Bazar ertəsi günü, 26 oktyabr 2026
     

Trampın siyasətini tanınmış ABŞ diplomatları da başa düşə bilmirlər...

Image


Donald Trampın Ukrayna və onun lideri Vladimir Zelenski ilə bağlı sərt açıqlamaları Vaşinqtonun Rusiyaya qarşı uzunmüddətli siyasətindən uzaqlaşdığını göstərir və bu, dünyanın böyük geosiyasi yenidənqurulmasına gətirib çıxara bilər. Bu fikirlər “Vaşinqton Post” qəzeti məlumat yayıb.

Qəzet yazır ki, baş verənlər dünyada, xüsusən də Avropada böyük həyəcanla izlənilir: “Söz atışmasının arxasında ABŞ-ın Rusiyaya qarşı on illik siyasəti və Ukraynaya üç illik dəstəyindən başgicəlləndirici şəkildə uzaqlaşmasının İkinci Dünya müharibəsindən bəri mövcud olan geosiyasətin yenidən qurulmasına səbəb olacağına dair Avropada artan narahatlıq dayanır”. Hesab olunur ki, ABŞ-Rusiya münasibətlərində yeniliklər Cənubi Qafqaza da təsirsiz ötüşməyəcək. ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza qeyd edir ki, Trampın indi bu regionla bağlı heç bir siyasəti yoxdur, o, ümumiyyətlə buna əhəmiyyət vermir: “Və artıq gördüyümüz kimi, onun hərəkətlərini proqnozlaşdırmaq mümkün deyil. O, çox, çox gözlənilməz bir insandır. Üstəlik, Tramp hesab edir ki, onun gözlənilməzliyi məhz onun gücüdür. Amma yüz faiz əminəm ki, yeni siyasət yoxdur, bu da Baydenin siyasətinin davam edəcəyi deməkdir. Lakin ABŞ və Rusiya arasında münasibətlərdə böyük dəyişikliklər olarsa, Vaşinqtonun Ermənistana yanaşması da dəyişə bilər. Bayden və Aİ həqiqətən də Ermənistanla münasibətləri gücləndirirdilər, çünki Paşinyan ölkəni Rusiyanın təsirindən çıxarmaq və Qərbə yaxınlaşmaq istədiyini bəyan etmişdi. Ona görə də Ermənistan bu cür dəstək aldı. Təbii ki, bu, bir çox cəhətdən Rusiyaya qarşı yönəlmiş siyasət idi. Amma Tramp Moskva ilə münasibətləri yaxşılaşdıra bilsə, Vaşinqton Ermənistanla bağlı siyasətinə də düzəliş edə bilər. Amma indi, dediyim kimi, tamamilə gözlənilməz bir vəziyyətdir”. Azərbaycanla ABŞ arasında münasibətlərə gəlincə, o bildirib: “Dediyim kimi, bu regionla bağlı Trampın heç bir siyasəti yoxdur. Deyə bilərəm ki, bu gün Azərbaycanla münasibətlər, məsələn, Buş və ya Obama dövründə olduğu səviyyədə deyil, çünki Trampı Cənubi Qafqaz, ümumiyyətlə, xarici siyasət heç maraqlandırmır. Mən çox istəyirəm ki, münasibətlər yaxşılaşsın, amma vəziyyətin necə inkişaf edəcəyini hələ heç kim deyə bilməz”. Amma rusiyalı siyasi, hərbi analitik Vladimir Yevseyev bildirir ki, burada yenə ən əlverişli mövqedə Azərbaycan olacaq: “Azərbaycan xarici əlaqələri balanslaşdırmağa çalışır”.

Onun sözlərinə görə, Azərbaycan uzun müddət İranla gərgin münasibətlərə sahib olaraq, İranla münasibətləri normallaşdırmağa çalışır, çünki Rusiya ilə münasibətlər gərginləşib. Amma bunun da tezliklə normal məcraya qayıtması proqnozlaşdırılır: “Görünür, məsələ İran üçün regionda ən vacib məsələ olan o yol ətrafında bu münasibətlərdə inam yaratmaqdır. Bu halda əsas olan nəticə və o yolun açılması deyil, Ermənistandan keçəcək mümkün yola İranın müqavimətini yumşaldacaq danışıqlar və bu istiqamətdə işdir. Qeyd etdiyimiz kimi, Azərbaycan tələsmir və bu mərhələdən öz xarici əlaqələrində sabitliyin qurulması, eləcə də aktiv geosiyasi proseslər dövründən keçid üçün istifadə edir. Buna görə də Ermənistan tərəfinin açıqladığı Ermənistanın təkliflərinə Azərbaycanın cavab verməməsi də başa düşüləndir”.

