çərşənbə axşamı günü, 15 sentyabr 2026
     

Cənubi Azərbaycanda milli mətbuat necə yarandı...

Image


Mətbuat, qəzet, jurnal xalqın danışan dili, sözünün, səsinin təəssübkeş, təmənnasız qoruyucusudur. Bu danılmazdır. Azərbaycanın qüzeyində olduğu kimi, güneyində də tərəqqipərvər, maarifçi ziyalılar xalqın maariflənməsi üçün böyük mücadilələr veriblər.

Heç şübhəsiz ki, burada çıxış yolu kimi, mətbuat orqanlarının yaradılması əsas götürülüb. Əlbəttə, qüzey Azərbaycanda milli mətbuatın yaranma tarix Həsən bəy Zərdabinin 1875-ci ildə buraxdığı “Əkinçi” qəzetilə bağlıdır. Şübhə yoxdur ki, “Əkinçi”nin fəaliyyətə başlaması güneyli soydaşlarımızın da həyatına müsbət mənada təsir göstərib. 

Güney Azərbaycanda milli mətbuatın yaranması, inkişafı tarixi bizim üçün böyük maraq kəsb edir və hesab edirik ki, bu məsələ daha geniş şəkildə təbliğ edilməlidir.

İnternet resurslarında, xüsusən də “Vikipediya” Açıq Ensklopediyasında Güney Azərbaycan mətbuatı barədə müəyyən fikirlər yer alıb. Qeyd edilənə görə,

1905-1911 illər Məşrutə inqilabında Güney Azərbaycan aparıcı və həlledici rol oynadı. Bu inqilab Azərbaycan xalqının içtimai-siyasi və milli düşüncəsinin inkişafı üçün şərait yaratdı. Məşrutə fərmanı ölkədə siyasi fəzanın açılmasına gətirdi. Gündən-günə genişlənən siyasi hadisələr və içtimai çəkişmələr ölkənin xəbər mərkəzinə çevrilməsinə, bu isə Azərbaycanda mətbuat bazarının yaranmasına gətirib çıxardı. Müxtəlif qəzetlər yayılmağa başladı.

İlk milli şuranın açılmasından və Azərbaycan nümayəndələrinin Tehrana gəlməsindən sonra Azərbaycan millət vəkillərinin təkidilə 1908-ci ildə senzura ləğv edildi. Bu qanunun qəbul edilməsindən əvvəl nəşr olunan qəzetlər haqqında Əhməd Kəsrəvi yazırdı ki: "...doğrudur, bu dövrdə ölkədə bir sıra qəzetlər nəşr edilirdi. Lakin onların çoxusu yersiz dualar, məddahlıq, qaranı ağ göstərmək və s. kimi yazılarla dolu idi. Ölkədə aparılan işlər və prosseslərin tənqidindən söhbət belə gedə bilməzdi. Sanki burada məmurlar bütün işlərdən uzaq idi... Zəkaülmülk (Məhəmməd Hüseyn)"Tərbiyət" adlı qəzetdə bəzən fransızcadan etdiyi tərcüməsində çarəsizlikdən "qanun" sözü əvəzinə "qayda" sözünü işlədirdi". Lakin haqqında söhbət gedən qanun qəbul ediləndən sonra mətbuatın bütün ölkədə azad şəkildə nəşr edilməyə başladı. Saray, hətta şəxsən Məhəmməd Əli şah belə tənqid edildi.

Məlumatlara görə, bu dövrdə Azərbaycanda 50-yə yaxın qəzet və jurnal nəşr olunurdu. Tətqiqatçı Hüseyn Ümid onlardan səkkizinin Azərbaycan türkcəsində-farsca, birinin Azərbaycan türkcəsində, qalanlarının fars dilində çıxdığını qeyd edir. Bu dövrə xas olan xüsusiyyətlərdən biri də yaranan ədəbiyyatın ayrıca kitab və toplumda deyil, məhz mətbuat səhifələrində işıq üzü görməsi idi. Məsələn Əşrəfəddin Gilani tərəfindən Rəştdə nəşr olunan "Nəsimi-Şimal" qəzetində əksər səhifələr şeir nümunələri ilə dolu idi.Yusif xan Etisam ül Mülkün redaktorluğu ilə çıxan "Bahar" qəzetində Yusif xanın şeirləri və rus, fransız, ərəb ədəbiyyatından etdiyi tərcümələr əsas yer tuturdu. "Sure-İsrafil" qəzetində bu mətbu orqanın baş yazarı Mirzə Əliəkbər Dehxudanın daimi rubrikası olan "Çərən və pərən" də dövr üçün yeni olan siyasi felyetonun nümunələri yaranırdı.

