Bakının Suraxanı rayonundan Cəbrayıl rayonundan məcburi köçkün yazıçı-publisist, birinci Qarabağ müharibəsi veteranı Qorxmaz Abdulla Prezident İlham Əliyevə müraciət ünvanlayıb:
“Uzun müddətdir məni bir sual düşündürürdü: ”Görəsən bizdə nə üçün son dövrlər cavanşirlər, babəklər, xətailər yetişmir?” İtirilmiş doğma yurdlarımızın erməni faşistlərinin işğalından azad edilməsindən sonra belə qərara, qənaətə gəldim ki, Siz bir əvəzsiz lider, sərkərdə olaraq ən azı sadaladığım qəhrəmanlar qədər varsınız. Eşq olsun Sizə!
Biz bu böyük, intəhasız, cahanşümul uğura, parlaq Qələbəyə məhz Sizin müstəsna qətiyyətiniz, polad iradəniz, tükənməz hünər və rəşadətiniz sayəsində nail olduq.
...Siz namümkünü mümkün etdiniz. Siz sübut etdiniz ki, Vətənini canından artıq sevən, onun azadlığı uğrunda canını fəda etməyə hazır olan Azərbaycan xalqı vahid bir yumruq halında birləşəndə və üstəlik ona müdrik, uzaqgörən, qorxmaz, qətiyyətli, yenilməz rəhbər komandanlıq edəndə pələngə, şirə dönür, qarşısıalınmaz olur.
Çox sağ olun! Uca Tanrı Sizi qorusun! Odlar yurdunun başının üstündən əskik olmayasınız!
Qarabağ əbədi Azərbaycandır!”
Baki-xeber.com