Cümə axşamı günü, 20 avqust 2026
     

BBC-nin Bakı ofisinin bağlanmasının əsl səbəbi budur - baş-ayaq təsəvvürlər...

Image


Xəyal Bəşirov: “BBC bu prosesin reallaşmasını özünün hüquqa və qanunvericiliyə hörmətsiz yanaşmasında, söz və mətbuat azadlığından bir şüar kimi sui-istifadə edərək buna zidd fəaliyyətlə məşğul olmasında görməlidir”

“BBC News” Azərbaycandakı ofisini bağlayıb. Bu barədə BBC-nin açıqlamasında deyilir. Qeyd olunur ki, "BBC News" Azərbaycan Xarici İşlər Nazirliyindən şifahi bildiriş aldıqdan sonra ölkədəki ofisini bağlamaq barədə “istəksiz qərar” verib. Bildirilir ki, "BBC News"un Bakıdakı jurnalistlər komandası fəaliyyətini dayandırıb.

Qeyd edək ki, bu media korporasiyası Azərbaycanda 1994-cü ildən fəaliyyət göstərir.

Azərbaycan tələb edib ki, BBC-nin Azərbaycandakı ofisi cəmi bir işçi ştatına endirilsin. Amma BBC bunu “azad mətbuatın məhdudlaşdırılması” kimi qələmə verib. Burda söhbət BBC-nin Bakı ofisinin tam bağlanmasından yox, ştatın 1 nəfərə endirilməsindən gedir, amma onlar bunu başqa cür yozurlar. BBC sözçüsü məsələyə normal yanaşmaq əvəzinə, qərəzli fikirlər bildirib və ölkəmizə qarşı əsassız iddialar irəli sürüb.

“BBC-nin ölkəmizdəki nümayəndəliyinin fəaliyyətinə xitam verilməsi məsələsinin siyasiləşdirilməsi, məsələnin mahiyyətinin BBC tərəfindən təhrif olunması, ümumilikdə ikili standartlar yanaşması nəzərə alınaraq media azadlığı məsələsinə dair ölkəmizə qarşı BBC-nin açıqlaması təəssüf doğurur və qəbuledilməzdir”.

Bunu XİN sözçüsü Ayxan Hacızadə BBC tərəfindən 20 fevral tarixində verilmiş bəyanata əsasən, Azərbaycan tərəfinin BBC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin fəaliyyətinə xitam verilməsi barədə qərarını şərh edərkən deyib.

O bildirib ki, BBC-nin ölkəmizdəki nümayəndəliyinin bağlanması ilə bağlı qərar müvafiq şəkildə 13 fevral tarixində Xarici İşlər Nazirliyi tərəfindən BBC-nin ölkəmizdəki nümayəndələri ilə görüş zamanı rəsmi şəkildə çatdırılıb və mövqeyimiz tam şəkildə qarşı tərəfə izah olunub. "Azərbaycan Respublikasının bütün xarici ölkələrin media qurumları ilə münasibətlərdə və qərarlarda hər zaman qarşılılıq prinsipini əsas götürdüyü qarşı tərəfə bildirilib. Bu çərçivədə aparılımış təhlillər nəticəsində, eləcə də ölkə qanunvericiliyi, xüsusilə Media haqqında qanunun 11.2 maddəsi əsas götürülməklə BBC-nin ölkəmizdə nümayəndəlik qismində fəaliyyət göstərməsi üçün hüquqi əsas olmadığı diqqətə çatdırılıb.

Qeyd edək ki, nümayəndəliyin bağlanması qərarının “BBC“ yayım şirkətinin ölkəmizdə müxbir fəaliyyətinə aidiyyəti yoxdur və 1 nəfər müxbir üçün akkreditasiya verilməsi nəzərdə tutulub.

Xatırlatmaq istərdik ki, oxşar qərarlar bəzi digər xarici media qurumları ilə bağlı da verilib", - XİN rəsmisi əlavə edib.

