Ağdamın Qiyaslı məscidində uzun illərdən sonra ilk azan oxundu - FOTO

img

Ağdama səfər edən Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə və dini icma rəhbərləri burada Qiyaslı məscidində olublar.

Trend-in məlumatına görə, səfər zamanı məsciddə uzun zaman sonra ilk azan oxunub, dualar edilib.

Qeyd olunub ki, ermənilər buradan ferma kimi istifadə edib, mal qara, donuz saxlayıblar. Həmçinin, məsciddə heyvan yemi də saxlanılırmış. Ermənilər Ağdamdan çıxan zaman buraları yandırıblar.

Son xəbərlər