İstanbul şəhərində o illərdə azərbaycanlı ziyalıların daha iki mətbu orqanı çap olunurdu. Bunlardan biri Seyyid Həsən Təbrizi və Seyyid Məhəmməd Tofiqin rəhbərliyi ilə 1909-1920-ci illərdə nəşr olunan "Şəms" qəzeti idi. İstanbulda nəşr olunan digər qəzetin redaktoru Təbrizli Hacı Həsən xan Cəfərzadə idi. Türk və fars dillərində nəşr olunan bu qəzetlər demokratik yönlü idi və öz səhifələrində siyasi satirik materiallara geniş yer ayırırdı. İstanbulda təhsil alan azərbaycanlı tələbələr qəzetdə fəal iştirak edirdilər.

İnqilab illərində İranın digər şəhərlərində də azərbycanlı inqilabçı publisistlər tərəfindən bir sıra qəzetlər nəşr olunurdu. Tehranda Məmməd Əmin Rəsulzadənin və Əbu Ziyanın redaktorluğu ilə "İrane-nou"(Yeni İran), S.H. İbrahimzadənin redaktorluğu ilə "Carçiye-milli", Ruşdiyyənin qələmi ilə "Tehran", Həsən xan Təbrizinin mühərirliyi ilə "Əsr", Mahmud Əfşarın redaktorluğu ilə "Cənteye-paberenha", Xorasanda Məhəmmədsadıq Təbrizli və S.H. Ərdəbilinin redaktorluğu ilə "Xurşid" və "Xorasan" qəzetləri çıxmış, Tehran sosial-demokrat təşkilatının orqanı "Sure-İsrafil" qəzetinin redaktorlarında biri Mirzə Qasım xan Təbrizi(Sure İsrafil) olmuşdur. Cənubi Azərbaycan tərəqqipərvər ziyalıları, o cümlədən S.Salmasi, Mirzə Qaffar xan Zunuzi, Heydər xan Əmioğlu və başqaları Cənubi Qafqaz mətbuatında da, xüsusi ilə "İrşad" qəzetinin İrana aid səhifələrində, Tiflisdə çıxan sosial-demokrat qəzetlərində İranda içtimai-siyasi vəziyyətə və inqilabi mübarizəyə həsr edilən demokratik məzmunlu məqalələrlə çıxış edirdilər.

O illərdə təzə nəşr olunmağa başlayan "Molla Nəsrəddin" jurnalı İran və Güney Azərbaycan mövzusuna geniş yer ayırırdı.

Bunlar internet resurslarından əldə etdiyimiz məlumatlardır.

Görək bu barədə "Cənubi Azərbaycan mətbuatı tarixi" kitabının müəllifi, tədqiatçı Pərvanə Məmmədli nələr yazıb?

Pərvanə Məmmədli “Güney Azərbaycanda mətbuatın yaranması və inkişafı” məqaləsində qeyd edir: “Tarixin amansız hökmü ilə iki yerə parçalanmış Azərbaycanın Quzeyində və Güneyində ictimai-siyasi və ədəbi-mədəni həyat öz məzmun tutumu, inkişaf səciyyəsi baxımından fərqli istiqamətdə olub. İki əsrə yaxın bir zaman hüdudlarında vahid bir xalqın mənəvi ünsiyyətinə qoyulan qadağalar, şovinist çar və şahlıq rejimləri qədim və zəngin ədəbiyyata və tarixə malik bir xalqın mənəviyyatına ağır zərbə olsa da, onun öz varlığını yaşatmaq, gələcək nəsillərə ötürmək iradəsini, millilik qürurunu sındıra bilməyib. Azərbaycanın hər iki tayında "Araz" mövzusunda böyük bir ədəbiyyat yaranıb. Azacıq siyasi imkan çərçivəsində güneyli-quzeyli ziyalıların məktublaşması, onların mətbuat vasitəsi ilə yayılması hər iki tayda yaşayan azərbaycanlıların Vətənin birliyi, bütövlüyü inamını gücləndirib, xüsusən Azərbaycan ədəbi dilinin güneydə inkişafına belə ünsiyyətin böyük təsiri olub.

