Bazar ertəsi günü, 26 oktyabr 2026
     

Senatorlar Trampa səsləndilər - Putindən əl çək, Zelenskini rahat burax... Parçalanma başladı...

Image


ABŞ prezidenti Donald Tramp Rusiyaya doğru kəskin dönüş edərək, Amerikanın xarici siyasətində mühüm yeniliklər etməkdədir. Amma bu hal artıq Trampın Konqresdəki öz partiyasından olan tərəfdarlarının da narazılığı ilə qarşılanmaqdadır.

Məsələ burasındadır ki, Konqresdəki Respublikaçıların bir çoxu karyeralarında Moskvaya qarşı sərt mövqe nümayiş etdirmək və Rusiyanın təhdidləri ilə üzləşən Avropadakı müttəfiqləri dəstəkləmək üçün ən sərt mövqe sərgiləyiblər Amma Trampın indiki siyasəti onlar üçün də qeyri-adi,bəzən də açıq narazılığa səbəb olan vəziyyət yaradıb.

ABŞ mediası yazır ki, narazlı qalan Respublikaçı Konqres üzvlərinin etirazları bəzi hallarda Ağ Evdə susdurulur. Buna rəğmən, “Nyu-York Tayms” qəzeti yazır ki, Trampın Rusiya prezidenti Vladimir Putinə yaxınlaşmaq və ya Rusiyanın Ukraynayaya hücumu ilə başlayan müharibəni tez bir zamanda sona çatdırmaq istəyən Ukraynanı günahlandırmaq səylərinə çox az Respublikaçı dəstək verir: “Bəzi Respublikaçılar cənab Trampın hərəkətlərindən və bəyanatlarından narahat olduqlarını bildirsələr də, Konqresdə hərbi və xarici siyasətə nəzarətdə əsas rol oynayan Respublikaçıların liderləri və ya senatorlar tərəfindən ona etiraz etmək üçün birgə səy göstərilməyib. Amma Cənubi Dakotadan Respublikaçı və partiyanın Senatdakı lideri olan senator Con Tan vitse-prezident Ceyms Vens ilə Senatda qapalı görüşdə etirazını çatdırıb. Həftəlik görüş tez-tez senatorlara daxili mübahisələri həll etmək imkanı verir. Bir neçə senator vaxtın ən azı bir hissəsindən istifadə edərək Vensə məsləhət görüblər ki, Tramp Amerikanın müttəfiqlərindən əl çəksin. Onlar Trampın Putinə yaxınlaşmasına və Ukrayna prezidenti Volodimir Zelenskini “diktator” kimi pisləməyə də etiraz edirlər. Trampın Zelenskini diktator kimi qələmə verməsi ilə bağlı Tan bildirib: “Prezident yalnız öz adından danışır”. Tan son üç il ərzində Ukraynaya kömək üçün on milyardlarla dollar yardım göndərmək üçün qanunvericiliyin dəstəklənməsinə böyük əmək sərf edən Respublikaçı senatorların böyük kontingenti arasında olub”. Nəşr yazır ki, Kentukki ştatından olan, Ukraynanı dəstəkləyən əsas şəxslərdən biri kimi çıxış edən Respublikaçı senator Mitç Makkonnell də Trampın xarici siyasətindən narazııq edir. Getdikcə daha çox Respublikaçı Trampın yanaşması ilə razı olmadıqlarını bildirir, lakin əksəriyyəti prezidenti hələ açıq tənqid etmir. Missisipi ştatından Respublikaçı, Silahlı Qüvvələr Komitəsinin sədri senator Rocer Uiker bildirib ki, o, Trampın Putinlə təkbətək görüş ideyası ilə razı deyil: “Prezidentə məsləhətim budur ki, Vladimir Putinlə görüşməsin”. Uiker Rusiya liderini “beynəlxalq alçaq və hərbi cinayətkar” adlandırıb.

