şənbə günü, 14 noyabr 2026
     

SOÇİ, AŞQABAT – Zəngəzur mövzusu hər yerdə! - Əkbər QOŞALI yazır

Image


Bu gün (noyabrın 28-də) qardaş Türkmənistanın paytaxtı Aşqabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısı öz işinə başlayıb. Zirvə Toplantısında iştirak edən Azərbaycan Prezidenti çıxış edib. Prezident öz çıxışında İƏT-lə, Azərbaycanla, evsahibi ölkə ilə bağlı və digər vacib istiqamətlərdə fikirlərini bölüşüb.

Dövlət başçımız Azərbaycanın İƏT-in fəal üzvü olduğunu, beynəlxalq platformalarda, o cümlədən İƏT və Qoşulmama Hərəkatı çərçivəsində İƏT-ə üzv dövlətlərlə çox səmərəli işbirliyi yaratdığını vurğulayıb. 

İƏT-ə sədrliyin qardaş Türkmənistandan qardaş Özbəkistana keçməsinə toxunan Azərbaycan  Prezidenti deyib: “Türkmənistanı İqtisadi Əməkdaşlıq Təşkilatında (İƏT) uğurlu sədrlik münasibətilə təbrik etmək istərdim.

Fürsətdən istifadə edərək, qardaş Özbəkistanı İƏT-də sədrliyi öz üzərinə götürməsi münasibətilə təbrik edir və Təşkilata rəhbərlik işində uğurlar arzu edirəm”. 

Hər iki qardaş ölkə ilə, ümumən İƏT üzvləri ilə yaxın dostluq münasibətlərində olan ölkəmizin üzv olduğu bütün qurumlarda məsuliyyətli, ləyaqətli tərəfdaş olması bilinən bir gerçəklikdir. Üstəlik, ötən il 44 günlük müharibədə qazandığımız tarixi Zəfər ölkəmizin tərəfdaşlarla daha geniş işbirliyi imkanlarını, İƏT-ə, ikitərəfli, çoxtərəfli əlaqələrə töhfələrini artırmışdır. 

Kiçik bir xatırlatma edək: 

1964-cü Türkiyə, Pakistan və İran tərəfindən “Regional İnkişaf üçün Əməkdaşlıq” kimi yaradılan təşkilat, 1985-ci ildə İƏT olaraq yenidən qurulub. Hazırda İƏT-in 10 üzvü var (Azərbaycan, Türkiyə, Pakistan, Əfqanıstan, İran, Qazaxıstan, Özbəkistan, Qırğız Respublikası, Türkmənistan və Tacikistan). 

Azərbaycan İƏT-ə 1992-ci ildə üzv olub. 

Soçidən sonra Aşqabat...

Soçidə keçirilmiş Azərbaycan, Ermənistan, Rusiya liderlərinin üçtərəfli görüşündən sonra Prezident İlham Əliyevin İƏT tribunasından da Zəngəzur dəhlizinin artıq gerçəkliyə çevrilməsini açıqlaması bu işin qarşısıalınmaz bir proses olduğunun ifadəsidir. Bu, həm də onun ifadəsidir ki, Zəngəzur dəhlizi yalnız respubikamız üçün önəm daşımır; İƏT-ə üzv ölkələr də bu dəhlizdən böyük ölçüdə yararlanacaqdır. Zəngəzur dəhlizli yeni regional nəqliyyat infrastrukturu Gündoğardan Günbatara, Güneydən Quzeyə açılan dəhlizlərin önəmli bölümünə çevriləcək. Bu, aşağı-yuxarı bütün İƏT üzvləri üçün yeni imkanlar, qazanclar vəd edir. Ümumiyyətcə Azərbaycan son illər faktiki olaraq Avrasiyanın əsas, etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Zəngəzur dəhlizinin gerçəkləşməsi bölgənin nəqliyyat sektorunda mütləq yeni imkanlar yaradacaq.

