şənbə günü, 03 oktyabr 2026
     

Azərbaycanlı QHT rəhbəri Məhərrəm Zülfüqarlının Türkiyədə Qarabağ zəfər təbliğatları... - FOTO

Image


“Ankarada Azərbaycan-Türkiyə qardaşlığının inkişafına dəstək üçün silsilə tədbirlər planlaşdırılır”

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının vitse-prezidenti, t.ü.e.d., professor Məhərrəm Zülfüqarlı Ankarada Türkiyə-Azərbaycan qardaşlığının inkişafına dəstək məqsədilə bir sıra rəsmi görüşlər keçirib.

Aldığımız məlumata görə, bu görüşlərdə Azərbaycan Milli Ordusunun 44 günlük müharibədə möhtəşəm qələbəsinin birgə tədqiqi və təbliği əsas müzakirə obyekti olub. Bu görüşlər barədə oxucuları yaxından tanış etmək üçün AVCİYA-nın vitse-prezidenti, t.ü.e.d., professor Məhərrəm Zülfüqarlıya bir neçə sualla müraciət etdik.

- Məhərrəm müəllim, qardaş Türkiyə Cümhuriyyətinin paytaxtında bir sıra görüşlər keçirmisiniz. Xahiş edirik qısa olaraq oxucularımıza bu görüşlərin məqsədi və məramı barədə məlumat verəsiniz.

- Görüşlər barədə qısa məlumat verməmişdən əvvəl sizin qəzetin bütün əməkdaşlarına pandemiyanın hazırkı çətin mərhələsində bizim görüşləri diqqət mərkəzində saxladığınıza görə assosiasiyamız adından təşəkkürümü bildirirəm. Qardaş Türkiyə bizim hamımız üçün ikinci vətəndir. Burada insanların Azərbaycana olan səmimi məhəbbətini hər addımda görüncə adamda milli iftixar hissi daha da artır. Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan möhtərəm İlham Əliyev 44 günlük müharibədə möhtəşəm qələbədən sonra çağdaş tariximizin bu şanlı səhifələrini tədqiq və təbliğ etməyi tarixçilər qarşısında bir vəzifə olaraq irəli sürüb. Qardaş Türkiyənin rəsmi şəxsləri, xüsusilə də Türkiyə Cümhuriyyətinin Prezidenti möhtərəm Rəcəb Tayib Ərdoğan öz çıxışlrında bu təşəbbüsə dəstək vermişlər.

Bizim assosiasiya bu təşəbbüsə qoşularaq Azərbaycan, türk və ingilis dillərində “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa” yaddaş kitabını bu ay nəşr edib. Bildiyiniz kimi, AVCİYA çoxcəhətli fəaliyyətində çağdaş tariximizin taleyüklü məsələlərinin tədqiqi mühüm yer tutur. Bu günə qədər bu mövzularda 70-dən artıq kitab nəşr etmişik. Bunlardan Xocalı faciəsinə aid “Milyon imza - bir tələb”, Azərbaycan və ingilis dillərində “Şamaxı soyqırımı”, “Qaradağlı faciəsi”, “Sərsəng SOS: təhlükə altında qalan tarixi və mədəniyyət abidələri”, bunlardan əlavə, “Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi - Göyçay döyüşləri”, “Göyçay döyüşləri Türkiyə tarixşünaslığında” və s. kitablar nəşr olunub. Bunların davamı kimi bayaq adını çəkdiyim Şuşa haqqında kitabımız da bu ay işıq üzü görüb.

Biz hazırda 44 günlük müharibədə şanlı tarix yaradan qəhrəmanlarımızın döyüş rəşadətini tədqiq və təbliğ etməklə məşğuluq. Bu sahədə işlərimizi daha da genişləndirmək, bu işləri qardaş türkiyəli həmkarlarımızla birlikdə davam etdirmək məqsədilə yüksək səviyyəli görüşlər keçirdik və bu görüşlərdə əldə olunan nəticələrdən çox razıyıq.