“Nyu-York Tayms” xatırladır ki, bir il əvvəl təxminən iyirmi Respublikaçı senator Trampın istəklərinə meydan oxuyaraq , Rusiya ilə mübarizə aparmaq üçün Ukraynaya on milyardlarla dollarlıq hərbi və digər yardımların göndərilməsinin davam etdirilməsinin lehinə səs verib. Həmin qanunvericilərdən bir neçəsi onun hazırkı mövqeyinə qarşı çıxış edib və əsasən diqqətli ifadələrlə tənqidi fikirlər səsləndirməkdə davam edirlər. Alyaskanın Respublikaçı senatoru Lisa Murkovski Tramp administrasiyasının Rusiya ilə diplomatik əlaqələri bərpa etmək cəhdi haqqında deyib: “Bu, onların yönəldiyi istiqamətdir, amma qəbuledilməzdir”. Tramp son günlər müharibənin başlamasında Ukraynanın günahkar olduğunu söyləyərək, Ukrayna liderinin sövdələşməyə gələ biləcəyini deyib. Ardınca o, tənqidini kəskinləşdirərək, Zelenskini “seçkisiz diktator” adlandırıb. Bu yaxınlarda Kiyev səfərindən qayıdan Şimali Karolina ştatından Respublikaçı senator Tom Tillis və digər iki senator Ukraynanı dəstəklədiklərini bir daha təsdiqləyərək, “diktator” sözündən imtina ediblər. Tom Tillis bildirib: “Bu mənim istifadə edəcəyim bir söz deyil. Vladimir Putinlə prezident Zelenski arasında heç bir mənəvi bərabərlik yoxdur”. Ayova ştatından respublikaçı senator Coni Ernst də Trampın siyasətindən narazılıq edir. Ötən il xanım Ernst Ukraynaya milyardlarla dollarlıq hərbi yardımın göndərilməsinin lehinə səs verən Respublikaçılar kontingenti arasında yer alıb: “Düşmənlərimizin təcavüzünə qarşı mübarizə aparmaq üçün Amerikanı gücləndirmək və Ukraynanı silahla bundan sonra da təchiz etmək lazımdır”. Bu arada ABŞ Ukraynaya silah satışını dayandırıb. Ukrayna Ali Radanın Müdafiə Komitəsinin rəhbəri Roman Kostenko qeyd edib: “Məndə olan məlumata görə, satışa çıxarılan silahların tədarükü dayanıb. Bu silahları təhvil verməli olan şirkətlər qərar olmadığı üçün indi gözləyirlər”. Onun sözlərinə görə, indi Ukrayna rəhbərliyi ən azı pul müqabilində Amerika silahlarını almaq fürsətini gözləyir. Rusiyalı politoloq Yevgeni Mixaylov isə qeyd edir: “ABŞ və Rusiya arasında yaxınlaşma ilə bağlı narazılıqlar qarşısında Avropanın nə edəcəyinin artıq əhəmiyyəti yoxdur. ABŞ indi Avropanı küncə sıxışdırmaqla, onu Ukraynanın problemləri və korrupsiyası ilə məşğul olmaq üçün faktiki olaraq tək qoyur. İndi Aİ-nin atıldığına, Münhen konfransında ABŞ-dan ayrıldığına görə timsah göz yaşlarını gördük. Parisdə də Makronun Napoleonun rolunu oynamağa çalışdığı bir toplantı gördük. Amma alınmadı. Britaniyanın tələsik Ukraynaya qoşun yeritməkdən danışdığını görürük, lakin bunlar sadəcə söhbətdir. Ukraynanı yalnız ABŞ və Rusiya xilas edə bilər. Rusiya artıq Ukraynanın dövlətçiliyini və subyektivliyini qorumaq barədə düşünür. Avropa indi bir növ yıxılma vəziyyətindədir. Aİ və NATO danışıqlar prosesi qatarına minməyə çatdırmır. İndi isə onların müxtəlif variantları ola bilər. Ukraynanı silahla yükləməyə çalışacaqlar, amma başa düşməlisən ki, nə qədər silah yükləsən də, Ukraynada döyüşəcək adam qalmayacaq. Kəmiyyət varsa da, söhbət zorla cəbhəyə aparılan bu insanların keyfiyyətindən gedir. Aparmaq istədikləri gənclərin, tutaq ki, 18-20 yaşlı gənclərin mübarizə aparmağa həvəsi yoxdur. Buna görə də razılığa gəlmək lazımdır. Aİ ambisiyalarını mülayimləşdirsə, səhvlərini etiraf etsə, bu mənasız münaqişəyə son qoymaq istəsə, Ukraynada simasını və təsirini saxlamaq üçün ən azı müəyyən şərtlərlə danışıqlar prosesinə girmək şansı olar, çünki Rusiyanın qalib gəldiyi göz qabağındadır”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...

26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı... 114 vəzifəli həbs olundu...

26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...

26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri

26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı - əsaslandırılmış sənəd gətir…

26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - FOTO

26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…

26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı - təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…

26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO

26.10.2026 / 12:04
Oğlu həbs edilən Arzuxan Əlizadə partiya sədrliyindən gedir?... AMİP iddialara cavab verdi

26.10.2026 / 11:54
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək? - AÇIQLANDI...

26.10.2026 / 11:36
Vuçiç məğlubiyyətə görə, ABŞ-ın "dərin dövləti"ni və Aİ-ni günahlandırdı, Moskvaya da mesaj göndərdi – onlar yalan danışırlar…

26.10.2026 / 11:25
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik etdi

26.10.2026 / 11:22
Elm və Təhsil Nazirliyi İran nazirinin ağzından vurdu - öz ölkənizin problemləri ilə məşğul olun...

26.10.2026 / 10:50
Orbanı BMT-nin Baş katibi olan bilər...

26.10.2026 / 10:25
Mətbuat Şurası jurnalistlərin etik qaydalarına süni intellektlə bağlı əlavələr edib

26.10.2026 / 10:09
Tramp Nobel mükafatı qərarına görə Norveçi "tualet ölkəsi" adlandırdı...

26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…

26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi - VİDEO

26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi

26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə... Kimlərə nə qədər ödənilir?

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