44 günlük müharibə müddətində şanlı Azərbaycan Ordusunun 30 ilə yaxın Ermənistan işğalı altında qalmış ərazilərimizi azad eməsindən dərhal sonra, o torpaqlarda genişmiqyaslı yenidənqurma işlərinə başlamağımız bir Azərbaycan modelidir. O torpaqlar ki Ermənistan tərəfindən vandalcasına dağıdılmışdı. Bu modelin bir özəlliyi də odur ki, biz yalnız özümüzün maliyyə resurslarımıza arxalanaraq, dövlət başçımızın dediyi kimi, sıfırdan yeni şəhər və kəndlər salırıq; artıq Qarabağ və Zəngəzurun gündoğar hissəsi yaşıl enerji bölgələri elan edilib. Azərbaycan modeli fonunda dövlət başçımızın haqq etdiyi “Qurucu lider” fəxri ünvanının İƏT miqyasında da bilinməsi, tanınması və təqdir görməsi çox xoşdur.

Vurğuladığımız kimi, Azərbaycan Prezdidenti Aşqabata Soçi görüşündən sonra getmişdi. Xatırlayırsızsa, İlham Əliyevin məşhur “Qarabağ Azərbaycandır və nida!” sözünün də keçdiyi məşhur çıxışını etdiyi Valday konfransından (04.10.2019) bir həftə sonra Aşqabatda MDB dövlət başçıları Şurasının iclası (11.10.2019) keçirilmişdi. O zaman da iclas iştirakçılarının qarşısında Paşinyanın üzünə həqiqətlər soyuq su kimi çırpılmışdı. Bu dəfə Paşinyan Aşqabatda deyil, lakin ötən günlərdə Soçidə vardı, qarşı ayda Bürüssel görüşündə olacaq. Şəhərlər, ölkələr, gün və aylar dəyişə bilər lakin qaçmağa yer yoxdur: həqiqətin boz üzünə dik baxmaq, onu qəbul etmək, onunla hesablaşmaq Paşinyanın özü üçün də, uğursuz dövləti üçün də ən yaxşı seçimdir. Ermənistan siyasi-hərbi rəhbərliyi 30 il boyunca haqdan-ədalətdən qaçdı-qaçdı da, sonu nə oldu? – Dəmir Yumruq işğlaçının başına elə endi və ona haqq etdiyi yeri dəqiq göstərdi. İşğalçının 30 illik yığnağına sarsıdıcı zərbə vurmaq, yarıb keçməkçün cəmi 44 gün gərək oldu. Heç kəs unutmamalıdır ki, Dəmir Yumruq da, Ordu da, xalq da, dövlət də yerindədir, işindədir-gücündədir. Bu meydan qaçmaq, zarafat etmək, qeyri-ciddilik nümayiş etdirmək meydanı deyil!

Mövzu mürəkəblikdən və “mürəkkəblik”dən sadə müstəviyə daşınmalıdır: Azərbaycanın suverenliyi, ərazi bütövlüyü Ermənistan tərəfindən rəsmən tanınmamlıdır, bu barədə sənəd imzalanmalıdır. 

Qalib ölkə olan Azərbaycanın məğlubiyyətin fəlakətli nəticələrə gətirib çıxardığı uğursuz dövlət Ermənistanı sülh sazişi üzərində işə başlamağa dəvəti Ermənistan üçün bir şansdır – bəlkə də son şansdır. Özəlliklə Soçi görüşündən sonra Ermənistanın bu çağırışa artıq müsbət reaksiyalarının müşahidə edilməsi bir daha göstərir ki, “Başqa yolu yox artıq”!

Qarabağ və İƏT üzvü olan ölkələri başqa nələr bağlayır?