XIX əsrin ikinci yarısında Quzeydə və Güneydə ilk mətbu orqanların meydana çıxması inzibati cəhətdən ayrı düşmüş bir xalqın ədəbi-ictimai baxımdan zəifləmiş ünsiyyətinin inkişafına təkan verdi. Güney Azərbaycanın mətbuat tarixi ilə milli azadlıq hərəkatı paralel olub. Hər inqilabdan sonra mədəni həyatda da irəliləyiş olub, lakin hakim dövlət siyasəti milli tərəqqinin qarşısına Çin səddi çəkib. 1906-1911-ci illər Məşrutə inqilabı, 1920-ci il Xiyabani hərəkatı, 1945-ci il 21 Azər hərəkatı, nəhayət 1978/79-cu illər İran inqilabı təkcə XX əsrdə Güney Azərbaycan türklərinin aparıcı qüvvə kimi iştirak etdiyi əsas ağırlıq mərkəzini təşkil etdiyi, böyük itkilər verdiyi inqilabi hərəkatlardır. Hər iki tayda Azərbaycan xalqının düçar olduğu mənəvi ağrıları əks etdirən "Molla Nəsrəddin" jurnalı bu xalqın milli birliyinin təşəkkülündə böyük rol oynayıb.

"Molla Nəsrəddin" jurnalı 1906-cı ildə capdan cıxan saylarından birində yazırdi ki, vaxtı ilə çar hökuməti Qafqaz Azərbaycanının başına gətirən baqqal oyununu, indi də İran mutləqiyyəti Güney Azərbaycanın başına gətirməkdədir. İrandakı panfarsist quvvələr Güney Azərbaycan xalqını milli zülm altında saxlamaqda, onların ana dilini boğmaqdadırlar; ana dilində mətbuat və ədəbiyyat nəşri qadağan edilib. "Tehran hökuməti İran Azərbaycanında türklük söhbətlərini o dərəcədə qadağan tutub ki, bu sətirləri cızmaqaralayanın gözünün qabağında Təbriz şəhərində həftənin bu baş – o baş kitab mağazalarında saxta axtarışlar meydana gəlirdi ki, məbadə-məbadə orada bir türk kitabı tapıla" ("Molla Nəsrəddin" № 5, 1906). Jurnal uzaqgörənlikllə elə bir gündən xəbər verirdi ki, o gün İran azərbaycanlıları milli zülmə, son qoyacaq, "tac və taxtı cumhuriyyət üsul-idarəsinə göndərəcək və deyəcəklər: bizə özgə dili lazım deyil, bizim öz ana dilimiz var, yəni bizim azərbaycan-türk dilimiz var…" ("Molla Nəsrəddin" № 19, 1925).

"Molla Nəsrəddin" jurnalının 1925-ci ildə Güney Azərbaycanın xoş gələcəyi ilə bağlı söylədiyi cümhuriyyət fikri nəhayət, 1945-ci ildə həyata keçdi. Həmin il Güney Azərbaycanda S.C.Pişəvərinin rəhbərliyi ilə Milli Demokratik Hökumət quruldu. Muxtariyyət əldə etmiş Azərbaycanda bir çox sahələrdə, eləcə də təhsil, çap işi sahəsində islahatlar keçriildi. Azərbaycan dili rəsmi dil elan olundu. Ana dilində məktəblər açıldı, jurnal, kitab nəşr olundu, radio verilişləri yayımlandı… Lakin, təəssüf ki, bu cəmi bir il çəkdi. 1978-1979-cu illər İran İnqilabından sonra bu məsələ yenə də gündəmə gəldi. İran dövlət konstitusiyasında öz əksini tapan – ölkədə yaşayan bütün xalqların, eləcə də azərbaycanlıların ana dilində ibtidai təhsil almaq, mətbu orqanları çıxarmaq, kitab nəşr etmək kimi hüquqlara malik olduğunu göstərən maddələr qəbul olundu. Ancaq təəssüf ki, bu günə qədər İranda ana dilində təhsil almaq, qəzet, kitab oxumaq kimi, ən adi insan hüquqları pozulur. 1978-1979-cu illər İran inqilabı Güney Azərbaycanda milli mətbuatın dircəlişi üçün zəmin yaratdı. Xüsusən inqilabın ilk illərində Azərbaycan dilində onlarca jurnal və qəzet nəşrə başladı. Ancaq bunların çoxunun ömrü qısa oldu. Sonuncu inqilab da Güneydə yaşayan böyük bir xalqın milli-mənəvi ehtiyaclarına məlhəm olmadı...”