- Görüşlərinizi konkret kimlərlə keçirdiniz? Görüşlərdə hansı razılaşmalar əldə olundu? Xahiş edirik ki, bu məsələlər barədə ətraflı məlumat verəsiniz.

- Görüşlərdən əvvəl Türkiyə Cümhuriyyətinin banisi, dahi şəxsiyyət Mustafa Kamal Atatürkün və Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcısı Məmməd Əmin Rəsulzadənin məzarlarını ziyarət etdik. Konkret görüşlərə gəldikdə, qeyd etməliyəm ki, görüşdüyümüz şəxslərin hamısı Türkiyə Cümhuriyyətinin görkəmli şəxsiyyətləri, “Bir millət, iki dövlət” ideyası ilə fəxr edən, Azərbaycanı ürəkdən sevən insanlardır.

İlk görüşümüz TBMM İstanbuldan seçilmiş millət vəkili, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri sayın Şamil bəy Ayrımla parlamentin binasında, millət vəkilinin iş otağında oldu. Daha sonra Ərzurumdan Millət Məclisinə seçilmiş, MHP başqan yardımçısı, sayın professor Dr. Kamil Aydın bəylə görüşdük.

TBMM-də görüşlərdən sonra çoxdan arzuladığım bir elm mərkəzində, Böyük Müstafa Atatürkün əsasını qoyduğu Türk Tarix Qurumunda görüş keçirdik. Görüş Türk Tarix Qurumunun başkanı, professor Dr. Birol Çetin başda olmaqla qurumun əməkdaşları ilə oldu. Bu görüşdə də, əvvəlkilər kimi, ciddi müzakirələr, fikir mübadiləri apardıq. Sonra isə Türkiyə Cümhuriyyətinin ən nüfuzlu universitetlərindən biri olan Ankara Universitetinin rektoru, sayın professor Dr. Necden Ünüvar ilə səmimi görüşümüz oldu. Hörmətli Necden bəylə görüşdən sonra rektor yardımçısı, professor Dr. Hicabi Kırlangıçla görüşüb keçirəcəyimiz tədbirləri planlaşdırdıq.

- Konkret olaraq hansı tədbirləri planlaşdırmısınız?

- Hər şeydən əvvəl onu deyim ki, keçirdiyimiz görüşlərdə müzakirə olunan əsas mövzular “Azərbaycan-Türkiyə qardaşlığının inkişafı”, “Azərbaycan Milli Ordusunun 44 günlük Vətən müharibəsindəki şərəfli qələbəsi”, “İşğaldan azad edilmiş ərazilərimizdəki hazırkı vəziyyət" və s. ibarət idi. Bir də hazırda gündəmdə duran əsas mövzulardan biri Türkiyə Cümhuriyyətinin Prezidenti R.T.Ərdoğanın Ramazan bayramından sonra Şuşaya planlaşdırılan səfəri idi.

Keçirdiyimiz görüşlərdə razılıq əldə olundu ki, Türkiyə Cümhuriyyətinin Prezidenti R.T.Ərdoğanın Ramazan bayramından sonra Şuşaya səfəri ərəfəsi bu səfərə dəstək olaraq bir sıra elmi konfranslar, “dəyirmi masa”lar təşkil olunsun. Bundan başqa, yuxarıda qeyd etdiyimiz mövzularda elmi-tədqiqat işləri aparmaq, Azərbaycan və Türkiyə mütəxəssislərinin iştirakı ilə silsilə tədbirləri davam etdirmək barədə də perspektiv işlərin təşkili üzrə razılıq əldə olundu. Bütün bu tədbirlərin təşkilində başda hörmətli Şamil bəy Ayrım olmaqla, TBMM-in Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun yaxından dəstək verməsi bizi daha da ruhlandırır və qürur hissimizi artırır.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