Ortada Azərbaycan XİN-in açıqlaması var və bütün gerçəklik burda əks olunub. Bu halda BBC-in Azərbaycana qarşı göstərdiyi münasibət nə dərəcədə düzgündür?

“Bunun məsuliyyəti bizə aid deyil, BBC-nin özünə aiddir”

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov "Bakı-Xəbər"ə şərhində bildirdi ki, BBC-nin Bakı ofisinin fəaliyyəti ilə bağlı deyilənlər əslində Azərbaycan tərəfin mövqeyi deyil: “Azərbaycan tərəfi bütün dövlətlərin ölkə ərazisində fəaliyyət göstərən media nümayəndəliklərinin, təşkilatlarının filiallarının fəaliyyət göstərməsi ilə bağlı Azərbaycan qanunvericiliyinin tələblərinə riayət olunması prinsiplərini ortaya qoyub. Bu bizim hüquqi, müstəqil dövlət olaraq qanunvericiliyimizə, Konstitutsiyamıza hörmət edilməsi, qanunlarımıza riayət olunması ilə bağlı haqlı tələbimizdir. Bu təkcə BBC-yə münasibətdə belə deyil. Nəzərə alaq ki, “Rossiya seqodnya”nın da Azərbaycandakı nümayəndəliyinin fəaliyyətilə əlaqədar bu addım atılıb. “Rossiya seqodnya”nın Azərbaycandakı "Sputnik-Azərbaycan" nümayəndəliyinin fəaliyyəti ilə bağlı qarşılıqlılıq prinsipinə uyğun olaraq Azərbaycan addım atdığına görə onların da fəaliyyəti ilə əlaqədar analoji prosedura riayət edilib. Sadə bir misal deyək, AzərTAc-ın Rusiyada bir müxbiri fəaliyyət göstərir, amma “Rossiya seqodya”nın Azərbaycandakı nümayəndəliyində böyük bir qrup fəaliyyət göstərir. Bu, qarşılıqlılıq baxımından ədalətsiz prinsipdir və Azərbaycan qanunvericiliyinə ziddir. Eyni münasibət BBC ilə bağlı da ortaya qoyulub. “BBC-Azərbaycan” 1994-cü ildən, yəni 31 ildir ölkımizdə fəaliyyət göstərir. Bu müddət ərzində keçmiş Qarabağ münaqişəsilə əlaqədar Azərbaycanın sərgilədiyi mövqe ilə bağlı onlardan bir dəfə də olsun ədalətli, qərəzsiz, şəffaf, məsələyə real yanaşma tərzini ortaya qoyan məlumat oxumadıq, eşitmədik, görmədik. Bütün bunlara rəğmən, BBC-nin nümayəndəliyi Azərbaycan ərazisində fəaliyyət göstərdi. 2021-ci ildə Azərbaycanın media haqqında qanunu qəbul edilib. Həmin 78 maddəlik “Media Haqqında” yeni qanunumuzun tələbləri var və o qanunun 11-ci maddəsi məhz xarici media nümayəndəliklərinin Azərbaycan ərazisində fəaliyyəti ilə bağlı məsələlərə həsr olunub. Sözügedən qanunun, səhv etmirəmsə, 11.4-cü maddəsində qeyd olunur ki, Azərbaycan Media Reyestrində qeydiyyatdan keçmiş jurnalistlərə ayrı-ayrı dövlətlərdə hər hansı bir xüsusi məhdudiyyət tətbiq edilirsə, Azərbaycan dövləti də qanunvericiliyin bu tələbinə uyğun olaraq qarşılıqlılıq prinsipinə uyğun şəkildə həmin o dövlətin media nümayəndələrinə, jurnalistlərinə qarşı eyni məhdudiyyəti tətbiq edəcək. Əslində, bu maddə ədalətli bir maddədir. Demirəm ki, tam olaraq bu maddəyə uyğun olaraq Azərbaycan addım atır. Sadəcə, Azərbaycan qanunun ədalətlilik prinsipinə uyğun şəkildə qəbul edildiyini və mahiyyətində, ruhunda ədalətliliyin durduğunu ortaya qoyur”.