Qarabağda işğal dövründə mədəni və dini irsə aid abidələrin Ermənistan tərəfindən darmadağın edilməsi əslində bütün İslam dünyasına, bütün tərəqqipərvər bəşəriyyətə qarşı təhqirin, nifrətin ifadəsidir. Məscidlər bu dünyada yalnız azərbaycanlıların ibadət etdiyi yerdirmi? Məscidlərə donuz doldurulması İranı, Tacikistanı, Əfqanıstanı... rahatsız etmirmi? Etməməlidirmi? 

Ermənistanın işğal altındakı torpaqlarda şəhər və kəndləri yerlə yeksan etməsi, qəbirləri qazıb, kəmikləri çıxarması, torpaqların təyinatını dəyişməsi, ekologiyaya vurdğu sarsıdıcı zərbələr, dinindən, dilindən, dərisinin rəngindən asılı olmayaraq, bütün insanlığı düşündürməli ciddi mövzulardır.

Təqdiqat Mərkəzi ilə yola davam

Azərbaycan Prezidentinin çıxışında İƏT-in Tədqiqat Mərkəzinin tezliklə Bakıda fəaliyyətə başlayacağını bildirməsini də qeyd etmək istərdim. Azərbaycan dövləti hələ 2002-ci ildə İstanbulda keçirilmiş İƏT üzvü ölkələrin dövlət və hökumət başçılarının VII Zirvə Görüşündə İƏT-in Tədqiqat Mərkəzinin Bakıda yaradılması təklifi ilə çıxış etmişdi. İƏT-in 2006-cı ildə Bakıda keçirilmiş IX Zirvə Görüşündə Mərkəzin Bakı şəhərində təsis edilməsi təklifi Azərbaycanın dövlət başçısı tərəfindən bir daha irəli sürülüb, nəhayət 2021-ci ilin mart ayında İƏT-in Türkiyənin sədrliyi ilə video-konfrans formatında keçirilmiş XIV Zirvə Görüşündə Mərkəzin Nizamnaməsi imzalanıb. Bu Tədqiqat Mərkəzinin əsas məqsədi iqtisadi araşdırmalara əsaslanan regional işbirliyinin yaradılması üçün İƏT-ə (və üzv ölkələrə) yardım etməkdir. 

Ümumiyyətlə istənilən qurum və quruluşun fəaliyyətinə elm, elmi yanaşma gəlməlidir. Elmlə gedilən yolun sonunda illa işıq vardır.

Uğurları beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilən, Davos Dünya İqtisadi Forumunun hesabatlarında mövqelərinin ildən-ilə daha da gücləndirməsi etiraf olunan Azərbaycanın İƏT Tədqiqatlar Mərkəzinə evsahibliyi etməsi məntiqlidir, məqsədə¬uy-ğundur. Respublikamızda güclü iqtisadçı alimlər nəsli var. Genişmiqyaslı islahatlar sonucunda Azərbaycanda münbit yatırım iqlimi yaradılıb. Təsadüfi deyil ki, Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 190 ölkə arasında 28-ci yerdə qərarlaşıb. Digər önəmli beynəlxalq statistik göstəricilər də Azərbaycanın xarici yatırımlar üçün açıq və cəlbedici olmasını təsdiq edir. Beləliklə, İƏT üzvü ölkələr bu qurumun məsuliyətli üzvü olan Güney Qafqaz ölkəsinə, özəlliklə işğaldan azad olunmuş ərazilərə yatırım qoya bilər.

Bu yerdə onu da vurğulayaq ki, Dünya İqtisadi Forumunun IV Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin Azərbaycan Mərkəzinin yaradılması yönündə də işə başlanılıb və bu Mərkəz də İƏT çərçivəsində işbirliyinə töhfə verəcəkdir. Zatən İƏT hökumətlərarası regional təşkilat olaraq, üzv dövlətlərin (bütövlükdə bölgənin) davamlı iqtisadi inkişafına töhfə vermək kimi bir əsas məqsədə sahibdir. 

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Əkbər QOŞALI




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbə-üz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