P.Məmmədli qeyd edir ki, 1978-1979-cu illər inqilabı İranda azərbaycandilli mədəniyyətin, mətbuatın, ədəbiyyatın inkişafı üçün nisbi zəmin yaratsa da, 1982-ci ildə nəşr olunan anadilli mətbuat orqanlarının, "Varlıq" istisna olmaqla hamısı bağlandı. “20 illik bir zaman ərzində İranda Azərbaycan dilinin, ədəbiyyatının yaşadılması, "Varlıq" dərgisinin adı ilə ayrılmaz surətdə bağlı olub. Vaxtilə "Molla Nəsrəddin" jurnalının da qeyd etdiyi kimi əsrlər boyu İranın möhkəmlənməsində və tərəqqisində əsas rol oynayan, yeri gələndə canını belə əsirgəməyən azərbaycanlılar bu gün də öz hüquqları uğrunda yorulmadan mübarizə aparırlar. Bu müqəddəs işdə çətinliklərlə nəşr edilən hər bir mətbuat nümunəsinin adicə bir sayının da böyük siyasi, mədəni əhəmiyyəti var...”

Böyük bir dövrün mənzərəsini əks etdirən məqalədən də aydın olur ki, bu işin əsası elə Qacarlar dövründə qoyulub, sonrakı dönəmlərdə də davam edir. Məsələ burasındadır ki, milli mətbuatın inkişafına molla rejimi də, ondan əvvəlki Pəhləvi rejimi də hər cür maneçilik törədib, amma yenə də bu milli mübarizə üsulunun qarşısını ala bilməyib. Bu gün də Güney Azərbaycanda milli dilimizi, mədəniyyətimizi müdafiə edən, qoruyan mətbuatın mövcudluğunda maraqlı olan milyonlarla soydaşımız var...

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

Rusiyanın Ermənistana qarşı edəcəyi işlərin siyahısı tutulub... hətta kütləvi deportasiya da var...

Azərbaycan 2030-a kimi yaşıl enerji üzrə Qlobal Hədəfi aşmağı planladı...

SON XƏBƏRLƏR

15.09.2026 / 10:27
İranın bir ay əvvəl vurduğu supertanker Hörmüz boğazında minaya düşdü…

15.09.2026 / 10:11
Hərbi çağırışdan boyun qaçıran iki nəfərə cinayət işi açıldı

15.09.2026 / 10:02
XİN Bakının işğaldan azad edilməsinin 108-ci ildönümü ilə bağlı paylaşım etdi

15.09.2026 / 09:57
Qərbi Azərbaycan İcması Ermənistanı sülh prosesinə xələl gətirən addımlardan çəkinməyə çağırdı

15.09.2026 / 09:40
15 sentyabr türk birliyinin tarixi zəfər günüdür

15.09.2026 / 09:32
"Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması enerji sektorunda əməkdaşlıq imkanlarının artmasına şərait yarada bilər" - Nazirlik

15.09.2026 / 09:10
Bülənt Arınc “kimin bostanına daş atdı”? - “…yerinə utandım”…

15.09.2026 / 08:48
Rusiya Ermənistana qaz nəqlini 11 günlüyə dayandırır - təmir, ya nəbz yoxlanışı?

15.09.2026 / 08:25
Qırmızı Bazar qəsəbəsinə və Quzeyxırman kəndinə kövbəti köç karvanı yola salındı

15.09.2026 / 08:10
Bu gün Azərbaycanda Bilik günüdür

15.09.2026 / 08:09
Öcalana villa tikilib - kim, kimin pulu ilə?.. İnanılmaz…

15.09.2026 / 07:40
Binali Yıldırımın başında “qara buludlar” dolaşır? - Ailə sərvət təlaşında…

15.09.2026 / 07:14
Litva səmasında PUA həyəcanı - yardıma NATO qüvvələri gəldi

15.09.2026 / 06:50
Putinin dostundan Trampın oğluna maraqlı toy hədiyyəsi - Baham adalarında “iki inanılmaz şənlik gecəsi”…

15.09.2026 / 06:42
Trampın oğlu Gürcüstanda 2 milyardlıq yaşayış kompleksi tikəcək - təkcə “Trump Tower” 200 milyon…

14.09.2026 / 23:45
Şotlandiya, Uels və Şimali İrlandiya arasında tarixi razılaşma - Britaniyanın parçalanmasına doğru ilk addım atıldı…

14.09.2026 / 22:20
BRİCS çat verdi - Rusiya və İran umduqları dəstəyi ala bilmədilər...