X.Bəşirovun qeyd etdiyinə görə, qanunun 11.2-ci maddəsində nəzərdə tutulub ki, xarici media nümayəndələrinin ölkə ərazisində fəaliyyəti Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir. “Yəni biz o müqvilələrin tələblərinə uyğun şəkildə BBC-yə, “Rossiya seqodnya”ya və digər xarici media qurumlarına qarşı addımlar atırıqsa, bunun nə Azərbaycan qanunlarına ziddiyyətliliyi, nə beynəlxalq müqavilələrə hər hansı bir pozuntu xarakterli təsiri var. Təbii ki, bu həm Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, həm də Azərbaycanın daxili qanunvericiliyinə uyğundur. Mən bir məqama diqqətinizi yönəltmək istəyirəm. Azərbaycan hələ antiterror tədbirləri keçirməmişdi, sentyabrın əvvəllərində BBC ölkəmizə qarşı özündə yalanları, dezinformasiyanı, absurdları əks etdirən informasiyalar yaydı. Həmin o dezinformasiyaları kimin dilindən, kiminlə həmsöhbət olaraq paylaşmışdılar? Azərbaycan ərazisində uzun illər ərzində Azərbaycan qanunvericiliyinə və beynəlxalq hüququn prinsiplərinə zidd olaraq mövcud olan və BBC-nin də aid olduğu dövlətin tanımadığı qondarma bir rejimin “ombudsmanı” adı altında Artak Beqlaryan adlı bir şəxsdən Azərbaycana qarşı yalan dolu müsahibə alınıb yayılmışdı.

Əslində, bu təkcə Azərbaycan ərazisində fəaliyyət göstərməklə, yaxud bizim qanunvericiliyimizlə, ölkəmizin daxili hüququ ilə bağlı deyil, bu, media sahəsində şəffaflıq, ədalətlilik, qərəzsizlik prinsiplərinə uyğun şəkildə fəaliyyətlə daban-dabana ziddir. Yəni bu, dünyada aparıcı media qurumlarından olan BBC kimi nəhəngin media fəaliyyətinə, media müstəqilliyinə qarşı getməsinin bariz nümunəsi idi. Biz o zaman da bu addımı ata bilərdik, amma bizim hazırda bu addımı atmağımız istənilən dövlətin Azərbaycan ərazisində bizim qanunlarımıza riayət olunması tələbləri ilə bağlıdır. Hansısa bir dövlət böyük, güclü, inkişaf etmiş dövlət ola bilər, amma bu o demək deyil ki, həmin o dövlət digər dövlətlərə, o cümlədən də Azərbaycana münasibətdə qanunların pozulması hesabına olsa belə addımlar ata bilər. Biz buna yol vermirik. Bununla bağlı Xarici İşlər Nazirliyinin rəsmi mövqeyi də var. Hətta BBC nümayəndələri ilə görüş keçirilərkən onlara rəsmi qaydada mövqe də bildirilib. Bu gün BBC bunu fərqli şəkildə dünya gündəminə gətirməyə, Azərbaycanda guya media azadlığının, jurnalistlərin müstəqilliyinin, söz azadlığının “pozulması” kimi qələmə verməyə çalışır. Belə hallar olsaydı, yenə də qeyd edirəm, bunu BBC-nin 2023-cü ildə yaydığı o dezinformasiya zamanı da edə bilərdik. Ondan əvvəl də belə hallar olub. Ümumiyyətlə, BBC və onun rəhbərliyinin göstərişi ilə Azərbaycanda fəaliyyət göstərən təmsilçiləri həmişə ölkəmizin mental dəyərlərinə zidd fəaliyyətlə məşğul olublar. BBC Azərbaycanda cinsi azlıqların hüquqlarının müdafiəsi ilə məşğul olub, eyni zamanda müəyyən məsələlərlə bağlı ölkəmiz əleyhinə “qulağı oxşayan” başlıqlar altında yalan xəbərlər paylaşıblar. Amma təbii ki, bunların Azərbaycan reallıqları ilə uzlaşmadığı bəlli olub. BBC bu prosesin reallaşmasını özünün hüquqa və qanunvericiliyə hörmətsiz yanaşmasında, söz və mətbuat azadlığından bir şüar kimi sui-istifadə edərək buna zidd fəaliyyətlə məşğul olmasında görməlidir. Əgər günahı qarşı tərəfin üzərinə atmaq istəyirlərsə bunun məsuliyyəti bizə aid deyil, BBC-nin özünə aiddir” - deyə X.Bəşirov qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

