb və andlılar məhkəməsi onun günahkar olduğunu təsdiq edib və buna görə də Hanterə ən az 25 il azadlıqdan məhrumetmə cəzası kəsilməlidir. Lakin məsələ heç də hüquq professorunun dediyi kimi deyil, tamamilə başqa istiqamətdə cərəyan etdi. Məhkəmə prosesi zamanı oğlunun cinayəti sübut edilərsə məsələyə qarışmayacağını və məhkəmənin qərarına hörmətlə yanaşacağını bəyan edən prezident Bayden 2024-cü ilin dekabrında prezidentlik müddətinin başa çatmasına az qalmış hüququndan istifadə edərək oğlunu əfv etdi və Hanter Baydenə qarşı açılan cinayət işi ləğv olundu..

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi... İnanaq?

26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...

26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı... 114 vəzifəli həbs olundu...

26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...

26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri

26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı - əsaslandırılmış sənəd gətir…

26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - FOTO

26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…

26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı - təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…

26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO

26.10.2026 / 12:04
Oğlu həbs edilən Arzuxan Əlizadə partiya sədrliyindən gedir?... AMİP iddialara cavab verdi

26.10.2026 / 11:54
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək? - AÇIQLANDI...

26.10.2026 / 11:36
Vuçiç məğlubiyyətə görə, ABŞ-ın "dərin dövləti"ni və Aİ-ni günahlandırdı, Moskvaya da mesaj göndərdi – onlar yalan danışırlar…

26.10.2026 / 11:25
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik etdi

26.10.2026 / 11:22
Elm və Təhsil Nazirliyi İran nazirinin ağzından vurdu - öz ölkənizin problemləri ilə məşğul olun...

26.10.2026 / 10:50
Orbanı BMT-nin Baş katibi olan bilər...

26.10.2026 / 10:25
Mətbuat Şurası jurnalistlərin etik qaydalarına süni intellektlə bağlı əlavələr edib

26.10.2026 / 10:09
Tramp Nobel mükafatı qərarına görə Norveçi "tualet ölkəsi" adlandırdı...

26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…

26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi - VİDEO

26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi

26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə... Kimlərə nə qədər ödənilir?

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