Azərbaycanın nailiyyətləri İslam dünyasında digər münaqişələrin də həllinə ümidlər verir - Pakistan nümayəndəsi

img

Azərbaycanın 44 günlük Vətən müharibəsində zəfəri bir təşkilat olaraq bizim üçün də çox əhəmiyyətlidir.

Trend-in məlumatına görə, bunu Pakistanın İslam Əməkdaşlıq Təşkilatında (İƏT) və digər beynəlxalq təşkilatlardakı daimi nümayəndəliyinin rəhbəri, səfir Rizvan Səid Şeyx İƏT Təmas Qrupunun nümayəndə heyətinin Ağdama və Gəncəyə səfərlərinin nəticələrinə hərs olunmuş mətbuat konfransında deyib.

O qeyd edib ki, 30 il ərzində İƏT bu məsələyə xüsusi diqqət yetirib və daim bunu öz gündəliyində saxlayıb: “Bu məsələni daim siyasi gündəliyində saxlayan bir Təşkilat olaraq biz bu uğurdan qürur duyuruq. Ölkə olaraq onu deyə bilərəm ki, Pakistan Azərbaycanı daim dəstəkləyib. Gələn il İslamabadda İƏT ölkələrinin xarici işlər nazirlərinin görüşü keçiriləcək və bu görüş zamanı bu regionda sülhün davamlı olması üçün fəaliyyət planı hazırlanmalıdır. Fəaliyyət planı digər İslam ölkələrində də münaqişələrin həlli üçün bizdə bir birlik yaradır. Azərbaycanın əldə etdiyi nailiyyətlər İslam dünyasında digər münaqişələrin də həllinə ümidlər verir.

Sonda onu da qeyd edim ki, Pakistan daim Azərbaycanın yanında olacaq. Biz bundan sonra da sülhün bərqərar olması üçün öz dəstəyimizi göstərəcəyik. Zəfəriniz mübarək! Qarabağ Azərbaycandır”.

Son xəbərlər