20.08.2026 / 19:02
Azərbaycanda 3 yeni turizm və rekreasiya zonası yaradılacaq

20.08.2026 / 18:48
Suriyada İsrail-Türkiyə savaşı - artıq ilkin addımlar atılıb...

20.08.2026 / 18:24
“Rusiya başladığı müharibəni uduzur” – Avrokomissiya prezidenti

20.08.2026 / 18:05
“Yerasx-Naxçıvan dəmiryolunun tikintisini özümüz maliyyələşdirəcəyik” - Paşinyan

20.08.2026 / 17:49
İran ABŞ-ı hədələdi, Səudiyyəyə xəbərdarlıq etdi - Yeni bir müharibə başlasa...

20.08.2026 / 17:31
"Kərki, Barxudarlı və Yuxarı Əskipara Ermənistana aid deyil" - Paşinyan

20.08.2026 / 17:15
İrandan Trampın Hörmüz iddiasına cavab - Kaliforniyanı “İran ərazisi” elan etdilər...

20.08.2026 / 16:53
Hibrid model Azərbaycanı rəqəmsal dövlət xidmətləri sahəsində dünya liderləri cərgəsinə çıxardı...

20.08.2026 / 16:41
34 ölkənin vətəndaşlarına vizasız rejim tətbiq ediləcək - Azərbaycanın yeni hədəfi...

20.08.2026 / 16:34
Türkiyədə yaxın 1 ildə fövqəladə seçki olacaq, seçki sistemi dəyişdirilir - anons verildi

20.08.2026 / 16:05
Turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı təsdiqləndi

20.08.2026 / 15:59
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək

20.08.2026 / 15:54
Tramp Şimali Koreyanın "nazı ilə oynayır" - ortada yeni plan olmasa, Cənubi Koreya kənara atılmaz...

20.08.2026 / 15:37
İsrail Suriyada Türkiyəni təxribata çəkir - ilk addım atıldı...

20.08.2026 / 15:22
Hərbi Məhkəmə Rasim Həsənovu azadlığa buraxdı - Baş Prokurorluq protest verəcək...

20.08.2026 / 15:07
Azərbaycana qarşı qərəzli Okampoları yetişdirən Beynəlxalq Cinayət Məhkəməsinin “qara günləri” başladı...

20.08.2026 / 14:53
Ahıska türklərinin sürgün tarixindən bəhs edən sərgi keçiriləcək

20.08.2026 / 14:37
Həkimlərin səhvi bundan sonra məhkəmələrdə necə araşdırılacaq? – Ali Məhkəmənin izahı mübahisələndi...

20.08.2026 / 14:12
Ukrayna parlamenti Rusiyanın hücumlarına görə daha təhlükəsiz yerə köçürülə bilər...

20.08.2026 / 13:59
Azərbaycan Ukrayna Konqresi Rusiyadakı bəzi KİV-lərin çağırışlarını pislədi...

20.08.2026 / 13:49
Rusiya Ermənistana 2725 ton buğda göndərdi...

20.08.2026 / 13:41
Rusiyada yanacaq böhranı dərinləşir – ölkə aşağı standartlı benzin idxalına başladı...

20.08.2026 / 13:28
Ruslar kütləvi şəkildə banklardan pullarını çəkirlər - "Onlar bunu gözləmirdilər”...

20.08.2026 / 13:09
ABŞ-ın Hörmüz boğazında gizli dəhliz yaratdığı ortaya çıxdı - əməliyyat birbaşa Şimali Karolinadan idarə edilir...