Yevseyev bildirib ki, Azərbaycan-Ermənistan danışıqlarının və münasibətlərinin vəziyyəti Rusiya-ABŞ danışıqlarının nəticələrindən asılıdır. İstisna deyil ki, bu fonda Rusiya yenidən diqqətini bu region üzərində cəmləşdirəcək. Cənubi Qafqazın Rusiya üçün strateji əhəmiyyəti indi Avrasiyanın yeni nəqliyyat dəhlizlərində iştirakçılıq baxımından da əhəmiyyətlidir. 2020-ci ilə qədər Moskva bölgəni Qarabağ münaqişəsi fonunda nəzarətdə saxlayır, Tiflisdə zəifləyən mövqelərini Bakı-İrəvan xəttində kompensasiya edirdi. 2020-ci ildə Qarabağ məsələsi həll ediləndə Rusiya hələ də regionda həlledici oyunçu kimi qalmağa davam etsə də, 2022-ci ildən Ukraynada müharibəsinin başlaması ilə durum dəyişdi. 2023-cü ildə Azərbaycan Qarabağda suverenliyini tam bərpa etməklə özünə qarşı bütün təsır vasitəsini tam aradan qaldırdı. İndi Rusiya üçün regionda zəif halqa Ermənistandır. 102-ci baza hələ də öz varlığını qoruyur. Erməni politoloq Aleksandr İsgəndəryan da qeyd edir ki, Ukraynadakı vəziyyətin dəyişməsi Cənubi Qafqazda da vəziyyəti dəyişəcək: özünü qalib hiss edən və Ukraynadakı müharibəyə daha bu qədər böyük qüvvə sərf etməyən Rusiya başqa cür davranacaq: “Lakin mən Rusiyanın postsovet məkanında, xüsusən də Cənubi Qafqazda əvvəlki mövqelərini bərpa edəcəyini düşünmürəm. Məncə, bu, artıq mümkün deyil. Rusiyanın siyasətində dəyişiklik olacaq, ancaq bu dəyişiklik situativ olacaq, inqilabi yox. Eyni çaya iki dəfə girmək mümkün deyil. Dəyişikliklər olacaq, lakin onlar çox radikal ola bilməz”. İsgəndəryanın sözlərinə görə, Ermənistan və Azərbaycan konfiqurasiyasında qayıtmağa artıq heç bir yer yoxdur: “Rusiyanın bu ölkələrə təsir etdiyi alətlər daha mövcud deyil. Dağlıq Qarabağın mövcudluğu Ermənistanla Azərbaycan arasında belə bir alət idi: Rusiyanın Ermənistana təsir etməsi üçün Azərbaycan, Azərbaycana təsir etmək üçün Ermənistan lazım idi. Arada isə bu vəziyyəti yaradan Qarabağ idi. Bütün bunlar hazırda yoxdur. Ona görə də Rusiyanın geridönüşünü təsəvvür etmək çətindir”. Amma o da bəllidir ki, Rusiyanın Qafqaza dönüşündən ən çox təsirlənən ölkə Ermənistan olacaq.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi... İnanaq?

26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...

26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı... 114 vəzifəli həbs olundu...

26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...

26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri

26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı - əsaslandırılmış sənəd gətir…

26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - FOTO

26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…

26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı - təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…

26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO

26.10.2026 / 12:04
Oğlu həbs edilən Arzuxan Əlizadə partiya sədrliyindən gedir?... AMİP iddialara cavab verdi

26.10.2026 / 11:54
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək? - AÇIQLANDI...

26.10.2026 / 11:36
Vuçiç məğlubiyyətə görə, ABŞ-ın "dərin dövləti"ni və Aİ-ni günahlandırdı, Moskvaya da mesaj göndərdi – onlar yalan danışırlar…

26.10.2026 / 11:25
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik etdi

26.10.2026 / 11:22
Elm və Təhsil Nazirliyi İran nazirinin ağzından vurdu - öz ölkənizin problemləri ilə məşğul olun...

26.10.2026 / 10:50
Orbanı BMT-nin Baş katibi olan bilər...

26.10.2026 / 10:25
Mətbuat Şurası jurnalistlərin etik qaydalarına süni intellektlə bağlı əlavələr edib

26.10.2026 / 10:09
Tramp Nobel mükafatı qərarına görə Norveçi "tualet ölkəsi" adlandırdı...

26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…

26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi - VİDEO

26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi

26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə... Kimlərə nə qədər ödənilir?

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