Rusiya Federasiyasının Saratov şəhərindən Qasımov Bəhmən Prezident İlham Əliyevə müraciət edib.
“Qeyd etmək istəyirəm ki, biz Rusiya Federasiyasında vətən eşqi ilə yaşayırıq. Vətənimizin bu ağır günlərində daim xalqımızın yanında olduq.
...Ulu öndərimiz Heydər Əliyevin əsas planlarından biri ölkədə qüdrətli ordu yaratmaq idi və buna görə ona böyük hörmətimiz var. O, dahi rəhbər idi və bu işlər onun xalqına olan məhəbbətindən irəli gəlirdi. Bu məqsədlə Ulu Öndərimiz tərəfindən şanlı Ordumuzun möhkəm bünövrəsi qoyuldu, Siz isə onun layiqli davamçısı olaraq bu Ordunu daha da nizamlayaraq, gücləndirdiniz. Yaratdığınız Ordu 44 gün ərzində 30 il işğal altında olmuş doğma Qarabağ torpaqlarından yağı düşməni iti qovan kimi qovdu. Ard-arda Qələbə xəbərləri ilə bizləri sevindirdiniz. Baxmayaraq ki, 30 il BMT, ATƏT-in MİNSK qrupu erməni faşizminə göz yumurdu. Cənab Ali Baş Komandan, Vətənimiz naminə gördüyünüz bütün işlərə görə Sizə minnətdarıq. Sizinlə və şanlı Ordumuzla fəxr edirik. Allah Sizi, şanlı Ordumuzu qorusun!
...Bizə mənəvi dəstək olan – bir millət, iki dövlət olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışlarında gözəl fikirlər söylədi: “Azərbaycanın kədəri bizim kədərimizdir, sevinci bizim sevincimizdir, qələbəsi bizim qələbəmizdir. İlham Əliyev mənim qardaşımdır!”. Bizə dəstək olmaq istəyən digər dövlətlərdən Pakistan, İsrail, Gürcüstan da başqa müsəlman ölkələri də vardır. Biz onların hər birinə bu mənəvi dəstəyə görə təşəkkür edirik.
Siz bütün dövlətlərlə əlaqələri Azərbaycanın mənafeyinə uyğun qura bildiniz. Qardaş Türkiyə əsgərlərinin Azərbaycana gəlməsini və gördüyünüz bütün tədbirləri alqışlayırıq.
Bu gün igid oğullarımızın qanı, canı bahasına işğaldan azad olunmuş torpaqlarımızda üçrəngli Bayrağımız dalğalanır. Qoy heç vaxt bu bayraqlar enməsin. Allah şəhidlərimizə rəhmət eləsin, onların anaları qarşısında baş əyirik. Yaralı əsgərlərimizi həyata qaytaran hərbi həkimlərimizə minnətdarıq.
...Biz Qarabağımızı gələcəkdə daha da çiçəkləndirəcəyinizə inanırıq. İnanırıq ki, müzəffər Ordumuzun bərpa etdiyi dövlət sərhədlərimiz Sizin sayənizdə daimi və əbədi olacaqdır. Sizinlə, müzəffər Ordumuzla fəxr edirik.
...Vətənimizin qəhrəman oğlu, müzəffər Ali Baş Komandanı, xalqımızın əzizləri İlham Əliyev və Mehriban xanım Əliyeva, Sizə bu tarixi günlərdə möhkəm cansağlığı arzulayıram. Əldə etdiyimiz qələbələrə görə Sizə minnətdarıq”-deyə soydaşımız Prezident İlham Əliyevə müraciətində qeyd edib.
Baki-xeber.com