20.08.2026 / 12:53
Hindistan Ermənistan üçün silah baronuna çevrilir...

20.08.2026 / 12:37
"Mənzil seçdikdən sonra elektron kabinet sahibindən ərizəsini imzalayıb təqdim etmək tələb olunmayacaq" - MİDA

20.08.2026 / 12:23
MİDA-nın “Güzəştli mənzil” sistemində dəyişiklik edildi - Aparat rəhbəri detalları açıqladı...

20.08.2026 / 12:09
İran ultimatum verdi, Tramp danışıqları kəsdi...

20.08.2026 / 12:01
Rusiya ballistik, qanadlı raketlər və dronlarla Kiyevə hücum etdi - 12 ölü...

20.08.2026 / 11:46
İrana qarşı "iqtisadi əməliyyat" elan edildi - Tramp Tehranı dəstəkləyən ölkələri hədələdi...

20.08.2026 / 11:32
Gəncədə zibillikdə ölü döl aşkarlandı - Prokurorıuq hərəkətə keçdi...

20.08.2026 / 11:14
Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlandı

20.08.2026 / 11:06
Bakıda Belçika müstəmləkəçiliyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək

20.08.2026 / 10:35
17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirildi - DTX-dan xüsusi əməliyyat...

20.08.2026 / 09:48
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək

20.08.2026 / 09:02
Özalın ölümündə də FETÖ izi? - Əhməd Özal şok detallar açdı

20.08.2026 / 07:00
İsrail Suriyadan incik düşdü - “Türkiyəyönlü hərəkətinə görə”…

20.08.2026 / 06:57
Özəlin partiyasından millət vəkilini bıçaqlayan CHP-çi ata və oğlu həbs edildi

20.08.2026 / 06:37
Almaniya kanslerindən israilli nazirin qorxunc çağırışına sərt təpki - “…qəbuledilməzdir”…

20.08.2026 / 06:17
NATO İranın üzv ölkələrə təhdidlərinə təhdidlə cavab verdi “…strategiyamız güclü və təsirlidir”…

20.08.2026 / 06:03
Tramp İrana “əjdaha sanksiyalar” vəd etdi

19.08.2026 / 22:46
Avropadakı ABŞ bazaları İranın hədəfində... Mümkün hücumlara qarşı hazırlıqlar başladı...

19.08.2026 / 22:21
İranla Fransa arasında gərginlik artır - diplomatlar ölkədən qovuldu, Tehran Parisə sərt xəbərdarlıq etdi...

19.08.2026 / 21:50
Moskvanın böyük qorxusu – Qərb "erməni və Moldova metodları" ilə Duma seçkilərinə müdaxilə edəcək...

19.08.2026 / 21:33
Azərbaycanın Sovet dövrü tarixi yenidən yazılmalıdır -Tarixçilər qəti mövqe tutur...

19.08.2026 / 21:15
İlham Əliyevin “Metsamor AES bağlanmalıdır” tələbinə İrəvandan reaksiya...

19.08.2026 / 20:48
Ermənilər İrəvandan Təbrizə təyyarə reyslərini bərpa edirlər...

19.08.2026 / 20:25
Rusiya XİN Azərbaycan baş prokurorluğunun məlumatına çoxbaşlı cavab verdi...

19.08.2026 / 20:09
Tokayev Nazarbayevin hüquqlarını əlindən aldı – xalqa müraciət edə bilməyəcək…

19.08.2026 / 19:41
Rusiya Azərbaycanla münasibətlərini yenidən gərginləşdirir...

19.08.2026 / 19:33
Özəl tərəfdarı millət vəkili CHP-li Keleş tərəfindən bıçaqlandı

19.08.2026 / 19:10
Rusiya və Ukrayna arasında əsir mübadiləsi - 103-nü verib 103-nü aldılar...

19.08.2026 / 18:43
"Azərbaycan ehtiyac içində olan insanlara və ölkələrə humanitar dəstək göstərməkdə davam edir" - XİN

19.08.2026 / 18:30
Bakıda bu kabab evində at DNT-si aşkarlandı - ŞOK...