14.09.2026 / 22:03
Pakistan Ermənistanda səfirlik açmaqla tələsdimi...?

14.09.2026 / 21:47
Faşizmin yenidən hakimiyyətə qayıdış xofu Almaniyanı bürüyüb - 2-ci torpaqda təlaş...

14.09.2026 / 21:32
Neft daşımaları üçün həyati əhəmiyyət kəsb edən dəniz arteriyası İrana bağlı qüvvələrin nəzarətinə keçir

14.09.2026 / 21:16
Hörmüzdəki “partlayışın” əks-sədası gəldi - Azərbaycan və Qazaxıstan operatorlarının imkanları dəyişəcək..

14.09.2026 / 21:01
Çin və hind liderlər Ukrayna məsələsində Putinin qarşısına dikildilər...

14.09.2026 / 20:47
ABŞ-da seçki Zəngəzur və 907 məsələsinə təsir göstərə bilər...

14.09.2026 / 20:40
“Sülh Körpüsü” Təşəbbüsünün Azərbaycan üzrə qrupu Ermənistan mediasının qərəzli mövqeyinə münasibət bildirdi

14.09.2026 / 20:35
ABŞ-da dizelin qiymət rekord həddə çatdı, Tramp hərəkətə keçdi - Rusiya və Ukrayna enerji obyektlərinə hücumları dayandırdı…

14.09.2026 / 20:31
Türkiyənin Egey sahilləri avtomobil səyahətləri üçün yeni marşrutlar təqdim edir - FOTO

14.09.2026 / 20:23
Hikmət Hacıyevin Qarabağda diplomatik korpusa göstərdiyi saxta kitabların sirri...

14.09.2026 / 20:11
Diplomatik korpus nümayəndələrinin Qarabağ səfərlərinin sonradan açılan tərəfləri...

14.09.2026 / 19:58
Tramp Putinə görə Zelenskiyə elçi düşüb...

14.09.2026 / 19:47
Prezident 500 min dollarlıq mükafatının Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib

14.09.2026 / 19:35
Qarabağda ilk dəfə olmuş Aİ xüsusi elçisi İrəvana mesajlar aparır...

14.09.2026 / 19:21
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker həbs edildi

14.09.2026 / 19:14
Rusiya “qışın oğlan çağında” Ermənistanın qazını kəsəcək, ardınca da Ukrayna ssenarisini işə salacaq

14.09.2026 / 19:06
Media və Yayım Şurasında Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib - FOTO

14.09.2026 / 18:58
Lizinq təşkilatlarına yeni qayda kəsildi – kimin xeyrinədir? Bundan sonra...

14.09.2026 / 18:45
Diplomatların Qarabağ səfərində İrəvanı qıcıqlandıran 3 səbəb...

14.09.2026 / 18:32
ABŞ "bir şərtlə" İrana nüvə yanacağı tədarük etməyə hazır olduğunu açıqladı…

14.09.2026 / 18:17
Prezident İlham Əliyev BƏƏ-nin milli təhlükəsizlik müşavirini qəbul edib - FOTO

14.09.2026 / 17:50
Sabahdan dövlət qurumlarında iş rejimi dəyişir

14.09.2026 / 17:42
Mətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirilib

14.09.2026 / 17:38
Ermənistan müdafiəsiz qalır - ordu yoxdur, ruslar isə gedir

14.09.2026 / 17:25
Tramp seçicilərin səsini pulla almaqda israrlıdır

14.09.2026 / 17:08
Ermənistan Avropa İttifaqı ilə Rusiyanın yeni döyüş meydançasına çevrilir

14.09.2026 / 16:55
Türkiyədən Bakıya çox asan görünən təklifin qəliz gizlinləri var...

14.09.2026 / 16:43
Zəngəzur dəhlizində neft kəmərinin son mənzili - konqresmen “oxu atıb yayı gizlətdi”...

14.09.2026 / 16:39
Şagird sayı az olan kənd məktəbləri bağlanır....

14.09.2026 / 16:28
Bəzi ixtisaslarda bakalavriat təhsili 3 il ola bilər...

14.09.2026 / 16:22
Müəllimlərin geyim tələbləri ilə bağlı yeni qaydalar yaxın günlərdə açıqlanacaq...

