Ukrayna prezidenti Zelenski Trampın ABŞ-ın Ukraynaya 300 milyard dollar yardım etdiyinə dair iddialarını rədd edib.
“Bizdə tamamilə fərqli rəqəmlər var. Hər şey çox aydındır. Müharibə bizə 320 milyard dollara başa gəldi. Bunun 120 milyard dolları Ukrayna xalqının və vergi ödəyicilərinin töhfəsi olub. Qalan 200 milyard dollar isə ABŞ və Avropadakı müttəfiqlərimizdən gəlib. Bu dəstəyə silah paketləri də daxildir. Deyə bilərik ki, ABŞ bizə ümumilikdə təxminən 67 milyard dollarlıq silah yardımı və 31,5 milyard dollar birbaşa maliyyə dəstəyi göstərib” – deyə Zelenski bildirib.
Zelenski həmçinin humanitar yardım kimi başqa proqramların da olduğunu etiraf edib və bu yardıma görə minnətdarlığını bildirib. Bununla belə, o, ümumi yardımın 500 milyard dollara çatmadığını və bu məbləğin “qiymətli metallarla və ya başqa bir şeylə” ödənilməsini tələb etməyin qeyri-ciddi yanaşma olacağını deyib. O, əlavə edib ki, Kiyev təhlükəsizlik zəmanətlərini özündə əks etdirən təklifləri nəzərdən keçirməyə hazırdır.
TAHİR