19.08.2026 / 18:07
İsrail və Türkiyə arasında müharibə təhlükəsi - İsrailin Suriyaya son hücumu ilə bağlı ŞOK İDDİA...

19.08.2026 / 17:40
Əliyevin Rusiya ilə siyasi davranışları Ermənistanda qızğın müzakirə olunmağa başlayıb...

19.08.2026 / 17:27
Xaricdən idarə olunan onlayn kazino şəbəkəsinin rəhbəri Gürcüstanda yaxalanaraq Azərbaycana gətirildi - VİDEO

19.08.2026 / 17:12
Gürcüstanda pul qazanmaqda Azərbaycan Türkiyəni üstələdi, fərq – 550 min dollar...

19.08.2026 / 16:49
Tramp Omanı Amerikanın düşmənləri siyahısına daxil etdi - vurulacaq...

19.08.2026 / 16:25
Azərbaycanın dövlət borcunda dəyişiklik gözlənilir...Nazirlik hesabat yaydı...

19.08.2026 / 16:22
CNN Azərbaycana böhtan atdı, məhkəməyə verildi...

19.08.2026 / 16:11
Ermənistan ordusunda ölüm halları ölkəni yenidən qarışdırdı...

19.08.2026 / 16:06
Paşinyan Türkiyəyə dəmiryolu çəkilişini beynəlxalq tenderə çıxardı...

19.08.2026 / 15:37
Putin “Yabloko”nun adını bütün seçki sənədlərindən silməyi əmr etdi...

19.08.2026 / 15:15
Yevlax Regional Xəstəxanasının baş həkimi vəzifəsindən azad edildi

19.08.2026 / 14:58
Rusiyadan Ermənistana Azərbaycandan vasitəsilə 1 820 ton buğda göndəriləcək

19.08.2026 / 14:44
Mədəniyyət Nazirliyinə yeni aparat rəhbəri təyin olundu, Mustafa Abbasbəyliyə isə yeni vəzifə verildi

19.08.2026 / 14:36
Netanyahu Trampın Qəzza planını rədd etdi, Tramp dözdü - inanmaq olar?..

19.08.2026 / 14:12
Tramp İranla danışıqları dayandırmağı əmr etdi - sərt sanksiyalar gəlir…

19.08.2026 / 13:54
ABŞ münaqişəni qızışdırarsa, İran Avropaya zərbə endirə bilər…

19.08.2026 / 13:39
Rusiya ilə müharibənin Ukraynaya vurduğu ziyan 600 milyard dolları keçdi...

19.08.2026 / 13:25
Ukraynada yüksək vəzifəli məmurların evində axtarış aparılır - Zelenskinin ofis rəhbərinin müavini də təhlükə ilə üzləşdi…

19.08.2026 / 13:10
Prezident Kiçik Qaladərəsi kəndinin gənc sakininin arzusunu gerçəkləşdirdi - VİDEO

19.08.2026 / 12:54
ABŞ Azərbaycanı Çini tariflərdən yayınmağa kömək etməkdə ittiham edir…

19.08.2026 / 12:30
İran iki fransız diplomatı “persona non grata” elan etdi

19.08.2026 / 12:14
Həkim səhvi ilə bağlı mübahisələrdə məhkəmələr nəyə diqqət yetirirlər? - Ali Məhkəmə açıqladı

19.08.2026 / 11:43
Ağdam kənd qəbiristanlığında hərbi sursat aşkarlandı

19.08.2026 / 11:29
30 ilin sirləri - əfqan əsirliyindən qaçan pilotun film kimi hekayəsi

19.08.2026 / 11:16
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlandı

19.08.2026 / 10:57
Şəxsiyyətləri müəyyənləşdirilən daha 5 itkin şəhid dəfn ediləcək

19.08.2026 / 10:31
Siyəzəndə narkotiklərlə bağlı əməliyyatlar - 9 nəfər həbs edildi

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