14.09.2026 / 16:17
Diplomatların cənab Hacıyevin müşayiətilə Qandzasara səfəri Rubinyana “od qoyub”…

14.09.2026 / 16:12
"X–XI siniflərdə təmayül tədris modelinin tətbiq edildiyi məktəblərin sayı 90-a çatdırılacaq" - Nazir

14.09.2026 / 16:08
Müəllimlik ixtisaslarına qəbul balı artırılır...

14.09.2026 / 16:02
Məktəblərdə dərs saatları dəyişdirilə bilər....

14.09.2026 / 15:53
Hakan Fidan Azərbaycana gəlir...

14.09.2026 / 15:45
90 min müəllimin maaşı artrılacaq - nazir açıqladı...

14.09.2026 / 15:27
Prezidentin sosial şəbəkə hesablarında "SABAH.city" innovasiya şəhərciyinin açılışı ilə bağlı video paylaşılıb

14.09.2026 / 15:23
Husilərin hücumu qlobal neft tədarükünü təhdid etməyə başladı - hələlik 4 faiz…

14.09.2026 / 15:10
Əli Əsədov AİB-in Direktorlar Şurasının nümayəndə heyəti ilə görüşüb

14.09.2026 / 14:54
Professor Kərim Şükürovun yaradıcılığında vətənpərvərlik ruhu və Qarabağın tarixi məsələləri

14.09.2026 / 14:16
BRICS-in Dehli Zirvəsində qala menyusu mübahisə yaratdı - otellərinə qayıdan liderlər ət yeməkləri sifariş verdi…

14.09.2026 / 14:01
Əndazəsini aşan TOYLAR – bu gedişlə hara gedirik?

14.09.2026 / 13:42
Ölkədə təhsilin inkişafına və innovasiyalara həsr edilən ömür - Əliyusif Məmmədov – 70

14.09.2026 / 13:22
Makronun Fransada reytinqi rekord həddə aşağı düşdü – cəmi 16 faiz…

14.09.2026 / 12:57
Yunanıstanda miqrantları daşıyan qayıq batdı - 25 nəfər itkin düşdü

14.09.2026 / 12:41
Rusiyadan Avropaya gözdağı – Kiyevdən qayıdan siyasətçi və diplomatlar ölümdən son anda qurtuldu…

14.09.2026 / 12:26
Səudiyyə Hörmüzlə bağlı Oman-İran razılaşmasında düzəlişlər edilməsini istədi – razılaşmanın elan edilməsi təxirə salındı…

14.09.2026 / 12:20
Prezident Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul etdi - FOTO

14.09.2026 / 12:07
Avstriya İranın nüvə təşkilatının rəhbərini MAQATE-nin iclasına buraxmadı – işin arxasından ABŞ çıxdı…

14.09.2026 / 11:58
Ombudsman ayrı-seçkilik xarakterli elanlarla bağlı nazirliyə müraciət etdi

14.09.2026 / 11:47
TDT müsəlman dini idarə rəhbərləri Prezident İlham Əliyevə müraciət etdi....

14.09.2026 / 11:33
TDT müsəlman dini rəhbərləri Şurasının Bakı Bəyannaməsi qəbul edildi

14.09.2026 / 11:20
DTX-nin rəisi Əli Nağıyev Çinə səfər edib

14.09.2026 / 11:09
Azərbaycanda bəzi şəxslərin iş vaxtı dəyişdirilir....

14.09.2026 / 10:53
Prezident İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib - FOTO

14.09.2026 / 10:40
ABŞ 11 sentyabrla bağlı yeni məxfi materiallar açıqlaya bilər…

14.09.2026 / 10:27
Tramp ABŞ-ın kəşfiyyat şefinin Ukrayna danışıqlarında iştirakından danışdı…

14.09.2026 / 10:12
DYP yeni dərs ilinin başlanması ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət etdi

14.09.2026 / 10:03
TDT Müsəlman dini liderlərinin 8-ci görüşü Türkiyədə keçiriləcək...

14.09.2026 / 09:44
Rusiya Ermənistana qaz tədarükünü dayandırır...

14.09.2026 / 09:29
Bakıda TDT ölkələrinin müsəlman dini idarə rəhbərlərinin VII görüşü keçirildi - YENİLƏNDİ

13.09.2026 / 23:36
Trampdan İranın Körfəz ölkələri ilə danışıqlarına reaksiya - vecimə də deyil...

13.09.2026 / 23:10
Zelenski də “Bakı-Xəbər”in Tiktok hesabını izləyir – paylaşım etdi…

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